NİZAMİ HÜSEYNOV (1960) Ədəbiyyat » Poeziya 14 января 2024 1378 0 1 2 3 4 5 Nizami Hüseynağa oğlu Hüseynov – 12 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Xəlilli kəndində anadan olub. 1985-ci ildə ADPU-nun filologiya fakültəsini bitirib. Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində yerləşən Elçin Qaranzadə adına 270 N:-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Eyni zamanda, DİM-də ekspertdir. Metodik vəsaitin həmmüəlliflərindən biridir. "Qabaqcıl maarif əlaçısı" və "Baş müəllim" adlarına layiq görülüb. Nizami müəllim həm də gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur. Şeirləri “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, "zim.az" və "zirve.info" saytlarında, "Zirvə" poeziya antologiyasında, "Ziya", "Zəfər", "Heydər zirvəsi", "Canım Azərbaycanım", "Turan", "Şah dağı", "Qara-Arxac" və s. ədəbi məcmuələrində dərc olunub.“Çağlayan bulaq” adlı ilk şeirlər kitabı 2020-ci ildə "Borçalı" nəşriyyatında çap olunub. Hazırda ikinci kitabı çapa hazırlanır.“Abdulla Şaiq”, “Zirvə”, “Zəfər” və "Qızıl Qələm" mükafatları laureatıdır. Ailəlidir. İki övlad, 3 nəvəsi var.Biz də Nizami müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!ZiM.Az XANKƏNDİ, QARABAĞ AZƏRBAYCANDIR! Bu gün qürur hissi keçirir hamı Xankəndi, Qarabağ Azərbaycandır! Ölkə rəhbərinin şəstlə dayanıb Bayraq ucaltması bir iftixardır!Tarixdə belə bir sərkərdə yoxdur, Bu qədər torpağı yenidən alsın. Bütün dünya ilə üz-üzə durub Yeni tarix yazıb qələbə çalsın!Belə bir sərkərdə İlham Əliyev! Eşitsin qoy bunu dost da,düşmən də! Hamı kimi qürur hissi keçirib Bunu vəsf eləmək istədim mən də.Ulu Öndərimin layiqli Oğlu, Ata vəsiyyəti yerinə yetdi.Öndərin qəlbində əkilən arzu Sizin sayənizdə cücərdi, bitdi!Siz tarix yazdınız - yeni bir tarix. Bütün bəşəriyyət buna mat qaldı. Sonda Xankəndidə ucalan bayraq Hər yerə möhtəşəm səs-soraq saldı!15.10.2023 QƏLƏBƏ QAZANIBBİZİM ÖLKƏMİZ!Azğın düşmənləri susdurmaq üçünYenə mərd oğullar döyüşə girdi.Bir an içindəcə düşmən sədlərinDarmadağın edib hərbi bitirdi!Xankəndi,Ağdərə, XocalıdakıDüşmən yuvaların tar-mar etdilərİllərlə inləyən o torpaqlarıBir gün ərzindəcə xilas etdilər.Qarabağımızı azad edərəkCanınızdan belə keçdiz, igidlərƏhdiniz torpağı azad görməkdiArtıq əhdinizə yetdiz,igidlərQarabağımız azaddır bu günQürur hissi ilə danışırıq biz.Hərb tarixində yeni üsullaQələbə qazanıb bizim Ölkəmiz! MÜƏLLİMGecələr sübhədək yatmayıb bəzən,Sabahkı dərsini düşünər müəllim.Yeni bir üsulu kəşf eləyərsə,Bir qanadlı quşa dönər müəllim.Elmin yollarında şam kimi yanar,Hər ağrı- acını gizlədər, danarŞagird sorağıyla yollara qonar,Sevincdən kükrəyib daşar müəllim.Qaranlıq yolları işıqlandırar,Gecələr tez yatıb səhər tez durar,Özünü çox xoşbəxt bir insan sanar,Elmli şagirdi olan müəllim!DAĞLARA-DAĞLARAEloğlular,yurda dönəkÇıxaq dağlara,dağlara!Yamaclarda gəzə-gəzəBaxaq dağlara, dağlara!Sadatlı kəndindən keçəkKəhrizdəki sudan içək,Toplamaqçün məlhəm çiçək,Qalxaq dağlara,dağlara!Hacı dağı göz oxşayan,Köksündə dərdlər daşıyan,Bilzlərsiz yetim yaşıyanVaraq dağlara,dağlara!Hərdən yurdu yada salaq,Bircə günlük orda qalaq,İstərəm ki bir gün olaqQonaq dağlara,dağlara! TANRIM, ELƏ YAZ KI…Tanrım, elə yaz ki, qalan ömrümüHörmətdən düşməyim dil bazarındaDünyamı dəyişib mən olmayandaXəcalət çəkməsin heç məzarım da.Heç vaxt deməsinlər,riyakar idi,Desinlər, haqq söylər, düz danışardı.Kimsəni incitməz,xətrinə dəyməzKüsməzdi, küssə də tez barışardı.Xeyirxah olaq ki, unudulmayaqHəmişə qürurla ansınlar bizi.Yaddan çıxarmayıb hərdən olsa da,Ziyarət etsinlər qoy qəbrimizi.UNUTMAHəyatda heç zaman çox da öyünməBir gün əvəzini çox pis alarsan.Rişxənd edib kimlərəsə sən gülməGülünc vəziyyətdə bur gün qalarsanƏvvəlin necəydi onu unutma,Yoxsa özün də tez unudularsan.Yaxın olanlara pislik eyləməTanrı tərəfindən pis vurularsanBarın ağırlığı ağacı ǝyǝrBu ona heç zaman xələl gətirməzŞöhrətə uyaraq yaxınlarınıAğıllı insanlar heç vaxt itirməz.Çalış yaxşılıq et həyatda hər vaxtBu yoldan çəkilmə,bezmə heç zamanBir gün göçəcəyik fani dünyadanBizlərdən qalacaq yaxşıyla yaman!İSTƏRƏMVətən, torpağında bir çay da axır,Qəlbləri odlara yandırır, yaxır.O taydan qardaşım həsrətlə baxır,O baxan qardaşa çatmaq istərəm.Arazın ürəyi aramla vurur,Yolumda ən böyük bir sərhəd durur,O tayda qardaşlar boynunu burur,Sərhəddi aradan atmaq istərəm.Hər səhər bu taydan o taya baxıb,Qəlbimi alovsuz odlara yaxıb,Şəhriyar çeşəməyin gözünə taxıb,Savalan dağına baxmaq istərəm.Nizami sözünü düzgün anlayın,Ustad Şəhriyarı tapın, yanlayın,Qorxmaz ərənləri yığın,sanlayın,O tayı bu taya qatmaq istərəm.ŞAD OLAROğrun-oğrun həsrət ilə baxan yar,Elə baxma, ürəyimi qəm alar.Baxışıyla məni dərdə salan yar,Könül versən, mənim qəlbim şad olar.Hamı bilir, qışda boran, qar olar,Sevən qəlblər geniş olar, dar olarSənin kimi gözəl mənə yarl, olar,Könül versən, mənim qəlbim şad olar.Sənsiz həyat mənə bir zindan olar,Ürəyim həsrətdən odlanıb yanar,Səni görcək ,gözəl, dərdim azalar,Könül versən, mənim qəlbim şad olar.ŞAD OL, KÖNÜLÖmrün gözəl bir çağıdır, Şad ol, könül, nə məlulsan. Hər tərəf cənnət bağıdır, Şad ol, könül, nə məlulsan.Əsir düşmüşdü Şuşamız, Susmuşdu şən avazımız, Azad oldu torpağımız Şad ol, könül, nə məlulsanƏridi dağda qarımız, Gəldi çiçəkli yazımız, Hasil oldu muradımız, Şad ol, könül, nə məlulsan.BİLMİR Kİ...Şərəfdən, düzlükdən danışır biri Bunlar nə deməkdir, anlamır onu. Ləyaqət, insanlıq tapdalanırsa, Bəlkə, yetişmişdir dünyanın sonu.Kiçik böyük bilmir,söz dinləməyir, Ağlına nə gəldi, onu eyləyir.Günahkar olana irad tutursan, Özün haqlı bilir, hədyan söyləyir.Hamıdan özünü çox güclü sanır, Bilmir ki, dünyanı bir yaradan var? Bilmir ki, hər şeyi idarə edən Bir gün bu dünyanı ona edər dar.NƏ YAXŞI...Pislik edənlərə yaxşılıq eylə, Qoy bu yaxşılıqdan pislər utansın. Pislik eləməyə nə var ki, axı Gərək yaxşılığa insan can atsın.Həyatda özünün yolun olmalı, Kimsənin diqtəsi xeyir gətirməz. İnsan insanlığın qorumalıdır Nəyin xətrinəsə onu itirməz.Nə yaxşı həyatda bəzi insanlar Səhvlər etsələr də, belə deyillər. Onlar dərk edirlər,hörmətdən salar İnsanı yabançı belə meyillər. ***ANAMA İTHAFNə vaxtdır, mən səni görmürəm, anaYaman darıxmışam, ana, ay ana!Sənin nəvazişin düşür yadımaBuludtək doluram, ana, ay ana!Sənin təndirdəki əl izlərini,Mənə baxıb gülən o gözlərini,Baldan şirin olan o sözləriniAnıb darıxıram, ana, ay ana!Yadıma düşürsən, kəndə gedirəm,Özün orda yoxsan, bunu bilirəm,Məzarın ki, ana, görə bilirəm,Təskinlik tapıram, ana, ay ana!Nizami unutmaz heç vaxt sizləri,Taqətsizdir vallah sizsiz dizləri,Niyə başsız qoyub getdiz bizləri?Cavabsız qalıram, ana, ay ana!Cavabsız qalıram, ana, ay ana!.. EY AĞACI KƏSƏN, ƏL SAXLA, DAYAN!..Meşədə ağaclar sevinirdilər,Kəndlərə qaz xətti çəkiləcəkdir.Nəhayət, bizləri kəsməyəcəklər,Hələ çoxlu ağac əkiləcəkdir!Uşaqlar donmasın, isinsin deyəBizləri baltayla qırıb-çatırlarBizim övladımız bəs övlad deyil,Onları nə üçün kəsib atırlar?Ey ağacı kəsən, əl saxla, dayan!Axı ağacın da var övladları.Sənin övladların uşaqlarınsa,Onun da övladı bil, budaqları.O da insan kimi canlıdır axı,Budağın kəsirsən, o da ağlayır.İsinir övladın, sevinirsən sən,Onunsa ağısı qəlbi dağlayır.İstərdik, hər kənddə qaz xətti olsun,Ağaclar kəsilib məhv edilməsin.Meşələrə gediş gəzməkçün olsun,Ağac kəsmək üçün heç gedilməsin!RUHUN ŞAD OLSUN, SƏNİN, AY ZAHİD...Hövsanda market var hər kəsə tanış,Rəhmətlik Zahidin adın daşıyır.Zahidoğlu kimi tanıyır hamı,Demək, o ölməyib, bu gün yaşayır.Rəhmətlik qayğıkeş, xeyirxah idi,Hər kəsə yaxşılıq o eləyərdi.Bəzən işçilərə özü çay verər,Onlarla atatək rəftar edərdi. İşçilər də onu bir ata kimiHədsiz dərəcədə çox sevərdilər.Çətinə düşəndə heç çəkinmədənKömək etməsini istəyərdilər.Etibar azalan bu zəmanədəEtibarlı bir dost, bir sirdaş idi.Çətin zamanlarda inanın, vallah,Dostlara əvəzsiz bir qardaş idi. Çox heyif qəfildən qəlbi dayandı,Zahidsevərləri bürüdü kədər.Əcəl yaxaladı iş başındaca,Allahdan beləymiş, yəqin ki, qədər.İndi oğlanları Zahid dostumun,Onun davamçısı,varisidirlər.Marketi yenə də əvvəlki kimiHamıya, hər kəsə çox sevdirirlər.Yeganə, Fəridə, Nərgiz daha çox, Şirin dilləriylə hörmət qazanıb.Belə işçiləri olan bu marketHövsanda çox böyük izzət qazanıb.Ruhun qoy şad olsun, sənin, ay Zahid.Zahidoğlu kimi market yaratdın.Onun sayəsində sən öz adınla Ən uca görünən zirvəyə çatdın!GÖZƏLBu gün əvvəlkitək gözəlsən yenə,Tanrı tam qüsursuz yaradıb səni.Sənin gözəlliyin elə gücdə kiVallah məftun edir yoldan ötəni.Danışığın şirin, gülüşün şirin.Axı bu şirinlik hardandır səndə?Bir az da rəhm elə, nazını az etHər kəs sehrlənir səni görəndə.Gözəlliyin heç vaxt itməsin sənin,Yayılsın hər yana şanın, şöhrətin.Nəğmələr, mahnılar qoşulsun sənə,Bundan qürur duysun sənin millətin!.. *** Üzünə baxanda qibtə edilir,Tanrı necə gözəl yaradıb səni.Gözünə baxanda sehrləyirsənTanrı necə özəl yaradıb səni.Baxışın, duruşun, səmimiliyin,İnan ki, hər kəsi valeh eləyir.Səninlə bircə an danışmaq vallah İnsanı əməli saleh eləyir.Sənin gözlərində elə tilsim var,Baxanı inan ki, tez tora salar.Kimə diqqət ilə sən əgər baxsan,Baxışından donub yerində qalar.Adına mahnı da qoşulub səninNərgiz gülü kimi ətir saçırsan.Saatlarla sənlə söhbətə dəyər,Heyif ki, vaxtın yox, sən hey qaçırsan.Nə qədər söhbət də eləsən sənlə,Şirin söhbətindən heç doymaq olmaz.Sənintək insanla ailə quran,Deyirəm, heç zaman, vallah qocalmaz!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.