ANA DİLİMİZİN ADI NƏDİR?..

ANA DİLİMİZİN ADI NƏDİR?..ANA DİLİMİZİN ADI NƏDİR?..
QABİL AŞİROV

~ ~ ~

Son vaxtlar bu sual qarşıma çox tez-tez çıxmağa başlayıb – ana dilimiz azərbaycan dilidirmi, yoxsa türk dilidirmi?


Bu, elə də qəliz olmayan bir mövzudur. İnsanların bu mövzuya niyə ilişib qalıblar şəxsən anlamış deyiləm. Bunun izahı illər əvvəl verilmişdi. Bunu yenidən izah etmək məcburiyyətində qalmağımıza bir azərbaycanlı olaraq çox təəssüf edirəm.
Dünyada mövcud olan bütün dillərin hər biri müəyyən bir dil ailəsinə mənsubdur. Dünyada çoxlu dil ailələri vardır. Misal olaraq Türk dillər ailəsi, Hind-avropa dillər ailəsi, Afro-aziatik dillər ailəsi, Niger-konqo dillər ailəsi, Nilo-sahara dillər ailəsi və s. (adlar çoxdu, ancaq məqsədim kiməsə linqvistik dərs keçmək deyil, ümumi məlumat vermək olduğu üçün çox təfərrüatına getmirəm). Bu dil ailələri də öz daxillərində qollara və qruplara bölünürlər. Məsələn, Azərbaycan dili türk dillər ailəsinin qərbi hun qolunun, oğuz qrupuna daxildi. Ermənilər Hind-avropa dilləri ailəsinin şərq qoluna, ruslar hind-avropa dillər ailəsinin şərq qolunun slavyan qrupuna, kürtlər və farslar hind-avropa dillərinin şərq qolunun iran dillər qrupuna, ingilislər və almanlar hind-avropa dillər ailəsinin qərb qolunun roman-german qrupuna daxildir və s.
Ancaq işin qəribə tərəfi burasındadır ki, hazırda: müasir dünyada Türkiyəni çıxmaq şərti ilə elə bir dövlət yoxdur ki, dövlətin rəsmi dilini həmin dilin mənsub olduğu dil adı ilə eyniləşdirsin. Yenə müasir dünyada azərbaycanlılardan başqa ikinci bir millət yoxdur ki, israrla tələb etsin ki, bizim dilimiz dil deyil, ləhcədi və bizim dilimiz azərbaycan dilinin mənsub olduğu dil ailəsinin adı ilə adlandırılmalıdı. Məsələn, siz nə vaxtsa eşitmisinizmi ki, bir rus siyasətçi, dövlət xadimi və ya ictimai şəxsi qalxıb desin ki, rus dili deyilən bir dil yoxdu, hind-avropa dilinin Rusiya ləhcəsi var? Və ya Rusiya hind-avropasıca? Bəs buna bənzər sözləri ermənilərdən, ingilislərdən, almanlardan necə, eşitmisinizmi? Mən də eşitməmişəm. Ancaq dəfələrlə televiziyada və radioda eşitmişəm, internetdə və qəzetlərdə oxumuşam. Azərbaycanlı siyasətçilər, dövlət adamları və ya ictimai şəxslər azərbaycan dili yoxdur, türk dilinin Azərbaycan ləhcəsi var, və ya Azərbaycan türkcəsi deyib.
Bəs doğrudanmı dünyada elə bir millət varmı ki, mənsub olduqları qrupla və ya dil ailələri ilə adlandırılsınlar? Əslində var. Bunlara misal olaraq slavyanları və samiləri göstərmək olar. Yuxarıda qeyd etdiyim kimi slavyanlar hind-avropa dillər ailəsinə mənsub olan bir qrupdu, bu qrupa ruslar, polyaklar, xaxollar, belaruslar və s. daxildi. Samilər isə Afro-azitik dillər ailəsinə mənsub bir qrupdu, bura yəhudilər, ərəblər, assuriyalılar və s. daxildir. Lakin onlarla bizim aramızda çox önəmli bir fərq var: onlar özlərinə bu adı verərkən ümumi bir regionda yaşayan, eyni qrupa məxsus fərqli millətləri və onların danışdıqları dilləri nəzərdə tuturdular. Yəni qohum olduqlarını bildirmək istəyirlər. Bu ada hörmətlə yanaşırlar, bu adın bir millətə deyil, bu qrupa məxsus olan bütün millətlərə aid olduğunu vurğulayırlar. Lakin onların heç birinin şəxsiyyət vəsiqəsində və ya passportunda, heç bir rəsmi sənədlərdə sami və ya slavyan yazılmır. Onlar rus, polyak, ərəb, yəhudi və s. olmağı özlərinə bir təhqir, slavyan və ya sami olmağı isə bir fəxr saymırlar. Qohum millət olduqlarını dərk edirlər, ancaq biri digərinin köləsi, və ya (Rusiyanı çıxmaq şərti ilə) biri digərinin ağası olmaq istəmir.

Bəs biz dilimizi türk dili adlandıra bilərikmi? Bu problem sadəcə azərbaycan dilinin kasıblığı ilə əlaqədardı. Məsələn, ingilis və rus dillərində bu məsələ heç bir problem təşkil etmir. Rus dilində Тркские язык (bütün türk dillər ailəsinə aid olan dillər, slavyan və sami dillər kimi) və Турцкий язк (sadəcə Türkiyədə danışılan dil) ifadələri var. İngilis dilində isə Turkic (bütün türk dilli dillər, slavyan və sami dilləri kimi) və Turkish (sadəcə Türkiyədə danışılan dil) ifadələri var. Dolayısı ilə rus və ingilis dilində özünü rahat şəkildə ifadə etmək olar. Lakin Azərbaycan dilində “türk” dediyimiz zaman bu identiti türkiyəlilər öz üzərilərinə götürdüyü və buna bir alternativ olmadığına görə insanlarda çaşqınlıq yaradır. Bu məsələ isə müəyyən bir vaxtdan sonra dil zənginləşdikcə öz həllini tapacaq. Bir dəfə azərbaycanlı ictimai şəxslərindən biri (əgər səhv etmirəmsə, Ağalar Məmmədov) belə bir fikir irəli sürmüşdü ki, dilimizə “türkiyəli”, və “türkiyəcə” sözləri əlavə etməklə bu məsələni çox rahat şəkildə həll edə bilərik. Əslində bu çox ağıllı bir təklifdi. Çünki bu sözləri dilimizə əlavə etməklə artıq biz slavyanlar və samilərlə eyni mövqeyə gəlmiş olacağıq. Ana dilimizin adı “azərbaycan dili” olacaq, heç bir rəsmi sənəddə türk dili ifadəsi işlənməyəcək, ancaq istəyən şəxs öz dilini “türk dili” kimi də təqdim edə biləcək.
Amma bəzi insanların tələb etdiyi kimi özümüzü azərbaycanlı deyil, sadəcə türk olaraq təqdim etməyimiz, bütün sənədləşmələrdə, rəsmi dairələrdə azərbaycan dilinin çıxardılması, onu türk dili ilə əvəz edilməsi istəyi tamamilə yersizdi və təhlükəli bir tendensiyadır. Unutmaq lazım deyil ki, Azərbaycan dövləti monoetnik (tək millətli) bir dövlət deyil, polietnik (çox millətli) bir dövlətdir. Bizim dövlətin tərkibindəki bir çox milli azlıq hind-avropalıdı. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın problem yaşadığı ermənilər, bizə düşmən gözü ilə baxan farslar və ruslar da hind-avropalıdı. Əgər biz dil ailəsini bir millət kimi götürsək, onda elə birinci problemi biz öz milli azlıqlarımızla yaşayacağıq və onlar düşmən statusu almış olacaq. Həmçinin unutmaq lazım deyil ki, Gürcüstan azərbaycanlılarının Gürcüstandakı qarantiyaçısı Türkiyə deyil, Azərbaycandı. İraqda və Suriyada baş verən hadisələr zamanı türklərin orada yaşayan türkmənlərə “göstərdiyi qayğı” göz qabağındadı və Gürcüstanda yaşanacaq hər hansı bir problem də Türkiyə ondan artığını etməyəcək. Dolayısı ilə Gürcüstanda rahat yaşamağımız güclü Azərbaycanın var olması ilə bağlıdı.
Azərbaycandakı və Gürcüstandakı türkçülərin və ya turançıların fəaliyyətlərinə nəzər saldıqda və ya onlarla bir az söhbət etdikdə onların türkçü deyil, türkiyəçi olduqlarını görmək elə də çətin olmur. Məsələn, bu insanların heç biri şorları tanımaz, ancaq Türkiyə tarixini, mədəniyyətini, incəsənətini ən xırda təfərrüatına qədər bilərlər. Türkiyəlilər türkdü, şorlar türk deyilmi? Türkiyəcəni əzbər bilərlər, ancaq saxa və şor dillərində kəlimə bilməzlər. Bəyəm saxalar və şorlar türk deyilmi? Türkiyənin ən xırda vilayətlərinin adlarını bilərlər, ən böyük türk dövləti olan Yakutiyanın paytaxtını bilməzlər. Rəcəb Tayib Ərdoğanın özü bir tərəfə, bütün ailəsini tanıyarlar, ancaq Tuvanın prezidentinin kim olduğunu bilməzlər. Halbuki bu gün Yakutiya, Tuva öz müstəqilliyini qazanmayıb, şor dili isə məhv olmağa doğru gedir, bəyəm əsl turançı onların qeydinə qalıb, onlarla maraqlanmalı deyilmi? Türk dili sözünü azərbaycan dili sözü ilə əvəz etməsinə etiraz edərlər, ancaq kiril əlifbasının latin əlifbası ilə əvəz edilməsinə səslərini çıxartmazlar. Bilməyənlər üçün deyim ki, kiril əlifbası Bolqar xaqanlığında yaranıb, Bolqar xaqanlığı türk xaqanlığı idi, latın əlifbasının isə türklərlə heç bir əlaqəsi yoxdu. Sadəcə Türkiyə Cümhuriyyətində istifadə edilir. Deməli bizim türkçülər qədim türk əlifbalarından biri olan əlifbanı türklərlə heç bir əlaqəsi olmayan latın əlifabası ilə əvəz edirlər və onlar türkçüdülər, milliyətçidirlər?

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan
Dilimizin gərcək dəyəri

Dilimizin gərcək dəyəri

Naxçıvan, "Elm və Təhsil", Köşə yazılar
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
“Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı dəyirmi masadan özətlər

“Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı dəyirmi masadan özətlər

"Şərqin səsi", Publisistika, Arxiv
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

Qaracalar, Köşə yazılar
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
AzTU Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti ilə əməkdaşlığı davam  ...

AzTU Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti ilə əməkdaşlığı davam ...

AzTU
Leyla Quliyeva:

Leyla Quliyeva: "İKİDİLLİLİYƏ YANAŞMA"

Elmi Məqalələr, Turan
Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Gürcüstan, Qarayazı
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı

"Gürcüstanda soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problem ...

Borçalı
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
İstanbuldan Bakıya uçan rus təyyarəsi

İstanbuldan Bakıya uçan rus təyyarəsi

MEDİA, Köşə yazılar
Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb

Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb

Gürcüstan, Borçalı, "Borçalı" Cəmiyyəti
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
Rəy yazın: