Aşıq Aida Gülzar (1969)

Aşıq Aida Gülzar (1969) Aşıq Aida Gülzar (1969) Aşıq Aida Gülzar (1969) Aşıq Aida Gülzar (1969) Aşıq Aida Gülzar (1969) Aşıq Aida Gülzar (1969) TƏBRİK EDİRİK!..

Bu gün elimin-obamın
dəyərli və ləyaqətli qızı,
tanınmış sənət adamı
Aşıq Aidə Gülzarın Ad günüdür.


Aşıq Aida Gülzar (Gülzar İbrahim qızı İlyasova)
- 1969-cu il oktyabrın 7-də qədim Qaraçöp mahalında - indiki Gürcüstanın Saqareco rayonundakı Düzəyrəm kən­din­də anadan olub.
Düzəyrəm orta məktəbini və Mingəçevir şəhə­rində texnikum bitirib.
Hələ körpə yaşlarından sazın-sözün işığında böyüyüb balaca Gülzar. Ba­bası Qulaməli kişi aşıq olub. Kim bilir, bəlkə də Qulaməli dədənin oxuduğu «Dilqəmi» saz havasından bir xal düşüb onun canına. Və kiçik yaşlarından oxuyub yavaş-yavaş.
Ulu Qavrı çayı dərdinin tərcümanı olub. Sinəsi dolan zaman öz zümzümələrini Qavrının səsinə qatıb Aidə Gülzar. Oxuduqca-oxuyub.
Bütün bunları bir Qavrı bilib, bir də özü. Və beləcə-beləcə səsi getdikcə daha uzaq­larda eşidilməyə başlayıb. Bunu görən aşıq Hasanlı Təhməz oğlu onda aşıqlığa həvəs oyadıb. Sazı dərindən öyrənməyi məsləhət bilib. Aidə Gülzar yavaş-yavaş saz çaldıqca səsindəki məlahət də açılmağa başlayıb. Çox incə zövqü, oxuduğu şeirləri anlaması və mü­kəmməl yaddaşı Aida Gülzarı artıq bir aşıq kimi tanıdıb. O, eyni zamanda xalq mahnıları və muğamları da çox gözəl mənimsəyib. Daim öz üzərində daha çox çalışan Aşıq Aida Gülzar, mərhum ustad sənətkarımız Aşıq Gülabı Xındı Məmməd oğlundan da saz dərsi almağını davam etdirib.
Bax elə bunun nəticəsidir ki, Aşıq Aidə Gülzar bu gün xalq tərəfindən sevilir.
Aşıq Aida Gülzar ara-sıra şeirlər də yazır. Saza yatımlı qoşma və gəraylıları xoşagəlimlidir.

İki AD yaşatdın xırda canında,
Nədən həsrət axır
sənın qanında,
Sazınla, sözünlə qalsam yanında,
Dərdın sinəm üstə
çəkər intizar -
Ay ellər gözəlı Aidə Gülzar!

Sinə bulağında
min ağı gördüm,
Üzündə həyadan
duvağı gördüm,
Çırpılıb dərılmiş
budagı gördüm,
Ele bildim mənəm
təkce dili zar
Ay eller gözəlı Aıdə Gülzar.

Ana laylasında tapdın özünü,
Naxələf əyməsın sənın dizini,
Sənət meydanında alıb izini,
Olmusan ürəyi-könlü ahu-zar,
Ay elller gözəlı, Aidə Gülzar!

Biz də çox hörmətli Aşıq Aidə Gülzarı Ad günü münasibətilə ZiM.Az-ın bütün yaradıcı heyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və qəzetimizdə onun haqqında çap etdiyimiz bir məqaləni oxucularımıza ərmağan edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



SAZIN SEHRİ

Aida Gülzar dünyası və yaxud
Duyğuları dilləndirən sehrli barmaqlar


Xaliqin təbiətdə xəlq etdiyi hər bir varlıq Tanrının qüdrətindən yarandığı üçün hər birində fərdilik və xüsusiçilk hökm sürür. Deyirlər, Tanrı öz sevdiyi kəsləri mükafatlandırır, onların hər birinə zövq oxşayan bir qabiliyyət bəxş edir. Kimisinə gözəl səs, kimisinə barmaqlarından tökülən incilər, kimisinə isə yazıb-yaratmaq kimi dəyərlər bəxş edir. Belə insanlar Allah-Təala tərəfindən onlara bağışlanan bu qabiliyyəti mütləqdir ki, yaşatsın, dəyərləndirsin. Tanrının ona bəxş etdiyi bu keyfiyyətlərlə başqalarına da zövq yaşatsın.
Aydın məsələdir ki, bütün yaradıcı insanların həyatında təfəkkürün əsas rolu var. Onlar yüksək əqlə-kamala və zəkaya malik olurlar. Yaradıcılıq isə təfəkkür prosesidir. Belə kəslər duyğularına, hisslərinə tabedir. Bu publisist yazıda haqqında danışacağımız Aşıq Aida Gülzar kimi...
Beləliklə, o, Allaha olan eşqiylə yaşayır və yaradır. O, yalnız özü üçün yaşamır, onun sənətini sevən, sözə-şeriyyətə qiymət verən kəsləri də yaşadır, barmaqlarının sehri ilə. Saz ifaçılarının mayası sevğıdən yoğrulur. Elə yuxarıda adı çəkilən A.Gülzar kimi...
Əminliklə qeyd edə bilərəm ki, kamil bir insanın əqli və idrakı musiqi və şeiriyyət yolundan ötür. Və sonunda əbədiyyət yollarının yolçusuna çevrilir.
Aşıq A.Gülzar düçüncələrinin işığında daima yüksəkliyə sarı can atır. Duyğularının zərif qanadlarında sazın simlərini dilləndirir. Xəyalındakı arzularını sazın sehri ilə həyata keçirmək istəyir. Maraqlı və özünəməxsus, fərqli səs tembrinə malik olan bu xanım sazın qüdrəti ilə yaşayır və yaradır. Zərrə-zərrə topladığı təcrübəsini əldə etdiyi həyat təcrübəsi ilə birləşdirərək harmoniyalıq yaradır. Və bununla da yaradıcılığına yeni qüvvə və təkan ver­miş olur. Göründüyü kimi o, yaradıcı bir insan kimi öz sənətində təkmil­ləşmə və kamilliyə doğru inkişaf mərhələsindən keçir. A.Gülzarın uğurla keçəcəyi yollar isə hələ qarşıdadır. Onun sazının səsinə qulaq asdıqca adama elə gəlir ki, vücudunu çuğlayan qəribə duyğular tükənmə­yəcək, sazın sirli təmasından qopmayacaq dinləyici. Məncə bütün bu duyğu­ları insanlara yaşadan kəs xoşbəxtdir.
A.Gülzarın haqqında yuxarıda qeyd etdiyim bu üstün keyfiyyətlərlə yanaşı onu da qeyd edim ki, bu saz müəllifinin yaradıcı meyar və məziyyətlərini bir-bir sadalamağıma baxmayaraq, etiraf etməliyəm ki, onun özündən çox sazı­nın sirdaşıyam. Elə bu da kifayət edir və imkan yaradır ki, onun haq­qın­da düşündüyüm fikirlərimi oxucularla bölüşüm. Mən onu 4 ildən artıqdır ki, tanıyıram. Qələmə aldığım bu publisist yazının yaranma tarixi isə çox qəribə­dir.
Çoxdandır ki, əlimə qələm alıb şeir yazmamışdım. Duyğularımın məni əhatələdiyi bir zamanda əlimi qələmə aldım, qəribəsi o oldu ki, Aida Gülzar gözlərim önündə dayandı. Və qələmim onun haqqında fikirlərimi sizlərə bölüşməyə məni vadar etdi. Yəqin ki, bu da Allahın bir möcüzəsidir!

İlahi, nədən titrəkdir səsin?
Ruhanilə qovuşubmu həvəsin?
Aida Gülzar, qəmlənmişəm
Tuş gəlibdir dərdə sim.
Əyləş, dilləndir sazı kölgədə,
Oxu, dərdimi ovutdum bəlkə də...

Sən könlünü saza bağla,
Ümidini yaza bağla.
Saz dillənsin, sən də ağla,
Hicranın yuyula, bəlkə də.

Qaraçöpün Aylı günü
Sənsiz ötməz toy-düyünü.
Qaldır zərif əllərini
Dilləndir sazı ölkədə,
O ellər darıxır bəlkə də...

Yaraşıqlı el gözəli,
Söhbəti-sözü məzəli.
Bir gündə qara gözləri
Neçəsin öldürür bəlkə də.

İldırım tək çaxıb gedir,
Ürəkləri yaxıb gedir,
Can evini yıxıb gedir,
Könlünü verib bəlkə də...

Çiçəklər bürünüb ətrinə,
Düzülüb səf-səf telinə.
Aida, sənin gül xətrinə,
Mən-özüm öldüm bəlkə də!

Sazın dilləndiyi məkanda dilə ehtiyac yoxdur, burada yalnız ürəklər riqqətlənər, gözlər və duyğular danışar.
Bəli, aşıq A.Gülzarın barmaq­la­rın­dan tökülən incilər insanın duyğularını dilləndirir.
Bu publisist yazımın so­nunda Aida xanım haqqındakı fikirlərimə onu da əlavə etmək istəyirəm ki, mən onun sənətini və özünü sevirəm.

SƏS...
Aida Gülzar şərəfinə
Esse


Qulağıma səs gəlir. Sazın yanıqlı səsi. “Ruhani” havası çalınır, deyəsən. Sazın pərdələrindən qopan bu nalə... İlahi, bu səs qovurub, yandıracaq məni. Haradan süzülür bu sazın ah-naləsi. Harada çırpınır bu simlər.
Evimdəki səssizliyi, tənhalığı beləmi hürküdəcəkdimmi?! Bu nalə hələ də fəryad edir. Kimdir sazın tellərini ağladan? Aida Gülzarmı?
-Aida, əzizim, sənsənmi? Ah, canım, bilmirmisən ki, mən onsuzda qəmliyəm?! Bəs sən özün nəyin niğarançılığını çəkirsən? Son dəfə səni bir balaca zəifləmiş gördüm, əzizim. Bilirəm, mənə heç nə deməyəcəksən, sənin öz sirdaşın var. Sənin can yoldaşın, sirdaşın, sazındır, bilirəm.
Deyəsən, bu gecə hər gecədən deyil. Bu qəmli gecədir. Qəmli taleyimə yas tutur bu gecə bu “Ruhani” havası. Ah, mən ki, ovunmaq istəyirdim. İlahi, bu havayamı?
Ah, Aida...Aida... Mən səni çox sevirəm, özün bilirsən. Bəs o zaman niyə məni incidirsən, əzizim?! Ah, bu fəryad, bu imdad, bu səs...
Bu gecə başımı anamın dizlərinin üstünə qoyub yatmaq istəyirəm. Bax, elə bu zaman “Ana laylası”nı eşidəm dilindən. Şaylar daşıb tökülsün, bulaqlar şırıldasın, küləklər vıyıldasın, gilavar sığal çəkə-çəkə sazına avaz tutsunlar. Gündoğandan Günbatana qədər ün salasan, səni görüm ucalan, Aida! Kimsəsizliyim, tənhalığım içərisində çırğınsam da sazın simləri dilləndikcə ovunacağam.
Allah, həyat-su səsi,
Ağladır, yandırır məni,
Sazın yanıqlı səsi.

Tənhalıq, kimsəzizlik,
Amandır, bircə günlük,
Hökm sürsün səssizlik.
Gecənin kimsəsizliyində, səssizliyində yenə sazın səsi sükutu pozdu. Bu dəfə “Şirvan şikəstəsi”dir, deyəsən. Sazın sehrində, duyğuların selində üzü­rəm. İlahi, sazın səsinə sarı can atıram. Bu səs haradan gəlir axı?
Hə, di get, get Aida Gülzara sarı. Onun sehirli barmaqlarının sirri səni tən­halıqdan qurtaracaq.
Ey duyğularım, tənhalıqda yaşatdığım xəyallarım, sizi atıb getdiyim üçün mə­ni başğışlayın, Allah eşqinə. Bu gecə sazın-sözün sehrinə vurulub, gedi­rəm.
Gedirəm Aida Gülzar dünyasına!

Mətanət Ulu Şirvanlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Publisist-şair.

"ŞƏRQİN SƏSİ" qəzeti, 2013-cü il.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: