Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Yüz yaşa, MÜŞFİQ BORÇALI!.. Yüz yaşa Müşfiq Borçalı!

“Ziya”, “Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, gözəl jurnalist, 50-dən çox kitabın müəllifi, yazıçı, puplisist, naşir Müşfiq Mədəd oğluna.


Oğludur qədim Darvazın,
Aşiqidir telli sazın.
Gül açsın ömrünün yazı,
Müşfiq Borçalı, Borçalı.

Yaratmaq eşqi başında,
Yazandır uşaq yaşından,
Paxıl dostdan, yoldaşından,
Uzaqdır Müşfiq Borçalı.

Dərsini atadan alıb,
Tarixlərə nəzər salıb,
Öz zəhmətilə ucalıb,
Müşfiq Borçalı, Borçalı.

Yazardır, güclü qələmli,
Əsəri sevincli, qəmli,
Düşündürəndir aləmi,
Yazmaqla Müşfiq Borçalı.

Oğludur alim Mədədin,
Azəri adlı millətin,
Xalqın namusun, qeyrətin,
Çəkəndir Müşfiq Borçalı.

Ümmanıdır səbrin, tabın,
Müəllifi əlli kitabın,
İstəyini elmdə tapdın,
Müşfiq Borçalı, Borçalı.

Yazıçı haqqın təməli,
Yazmaqdır işi, əməli,
Hər işi nurlu, əməlli,
Müşfiq Borçalı, Borçalı.

Obalara gedib hərdən,
Bir-birinə aşiqlərdən,
Yazır ölməz aşıqlardan,
Müşfiq Borçalı, Borçalı.

Atası kimi oğlu da,
Müstəqilliyin uğrunda,
Çalışır xalqın yolunda,
Müşfiq Borçalı, Borçalı.

Hər əsərə can qoyub, can,
Yazıb neçə yazıçıdan,
Haqsızlara verməz aman,
Müşfiq Borçalı, Borçalı.

Xalqın haqqında xəyalı,
Yazmaqdır fikri, məlalı,
Elmdir cəhi-cəmalın,
Müşfiq Borçalı, Borçalı.

Zəmanənin müasiri,
Əla yazanlardan biri,
Hər sözü, söhbəti sirli,
Müşfiq Borçalı, Borçalı.

Gör neçə illərdən bəri,
Çoxların umacaq yeri
Olub, bölür dərdi, səri,
Müşfiq Borçalı, Borçalı.

Haqq yolunu tutub gedir,
Köməksizə kömək edir,
Millətin dərdini çəkir,
Müşfiq Borçalı, Borçalı.

Yazır əsrin gedişindən,
Nəsillərin gəlişindən,
Əsrin zülmkar işindən,
Müşfiq Borçalı, Borçalı.

Yazardır ağlın dəryası,
Allahdandır təmannası,
Ünvanı xeyir-dualı,
Müşfiq Borçalı, Borçalı.

Elin taxirçi yazarı,
Yollanıb ellərə sarı,
Neçə mərhum sənətkarı,
Tanıdıb xalqa Borçalı.

Əsərləri Türkiyədə,
Bir-bir keçib əldən-ələ,
Əzbərlənib dildən-dilə,
Düşübdü Müşfiq Borçalı.

Neçə kitabı İranda,
Dillərdə gəzir Turanda,
Yazmaqla qışda, boranda,
Qalib çıxandı Borçalı.

Hər əsəri xalqa kömək,
Gərək olub hava, su tək,
Haqq yolundan dönməyəcək,
Müşfiq Borçalı, Borçalı.

Müdrikdir atası kimi,
Xeyirxah babası kimi,
Neçə məzunun müəllimi,
Müşfiq Borçalı, Borçalı.

Çox yazandır Bəxtiyardan,
Saraclı tək sənətkardan,
Neçə obadan, diyardan,
Yazandır Müşfiq Borçalı.

Qafqaz boyu əsərləri,
Olub dillərin əzbəri,
Hörməti var sənə dərin,
Xalqın Borçalı, Borçalı.

Şöhrətisən yurdumuzun,
Atasısan iki qızın,
Parlasın tale ulduzun,
Müşfiq Borçalı, Borçalı.

İnsanlıqda şöhrət tacı,
Dörd bacının bir qardaşı,
Keçməsin bir günün acı,
Müşfiq Borçalı, Borçalı.

Əyilməyib heç vaxt yada,
Çətin gündə varlıya da,
Xoşbəxt olsun bu dünyada,
Ailəsiylə Borçalı.

Düşmənidir xəyanətin,
Vurğunudur dəyanətin,
Arzusudur Şərafətin,
Yüz yaşa Müşfiq Borçalı.

ŞƏRAFƏT DAĞISTANLI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Borçalı elinin qartalı, Müşfiq!..

Borçalı elinin qartalı, Müşfiq!..

Poeziya, Borçalı, Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Dostluq bayrağısan Müşfiq Borçalı!..

Dostluq bayrağısan Müşfiq Borçalı!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Tv, Rustavi, Borçalı, Başkeçid, Bolus, Darvaz, Müşfiq Borçalı
Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...

Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...

Borçalı, Elm, Arxiv
Asif BAYRAMOVa Başsağlığı

Asif BAYRAMOVa Başsağlığı

Nekroloqlar
Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı
Nazim POLUXOVa BAŞSAĞLIĞI

Nazim POLUXOVa BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
AY MƏDƏD OĞLU!...

AY MƏDƏD OĞLU!...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Arxiv, Müşfiq Borçalı
Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
ATA YOLU

ATA YOLU

Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı
Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandır ...

Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandır ...

Müşfiq Borçalı
Professor İSA XƏLILOVa başsağlığı

Professor İSA XƏLILOVa başsağlığı

AzTU, Nekroloqlar
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar

"DOSTLUQ MƏŞƏLİ"nin Müşfiq Borçalıya TƏBRİKİ

Darvaz, Arxiv
DƏYƏRLİ İNSAN

DƏYƏRLİ İNSAN

Poeziya, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
DARVAZLI Muraz Əhmədova BAŞSAĞLIĞI

DARVAZLI Muraz Əhmədova BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
SƏADƏT BUTAya BAŞSAĞLIĞI

SƏADƏT BUTAya BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Adilxan BAYRAMOVa BAŞSAĞLIĞI

Adilxan BAYRAMOVa BAŞSAĞLIĞI

Nekroloqlar
KƏRƏM MƏMMƏDLİyə BAŞSAĞLIĞI

KƏRƏM MƏMMƏDLİyə BAŞSAĞLIĞI

Nekroloqlar
KAMRAN RƏSULOVA BAŞSAĞLIĞI

KAMRAN RƏSULOVA BAŞSAĞLIĞI

AzTU, Nekroloqlar
Rəy yazın: