Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə Xavər Osmanova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Hüquq fakültəsi, IV kurs, bakalavr.


Cinayət prosesində dindirmə


Giriş.

Müasir dövrdə cinayətkarlıqla mübarizə sahəsində bir çox dəyişikliklər baş vermişdir. İctimai münasibətlərin yeni növlərinin yaranması, yeni növ cinayətlərin də yaranmasına gətirib çıxarır. Bu da öz növbəsində cinayətlarlıqla mübarizədə ibtidai istintaqı təkmilləşdirməyi tələb edir. Cinayətlərin açılmasında ən çox işlənən, o cümlədən də ən çox bacarıq tələb edən istintaq hərəkəti dindirmədir.


K.Saricarinskaya qeyd etmişdir ki, dindirmə ən çox həyata keçirilən və səmərəliliyinə görə digər istintaq hərəkətlərindən fərqlənən müstəqil istintaq hərəkəti olub, dindirilən şəxsdən həqiqətin müəyyən edilməsi məqsədilə cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada istintaq üçün əhəmiyyət kəsb edən məlumatların alınmasıdır.

Cinayət işi barədə məlumatların xeyli hissəsini müstəntiq məhz dindirmə prosesində əldə edir. Dindirmə müstəntiqdən natiqlik bacarığı, səbrli olmağı, sualları ardıcıl və düzgün qurmağı, qarşı tərəfin jestlərinə, mimikalarına, xarakterinə, səs tonuna və iş üçün əhəmiyyət kəsb edən hər bir detala fikir verməyi tələb edir.

Dindirmə- məlumatın əldə edilmə prosesi kimi məlumatların məzmunlu, mimik və qeyri-verbal növlərinin mənbəyidir.Dindirmənin əsas cəhəti də budur ki, məlumatlar şifahi formada alınır. Dindirilən şəxslərdən alınan məzmunlu informasiya yazılı formada da ola bilər. Bu halda, məlumatın şifahi ifadə məzmunu minumuma endiriləcək.

Dindirmə zamanı çox vaxt dindirilən şəxsin qeyri-verbal davranışlarına diqqət yetirilir.

Qeyri-verbal məlumat termini cinayət hüququnun anlayışlarından olub, səssiz razlığı və ya nəyinsə inkarını göstərən hərəkətlərin məcmusunu ifadə edir. Konklyudent hərəkətlərə əl-qol hərəkətlərini, göz vurmanı, baş yelləməni və ya yırğalamanı aid etmək olar. Onlar dindirilən şəxsin müəyyən vəziyyətlərə aid münasibəti haqqında olan məlumatı özündə əks etdirir. Belə hərəkətlər bəzən müstəntiqdə müəyyən fikir formalaşdırır və ittihamın əsasını təşkil edə bilir. Lakin bu heç də həmişə doğru deyildir. Məlumat xarakterinə baxmayaraq onlar da sübüt əhəmiyyətli hesab edilməməlidir. Məsələn, A. dindirmə zamanı ona təqsirləndirilən qismində cəlb olunması haqqında qərar elan edildikdən dərhal sonra təsdiq əlaməti kimi başını yırğalamış və daha sonra ağlamağa başlamışdır. Müstəntiq bunu ittihamla razılıq və səmimi etiraf kimi qəbul etmişdir. Həqiqətdə isə bu maraqlı şəxslərin cinayətin törədilməsində heç bir təqsiri olmayan A.-yə böhtan atmalarının nəticəsində sonuncunun ümidsizliyi ifadə edən qeyri-verbal hərəkətləri idi.

Hüquq ədəbiyyatlarında dindirmənin müxtəlif əsaslara görə növləri fərqləndirilir. Dindirilən şəxsin prosessual vəziyyətindən asılı olaraq dindirmə aşağıdakı növlərə bölünür: şahidin dindirilməsi, zərərçəkmişin dindirilməsi, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirilməsi.

Dindirmə subyektinin yaş xüsusiyyətləri üzrə dindirmənin yetkinlik yaşına çatmayan (azyaşlı) və böyüklərin dindirilməsi, ardıcıllığına görə ilkin və təkrar dindirmə, məzmununa görə əsas və əlavə dindirmə, iştirakçıların tərkibinə görə müdafiəçinin, müəllimin, qanuni nümayəndənin, prokurorun, tərcüməçinin iştirakı ilə aparılan dindirmələrə, formasına görə hadisə yerində dindirmə, üzləşdirməyə ayırmaq olar.

Dindirilənin tutduğu mövqedən asılı olaraq dindirmə düzgün ifadələr verən, bilə-bilə yalan ifadələr verən və vicdanlı yanılma nəticəsində həqiqətə uyğun olmayan ifadələ verən şəxsin dindirilməsinə bölünür.

Dindirmənin ümumi qaydaları cinayət-prsessual qanunvericiliklə müəyyən edilmişdir. Lakin onun prosessual qaydalarından fərqli olaraq taktiki üsullar qanunvericilik tərəfindən göstərilməmişdir. Qanun bununla da müstəntiqə dindirmə zamanı müxtəlif taktiki üsullardan hər hansı birini seçməsinə və tətbiq etmək üçün geniş imkanlar verir. Dindirmənin taktiki üsulları kriminalistik əhəmiyyət daşıyır.

Dindirmənin taktikası dedikdə düzgün və tam ifadə almaq və dindirməni rasional qaydada təşkil etmək nəzərdə tutulur. Dindirmənin taktikası- konkret cinayət işinin hallarını, dindirilən şəxsin xüsusuyyətlərini və dindirmə şəraitindən asılı olaraq tətbiq olunan taktiki üsulların məcmusudur. Dindirmənin səmərəli nəticə verməsi hər bir halda düzgün taktikanının seçilməsindən asılıdır. Məhz bu səbəbdən taktiki üsul dindirilən şəxsin fərdi xüsusiyyətlərinə, müstəntiqin hansı informasiyaya malik omasına və dindirmənin şəraitinə müvafiq olaraq müəyyən olunmalıdır. Dindirmənin taktiki üsulları müəyyən tələblərə cavab verməlidir. Taktiki üsullar cinayət-prosessual qanunvericiliyə, habelə mənəvi prinsiplərə uyğun olmalıdır.

Müstəntiq dindirilən şəxlə ünsiyyətdə olarkən hər bir şəxsə fərdi yanaşmalı, xüsusi diqqət və bacarıqla hərəkət etməli, yüksək mədəniyyətə malik olmalı və əxlaq normalarına ciddi riayət etməlidir. Dindirmə prosesində ən kiçik qanun pozuntusu dindirmənin effektivliyinə xələl yetirə bilər. Dindirmə zamanı seçilən məkan da əhəmiyyət kəsb edir.

Dindirmə zamanı müsbət nəticələrin əldə olunması müstəntiqin dindirməyə nə dərəcədə hazır olmasından xeyli dərəcədə asılıdır. Dindirməyə hazırlığa aid mühüm tədbirlər sırasısında dindirmə planının tərtib edilməsi ilə bağlı məsələyə toxunmaq əhəmiyyətli olardı. Plan hər bir işdə səriştənin açarıdır. Dindirmə zamanı planın olması müstəntiqin işini asanlaşdıran, dindirməni daha səmərəli edən, vaxta qənaət edilməsi üçün əsas amillərdəndir. Dindirmə planının tərtib edilməsi cinayət-prosessual qanunvericiliyi ilə tənzim olunmamışdır. Planın tərtib edilməsi müstəntiqin öz səlahiyyətinə aidir. Bu tədbirin istifadə edilməsi məsələsi təcrübədə müstəntiqin şəxsi mülahizəsinə görə həll edilir. Planda dindirmənin predmeti, aydınlaşdırılmalı olan hallar, müstəntiqin istifadə edəcəyi cinayət işi materiallarının siyahısı, dindirilənə veriləcək sualların siyahısı, onların ardıcıllığı, tətbiq ediləcək taktiki üsul və vasitələr haqda qeydlər daxildir. Lakin, təcrübədə müstəntiqlər bu tədbirin imkanlarına olduqca az müraciət edirlər, bu da dindirmənin effektivliyinə təsir göstərir. 75 nəfər təhqiqatçı və müstəntiqlər arasında aparılan sorğunun nəticələri onu göstərmişdir ki, sorğu edilənlərin 48%-i ümumiyyətlə dindirmə planı tərtib etmir. Bəzən, təqsirləndirilən şəxsin, yaxud şübhəli şəxsin səmini etirafı və dindirilən şəxsin tam və dügün ifadə verdiyi hallar dindirmə planını əhəmiyyətsiz edir. Lakin bundan belə nəticə çıxarmaq olmaz ki, plan tərtəb etmək ümumiyyətlə lazımsızdır. Dindirmənin plansız həyata keçirilməsi labüd olaraq sistemsizliyə və natamamlığa, eyni şəxslərin dəfələrlə dindirilməsinə gətirib çıxara bilər, bu da həmin şəxslərin haqlı narazılığna səbəb olmaqla, son nəticədə istintaqın keyfiyyətinə mənfi təsir göstərəcəkdir. Cinayət təqibi üzrə icraat aparılarkən müstəntiqlər dindirmə planından az istifadə etsələr də, dindirilənə veriləcək sualların tərtib olunmasına kifayət qədər vaxt ayırırlar. Sualların düzgün və optimal tərtib edilməsi, onların ardıcıllığının taktiki baxımdan uğurlu qurulması dindirmə zamanı əhəmiyyətli məlumatların əldə edilməsi üçün son dərəcə vacibdir. Lakin sualları müəyyən edərkən müstəntiq etik normaların və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmalıdır. Belə ki, dindirilənə veriləcək suallar yönləndirici olmamalı, onlar mötəbər faktlar və hallar əsasında tətrib olunmalıdır. Dindirmə zamanı müstəntiq tərəfindən yol verilən xətalardan biri dindirilən şəxsə təqin edici sualların verilməsidir. Belə suallar istiqamətləndirici xarakter daşıyır. Məsələn, müstəntiqin “hadisə yerində qırmızı rəngdə papaq var idimi?” sualı təlqinedici sayılır və dindirən şəxsə artıq qırmızı rəngdə papağın olduğu fikrini yaradır.

Dindirmənin vaxtı və yeri haqda prosessual qanunvericilikdə müəyyən maddələr öz əksini tapmışdır. (maddə 227.2 və 233.3) Dindirilən bəzi hallarda törədilmiş cinayət hadisəsi ilə bağlı halları, onların mexanizmini, ardıcıllığını, ayrı-ayrı detalları xatırlaya bilmir, belə hallarda, həmin şəxsləri hadisə yerində dindirmək lazımdır.

A.Cavadov öz elmi dissertasiyasında qeyd edir ki, bəzi cinayət işləri üzrə ( məsələn, mütəşəkkil cinayətkarlıq, banditizm və s.) dindiriləcək şəxsi, xüsusilə şahid və ya zərər çəkmiş şəxsi çağırmaq haqda məsələnin həlli zamanı, dindirilənin təhlüksizliyini təmin etmək üçün bütün tədbirlər həyata keçirilməlidir. Belə ki, əks təqdirdə çağırılan cinayətkar dəstənin üzvlərindən birinin hücumuna və ya neqativ təsirə məruz qala bilər. Göründüyü kimi, dindirməyə çağırış üsullarının seçilməsi ilk növbədə müstəntiq tərəfindən dindirilənin şəxsiyyətinin öyrənilməsindən asılıdır.

İnsanlar arasında qarşılıqlı münasibətlərin əasa elementlərindən biri psixoloji kontaktdır. Psixoloji kontakt dindirmə zamanı nəzərə alınmalıdır, buna görə də müstəntiq psixologiya sahəsində biliklərə malik olmalıdır.

Dindirmə psixoloji cəhətdən çox mürəkkəb prosesdir. Onun psixoloji əsasını dindirilən şəxslə psixoloji kontaktın yaranması təşkil edir. Adətən dindirmə zamanı inandırma, ifadənin ayrı-ayrı cəhətlərini təhlil etmək və oradakı ziddiyyətləri aydınlaşdırmaq metodundan, yaddaşın bərpa olunması metodundan, təkrar dindirmə, mütəntiqin məlumatılığı haqda təhrif olunmuş təəssürat yaratma, dolayı sualların qoyulması, danılmaz sübütların təqdim edilməsi, dindirilənin müsbət keyfiyyətlərinin stimullaşdırılması, dindirilənin zəif yerlərinin istifadə edilməsi, qrup halında dindirmə metodlarından istifadə olunur. Ə. Bayramov dindirmənin psixoloji cəhətdən aşağıdakı növlərini qeyd edmişdir:

Təkrar dindirmə metodu-bu zaman eyni suallar bir qədər başqa konteksdə qoyulur. Məlumdur ki, bir dəfə yalan ifadə vermiş şəxs bu ifadəsini yadda saxlamağa çalışır. Lakin bəzən yalan ifadənin bəzi detallarını unudur. Nəticədə isə ikinci dəfə eyni şəxs dindirildikdə onun verdiyi ifadələr əvvəlki ifadələrlə ziddiyyət təşkil edir.

Müstəntiqin məlumatlılığı haqda təhrif olunmuş təəssüratın yaradılması metodu-bu metodun köməyi ilə müstəntiq cinyətin açılmasına, cinayət işini ətraflı öyrəndiyinə, hadisə ilə bağlı yüksək məlumatlılığa əminlik mümayiş etdirir. Bu cür əminliyi o, öz manerası ilə, sual vermək tərzi ilə, şübhəli təbəssümü ilə və s. nümayiş etdirə bilər. Bu zaman müstəntiq ikinci dərəcəli informasiyadan istifadə edə bilər. Buna onun dindirilən şəxsin həyatı, məşğuliyyəti, maraqlarına dair yalnız onun ən yaxın əhatəsinə məlum olan məlumatı deməklə nail olmaq mümkündür. Belə halda dindirilən şəxs əmin olur ki, onu izləyirlər və buna görə də müstəntiqə artıq hər şey bəllidir.

Bununla yanaşı, müstəntiq həm də axtarış zamanı hadisə yerindən götürülmüş müəyyən sənədləri dindirilənin görmə sahəsində olmaq şərtilə öz masasının üzərinə qoya bilər.

Dolayı sualların verilməsi metodu- bu metodun əsas mahiyyəti ondan ibarətdir ki, bu zaman dindirilənə onun üçün ikinci dərəcəli, az əhəmiyyət kəsb edən suallar verilir. Lakin bu suallara cavab verərkən o, iş ilə bağlı və müstəntiqi maraqlandıran məsələ haqda məlumat vermək məcburiyyətində qalır.

Dindirilənə danılmaz sübutların təqdim edilməsi metodu-əksər hallarda bu metoddan təqsirləndirilən şəxsin yalan ifadə verdiyini ifşa etmək üçün istifadə olunur. Bu zaman, ilk növbədə təqsirləndirilənə onu daha aşkar surətdə ifşa edən sübutları bildirmək məqsədə uyğundur. Çünki bu zaman o, ifşa edildiyini dərk edir və yalan ifadə vermək fikrindən çəkinir. Təqsirləndirilənə sübutlar tamamilə və epizodlarla elan edilə bilər. Sübutların epizodlarla elan olunması daha məqsədə uyğundur. Çünki təqsirləndirilənə sübut tam məlum olduqda, o ifadəsinin sonrakı istiqamətini özü üçün əlverişli şəkildə tənzim edə bilər ki, bu da yalan ifadənin ifşasını çətinləşdirir.

Əgər cinayət bir neçə şəxs tərəfindən törədilmişdirsə, bu zaman cinayətin təşkilatçılarının, təhrikçilərinin və ya köməkçilərinin əvvəlcə dindirilməsi daha məqsədə müvafiqdir. Çünki belə təqsirləndirilənlər cinayətin edilməsində özlərini o qədər də təqsirkar bilmədiklərinə görə çox vaxt yalan ifadə verməyə cəhd göstərmirlər.

Dindirilənin müsbət keyfiyyətlərinin stimullaşdırılması metodu-dindirmənin ilk mərhələsində müstəntiqlə dindirilən şəxs arasında psixoloji kontaktın yaradılması baxımından çox əhəmiyyətlidir.

Dindirilənin zəif nöqtələrinin istifadəsi metodu-dindirilən şəxsin zəif tərəflərinə emosional gərginlik, emosional qeyri-sabitlik, tez özündən çıxma kimi xüsusiyyətlər aid edilir. Bu xüsusiyyətlərə malik olan dindirilən şəxslər öz fikirlərinə nəzarət edə bilmirlər. Bu zaman onların yalan ifadələrini ifşa etmək daha asan olur.

Qrup halında dindirmə metodu- bu zaman dindirmə, eyni zamanda iki müstəntiq tərəfindən aparılır. Onlar arasında sanki rollar bölüşdürülür. Onlardan biri çox aktiv, “acıqlı” bir tərzdə dindirməni aparır, digəri isə bir qədər təmkinlə və mülayim tərzdə. “Mülayim, mehriban” müstəntiq rolunda çıxış edən şəxs “acıqlı” müstəntiqlə dindirilən arasında yaranan konflikləri, gərginliyi aradan qaldırmağa çalışır. Əksər hallarda məhz “yaxşı” müstəntiq dindirilən şəxslə psixoloji kontakt yaratmağa müvəffəq olaraq istintaq üçün lazımlı informasiyanı əldə edə bilir.

Dindirmə zamanı hipnoz metodundan da istifadə oluna bilər(bəzi ölkələrin hüquq praktikasında). Hipnoz, adətən, bu sahədə mütəxəssis olan şəxslər tərəfindən keçirilir. Bu metoddan yalnız dindirilənin könüllü yazılı razılığı olduğu halda istifadə edilə bilər. Hiperoperatorlar istintaqı aparan şəxslərdən asılı deyillər və araşdırılan işdə maraqları yoxdur. Seansdan əvvəl hiperoperator şəxsin hipnoza münasibətini aydınlaşdırır və ayıq halda onu hadisəylə bağlı sorğu-sual edir. Bu zaman təlqinedici suallardan istifadə qadağandır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Konstitusiyası, http://www.e-qanun.az/framework/897
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, Hüquq Yayın Evi, Bakı 2017
3. AR DİN Polis Akademiyası-Kriminalistika(dərslik), Qanun 2010
4. K.Saricarinskaya-İstintaq taktikası, Bakı-1991
5. Порубов Н.И. Тактика допроса на предварителъном следствии. М, 1998
6. Qəhrəman Cəfərov-“Azərbaycan Respublikasının yeni cinayət prosessual qanunvericiliyində ibtidai istintaqda təqsirləndirilən şəxsin dindirilnəsinin bəzi prosessual məsələləri” (dissertasiya), Bakı-2003
7. Cavadov Anar- “Dindirmənin prosessual və kriminalistik aspektləri”(dissertasiya), Bakı-2007
8. Ə.Bayramov, B.Əliyev- “Hüquq psixlogiyası”(dərslik), Bakı-2012


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Hüquq
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏR VƏ DİASPOR TƏŞKİLATLARI HAQQINDA GÜRCÜSTAN QANU ...

XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏR VƏ DİASPOR TƏŞKİLATLARI HAQQINDA GÜRCÜSTAN QANU ...

Gürcüstan, Hüquq
Nuranə İbadova:

Nuranə İbadova: "Məişət zorakılığı insan hüquqlarının pozuntusu kimi"

Elmi Məqalələr, Hüquq
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Günay NOVRUZ: Sevgilim...

Günay NOVRUZ: Sevgilim...

Poeziya
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA

AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA

Digər bölmələr
Yeniyetmələrin  duyğuları

Yeniyetmələrin duyğuları

Köşə yazılar
Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan
GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏ ...

GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONGRESİNİN SƏDRİ HÜSEYN YUSUBOVUN XALQA MÜRACİƏ ...

Borçalı
TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

BDU, Hüquq
Almaniyada heyətin qiymətləndirilməsi metodları

Almaniyada heyətin qiymətləndirilməsi metodları

Elmi Məqalələr, "Elm və Təhsil"
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ  FORMAL ...

Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMAL ...

Elmi Məqalələr, Uşaq bağçaları
Soltan Hüseynoğlu:

Soltan Hüseynoğlu: "Təlimdə yeni texnologiyaların tətbiqi"

Elmi Məqalələr, ADPU
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Rəy yazın: