Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya Müasir dövrdə insanların rahat və təhlükəsiz şəraitdə yaşamaqlarına səbəb daha yaxşı və komfortlu həyatın olmasıdır. Belə həyat səviyyəsinə səbəb hal-hazırda mövcud olan texnologiyalardır. İnsanın yaranışından bu günə qədər yaşayış tərzinə nəzər yetirsək, görərik ki, hər dəfə yeni texnika, alət ixtira etmək onların işini nə qədər asanlaşdırmışdır. Yeni dəzgah və maşınların icad edilməsi cəmiyyətdə daha bacarıqlı, düşüncə qabiliyyəti yüksək olan insanların ortaya çıxmasına səbəb olur. Belə insanları mühəndis, onların fəaliyyət göstərdiyi sahəni isə mühəndislik adlandırırıq.

Mühəndislik nədir? – sualına müxtəlif aspektlərdən yanaşmaq olar. Bunun da səbəbi onun sahələrinin bir neçə qrupa bölünməsidir. Daha dəqiq informasiyanı bu qrupları araşdırarkən demək olar. Ümumi aspektdən baxsaq, yuxarıdakı suala belə cavab vermək mümkündür. Mühəndislik – elm və riyazi prinsipləri, praktiki və beyin təfəkkürünü istifadə edərək təbii vasitələrdən insanlara daha xeyir verə biləcək məhsulları ortaya çıxartmaqdır.

Mühəndislik, elmdən istifadə edərək, mədəni və maddi tələbləri əsas götürərək cəmiyyətə lazım olan əşyalar hazırlamaq, emal və inşa etməkdir.

Mühəndisliyin müasir mənada yaranması 1750 – 1850-ci illərə təsadüf edir. Bu dövrdə buxarlı maşınlar, bolt sənaye maşınları, istehsal maşınları icad edilmiş, zavod və fabriklər qurulmağa başlanılmışdır. Bunu da söyləyək ki, bu maşınların istifadəsi ancaq praktikada tətbiq edilirdi, yəni nəzəriyyəsi yox idi və başqa insanlara öyrədilmirdi. Brunel və Stephenson kimi bir neçə mühəndislərin elmdən istifadə etməklə formal universitet təhsilli mühəndislik peşəsi yaratdılar. Belə universitetlərin fəaliyyəti Fransadan başlanmışdır. Hal – hazırda mövcud olan müasir mühəndislik tarixini dörd hissəyə ayırmaq olar: 1. Elm inqilabından əvvəlki dövr; 2. Sənaye inqilabı və əvvəlki dövr; 3. İkinci sənaye inqilabı; 4. İnformasiya inqilabı.

Bu gün istifadə olunan mühəndislik sahələri müasir dövrün tələblərinə uyğun olaraq sistemləşdirilmişdir və aşağıdakı qruplara bölünməkdədir:


a) Energetika mühəndisliyi; b) Kimya mühəndisliyi; c) İnşaat mühəndisliyi; d) Mexanika mühəndisliyi; e) Təyyarə - kosmos mühəndisliyi; ə) Kompüter mühəndisliyi.

Bundan başqa Sosial mühəndislik deyilən bir sahə də vardır ki, bu yüksək bacarıq tələb edir. Sosial mühəndislik insan fiziologiyasını istismar etməklə məlumatların əldə edilməsidir.

Qeyd olunan sahələrin hər biri müasir texnologiyalara tətbiq olunur və insanların həyatında mühüm rola malikdir. Müasir həyatı texnologiyalarsız təsəvvür etmək qeyri – mümkündür. Bu səbəbdən də hazırda istər mühəndislər, istərsə də mühəndislik təhsili alan tələbələr öz peşələrinə dərin yiyələnməlidirlər. Cəmiyyətə faydalı məhsullar ortaya çıxartmaq böyük istedad tələb edir. Bunun üçün ali təhsil müəssisələrində verilən təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycanda mühəndislik sahəsi xeyli inkişaf edib müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Murad Rzayev,
Azərbaycan Texniki Universitetinin
“Elektrotexnika və energetika” fakültəsinin
IV kurs tələbəsi.


ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika  ...

“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika ...

Elmi Məqalələr, AzTU
Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi ha ...

Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi ha ...

Rəsmi Xəbərlər, BMU
Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib

Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib

BMU
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
AzTU SABAH tələbəsi, Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarı ...

AzTU SABAH tələbəsi, Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarı ...

AzTU
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

AzTU, Turan
“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc  ...

“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc ...

AzTU
AzTU-da UNESCO-nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda k ...

AzTU-da UNESCO-nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda k ...

AzTU
AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU
Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

AzTU
Xarici tələbələr AzTU-da

Xarici tələbələr AzTU-da

AzTU, QHT, GVİİM
AzTU CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub

AzTU CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub

AzTU
AzTU doktoranturaya sənəd qəbulu elan edir

AzTU doktoranturaya sənəd qəbulu elan edir

AzTU, Elanlar
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

Əsas xəbər, Nazirlik, "Zirvə"
ESTIEM LG Baku təşkilatının uğurları

ESTIEM LG Baku təşkilatının uğurları

AzTU
II Qış Elm Festivalı təşkil olunub

II Qış Elm Festivalı təşkil olunub

BMU
Rəy yazın: