ŞAHİN HƏMİDLİ: "Elə qucaqladım kəndimizi mən..." Poeziya, Müsabiqə 9 апреля 4717 100 1 2 3 4 5 Havanı bu sayaq görməmişdim heçƏhvalı dəyişib bu gün havanın,İstisi, soyuğu belə, bilinmir.Qəlbindən nə keçir tutqun havanın,Gözləri ağlayır, gülür, bilinmir.Üfüqdə aranı yaman qatıblarGözə görünürlər itən buludlar.Göylər xəritəni xatırladırlar,Boylanır səmadan qitə buludlar.Yerə uzanıbdır dərə aşağı,Dumanı baş-ayaq görməmişdim heç.Çox şeylər görmüşdüm payız qabağı,Havanı bu sayaq görməmişdim heç.22. 07. 2018-ci ilDərəTəp-təzə baharı geyib əyninə,İndicə yuxudan oyanıb dərə.Duman pencəyini atıb çiyninəDağların dibində dayanıb dərə.Sərin bulaqlardan süzülür payı,Şırıltı səsi var onun dilində.Alıb qucağına o, axan çayıÇəkir qayğısını şəlalənin də.İllərdir qalıbdır oyun içində,Sıldırım qayada abır göyərib.Dərənin dibində, suyun içindəDaşların üstündə mamır göyərib.Ana tutub balasının əlindənPayız gəldi, yenə hava qaraldı,Yaşl meşə yarpaq-yarpaq saraldı,Dərin dərə duman dolu xaraldı,Asılıbdır şəlalənin telindən.Göydə bulud yağışları hayladı,Leysanların işi-gücü çayladı.Şır-şır səsi bayatıdır, layladır,Eşidirik bulaqların dilindən.Gül-çiçəyi yerdə yuxu aparıb,Təpələrin sinələri qabarıb,Külək yenə çöldə haray qoparıb,Gözü qalıb daşqınında, selində.Şiş qayalar qılınc kimi sıyrılıb,Bulud göydən, duman çöldən ayrıb,Dağ yolları ilan kimi qıvrılıb,Uzanıblar təpələrin belndə.Uca dağlar uca qala kimidir,Küləklərin ahı nalə kimidir.Qoşa yamac ana- bala kimidirAna tutub balasının əlindən.Anam Simzər xanımın ölümündən 23 il keçdi.Əmr elə, dayanım qulluğunda mənAnamın əziz xatirəsinəSən ki, öyrətmisən neçə anaya,Necə saxlayarlar toyuq-cücəni.Ana, bir əl gəzdir təndirxanayaÇörək ətri bassın bizim küçəni.Vurğunu olduğun kəndin,kəsəyin,Çiskini, dumanı səni gözləyir.Əlinlə yığdığın yorğan-döşəyinSəliqə-sahmanı səni gözləyir.Yiyəsiz qoymusan evi, eşiyi,Gəl, bizim ocağı gur qala, ana.Nə vaxtdır boş qalıb taxta beşiyin,Sal məni içinə, yırğala ana.Qəbrinin üstündə yandırıram şam,Əllərim titrəyir, ürəyim əsir,Sənin qabağında elə durmuşam,Sanki,bir uşağam,əmrə müntəzir.Barışa bilmirəm yoxluğunla mən,Yaxın gəl, görsünlər gözlərim səni.Əmr elə, dayanım qulluğunda mən,Götürüm belimdə gəzdirim səni.Bir çəmən yaşıllıq saxlayıb mənəNağılım, qəzəlim, şerim, bayatım,Tapmısan dərdimə çarə, gəlirsən.Sənə quzu kəsim, ay kənd həyatı,Hər yerdə işimə kara gəlirsən.Çoban atla gəlir mənlə görüşə,Qanqallar sallanıb atın yalından.Gözlərim qonaqdır yorğa yerişə,Daş yolda od çıxır atın nalından.Enli yarpaqları gülür vələsin,Meşə qollarını salır boynuma.Çıxır qabağıma dağ şəlaləsi,Bir bulaq su alır məni qoynuna.Ürək qızdırdığım kənd adamları,Bir ömür yaxşılıq saxlayıb mənə.Kəndim qoltuğunda bir dərə duman,Bir çəmən yaşıllıq saxlayıb mənə.Bahar sənə yazar yaşıl şeiriniDərdini torpaqdan gizlədən ağac,Onunçün qurd yeyir içini bəlkə.Sən də ürəyini bu torpağa aç,Üstündən qəm çəkdi, köçünü bəlkə.Köklərin öpərlər biri-birini,Suyun damlasına onlar nur deyər.Çöhrəsi nurlanar çiçəklərinin.Göyərər qəlbində qədim yurd yeri.Şehini qurudar gün baxışıyla,Su iç, köklərinə daşı şeirimi.Torpağın üstündə yaz yağışıylaBahar sənə yazar yaşıl şerini.Elə qucaqladım kəndimizi mənSöküldü dağların gözlərində dan,Şirin yuxusundan səhər oyandı.Qurtuldu gecənin qaranlığındanKəndimiz ilahi nura boyandı.Yazıb, yaratmağa qəlbim döyünür,Yaddaşım işləyir qələm yerinə.Dağlardan süzülən bulaq suyunu,İçdim qurtum-qurtum məlhəm yerinə.Sevdim o yerlərə düşən izi mən,Torpağı köksündə çoxaldar məni.Elə qucaqladım kəndimizi mən,Çətin o, yadından çıxardar məni.Şairlər unutmur sözü söhbətiMüşfiq BorçalıyaBaxdım bir şəkilə dəyişdi halım,Elə bil dünyaya gəldim təzədən.Ömrün uzun olsun, Müşfiq Borçalı,Arada qalmışıq: - otuz il və mən.Azalmır tarixin dumanı, sisi,Ötənlər yadından çıxmır heç kimin.Bu gün xatırladım gözəl TiflisiŞeyri yada düşdü Əlizaminin.Yazdığım misralar gəlir ürəkdən,Sözün təəssübkeşi deməyin,azdır.Sazınız heç zaman düşməsin kökdən,O yerin, o yurdun sərvəti sazdır.Yadından çıxmasın vətən bir anlıq,Yazdığın şeyirə uca qalam, de.Var olsun Darvazlı Mədəd Çobanlı,Rima anaya da məndən salam de.Şairlər unutmur sözü-söhbəti,Mən sizi özümçün uğur sayıram.Bağrıma basıram Rafiq Hümməti,Yavər Həsəni də salamlayıram!Bakı, 08.02.2017AYSELİN TOYUƏslən Ulu Borçalımızın Bolnisi rayonunun Darvaz kəndindən olan görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının nəvəsi Aysel xanımın toyuna ithaf elədiyim şeiri bir il bundan qabaq yazmışam. Aysel xanım dəyərli dostum Müşfiq Borçalının qızıdır. Bu şeiri bir il bundan qabaq yazsam da, dəyərli dostlarımın arzusu ilə yenidən paylaşıram. Füsrətdən istifadə edib çox hörmətli Mədəd müəllimi, ömür -gün yoldaşı Rima ananı, Müşfiq qardaşımı, onun ailəsini, Aysel balanı, şair dostlarım Sədi Yaradanqulunu, İlyas Əfəndini, Rafiq Hümməti, dəyərli şairə bacımız Konul Hidayətqızını salamlayıram.Gözün aydın olsun Mədəd Çobanlı,Maşallah, cəngidir Ayselin toyu.Durub qulluğunda dil qanunları,Sözün ahəngidir Ayselin toyu.Ata ürəyidir, ana ürəyi, Baba sevincidir, nənə fərəhi, Ulu Borçalının duzu-çörəyi,Şəkəri, qəndidir Ayselin toyu.Mənadır, məntiqdir, mənası dərin,Tükənməz nurudur gülən gözlərin.Bəlkə də dünyada bütün rənglərinƏn gözəl rəngidir Ayselin toyu.Bir söz boxçasıdır, şeirlə dolu,Ustadla, aşıqla, şairlə dolu,Hikmətlər içində xeyirlə doluMahnı çələngidir Ayselin toyu.EŞQİN Dostum Muşfiq BorçalıyaƏzəldən vuruldun sən telli saza,Çoxa meyl etmədin, şükr etdin aza.Ömrünü bağlayıb çiçəkli yaza,Sevginin qədrini biləndi eşqin.Hamıyla dost oldu, ara vurmadı,Həyatda heç kimə tələ qurmadı.Kimsəni incidib, ya da yormadı,Dostluq ələyində ələndi eşqin.Söz açmaz o hardan, ya haralıdan,Ətrafı seyr edər o, aralıdan.Ağappaq kağızı yazıb qaraldanCibində gizlənən qələmdi eşqin.Xətrinə dəyməyib hər ümü-küsü,Nəfsindən əl çəkib, tamahdan küsüb,Vətəni sevməkdir onun arzusuBaşqa bir dünyadır, aləmdir eşqin.Zaman keşiyində durdu hər anın,Sevən bir ürəkdir dərdə yananın.Mədəd Çobanlıyla Rima ananınSevgi beşiyində bələndi eşqin.Şahin HƏMİDLİ,01.04.2021.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.