Emfira Ərkli Tağıyeva (1950)

Emfira Ərkli Tağıyeva (1950) Emfira Hacıbaba qızı Tağıyeva -
1950-ci il fevralın 17-də
Xaçmaz rayonundakı
Alıc-qışlaq kəndində
ziyalı ailəsində anadan olub.
Yeyinti sənaye texnikumunu bitirib.
İxtisası üzrə Texniki Peşə məktəbində
həm müəllimə işləyib,
həm də uzun müddət məktəbin
ilk partiya təşkilatının katibi olub.
Orta məktəbdən şeiriyyətə qovuşmuş,
hazırda da davamlı olaraq şeirləri
müxtəlif mətbuat orqanlarında,
almanaxlarda poeziya antologiyalarında
işıq üzü görüb.
Hazırda "Dünyam mənim" kitabı çap olunur.
Ailəlilidir, üç övladı var.

Biz də hörmətli Emfira xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda bir neçə şeirini dəyərli izləyicilərimizə təqdim edirik.


Sevda İBRAHİMLİ,
ZiM.Az



Emfira Ərkli Tağıyeva (1950) ŞAH DAĞI...

Sürücü azalt sürəti,
Bu dağlara baxım gedim.
Uşaqlığım burda keçib,
Qoy doyunca baxım gedim.

Şah dagının ətəyidir
Xırda dağlar bu yamaclar
Azərbaycan bəzəyidir,
Quba, sıldırım qayalar.

Həm yayı, yazı, payızı,
Gözəl olur, bəzək verir.
Yamaçında alma, iydə,
moruqları bol yetişir.

Meyvələrdən bollu yığlb,
Çantalara doldurardıq.
Taxıl əkərdilər orda,
Yığardıq baş-ayaq burda.

Saqqız kimi ağzımızda,
Çeynəyərdik axşamacan.
Yığışardıq qar yağanda,
Bölüşərdik neçə dəstə.

Oturardıq dağ başında,
kirşələrlə dağ yamacda.
O qədər aşardıq dağdan,
Yamacında qayalıqdan.

Qaçdı-tutdu oynayardıq,
Atlanardıq dağ başından
Qar topası oynayaqdlq,
Gah o yanda, gah bu yanda.

Çal-çağırla şənlənərdik,
Axşamacan qaranlıqda.
Yarım əsir bəlkə də çox,
Keçib o gündən bu günə.

İndi artıq çallaşmışıq,
Heyif ki, çox qocalmışıq,
Artıq sürəti qaldır sürücü,
Tez ötüşək gedək burdan.
Dağlar gözümdə kiçilib
Ürəyim dağa döndü bu andan.

NƏMLİ GÖZÜNLƏ

Qoy mən ölüm sənin qolların üstə,
Basaraq bağrına qucaqlayasan.
İsti nəfəsimi duyduğun zaman,
Ayrılıq olmasın sən qoruyasan.
Qoy mən ölüm sənn qolların üstə,
Hər zaman gəlişin mübarək olsun.
Qaldırıb məzardan baxdığım zaman,
Sənin gəlişinlə bir fərəh doğsun.
Qoy mən ölüm sənin qolların üstə,
Hər bir ziyarətin toy bayram olsun.
Ağir bir məqamdı, ağır durumda,
Təklik necə olur, həyanın olsun.
Qoy mən ölüm sənin qollarin üstə,
Baxanda bu soyuq məzar daşına.
Öpüb ayrılanda, nəmli gözünlə,
Biləsən gör nələr gəldi başına.


KÖRPƏLƏR..

Necə də məsumdu, necə də gözəl,
Mələklər güldürür, hər qımışanda.
Sevinc paylarıdır, Allah vergisi,
Tanrının bəxşidir, bu fəriştələr.
Allahın payına, sayına qurban.
Onun oğuluna qızına qurban.
Bismillah deyərək, adda qoyulmuş,
Tanrı da həmişə onu qorumuş.
Burda seçim yoxdur oğula qıza,
Hər ikisi ailənin pənahı.
Hüseyinin adını qoyun oğula,
Zəhra adı yaraşıqdır qızlara.
Qoy xoşbəxt olsunlar bütün balalar.
Qəhrəmanlıq simvoludurlar onlar.
Hər bir çətinliyə sinə gərərək,
Talenin yükündən azad olsunlar.


TƏSADÜF...
/qısa mənzum hekayə/


Təsadüf bizimçün möcüzə oldu.
Qəfildən görüşdük,yağış yağırdı.
Nazik bir dondaydım, islanıb bədən,
Üşütmə tutmuşdu, titrərtdim birdən.
Asta bir yerişlə addlmlayırdım.
Çıxdı o qarşıma, mən gözləmirdim.
-sənə soyuq olar aparım səni,
-çox çətin sualdı dindirmə məni..
Amma islanmışdım, çarəm yox idi,
Mənə yol göstərdi maşına mindim..
Oturduq yanaşı, səssiz səmirsiz,
Susurdu narahat o da dinmirdi.
-Yaman islanmışdım, isindim bir az,
Yağırdı yağışda, kəsmirdi az-az.
Qısıldım qınıma, dedim astaca.
Saxla maşınını, incimə nolar?
Artıq yaxınlaşdım, saxlasan olar?
Beləcə ayrıldıq qəmli-kədərli,
Hərə öz yoluyla, demədən dərdi.
Baxışdıq, sevinci, gözlərdə gördük,
Ümüd də qırıldı, beləcə söndük.
Qeyd:
--sorağı gəlmirdi tamamən itdi.
Daha qayıtmadı, bununla bitdi.
Qara bir xəbəri, gəldi uzaqdan,
Hər bir nişanəsi getdi, qalmadan.
2018.


NAMƏ...
/Sərbəst şeir/


-Sevincimə sığınıb, sənə bir namə yazdım. Əvvəl salamlasıb, ürəyinə bağlandım. Nə var nə yox soruşub, yazaraq mən ağladım. Yəqin bu sözlərimlə ürəyini dağladım..
-Yaman darıxmışdım mən,vaxt ayır bir görüşək. Həm sənin həm də mənim, sevgimizi bölüşək..
-Ürəyim parça-parça ovxalanıb tökülür.Balaca bir xəbərdən,hissə-hissə sökülür.Elə qucaqlayardım boynunu-boğazını.Axıradək açardım ürəyimdən sözümü.
-Sevərdik sevilərdik, biz səninlə baş-başa. Heç fikir də verməzdik, nə yaşa, nə gözə-qaşa. Sakit bir guşə tapıb, söhbət də eləyərdik.
Nə qədər şirin söz var, bir-birinə deyərdik.
-Sən hardan biləsən ki, sevgi nə, məhəbbət nə.
Niyə səs sorağın yox, bilsən sən qədirim nə? Yəqin ki, oralarda, çoxlu qızların vardır. İnan ki vətənində, əvəzi də olumayan, gözəl qızların vardır.
-Sevgisi qucaq-qucaq,gəlin sevin sevilin.
Zəhmətkeş anaların qızlarıyla öyünün.
Qayıt gəl vətəninə,qiymət ver sən elinə.
Bəyənsən hər diyarın, hər ucun hər bucağın
Dünyanı əvəz edən, bəhrəli torpaqların.
Yad elli qızlarına baxıb gendən uyma sən
Bizim elin qızına barmaqarası baxma sən
Sən çöl bayır qızıyla, müqayisə eyləmə.
Azəri qızlarını onlara tay eyləmə.


ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: