"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!.. Rustavi, Təbriklər 11 апреля 2015 Bu günlərdə Gürcüstanın Kvemo Kartli - Borçalı quberniyasının mərkəzi Rustavi şəhərində Maya xanım Rəcəbovanın rəhbərliyi ilə "Salam" Mədəni Xeyriyyə Cəmiyyəti yaradılmış və fəaliyyətə başlamışdır. Bu münasibətlə Rustavi şəhərində təntənəli tədbir keçirilmişdir. Tədbirdə bir çox qonaqlariştirak etmişlər. Tanınmış tədqiqatçı-alim, hörmətli professor Mahmud Hacıxəlilov, Gürcüstan Aşıqlar Birliyinin sədri, tanınmış şair Dərviş Osman Əhmədoğlu, Qardabani rayon bələdiyyə sədrinin müavini Rəfi Orucov, Gürcüstan Bəstəkarlar İttifaqının Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi, bəstəkar Manana Alpaidze, Rustavi Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyev, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət,jurnalist Elman Kələyev, tarixçi-araşdırmaçı Mirzə Məmmədoğlu,"Şərqin səsi" qəzetinin baş redaktor müavini, şair-jurnalist Güllü Tomarlı, şairlərdən Şövkət Dağlarqızı, Zərgər Musa və başqaları çıxış edərək"Salam" Mədəni Xeyriyyə Cəmiyyətininfəaliyyətə başlamasını alqışlayaraq uğurlar arzulamışlar. Cəmiyyətin açılışına həsr olunan tədbirdəAzərbaycanlıların Mədəniyyət Mərkəzində fəaliyyət göstərənCəmilə xanımın "Sarvan" folklor ansamblı da müxtəlif Azərbaycan və gürcü rəqslərini nümayiş etdirmişvə həzin mahnılarlatədbirə xüsusi rəng qatmışdır.Tədbirdə Borçalı aşıqlarından Aşıq Elşad Əfəndiyev, Aşıq Şahbaz, Aşıq Nargilə xanım və Aşıq Kamandar Başkeçidli aşıq havalarını səsləndiriblər.Gənc Aşıq Məsim Rəcəbov isə Maya xanıma həsr etdiyi möhtəşəm şeiri iləkonülləri fəth etmişdir."Salam" Xeyriyyə Cəmiyyətinin sədri Maya xanım Rəcəbova bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirmiş, 15 mindən çox azərbaycanlı yaşayan Rustavi şəhərində xeyriyyə məqsədli bir ictimai təşkilatın çoxdan qeydiyyatdan keçməsinə ehtiyac olduğunu söyləmişdir: "Bir qrup şəhər sakini və dostlarımız olan mədəni insanlar bizə məqsədimizə çatmaq üçün yaxından dəstək oldular. Bu günlərdə biz dövlət qeydiyyatından keçdik və bu gün rəsmi şəkildə təqdimatımızı keçirdik. Artıq biz bundan sonra Gürcüstanda rəsmi şəkildə xeyriyyəçi təşkilat kimi fəaliyyətimizi daha da genişləndirəcəyik. Məqsədimiz yalnız xeyriyyəçilik etməkdir".Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın yaradıcı heyəti adından Rustavidə yeni fəaliyyətə başlamış ictimai təşkilata -"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə və Maya xanım Rəcəbova başda olmaqla Cəmiyyətinbütün üzvlərinə xeyirxah işlərində uğurlar arzulayırıq!..Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.