Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Azərbaycanda Metallurgiya sənayesinin inkişafı Çox qədim zamanlardan insanlar dəmirlə təmasda olmuş, onu emal edərək müxtəlif alətlər hazırlamışlar. Ayrı-ayrı ölkələrdə aparılmış tədqiqatlar zamanı müəyyən olmuşdur ki. insanlar dəmirdən 4 min il əvvəl istifadə etməyə başlamışlar. Hal-hazırda insanlara məlum olan 110 kimyəvi elementdən 83-ü metaldan ibarətdir.
Metallurgiya metalların həmçinin vacib yarımmetalların və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur. Texnikada metallik parlaqlığı və döyülməsi mümkün olan bərk cismə metal deyilir. Metalşünaslıq-metal və ərintilərin tərkibi, atom-kristallik quruluşunu, xassələrini öyrənən, onlar arasında qarşılıqlı əlaqə quran, struktur və xassələrə təsir etmə üsullarını yaradan elmdir.
Metalları əsasən 2 böyük qrupa bölmək olar: qara və əlvan.
1.Qara metallar öz növbəsində aşağıdakı növlərə bölünürlər:
a)dəmir qrupu metallar
b)çətin əriyən metallar
c)uran qrupu metallar
d)nadir torpaq metalları
e)qələvi torpaq metallar
2.Əlvan metallar aşağıdakı növlərə bölünürlər:
a)yüngül metallar
b)nəcib metallar
c)asan əriyən metallar
Azərbaycanda metallurgiya sənayesinin inkişafı üçün aşağıdakı imkanlar vardır:
1.Yerli energi ehtiyatlarının-neft və təbii qazın olması
2.Metal tələbatlı sənaye və tikinti sahələrinin olması
3.Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı
4.Bol və rəngarəng xammal bazasının və müxtəlif metal tullantılarının olması
Metallurgiya da öz növbəsində qara və əlvan metallurgiyaya ayrılır. Qara metallurgiyaya, əsasən dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Bakı, Sumqayıt və Daşkəsən Azərbaycanda ən iri qara metallurgiya mərkəzləridir. Azərbaycanın ən iri dağ-mədən sənayesi mərkəzi Daşkəsəndir. Buradakı dəmir filizi yatağı yaxınlığında filizsaflaşdırma kombinatı fəaliyyət göstərir. Sonra bu kombinatdakı filiz gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir. Sumqayıtdakı boru-prokat zavodunda isə qara metallurgiyanın son məhsulu olan boru və prokat hazırlanır. Qeyd etmək lazımdır ki, ölkəmizdə boru-prokat istehsalının yaradılması neft-qaz sənayesinin inkişafı ilə əlaqədardır. Abşeronda isə maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar kiçik metallurgiya sexləri və təkrar metal emalı zavodları fəaliyyət göstərir.
Azərbaycanda əlvan metallurgiyanın yüksək səviyyədə inkişafı üçün kifayət qədər elektrik enerjisi, molibdən, cibə polimetal filiz yataqları mövcuddur. Sumqayıtda alüminium və alüminium prokat zavodu, Bakıda əlvan metalların emalı zavodu, Gəncədə alüminium və əlvan metalların emalı zavodları əlvan metallurgiyanın Azərbaycandakı müəssisələrindəndir. Bol xammal və elektrik enerjisinin olması nəticəsində əlvan metallurgiya sənayesi Abşeron, Naxçıvan və Gəncə-Qazax bölgəsində daha güclü inkişaf edib. Gəncə alüminium zavodu Daşkəsəndəki Zəylik alunit yatağı və bol elektrik enerjisi hesabına fəaliyyət göstərir. Zavodda alüminium oksidi, sulfat turşusu, kalium gübrəsi və s. istehsal olunur.
Yüngüllüyü, plastikliyi, korroziyayadavamlılığı, yüksək və istilikkeçirmə qabiliyyəti ilə seçilən alüminium, praktiki olaraq sənayenin bütün sferalarında və məişətdə özünə geniş tətbiq sahəsi qazanmışdır. Elə bu səbəblərdən də, alüminiumu XXI əsrin metalı adlandırmışlar. Yer qabığında oksigen və silisiumdan sonra ən çox yayılmış element olan alüminium oksigenə çox həssas olduğundan ona təbiətdə sərbəst halda rast gəlinmir. Yer qabığında həcmcə dəmir, mis, sink, qabaq, qurğuşun kimi elementlərdən qat-qat çox yayılmış alüminium, ancaq son 100....120 ildə geniş tətbiq sahəsi tapmışdır. Daha dolğun şəkildə desək, alüminium elektrik kəşf olunduqdan sonra “işıq üzü görmüşdür”. İlk dəfə ingilis fiziki və kimyaçısı Hemfri Devi 1810-cu ildə hidrogen mühitində nəm alüminium-hidroksiddən elektrik cərəyanı buraxaraq elektroliz yolu ilə təmin alüminium almışdır.
Azərbaycanın alüminium sənayesi XX əsrin ortalarında yaradılmış və ölkənin əlvan metal istehsalında ən yüksək mövqedə dayanır. Azərbaycan SSR əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisələrindən olan Sumqayıt Alüminium zavodunun tikintisinə 1949-cu ildə başlanmış, 1955-ci il martın 8-də ilkin alüminium alınmışdır. 1959-1960-cı illərdə ikinci seriyasının korpuslar tikilmiş, 1964-cü ildə elektroliz sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün buxarlandırıcı istehsal edən sexi; 1977-ci ildə motal tullantılarından latun və mis küçələri istehsal edən şöbəsi işə düşmüşdür. Bu müəssisə 2000-ci ilin aprel ahından “Azəralüminium” ASC-nin Sumqayıt “Alüminium” istehsal sahəsi adlandırılır. Hazırda müəssisdə ilkin alüminium istehsal edən 4 sex fəaliyyət göstərir.
Azərbaycanda özəl sektorda ən iri metallurgiya zavodları “Baku Stell Company” və “Bakı Polad tökmə” ASC-dir. “Bakı Stell Company”də 1722 nəfər işçi çalışır və 2007-ci ildə illik istehsal gücü 386456 ton olmuşdur. “Baki Polad tökmə”də isə 450 nəfər işçi çalışır və illik istehsal gücü 70770 ton olmuşdur. “Global Construktion” MMC, “Atahan Dəmir Sənaye” MMC müəssisələrinin hər birində 40-80 nəfər işçi çalışır və 1000-2000 tona yaxın məhsul istehsal edilir. Bunlardan əlavə Bakı şəhərində “Azad NM” MMC və regionlarda illik istehsal gücü 10-100 ton olan müəssisələr fəaliyyət göstərir. Istehsal olunan məhsulların bir hissəsi qonşu ölkələrə-İran, Rusiya, Türkiyə və s. ixrac olunur. Xammal əsasən daxili resurslar hesabına ödənilir.
Ölkə iqtisadiyyatının qara metala olan tələbatının dolğun ödənilməsi və qara metallurgiyanın özünün ixrac yönümlü sahəyə çevrilməsi məqsədlərindən irəli gələrək Azərbaycan Respublikasında Prezident İlham Əliyevin sərəncamı ilə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün tsiklləri əhatə edən və səhmləri dövlətə məxsus “Azərbaycan Polad istehsalı Kompleksi” QSC yaradılmışdır. Bu strateji layihənin əsasında ölkədə orta hesabla 230 mln tondan artıq ehtiyatları olan dəmir filizindən yüksək keyfiyyətli polad istehsalını təşkil edərək daxili və xarici bazara rəqabətqabiliyyətli polad məmulatları təklif etmək missiyası dayanır.
Sənayenin ümumi inkişafında metallurgiyanın xüsusi rolunu və əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisad inkişafına yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu perspektivli bir sahədir. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük nəaliyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət yetirilməlidir”. Göründüyü kimi, dövlət başçımız sənayeləşməni bilavasitə metallurgiya sənayesinin inkişafı ilə bağlayır. Bu istiqamətdə artıq ciddi işlər həyata keçirilməkdədir.
2001-ci ildə Bakıda istehsal gücü ildə 350 min ton olan müasir “Bakı Dövlət İstehsalı Şirkəti” işə salınmışdır. Ümummilli liderimiz Heydər Əliyev şirkətin rəsmi açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, “metallurgiyanın dirçəldilməsi və inkişafı Azərbaycan dövlət müstəqilliyinin qorunub saxlanılması üçün vacib olan dövlət əhəmiyyətli strateji məsələdir. Bu məsələnin həlli üçün ölkəmizdə zəngin enerji və material ehtiyatları, 160 ildən çox tarixi olan metallurgiya sənaye təcrübəsi vardır. Xüsusən müasir dövrümüzdə metallurgiya inkişafı ardıcıl, elmi cəhətdən əsaslandırılmış siyasətlə aparılır”.
“Azərboru” ASC II dünya müharibəsindən sonra tikilməyə başlamış və 31 dekabr 1952-ci ildə Azərbaycanda ilk polad boyu istehsal edilmişdir. Zavodda 60-cı illərdən sonra 2 ədəd boruyayma aqreqatı, 6 ədəd poladəridən Marten sobası tikilib istifadəyə verilmişdir. Azərbaycanda alüminium istehsalı ilə Azəralüminium ASC-nin “Gəncə Gil-torpaq istehsal sahəsi”, “Sumqayıt Alüminium istehsal sahəsi”, “Daşkəsən Zəylik-alunit istehsal sahəsi” və kiçik həcmli özəl müəssisələr məşğul olur. “Gəncə gil-torpaq istehsal sahəsində” AL-203 istehsal olunur.
“Daşkəsən Filizsaflaşdırma” ASC 1954-cü ildən fəaliyyət göstərir. Uzun fasilədən sonra 2006-cı ildən “Daşkəsən Filizsaflaşdırma” ASC 25 illik müqaviləyə əsasən Böyük Britaniya DET.AL.Limited firmasının idarəçiliyinə verilmişdir. “Daşkəsən Filizsaflaşdırma” Daşkəsən bölgəsindəki dəmir filizi yataqlarının müstəsna istifadəçi, filizçıxarma və filizsaflaşdırma zavodunun və vasitələrin sahibidir. Bu bölgədə kəşf olunmuş dəmir filizi ehtiyatları 350 mln. tondan artıqdır.
1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Söyüdlü, Vecnəli və s. perspektiv qızıl, filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51% olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49% olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti layihəyə rəhbərlik edir.
Analizlər və tədqiqatlar nəticəsində Gədəbəy yatağında təxminən 22 ton qızılın, 192 ton gümüşün və 37 min ton misin olduğu müəyyənləşib. Yataqdaxili ehtiyatlar üzrə 7,6 mln ton filizdə orta hesabla 1,86 q/t qızıl, 15,9 q/t gümüş və 0.24% mis var. bu da təxminən 14 ton qızıl, 123 ton gümüş və 22 min ton mis deməkdir. Topa araşdırma texnologiyasından istifadə edərək, bu ehtiyatlardan təxminən 9,8 ton qızıl, 61,5 ton gümüş və 7,7 ton mis istehsal etmək mümkün olacaq. Zavodun illik orta filiz məhsuldarlığı 1200 tondur.
Azərbaycanda metallurgiyanın inkişaf tarixi ənənələrindən söz açan digər müsahibimiz - AzTU-nun metallurgiya fakültəsinin dekanı, t.e.n.dosent Aqil Babayev qeyd etmişdir ki, “Respublikamızın şimal-qərb bölgəsinin dağlıq ərazilərində zəngin filiz yataqlarının mövcudluğu çoxdan məlum idi. metallurgiyanın ciddi inkişafı isə 1867-ci ildə Simens qardaşları Daşkəsəndə keyfiyyətli kobalt filizini aşkar etdikdən sonra başlamış və Rusiya imperiyasının ərazisində yeganə olan Daşkəsən kobalt zavodu yaradılmışdır. Zavod 1915-ci ilədək fəaliyyət göstərmiş və yataqdan 615 ton kobalt çıxarılaraq emal olunmuşdu. Almaniyanın “Simens” şirkətinin XIX əsrdə Azərbaycanda kobalt və mis yataqlarının istismarına başlaması təsdiqləyir ki, bölgənin faydalı qazıntı yataqlarının işlənməsinə hələ o vaxt inkişaf etmiş ölkələr ciddi maraq göstərmişlər”.
Beləliklə, göründüyü kimi, metallurgiyanın inkişafı ölkə iqtisadiyyatı, sənayesi üçün müstəsna əhəmiyyətə malikdir. Qətiyyətlə demək olar ki, Azərbaycanın metallurqlar “Sənaye ili” çərçivəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirəcək, ölkə sənayesinin inkişafına layiqli töhfələr verəcəklər.

Kamran MİRZƏYEV,
AzTU-nun Metallurgiya fakültəsinin
I kurs, 434a qrup tələbəsi.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə, AzTU
AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV

AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV

AzTU-nun MƏZUNLARI, AzTU
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
AzTU Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir

AzTU Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir

AzTU
“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

AzTU

"Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakül ...

AzTU
Azərbaycanda təhsil sahəsində  aparılan islahatlar davamlı xarakter daşıyır

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır

AzTU, "Şərqin səsi"
AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

Elm, Digər bölmələr
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər

"Strateji Yol Xəritəsi postneft dövrünün inkişaf modelini yaradır" - iqti ...

Digər ali məktəblər, Darvaz, İqtisadiyyat
Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt, İqtisadiyyat, Dünya
Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Azərbaycan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCANDA KOORDİNAT METROLOGİYASI:  REALLIQLAR VƏ PERSPEKTİVLƏR

AZƏRBAYCANDA KOORDİNAT METROLOGİYASI: REALLIQLAR VƏ PERSPEKTİVLƏR

AzTU
SDU-da III respublika konfransı keçirildi

SDU-da III respublika konfransı keçirildi

Təhsil, Sumqayıt
AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub

AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub

AzTU
İpəkçilik  Azərbaycanın milli və mədəni sənətidir

İpəkçilik Azərbaycanın milli və mədəni sənətidir

Regionlar, İqtisadiyyat
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Milli Məclis, İqtisadiyyat
Rəy yazın: