ŞAİR GÖYLƏR CƏBRAYIL (1962)

ŞAİR GÖYLƏR CƏBRAYIL (1962) Cəbrayılov Göylər Ağabala oğlu - 20 noyabr 1962-ci ildə anadan olub.
1970-ci ildə Ağsu rayonunun İlxıçı kəndində birinci sinfə gedib.
Sonra təhsilini Volqoqraddakı 14 nömrəli məktəbdə davam etdirib.
1978-ci ildə 8 illik təhsilini başa vurub, Ağsu rayonundakı 118 nömrəli peşə məktəbinə daxil olub. 1980-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. Dəfələrlə aktyor­luq sənətinə yiyələnmək istəsə də, incəsənət institutuna qəbul edilməyib. 1981-ci ildə hərbi hazırlığa çağırılıb. 1983-cü ildə hərbidən təhriyyə edilib. 1983-ci ildən “Birlik” və “İrəli” qəzet­lə­rinin redaksiyasında ştatdankənar müxbir kimi çalışıb.
Hazırda “Telli Sənəm” jurnalının müxbiridir.
Təxəllüsü Şair Göylər Cəbrayıldı.
Hələ orta məktəbdə oxuduğu illərdən onun şeirə və ədəbiyyata böyük marağı olub. 1974-ci ildən etibarən şeirləri “Azərbaycan pioneri” qəzetində və “Pioner” jurnalında dərc edilib. Sonradan müxtəlif qəzet və jurnallarda şeir və məqalələri işıqüzü görüb, radioda səsləndirilib.
Hazırda şeirləri müntəzəm olaraq mətbuat orqanlarında çap edilir. AJB- nin üzvüdür. “Omur yollarında”, “Gözüm yolda, könlüm səsdə”, “Dolub boşaldı dünya” kitablarının yaradıcı heyətinin üzvüdür.
Biz də Göylər Cəbrayıla yeni-yeni yaradıcılıq uğurları arzu­layır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



ANA

Səni fikirləşib heç yatmıram mən,
Sənə istəsəm də hey çatmıram mən,
Layladan bir şirin mey tapmıram mən.
De saçların nə tez ağardı ana.

Kaş torpaq olaydim ayağin altda,
Gəzəydin üstümdə mən olan qatda,
Əzəydin bağrimi gəzərək atda.
De saçların nə tez ağardı ana.

Bir daha duyaydim sənin ətrini,
Görəydim can bala yazan xəttini,
Kaş mənə verəydin sən öz səbrini,
De saçların nə tez ağardı ana.

Məni çox istədin sən öz canından,
Mənə pay vermisən halal qanından
Dönmədin heç zaman, ana andindan
De saçların nə tez, ağardı ana.

Kaş yenə uşaqliq vaxtim olaydı,
Anam ayaqyalın məni qovaydi,
Bu Şair Göylərin könlün alaydi
De saçların nə tez, ağardı ana.


VƏTƏNİMİ TANIYIRAM

Vətənimin hər elindən,
Tər-təravətli gülündən,
Nəmli, yağışlı iyindən,
Vətənimi tanıyıram.

Vətənin hər qarışıqdan,
Ceyran, cüyür yarışından,
Göldə bitən qamışından,
Vətənimi tanıyıram.

Sonaların süzməyindən,
Durnalarin üzməyindən,
Uşaqlarım gülməyindən,
Vətənimi tanıyıram.

Daşda göyərmiş mamirdsn,
Göm-göy uzanan çayırdan,
Küləyindən, soyuğundan,
Vətənimi tanıyıram.

Xeyirxahlıq əməlindən,
Mentalitet təməlindən,
Baş Komandan zəhmətindən,
Vətənimi tanıyıram.

Qonaqpərvər görüşündən,
Ordumuzun yerişindən,
Şairlərin deyişindən,
Vətənimi tanıyıram.


İLHAMDIR İLHAM

Necə mərd, həm igid, həm də ki, cəsur,
Adını eşitcək düşmənlər əsir,
Sözü xainləri qilinctək kəsir,
Dahi rəhbərimiz İlhamdır İlham!

Bütün xalq, ordumuz inanir ona,
Hamı bir nəfərtək dayaqdir ona,
Döyüşü zəfərlə yetirən sona,
Dahi rəhbərimiz İlhamdır İlham!

Hər vaxt öz xalqının qeydinə qalan,
Döyüşdə durmadan zəfərlər çalan,
Düşməni vahimə, təlaşa salan,
Dahi rəhbərimiz İlhamdır İlham!

Düşmən dərisini soyacağiq biz,
Deyir düşmən gözün oyacağıq biz,
İti qovan kimi qovacağiq biz,
Ali baş komandan, mərd sərkərdəmiz,
Dahi rəhbərimiz İlhamdır İlham!


MƏHƏBBƏT NAĞILI DANIŞ

Əziz dostlar.
Bu günlərdə şairə Vüsalə İsmayılovanın yazdığı,
bir bənd şeirini oxudum.
Doğrusu bu şeir mənim çox xoşuma gəldi.
Odur ki, bu şeirə nəzirə yazmağı qərara aldım.
Buyurun sizdə oxuyun.


"Mənə bir məhəbbət nağılı danış,
Amma nağıldan çox, həqiqət olsun."
Mənə bir məhəbbət nağılı danış,
Bütün dünya, aləm, çiçəklə dolsun.

Mənə bir məhəbbət nağılı danış,
Bulaqlar qaynasin, sevgi səsindən,
Korlar göz açsinlar, Lallar danışsın,
Küslülülər barışsın şuh həvəsindən.

Mənə bir məhəbbət nağılı danış,
Güzgüyə baxanda mən səni görüm,
Boynuna qisqanib incə telini,
Tez yığım əlimə, saçını hörüm.

Mənə bir məhəbbət nağılı danış,
Amma elə de kı, hamı eşitsin,
Dənizlər çağlasın, küləklər əssin.
Bülbüllər utanıb cəh-cəhin kəssin.

Mənə bir məhəbbət nağılı danış,
Leyli, Məcnun baxıb, həsəd aparsın,
Nazli yerişindən,şuh həvəsindən,
Günəş,ay utanıb, nalə qoparsın.

Mənə bir məhəbbət nağılı danış,
Dünyadan buzlaqliar ərisin bir an,
Nənəmin dediyi şirin nağıl tək,
Laləzara dönsün bu zalim zaman.
Mənə bir məhəbbət nağılı danış.


ŞAİR GÖYLƏR CƏBRAYIL (1962)MƏNİMÇÜN

Bu dünya əzəldən belə yaranıb,
Bir açılan səhər, vaxtsiz qaralib
Ən yaşıl yarpaqlar belə saralıb,
Yanımdan ötərək getmə mənimçün.

Əcəlin gələndə baxmir yaşına,
Yazaraq möhürü vurur qaşına.
Bir ölüm havası gəlir başına,
Əzrail gəlişin güdmə mənimçün.

Bir gün öz ömrümü vuracam başa,
Özünə zülm edib düşmə təlaşa,
Əyilmə mən üçün dosta,qardaşa,
Ruhunu pərişan etmə mənimçün.

Ağlamaq, sizlamaq axı nə verər?
Fələk qəhqəhəylə baxaraq gülər
Bu Şair Göylər də, bax bir gün ölər,
Məzarda göz yaşı tökmə mənimçün.


HARA GEDİM

Görən haralara üz tutub gedim?!
Orda düzgünlüklə, həqiqət olsun,
Düzgünlük toxumun səpim ətrafa,
Güllər pöhrə vursun, qanqallar solsun.

Görən haralara üz tutub gedim?!
Tankın süngüsundə quş yuva salsın,
Həyatda yaşayan bütün uşaqlar,
Ata, anasından böyük zövq alsin.

Görən haralara üz tutub gedim?!
Döyüş sözlərini bilən olmasin,
Bütün silahları yığıb bir yerə,
İnsanlar gedərək, muzeydə baxsın.

Görən haralara üz tutub gedim?!
Orda nə bir sərhəd, çəpər görməyim,
Quşlartək sərhədrin nə olduğunu,
Nə qədər gəzsəm də, heç vaxt bilməyim.

Görən haralara üz tutub gedim?!
Ne aclar tanınsın, nə də ki,toxlar,
Var sözü işlənsin hər yerdə hər an,
Yox olsun əbədi, yalançı yoxlar.

Görən haralara üz tutub gedim?!
Nə açar tanıyım, nə də ki,qifil,
Yalnız həqiqətlər hökm etsin orda,
Yalan, böhtan,şərlər, olsunlar sıfır.

Görən haralara üz tutub gedim?!
Tər-təmiz görünsün bulaniq sular,
Yox olsun günəşin bir an üzündən,
Zəhrimar dönmüş, qara buludlar.
Görən haralara üz tutub gedim?!.


PULUN OLSA

Nə qədər pulun var, nə qədər nax(i)şin,
Dost tanış yanında ucalar başın,
Göyərər atdığın lap qara daşın,
Hörmət edəcəklər daşına sənin.

Hər kəs səni görsə, başın əyəcək,
Toyda yaltaqlanib tostlar deyəcək,
Arxanca söyəcək, üzə güləcək,
Dost, tanış dolanar başina sənin.

Şan, şöhrət, artacaq dostlar yanında,
Qızlar verəcəklər pulçun canin da,
Arvad xoruzlanar öz sarayinda,
Qoymazlar tük qonsun, qaşına sənin.

Qulluqçun canını fəda edəcək,
Üzünə tüpürsən, gülümsəyəcək.
Uşağın altında xammer sürəcək,
Bal, şərbət tökərlər aşina sənin.

Sözün dəyişəcək,bəy olacaqsan,
Kasibi insantək saymayacaqsan,
Səhərlər araqsiz qalmayacaqsan,
Kanyaki süzürlər xaşina sənin.

Katibən firladar sənlə həndəsə,
Sənə çay gətirər, yan əsə-əsə,
Yarıçılpaq gəzər baxmaz bir kəsə,
Baxmaz yaşlı olsan, yaşına sənin.


NƏ VAXT DÜNYA

Bu dünyanın buzlaqları,
Əriyəcək nə vaxt dünya?!
Bar verməyən sərv bağları
Seviləcək nə vaxt dünya?!

Ömür, günü verən bada,
Başqasına verən qada,
Nadan özün bir aynada,
De görəcək nə vaxt dünya?!

Qarğa, quzğun, əməlindən,
Canı iyrənc təməlindən,
Bəzi məmurlar əlindən,
Qurtaracaq nə vaxt dünya?!

İndi aslan olub tazi,
Yolurlar dirikən qazi,
Deyin görüm bir qanmazi
Qandiracaq nə vaxt dünya?!

Şair Göylər çana döyüb,
Onu zaman yaman yörub,
Gülər üzlə şamı qoyub
Yandıracaq nə vaxt dünya?!


TƏŞVİŞƏ DÜŞƏRƏK AĞLAYACAQDIR

Bir soyuq yanaşma, bir soyuq ürək,
Nəyimə gərəkdir ət, yoxsa çörək?!
Qorxaqda olarsa ən güclü bilək,
Gücsüz bir biləyə uduzacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.

Milyonçu pulların tez tez gizlədər,
Özü nişan verib, özün izlədər.
Pulu,mülkü üçün özün bizlədər
Sonda pulsuz,mülksüz o qalacaqdır
Təşvişə düşərək ağlayacaqdir.

Nə qədər ucalsa göylərə ağac,
Bəzəyib başına qoysanda bir tac,
Onu gözləyəcək sonda qara sac,
Mütləq sac altinda o yanacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.

Min aslan çəksə də tülkü qoruğun,
Yemə eşidəcək çaqqal buyruğun,
Bir çaqqaldan qorxub, qisar quyruğun.
Özünü tülkü tək o sanacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.

Ay Göylər Cəbrayıl çox da qəm yemə,
Kim nə deyir desin,ağa boz demə,
Yarpaği çay bilib, qoysan da dəmə,
Ovulub, sökülüb, dağilacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.


ÖMRÜMÜN AXIRI ÇATIR

Əziz dostlar, bir neçə gün ağır xəstə yatdım.
Həmin ərəfələrdə yarızarafat,yarigerçək
bu şeiri yazdım. Buyurun sizdə oxuyun.


Pərişan,pərişan baxma üzümə,
Yalançı gümanlar demə sözümə,
Dəyməsin göz yaşın mənim gözumə,
Göz yaşın qəlbimə tıkan tək batır,
Deyəsən ömrümün axiri çatır.

Neynim halsizliğim qurtarmır bir an,
Elə bil cismimi tərk edəcək can,
Başına döndüyüm ay həkim,loğman,
Bu dərman, iynələr başımı qatır,
Deyəsən ömrümün axiri çatır.

Vallah aman yoxdu daha canımda,
Donur, laxtalanir qan damarımda,
Limonsuz axmayir axan qanım da,
Evdə uşaqlarım baxib ağlayır,
Deyəsən ömrümün axirı çatır.

Nədən tez gəlmişdir Əzrail görən?
Çoxdur arxam ilə saatla hürən,
Hər şeyi ey Tanrım, tək sənsən bilən,
Bu acı şərbəti hər bir kəs dadır,
Deyəsən ömrümün axirı çatır.

Nə olar əzabsiz sən məni götür,
Kişitək gəlmişəm kişitək öldür,
Göylər Cəbrayılın vurğunu göldür,
Məni bax o gölün yaninda basdır,
Deyəsən ömrümün axirı çatır.

ZiM.Az

.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: