İŞIQLI DUYĞULARIN ADAMI - AFİQ MUXTAROĞLU

İŞIQLI DUYĞULARIN ADAMI - AFİQ MUXTAROĞLU Afiqlə canlı ünsiyyətdə olanda da, onunla telefonla danışanda da, yazılarını oxuyanda da, hətta Afiqi sadəcə xatırlayanda da könlümü işıqlı duyğular bürüyür, qəm-qüssəm azalır, çılğın və narahat ruhum sakitləşir; bir daha əmin oluram ki, dünya deyildiyi qədər rəzil, söyüldüyü qədər əzazil deyil.

Çoxlarının dövrandan gileyli, yaşamdan şikayətli, cəmiyyətdən küskün olduğu bir zamanda könlü dost könüllərinin dərd yeri olan Afiq Muxtaroğlu mənim üçün yaşayan (Ulu Tanrı ömrünü uzun eləsin!) işıqlı bir obrazdır və mən bu obrazın bəzi cizgilərini sayğıdəyər oxucularla bölüşmək istəyirəm.

Bu ilin oktyabrında 50 yaşı tamam olan Afiq Əliyev Qarayazıda – Qardabani rayonunun Nəzrərli elində indi də bütöv bir mahal tərəfindən adı ehtiramla anılan rəhmətlik Muxtar əminin ailəsində dünyaya göz açıb. Orta məktəbi də, indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini də uğurla bitirib. Bir müddət gözəlim Azərbaycanın Qax-Balakən bölgəsində müəllim işlədikdən sonra doğma yurduna qayıdıb, burada pedaqoji fəaliyyətlə bərabər, elmi-ədəbi yaradıcılıqla məşğulluğunu davam etdirib. Elə buradaca qeyd edim ki, hələ bir kitabı da çap olunmayan Afiq Muxtaroğlunun yalnızca dövri mətbuatda indiyədək çap olunmuş poetik və elmi-publisistik yazılarını çap etdirəsi olsaq, heç olmasa 5 cildlik lazım gələrdi (bu cümləni həm oxucuya məlumat, həm də Afiqə bir işarə kimi də qəbul etmək olar).

Afiqin ilk yazıları hələ orta məktəb illərində “Samqori” rayon qəzetində dərc olunub. Elə o vaxtdan Azərbaycanın və Gürcüstanın çeşidli mətbu orqanlarında, toplu-almanaxlarda könül oxşayan şeirləri, publisistik yazıları, tarixi-etnoqrafik məqalələri görünməkdədir. O da əksər gerçək yazarlar kimi tribuna şairi deyil; hay-küyçülük, köpüklü pafos, qıcqırmış vətənpərvərlik, sətiraltı və misraüstü donosbazlıq onun ruhuna yaddır. O, şeiri sadəcə yazır, özü də yazmamaq mümkün olmayanda, duyğuların ağırlığına-amansızlığına dözə bilməyəndə yazır və… bunula da missiyasını bitmiş sayır. Sonrası isə dostların “əldə kəlbətin” həmin şeirləri ondan qopara bilmək bacarığından asılıdır.

Bu arada bir xoş xatirəni yazmadan keçmək istəmirəm. 2000-ci illərin əvvəlində “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsinin növbəti sayında Afiqin şeirlərini dərc etdirmişdik. O zaman Xanəmirin, Azər Turanın və mənim hazırladığım həmin qəzetin hər sayı böyük maraq doğururdu. Hörmətli xalq şairimiz Zəlimxan Yaqub da bir nömrəni də addatmırdı. Günlərin birində Z.Yaqub mənə zəng etdi və əgər yaxındayamsa “Neftçilər” metrosu yaxınlığındakı “Borçalı ocağı”na gəlməmi istədi. Biz, bir sıra yazarlar ara-sıra ora yığışır, Sahil Vətənoğlunun bir dəstə qəzetini bölüşüb oxuyur, çay içib söhbətləşirdik. Nə isə, gəldim deyilən yerə, hamı ilə görüşüb oturdum, təzə süzülmüş çaydan bircə qurtum da içməmiş, Zəlimxan bəy: – Qəzetin təzə nömrəsini oxudum, Afiq Muxtaroğlunun şeirləri çox xoşuma gəldi, – dedi və tələsik Afiqin harda yaşadığını soruşdu. Mən də burda yaşamadığını, ali məktəbi bitirdikdən sonra yurda qayıdanlardan olduğunu söylədim. Sonra yazar dostumuz rəhmətlik Ayvaz Əlləzoğlu Zəlimxan Yaquba Afiq barədə daha geniş bilgilər verdi (bu işıqlı xatirəni gerçək şairlərin bir-birinə dəyər verməsinin bir gerçək olduğunu isbatlamaq üçün yazdım).

Afiqlə 25 ildən artıqdır dostluq edirik, artıq 5 ilə yaxındır ki, “Varlıq”da birgə çalışırıq. Poetik yaradıcılığını heç zaman reklam edib gözə soxmayan qələm dostum, işində hər zaman ciddi və məhsuldardır. Başqalarına adi görünən ən xırda detalı böyüdərək obyektə çevirə və təfərrüatlarına qədər incələyə bilir. Paralel olaraq çalışdığı Kosalı orta məktəbində, dəfələrlə şahidi olmuşam, şagirdləri ona müəllimi kimi ehtiram göstərir, doğma valideyni kimi sevirlər.

Afiqin dörd sevimli övladı var. Artıq qızları Afayət və Afaq yüksək balla ali məktəbə qəbul olunaraq tələbə həyatı yaşayırlar. Mənim “Şura xala” deyə çağırdığım üçüncü fidan qızı orta məktəbdə oxuyur və sonbeşik Abdullanın xoş ərköyünlüyünə mətanətlə “dözür”.

İŞIQLI DUYĞULARIN ADAMI - AFİQ MUXTAROĞLUBu yazını müəyyən həcmə uyğunlaşdıraraq kəsə getməyə məcburam, bununla belə, onun fədakar dostluğunu qeyd etmədən keçə bilmirəm.
Keçən il bir dostumuzun sıxıntısını gözlərindən oxuyan Afiq, tövlədəki damazlıq danasını sataraq, onu sıxıntıdan qurtarmış, az sonra isə özünün banka xeyli borcu olduğu üzə çıxmışdı.
Bu, onlarla belə faktdan sadəcə biridir və inanıram ki, başqa cür də mümkün deyil, çünki bu dünyanın həqiqi sənətkarları Allahın ən canıyanan bəndəsi olurlar – şair Afiq Muxtaroğu kimi.

Sonda Afiqin bu təqdim etdiyim şeirlərinin oxucularına “qiraətiniz xoş olsun” deyirəm.

Rafiq Hümmət,
AYB Gürcüstan bölməsinin rəhbəri,
2013.




* * *

Tər bənövşə, novruzgülü, –
Novruz payı, mart sovqatı;
Üzə durub, getmək bilmir,
Qəm duyğusu, dərd ovqatı.

Atılmadım tonqal üstdən, –
Vaxt olmadı arınmağa;
Dərd başıma od ələdi,
Yer aradım qorunmağa.

Şirni-şəkər löyün-löyün,
Şamlar yandı, şölələndi;
…Bayram gəldi, nə faydası? –
Dərd canıma şələləndi…

***
Durub-durub çox baxmışam
Bu dünyanın gərdişinə;
Ölüm-zülüm alışmışam
Adətinə, vərdişinə.

Guya hərdən nəşələndim, –
Dərd içində eşələndim,
Mən üyündüm, üşələndim,
Heç görmədim dərd üşənə.

Gün vermədi, ay vermədi,
Sevincindən pay vermədi,
Ha hayladım, hay vermədi,
Gedib girdim dərd işinə…

***
Hər yerindən özəl yeri,
Bu dünyanın əzəl yeri,
Cənnət yeri, gözəl yeri,
Vallah, vətən dedikləri.

Doğulanda beşiyimiz,
Yorulanda döşəyimiz,
Həm evimiz-eşiyimiz,
Vallah, vətən dedikləri.

Niyə susdun, söylə-danış,
Dağı uca, düzü geniş,
Hər qarışı doğma-tanış,
Vallah, vətən dedikləri.

Anamızdan əmdiyimiz,
Daha neçə umduğumuz,
Qoynunda göz yumduğumuz,
Vallah, vətən dedikləri.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

"Yeni yol", MEDİA, Gürcüstan, Qarayazı, Təbriklər

"YENİ YOL" qəzetinə uğurlar arzulayırıq!..

"Yeni yol", Tv, Qarayazı
ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

Qarayazı, Nekroloqlar
Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Azərbaycan
CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

Bolus, Nekroloqlar
Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı, Turan
MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

"Varlıq", Tiflis
NƏRİMAN NƏRİMANOVDAN SONRAKI  NƏRİMAN - ƏBDÜLRƏHMANLI

NƏRİMAN NƏRİMANOVDAN SONRAKI NƏRİMAN - ƏBDÜLRƏHMANLI

Tiflis, Qaraçöp
BİR QƏLBİN İŞIĞI

BİR QƏLBİN İŞIĞI

TDPİ-nin Azərbaycan bölməsi, Msxeta
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər...

RÜBAİLƏR, Rusiya
Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflis, "Varlıq"
TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Ədəbi əlaqələr, Tiflis

"VARLIQ" Mədəniyyət Mərkəzində Xocalı Soyqırımına həsr olunmuş tədbir keç ...

Qarabağ, Rustavi, "Varlıq"
“İlqar İlkin: Yaşından böyük adam”

“İlqar İlkin: Yaşından böyük adam”

Qaraçöp
XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB

XOCALI SOYQIRIMI RUSTAVİ ŞƏHƏRİNDƏ ANILIB

ŞƏHİDLƏRİMİZ, Rustavi, UNUTSAQ, UNUDULARIQ!....
Əbdüləli İbrahimsoy (1956): ÖLMƏYƏ NƏ VAR?!..

Əbdüləli İbrahimsoy (1956): ÖLMƏYƏ NƏ VAR?!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı
“Şair ola bilməyən şair - Lətif Mustafaoğlu”

“Şair ola bilməyən şair - Lətif Mustafaoğlu”

TDPİ-nin Azərbaycan bölməsi, Ədəbi tənqid, Borçalı
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Borçalıdan ucalan səs   (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Borçalıdan ucalan səs (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Bolus
Rəy yazın: