Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının dediklərindən: Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov 17 августа 2024 2199 100 1 2 3 4 5 Dünya şöhrəti qazanmış görkəmli yazıçı, türkoloq Çingiz Aytmatov:“Tanınmış türkoloq Mədəd Çobanovun son illərdə onomastika sahəsində apardığı elmi tədqiqqatlar məni çox sevindirir. Xüsussilə də toponimika sahəsində apardığı araşdırmalar çox qiymətli və təqdirəlayiqdir. Onun Ufada və Bişkekdə keçirilmiş beynəlxalq elmi konfranslardakı məruzələri isə diqqətimi xüsusilə cəlb etmişdir. Ona bu yolda uğurlar arzulayıram!”***Akademik Şanazar Şaabduraxmanoviç Şaabduraxmanov (Özbəkistan):“Professor M.N.Çobanov Azərbaycan dilçiliyi və Türkologiya sahəsində zəngin dilçilik ənənələrinə sadiq olmaqla yanaşı, Türkologiyanın müasir ümumi prob¬lem¬lərini araşdırıb, gələcək nəsillərə ötürülməsində böyük əməyi olan alimlər nəslinə mənsubdur”.“Prof. M.N.Çobanovun elmi yaradıcılığına dərindən nəzər saldıqda məlum olur ki, o, elmin keçmişi ilə müasirliyi, elmin müasirliyi ilə gələcəyini öz araşdırmalarında üzvi surətdə əlaqələndirməyə diqqət yetirən alimlərimizdən biridir. Başqa sözlə desək, alimin əsərlərində tarixiliyin müasirliyi... və ya müasirliyin tarixiliyi daim paralel halda araş¬dırmalara cəlb edilir”.***Akademik Edhem Rahimoviç Tenişyev (Moskva):“Filologiya elminin tarixi ilə yaxından tanış olan professor M.N.Çobanov elmin müasir səviyyəsinə uyğun olan və araşdırılmamış mövzuları çox ustalıqla seçir və tədqiqata cəlb edir. Bu da onun elm sahəsində yeni-yeni nailiyyətlər qazanmasına səbəb olur”.***Akademik Əbdüləzəl Dəmirçizadə (Bakı):“Mədəd Çobanov Azərbaycan dilinin müasir problemlərini milli təəssübkeş¬lik və təşəbbüskarlıq baxımdan araşdıran ilk alimlərimizdən biridir”.***Akademik, Millət vəkili, Afad Qurbanov (Bakı): “Professor M.N.Çobanovun istər Azərbaycan dilçiliyi, istərsə də Ümumtürkoloji xarak¬terli əsərlərinə dərindən nəzər saldıqda aydın olur ki, o əsil mənada elm fədaisidir”... “Mədəd müəllimin bütün əsərləri həm orijinal, həm də elmi baxımdan çox müstəqil və oxunaqlı olur, onun araşdırmaları mövzu seçimi baxımdan heç vaxt kasadlıq keçirməyib, onun əsərləri daim redaktəsiz çap olunur”."Həmişə aktual və həllinə zəruri ehtiyac hiss olunan problemin işlənməsini qarşıya məqsəd qoyan Mədəd Çobanov dilimizdəki şəxs adlarının əmələ gəlməsini, yayılma regionunu, istifadə dərəcəsini, inkişaf tarixini və s. cəhətlərini araşdırmağa çalışmışdır... Son illərə qədər meydana gəlmiş elmi-tədqiqat işləri təhlil olunur, hər bir fikrin, mülahizənin elmi qiyməti verilir. Müxtəlif illərin məhsulu olan hər bir əsər elmi süzgəcdən keçirilərkən müəllifin xronoloji prinsipi gözlədiyi, onun obyektiv mövqe tutduğu müsbət hal kimi diqqəti cəlb edir. Müəllif onomastikaya dair istər respublikamızda, istərsə də ondan kənarda keçirilən konfranslarda qoyulan məsələlərə də toxunur, əlaqədar məsələlərin təhlilini verir, əldə olunan ümumi elmi baxışları, nəticələri faydalı hesab edir... Ümumiyyətlə, əsərdə ayrı-ayrı dövrlərin ictimai-siyasi vəziyyətinin, mədəni səviyyəsinin nəzərə alınması dil faktlarının düzgün şərh edilməsinə əsas vermiş, dissertasiyanın elmi keyfiyyətinin artmasına səbəb olmuşdur...Dissertasiyanın bütün fəsillərində dilçiliyin nəzəri bünövrəsinə uyğun olan bir sıra xüsusi elmi metodlardan istifadə edilmişdir. Müasir dilçiliyin müqayisəli, tarixi və kəmiyyət metodlarına daha çox müraciət olunması əsərin keyfiyyətini daha da artırmış, müəllifin məqsədinə nail olmasına imkan yaratmışdır. Mədəd Çobanovun bu əsəri, həqiqi mə'nada dərin araşdırmaların və gərgin əməyin məhsuludur... Bu əsəri türkoloji dilçilikdə antroponimiya məsələlərinə dair zəngin dil materialları üzərində qurulmuş orijinal tədqiqat işi kimi qiymətləndirmək olar. Əsərin müsbət məziyyətləri çoxdur" /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/. "Antroponimik tədqiqatların geniş vüs'ət tapdığı bu illərdən /1960-cı illərdən.-M.Ç./ başlayaraq A.Qurbanov, M.Adilov, A.Axundov, M.Çobanov... və başqa bir sıra alim-türkoloqlar ümumtürk antroponimlərinin problemləri ilə məşğul olmuşlar". "Ümumtürk antroponimiyasının bir sıra ümumnəzəri məsələləri 80-ci illərdə bu və ya digər səviyyədə... M.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" (1983), "Təxəllüs.Familiya" (1987) elmi əsərlərində şərh olunmuşdur". "Ümumtürk antroponimikasına dair işlər bu illərdə də (90-cı illər.-M.Ç.) başlıca olaraq iki istiqamətdə aparılmışdır... A.Qurbanovun "Azərbaycanlı adları" /1993/, M.N.Çobanov və M.M.Çobanlının "Azərbaycan şəxs adları" /1995/ lüğətləri 90-cı illərin leksikoqrafik məhsuludur".***Azərbaycan SSR Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayev (Bakı):“Professor M.N.Çobanovun əsərlərini oxuduqca istər-istəməz onun milli təəssüb¬keş¬liyi və türklüyü yada düşür”."Əvvəla, onu deyim ki, Mədəd Çobanov bu işin üzərində çoxdan çalışır. Kitablarından göründüyü kimi, o çoxdandır bu işlə məşğuldur. Elmi konfranslarda antroponimiyanın müxtəlif problemlərinə dair mə'ruzələrlə çıxış edir, özünün müstəqil mülahizələrini söyləyir, yeri gəldikcə ayrı-ayrı alimlərlə mübahisəyə girişir... Onun kitabları mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilib. Bunu opponentləri də qeyd etdilər. O, Tbilisidə S.S.Orbeliani adına Pedaqoji İnstitutda "Azərbaycan antroponimiyasının əsasları" adlı "Xüsusi kurs" yaradıb, onun proqramını, dərs vəsaitini çap etdirib. Əlbəttə, bir alimin belə bir kurs yaratması böyük zəhmətdir". /Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından/.***Akademik, Millət vəkili, , filologiya elmləri doktoru, professor Nizami Cəfərov (Bakı):“Prof. M.N.Çobanov görkəmli dilçi-türkoloq, elmi-pedaqoji və mədəni-mənəvi aləmi zəngin olan çox tanınmış alimlərimizdən biridir”."M.N.Çobanov dilçi-filoloqlarımız arasında öz səsi və qələmi ilə fərqlənir. O, elmi yaradıcılığa başladığı ilk günlərdən qabaqcadan elmi müşahidələr aparmış, dilçiliyimizdəki boşluqları müəyyənləşdirmiş və qələmini də elə bu boşluqlarda sınaqdan keçirmişdir. Geniş elmi erudisiyaya malik olan alim Azərbaycan dilçiliyində ilk dəfə olaraq, dilimizin dialekt və şivələrinin leksik ("Bolnisi rayonu şivələrinin leksik xüsusiyyətləri" - namizədlik dissertasiyası), antroponimik ("Azərbaycan antroponimiyasının əsasları" - doktorluq dissertasiyası, bu sahəyə dair 5 kitab və 40-dan çox məqalə çap etdirib), leksikoqrafik və metodik (ilk dəfə olaraq "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" (1977, 1991) xüsusiyyətləri ilə məşğul olmuşdur. Onun ədəbiyyatşünaslıq problemləri ilə yaxından bağlı olan onlarla ədəbi-tənqidi məqalələri, rə'yləri, Azərbaycan və gürcü dillərində çap olunmuş almanaxları vardır. Ümumilikdə, M.N.Çobanovun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir. Onun əsərləri dil tarixi, müasir dil, dialektologiya, onomastika, etimologiya, bilinqvizm baxımından /Azərbaycan-gürcü dillərinin qarşılıqlı əlaqəsinə dair tədqiqləri/ təqdirə layiqdir..."“Müasir dünyada cərəyan edən ictimai-siyasi problemlərə, xüsusilə də son onilliklərdə uydurulmuş və geniş şəkildə təbliğ olunan “İnteqrasiya” və “Qloballaşma”nın gizlin və üstüörtülü sirlərinə (əslində, mədəni müstəmləkəçilik ideyalarına), dövrümüzün tanınmış alimi prof. M.N.Çobanov özünün oxucular arasında geniş yayılmış, qısa bir müddətdə böyük nüfuz qazanmış və ziyalılar tərəfindən yüksək qiymətləndirilmiş “Türk ədəbi dil¬lərinin birliyinə doğru” (Bakı, 2000; Bakı, 2008 və II kitab – Bakı, 2012) adlı fun¬damental kitablarında xalqların hüquq bərabərliyi, müstəqil, azad və suverən yaşamaq hüquqları baxımdan çox tutarlı cavab veribdir”.***Filologiya elmləri doktoru, professor Musa Adilov (Bakı):“Professor M.N.Çobanovun bütün araşdırmaları və yazıları redaktə edilmədən çap edilə bilər”.***Filologiya elmləri doktoru, professor Səyyarə Mollazadə: "Azərbaycan dilçiliyində lüğət tərkibinin geniş bir sahəsini əhatə edən antroponimlər bu vaxta qədər ayrıca tədqiqat mövzusu kimi monoqrafik planda öyrənilməmişdir. Doktoran bu mövzunu seçərkən şəxs adlarının inkişaf şəraitini, dil rəngarəngliyini və bir sıra başqa mühüm səciyyəvi cəhətləri nəzərə almışdır. Dissertasiyanın məzmunu göstərir ki, M.Çobanovun elmi-nəzəri cəhətdən müşahidəçilik qabiliyyəti, müstəqil tədqiqatçılıq vərdişi və türkoloji hazırlığı vardır...Ümumiyyətlə, dissertasiya böyük zəhmət tələb edən bir əməyin məhsuludur. Dissertasiyanın müsbət cəhətlərindən biri kimi bunu xüsusi qeyd etmək istəyirik ki, tədqiqat işinin bütün fəsilləri arasında qarşılıqlı əlaqə, elmi-məntiqi ardıcıllıq və üzvi bağlılıq vardır..." /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.***Filologiya elmləri doktoru, professor Həsrət Həsənov: "Hələlik antroponimiyamıza aid doktorluq dissertasiyası yazılmamışdır. M.N.Çobanovun müdafiəyə təqdim etdiyi "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası bu sahədə ilk elmi-tədqiqat işidir. Əsər müəllifin 20 illik səmərəli elmi fəaliyyətinin nəticəsidir. Dissertant bu sahədə səriştəli və təcrübəli tədqiqatçıdır. Bu mövzuya aid onun onlarla məqaləsi və bir neçə kitabı çap olunmuşdur. Dissertant bu sahə ilə əlaqədar olan elmi konfranslarda müntəzəm çıxış edir. Göründüyü kimi, Azərbaycan antroponimlərinin öyrənilməsi onun diqqətini təsadüfdən-təsadüfə yox, müntəzəm cəlb etməkdədir...Fəsillərin adları və onlarda araşdırılan məsələlər dissertasiyanın ümumi məzmununa uyğundur. Burada ilk dəfə olaraq, Azərbaycan antroponimiyasının əsasları sistemli şəkildə araşdırılır və ümumi elmi nəticələr çıxarılır. Dissertasiyadakı cədvəllər və sxemlər daha çox maraq doğurur. Bunlar elmi işin istər nəzəri, istərsə də təcrübi cəhətdən əhəmiyyətli olmasına yeni ton verir, onun məzmununu sabitləşdirir, elmi dəyərini artırır. Həmin sxem və cədvəllərdə şəxs və şəxs adlarının işlənmə tezliyi, ayrı-ayrı tarixi mərhələlərdə yayılması və işlədilməsi də öz əksini tapır. Ümumiyyətlə, dissertasiya təsviri və müqayisəli xarakterdə yazılmışdır, elmi aparaturası lazımi səviyyədədir, əsərdə irəli sürülən hər bir mülahizə bol-bol nümunələrlə müşaiyət edilir və əsaslandırılır. İstifadə olunmuş ədəbiyyat zəngindir. Dissertasiya forma və məzmunca elmi-tədqiqat səciyyəlidir. Bir sözlə, dissertant qarşısına qoyduğu məqsədə tamamilə nail ola bilmişdir. Bu əsər nəinki Azərbaycan dilçiliyi, bütövlükdə, türkologiya üçün də əhəmiyyətlidir. Əsərin elmi məziyyətləri çoxdur. Bu da, hər şeydən əvvəl, onun orijinallığından irəli gəlir... Onun kitabları öz elmi məziyyətlərinə görə onomastik əsərlər sırasında layiqli qiymətə malikdir. Hətta, müəllif çap olunmuş kitablarını da doktorluq işi kimi müdafiə edə bilərdi." /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.***Filologiya elmləri doktoru, professor Kamil Vəliyev: "Əsər ilk müzakirə olunan variantından çox fərqlidir. Həm də bu fərq əsərin elmiliyində özünü büruzə verir. Dissertasiyanın tədqiqat obyekti olduqca maraqlıdır. Əlbəttə, maraqlı olduğu qədər də çətindir, mürəkkəbdir. Mövzu günün tələblərinə cavab verir, müasir dilçiliyimiz üçün aktualdır. Müzakirədə iştirak edən yoldaşların əsər haqqında söylədikləri fikirlərlə mən də şərikəm. Əsəri bitmiş hesab edirəm, müasir elmi tələblərə cavab verir. M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda yazdığı dissertasiyasına aid 4 kitab, 1 proqram, 26 jurnal məqaləsi və tezis çap edilmişdir. Bütün bunlar əsərin müdafiəyə buraxılması üçün zəmanət verir. Mən də sizin təklifinizlə razıyam. Dissertasiyanın müdafiəyə buraxılmasını təklif edirəm". /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.***Filologiya elmləri doktoru, professor Yusif Seyidov: "M.Çobanovu, prof.A.Qurbanovdan sonra antroponimiya sahəsində ikinci mütəxəssis hesab etmək olar. Əsər böyük zəhmətin bəhrəsidir. Bu əsərinə görə onun müəllifi Mədəd Çobanova filologiya elmləri doktoru dərəcəsini vermək olar, tamamilə layiqdir" (Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından).***Filologiya elmləri doktoru, professor, şair-tərcüməçi Əflatun Saraclı (Məmmədov): "...Tiflisdə pedaqoji institutun tarix-filologiya fakültəsində bərabər oxumuşuq. O, hələ tələbə ikən elmi axtarışa böyük marağı vardı. Elmi konfranslarda, simpoziumlarda mə'ruzələrlə çıxış edirdi. Bu günkü müdafiənin himi, demək olar ki, hələ o vaxtdan qoyulmuşdu. 1989-cu ildə Borçalıda olan o ağır olaylar yəqin ki, yadınızdadır. O ağır günləri çiyinlərində aparanlardan biri də Mədəd Namaz oğluydu. Onun bütün ağrısı Mədəd müəllimin məqalələrində, Gürcüstanın rəhbər işçiləri ilə toqquşmasındaydı. Onun ağrı-acısını sonralar özü çəkməli oldu. Bugünkü Şurada çox ətraflı çıxışlar oldu. Yoldaşlar hər şeyi ölçülü-biçimli şərh etdilər. Elə bir gərgin şəraitdə, elə bir qərib diyarda yaşayasan, elə bir mühitdə həm müəllim işləyəsən, həm də dissertasiya yazasan; həm hadisələrin içərisində iştirak edəsən, bu bizə asan gəlir... Əsərin mahiyyəti və elmi əhəmiyyəti haqqında rəsmi opponentlər, Şura üzvləri və digər yoldaşlar ətraflı danışdılar, əsərin layiqli qiymətini söylədilər. Müəllif elmlər doktoru alimlik dərəcəsi almağa layiqdir" (Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından).***Filologiya elmləri doktoru, professor Tofiq Əhmədov: "M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası dilçiliyimizin ən gənc sahəsi olan "Onomastika"nın ən qədim və ən geniş yayılmış bir şö'bəsi - "Antroponimiya"ya həsr olunmuşdur. Bu əsərdə ilk dəfə olaraq Azərbaycan antroponimikasının nəzəri və təcrübi əsasları sistematik şəkildə təhlil edilmişdir. Mən, müəllifin həm dissertasiyası, həm də çap olunmuş kitabları və məqalələri ilə tanışam. Həmin əsərlərlə tanışlıq göstərir ki, müəllif qarşısına qoyduğu problemi istər nəzəri, istərsə də təcrübi cəhətdən təhlil etmək imkanına malikdir. Bunu müzakirəyə təqdim olunan dissertasiya təsdiq edir" (Doktorluq dissertasiyasına yazılmış rə'ydən).***Millət vəkili, Filologiya elmləri doktoru, professor Həsən Mirzəyev: "Müəllif yeri gəldikcə ayrı-ayrı problemlərin təhlili ilə bağlı olaraq öz nəzəri və təcrübi mülahizələrini söyləmiş, müxtəlif tədqiqatçılarla mübahisəyə də girmişdir. Bu da əsərin elmi məziyyətini qat-qat artırır... Əsər, həmçinin, nəzəri və təcrübi cəhətdən də dilçiliyimizdə yeni istiqamətli tədqiqat kimi qiymətlidir" (Doktorluq dissertasiyasına yazılmış rə'ydən).* * *Azərbaycan Respublikası Prezident Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev:"Bakı Ali Hərbi Dənizçilik Məktəbinin kafedra müdiri, professor M.Çobanovun fikirincə, ATƏT öz qərarının icrasını təmin edə bilmirsə, ATƏT-in vasitəçilik missiyasından imtina olunmalıdır. Ermənistan BMT-nin qətnamələri və ATƏT-in Lissabon samitinin bəyannaməsi ilə razılaşmırsa, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsinə heç bir beynəlxalq təşkilatın müdaxiləsinə yol verməməlidir". ("Azərbaycan"qəzeti, (N-75 (2788), 5 aprel 2001-ci il)"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ictimai rəy kontekstində" adlı məqaləsindən).* * *Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov (Bakı): “Xalqımızın təəssübküşi, Ana dilimizin və milli mədəniyyətimizin yorulmaz keşikçisi M.N. Çobanova yeni-yeni uğurlar arzusu ilə”.***Filologiya elmləri doktoru, professor Nəbi Əsgərov: “Prof. M.N,Çobanovun qələmindən çıxan bütün əsərlərinin elmi məziyyətləri yüksəkdir, elmin müasir tələblərinə tamamilə cavab verir”."Uzun illərdir ki, onomastika ilə məşğul olan tədqiqatçılarımızdan M.Çobanov "Abdal" etnoniminin semantikasını "ovu qoruyan, ona arxa olan", "ov tanrısı" kimi izah edir. Müəllif eyni zamanda bu ad haqqında danışarkən Azərbaycan klassik şairlərindən Nəsimi və Şah İsmayıl Xətainin abdal tayfasından olduğunu söyləyir".***Filologiya elmləri doktoru, professor İbrahim Bayramov (Bakı):“Mədəd müəllim müstəqil düşüncəli və milli təfəkkürlü alimlərimizdən biridir. Bunu onun iki hissədən ibarət olan “Türk ədəbi dillərinin birliyinə doğru”, I (Bakı, 2008) və II hissə (Bakı, 2012); “I Türkoloji Qurultay və Türk dillərinin müasir problemləri” (Bakı, 2006) kitabları açıq-aydın şəkildə təsdiq edir”.***Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov (Bakı):“Professor M.N.Çobanovun Nitq mədəniyyəti ilə bağlı olan kitablarını və ya məqalələrini oxuyub qurtarandan sonra belə nəticəyə gəlmək olur ki, onun nitqi də, danışığı da, daim birmənalı və bütövdür”.***Professor Nəsir Şükürov (Özbəkistan):“Mədəd müəllim, müasir Türkologiyanın ayrı-ayrı problemlərini yeni isti¬qamətdə və yeni keyfiyyətdə araşdıran alimlərdən biridir. Onun bütün tədqiqatları əvvəllərdən araşdırılmamış mövzulara həsr olunub”. ***Professor F.Abdullayev (Özbəkistan):“Prof. M.N.Çobanov sağlığında ikən özünün geniş miqyaslı tədqiqatları - əsər¬ləri ilə özünə böyük ədəbi abidə - elmi-mənəvi əbədiyyət abidəsi ucaldıb, onun əsər¬ləri onun adını daim yaşadacaqdır”... ***Professor Kayum Kayumov (Özbəkistan):“Dövrümüzün sayılıb-seçilən alimləri arasında M.N.Çobanovun özünəməxsus yeri vardır”. ***Professor Etibarxanım Nasirova (Özbəkistan): “Mədəd müəllim həmkarları arasında mövzu seçimi və tədqiqi sahəsində fərq¬lənən alim olduğu kimi; o, insani keyfiyyətləri və qonaqpərvərliyi ilə də insanlar arasında fərqlənən yaxşı yoldaş və dostdur”.***Prof. Dr. Hamza Zülfikar (Türkiyə):“Prof. M.N.Çobanov yalnız Azərbaycan dilçiliyinin yox, eyni zamana ümumi Türkologiyanın ən görkəmli simalarından biridir. Bu mülahizəni söyləməyə onun Türkologiyanın ən müasir və aktual problemlərinə həsr olunmuş “Türk ədəbi dillərinin birliyinə doğru” məruzəsi və çap olunmuş eyni adlı kitabı (Bakı, 2000) haqq verir”. ***Prof. Dr. Çingiz Alyılmaz (Türkiyə):“Prof. M.N.Çobanovun “Türk ədəbi dillərinin birliyinə doğru” (Bakı, 2000) monoqrafiyasını Türkologiyanın ən yeni nailiyyəti hesab etmək olar”. ***Prof. Doğan Qaya (Türkiyə):“Prof. M.N.Çobanovun əsərlərinin dili, üslubu, məzmunu və mahiyyəti, ifadə deyiminin sadəliyi, oxunaqlığı, elmi baxımdan etibarlılığı diqqəti cəlb edir”.***Prof. Dr. Fazıl Erqaş (Türkiyə):“Prof. M.N.Çobanovun “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin möv¬qeyi” (Bakı, 2001) kitabını oxuyub qurtardıqdan sonra istər-istəməz belə qənaətə gəlirsən ki, o, sözün həqiqi mənasında püxtələşmiş alimdir”. ***Prof. Dr.Sevindik Veliyev (Naxçıvan):“Prof. M.N.Çobanovun çoxsaylı kitablarını, həm də son dövrlərə qədər Azərbaycanda və digər Türk dünyası ölkələrində araşdırılmamış qalan mövzuları tədqiqata cəlb etməsini nəzərə aldıqda qeyri-ixtiyari belə bir fikir söyləməli olursan: O, həqiqətən, fədakar və yorulmaz elm xadimidir”.***Doç. Dr.Gülzura Cumakanova (Qırğızıstan): “Prof. M.N.Çobanov kifayət qədər elmi-nəzəri və elmi-praktik təcrübəyə malik olan alimlərimizdən biridir. Bunu onun çoxsaylı oxucularının mülahizələri, kitabları və məqalələri də təsdiq edir”.***Prof. Dr. Metin Kara (Türkiyə): “Prof. M.N.Çobanovun əsərlərinin biblioqrafiyasına dərindən nəzər saldıqda belə qənaətə gəlmək olar ki, o geniş diapozonlu alimlərimizdən biridir”.***Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Filologiya elmləri namizədi Çingiz Hüseynzadə:"...dissertant zəngin və rəngarəng xüsusiyyətlərə malik olan antroponimlərimizi toplamaq, onu müasir onomastik baxımdan təhlil etmək üçün çox əmək sərf etmişdir. Əsərin müsbət cəhəti ondadır ki, müəllif antroponimləri yalnız nəzəri və təcrübi cəhətdən şərh etməklə kifayətlənməmiş, eyni zamanda antroponimlərin inkişaf tarixinə, statistikasına dərindən nəzər salmış, əsərin təcrübi cəhətdən istifadəsini əsaslandırmaq məqsədilə çoxlu sxemlər və cədvəllər vermişdir. Ümumiyyətlə, mövzu aktualdır. Müəllif mövzunu cəmiyyətin inkişaf tarixilə əlaqələndirir, dialektik qanunauyğunluqları nəzərdə tutmaqla, antroponimlərin xalqımızın tarixən formalaşmış adət-ən'ənəsi, dünyagörüşü, inamı və dini baxışları, sosial həyat tərzi və s. yaxından bağlı bir lay kimi təşəkkül tapdığını zəngin nümunələrlə əsaslandırmışdır. Tədqiqatda tarixi etnoqrafik aspekt güclüdür, aparıcıdır. Əsərdə həm Azərbaycan, həm də başqa dillərin mənbələrinə ardıcıl şəkildə müraciət olunur, yeri gəldikcə ayrı-ayrı tədqiqatçıların mülahizələrinə müdaxilə edilir. Onlara müəllif münasibəti bildirilir. Bu da əsərin ən yaxşı mə'ziyyətidir". /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.***Filologiya elmləri doktoru, professor A.Aslanov: "Antroponimiya yalnız dilçiliyin yox, eyni zamanda tarix, coğrafiya, etnoqrafiya və s. yaxından bağlı olan tədqiqat sahəsinə aiddir. Çünki hər bir antroponim mikrokitabə kimi xalqımızın, dilimizin və mədəniyyətimizin gizlin bir səhifəsini özündə qoruyub saxlayır. Bu gizlin səhifələrin müasir elmi baxımdan açıqlanmasında M.Çobanovun tədqiqatı təqdirə layiqdir... əsər dilimizin tarixi onomastikasının bir sıra məsələlərinin həllində qiymətli və dəyərli faktlar verir. Müəllif qarşısına qoyduğu əsas məqsədinə nail olmuş, ilk dəfə dilçiliyimizdə antroponimiya sahəsində sanballı əsər yazmışdır." /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/. ***Filologiya elmləri doktoru, professor Fidan Qurbanova: "M.Çobanov 1992-ci ildə "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Müəllif həmin dissertasiyanın nəticələrini "Azərbaycan şəxs adları" (1981), "Azərbaycan antroponimiyasının əsasları" (1983), "Familiya.Təxəllüs" (1987), "Osnovı azerbaydjanskoy antroponimiki" (1995) adlı kitablarında verməyə nail olmuşdur. O, bu əsərlərində Azərbaycan antroponimlərinin adqoyma ən'ənələri, familiya, təxəllüs və ləqəblər haqqında ətraflı mə'lumat vermişdir". "Azərbaycan antroponimiyasına dair monoqrafiyalardan... M.Çobanovun yuxarıda adlarını çəkdiyimiz kitabları... və s. dilçiliyimizin onomastika şö'bəsinin inkişafında müəyyən rol oynamışdır". "Əsrimizin II yarısında dilimizin lüğət tərkibində ən fəal işləklik dərəcəsinə malik olan antroponimlərin tədqiqi sahəsində bir çox tanınmış dilçi-alimlər yetişmişdir. Bunlardan A.Qurbanov, M.Adilov, M.Çobanov... və başqalarını göstərmək olar".***Doç.Dr.Gülnara Qoca (Türkiyə):“Dövrümüzün həyatı və ixtisası üzrə elmin sahələrini müşahidə qabiliyyətinə malik olan alimlərdən biri də prof. M.N.Çobanovdur. Bunu onun əsərlərinin Biblioqrafiyası diktə edir”.***Doç.Dr.Ali Abbas ÇINAR (Qazaxıstan):“Xalqımızın şanlı-şöhrətli tarixi ilə fəxr edən və qürur duyan prof. M.N.Çobanov həmkarları arasında öncüllərdən biridir”.***Şair-jurnalist-tədqiqatçı Əli Rza Xələfli (Bakı): “Prof. M.N.Çobanov nadir düşüncəli alim və söz ucalığının zirvəsini tüşlayan sərrast atıcıdır”.* * *"Hər hansı bir dilin hərtərəfli tədqiqində, xalqın tarixinin, mədəniyyətinin və ədəbi dilinin tarixinin öyrənilməsində onomastik layların da araşdırılması böyük elmi-nəzəri və təcrübi əhəmiyyət kəsb edir. Bu baxımdan rə'yə təqdim olunmuş bu əsər dilçiliyin ən aktual, ən yeni və ən az öyrənilmiş sahəsinə həsr edilmişdir. İndi yeni elmi təfəkkür dövrü, yeni elmi axtarışlar aspekti yaranmışdır. Bu da, şübhəsiz ki, xalqın öz keçmiş soy kökünə və dilinin tarixinə qayıtmaq, onun ümumi türkoloji arealına çıxmaq kimi çox vacib problemlərlə müşaiyət olunur. Onomastikanın bə'zi sahələri ayrı-ayrı türk dillərinin materialları əsasında təqdim olunsa da, onun geniş yayılmış şö'bəsi olan antroponimiyanın bütün sahələri istər türkologiyada, istərsə də Azərbaycan dilçiliyində elmin müasir səviyyəsi baxımından sistematik şəkildə hərtərəfli öyrənilməmişdir. Dilçiliyimizdəki bu boşluğu doldurmaq baxımından M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda yazdığı doktorluq işi müstəsna əhəmiyyətə malikdir...Xüsusi adların tədqiqinə həsr edilmiş onomastik araşdırmalar nəinki dillərin müasir vəziyyətini, hətta, dillərin yazıya qədərki dövrünün öyrənilməsində əvəzsiz rol oynayır... Bu nöqteyi-nəzərdən də rə'yə təqdim olunmuş əsərin elmi məziyyətləri təqdirəlayiqdir.Azərbaycan xalqının tarixini dərindən və hərtərəfli öyrənmək üçün onların müxtəlif türkdilli tayfalarla etnogenetik və tarixi-mədəni əlaqələrini nəzərə almalı, dilimizin bir çox etimoloji məsələlərini türk dillərinin materiallarını cəlb etməklə tarixi-müqayisəli metodla həll etmək lazımdır. Türkdilli xalqların qarşılıqlı əlaqələri onların antroponimlərində (adət-ən'ənəsində) də öz geniş əksini tapır ki, bunu da yalnız geniş onomastik, xüsusilə antroponimik tədqiqatlar nəticəsində dəqiqləşdirmək mümkündür. M.N.Çobanovun doktorluq dissertasiyası məhz bu baxımdan da əhəmiyyətlidir. Doktorluq dissertasiyası kimi tədqiq olunan bu mövzu onomastikanın ən qədim və ən geniş bir sahəsi olan antropo-nimiyanın ümumiləşdirilmiş təhlilinə həsr edilmişdir. Əlbəttə, bu heç də təsadüfi deyil. Çünki son vaxtlara qədər dilçiliyimizdə antroponimiyanın tədqiqinə dair ümumiləşdirici araşdırmalar aparılmamışdır. Bu da antroponimikamızda bir boşluq kimi özünü göstərirdi. Dilçiliyimizdəki bu boşluğu doldurmaq baxımından müzakirə olunan dissertasiya müstəsna əhəmiyyətə malikdir...Əsərdə antroponimlər tarixi-tipoloji, tarixi-müqayisəli və təsviri istiqamətdə tədqiq olunmuşdur. Bu da, şübhəsiz ki, bir sıra çətinliklərlə başa gəlmişdir... Dissertasiyanın qiymətli cəhətlərindən biri də ondan ibarətdir ki, antroponimlərin inkişaf tarixi ardıcıl olaraq izlənmişdir. Bu da belə bir nəticəyə gəlməyə imkan verir ki, antroponimlər dilimizin tarixinin müəyyənləşdirilməsində ən mö'təbər mənbə kimi aparıcı rola malikdir. Əsərdə aparılan bu istiqamətli tədqiqatlar nəinki dilimizin, hətta, xalqımızın tarixinin gizlin qalan bir sıra problemlərinin açılmasına kömək edər. Dissertasiyanın ümumi məzmunundan aydın olur ki, antroponimlər tarixin müəyyən dövrlərində müxtəlif bölgələrdə təşəkkül tapmış, sonradan isə xalqımızın arasında geniş yayılaraq ümumişlək xarakteri almışdır.. Dissertasiyanın ən gözəl məziyyətlərindən biri də ondadır ki, tədqiqatda ilk dəfə antroponimlər müxtəlif cəhətdən təsnif edilmiş və hər bir təsnif zəngin antroponimik faktlarla sübut edilmişdir... Dissertasiya ilə dərindən tanışlığa əsasən, demək olar ki, onomastik leksikanın, xüsusilə antroponimlərin hərtərəfli tədqiqi, tarixi-tipoloji və təsviri təhlili və onların elmi şəkildə ümumiləşdirilməsi xalqımızın və dilimizin tarixinin bir sıra öyrənilməmiş səhifələrinin açılmasında böyük əhəmiyyət kəsb edir. Dissertasiyanın ümumi məzmunu və quruluşu bir daha aydın şəkildə göstərir ki, əsər nəzəri və praktiki cəhətdən də dilçiliyimizdə yeni istiqamətli tədqiqat kimi qiymətlidir.Əsərin dili və üslubu sadə, təbii və oxunaqlıdır. Əsərdə qəliz, başa düşülməyən termin və istilahlara yer verilməmişdir. Hər bir elmi mülahizə, demək olar ki, dilimizin daxili imkanları vasitəsilə ətraflı şərh olunmuş və zəngin faktlarla sübuta yetirilmişdir. Bu da işin elmi məziyyətini qat-qat artırır... Çıxış edənlərin hamısı əsərin yüksək elmi məziyyətlərindən danışmış, onun antroponimiyamızda ilk fundamental əsər olduğunu söyləmiş, Azərbaycan dilçiliyində və eləcə də türkologiyada yeni elmi nailiyyət hesab etmiş və onun bütövlükdə çap olunmasını məsləhət bilmişlər..." (Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik və Onomastika şö'bəsinin M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyasına aparıcı müəssisənin Rə'yindən, protokol №2, 11.II.1992.).ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.