MÜBARİZ SÜLEYMANLInın YARADICILIĞINDAN NÜMUNƏLƏR Poeziya, Müsabiqə 10 декабря 2022 Mübariz Süleymanlı - Lənkəran rayonunda dünyaya göz açıb. İxtisasca politoloq-jurnalistdir. 30 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 17 il adıçəkilən qurumun Həmkarlar İttifaqı Komitəsi sədrinin 1-ci müavini və büro üzvü olub. Hələ kiçik yaşlarından şeirə, poeziyaya maraq döstərib. On dörd yaşından özünü bir şair, yaradıcı adam kimi dərk edib. Elə o vaxtdan da yaradıcılığa başlayıb. İlk dəfə əlinə qələm alıb yazdığı “Kəndimiz” şeiri olub. Elə həmin şerilə də ədəbiyata gəlib və mərkəzi mətbuatda çap olunmağa başlayıb. Şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyat və İncəsənət”, “Sovet kəndi”, “Azərbaycan pioneri”, “Ədalət”, “525-ci qəzet”, “Azərbaycan”, “Kaspi” kimi aparıcı qəzetlərdə, bir sıra jurnallarda işıq üzü görüb. Bir şeirlər kitabının müəllifidir, 30-a yaxın kitaba ön söz yazıb, şeirlərinə 15-dən yuxarı mahnı bəstələnib. Həmçinin şairin öz səsində səsləndirdiyi bir sıra şeirlər Azərbaycan Dövlət Televiziya və Radiosunun “Qızıl Fond”unda saxlanılır. AYB və AJB-nin üzvüdür. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin fəxri doktorudur. AYB nəzdində fəaliyyət göstərən Gənc Yazarlar Birliyinin mükafatçılarından biridir. Onun yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər onlarla məqalə yazıblar, mətbuatda çıxış edərək, öz fikirlərini söyləyiblər. Eləcə də, tanınmış şairlərimiz ona iki poema və 30-dan çox şeir həsr ediblər. Eyni zamanda, bir sıra dövlət qurumlarının fəxri fərmanlarına, diplom və medallarına, eləcə də bir sıra ölkələrin beynəlxalq mükafat laureatı adına layiq görülüb.Biz də tanınmış şair-jurnalist Mübariz Süleymanlıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az BİR ŞAİR ÖMRÜNÜ YAŞAYIRAM MƏNSancıla-sancıla söz ürəyimə,Basıla-basıla köz ürəyimə,Dünyanın yükünü öz kürəyimə,Alıb gecə-gündüz daşıyıram mən,Bir şair ömrünü yaşayıram mən.Ümidim yerə yox,indi göyədi,Dünya qana batdı,bağrım göynədi,Zaman təzələndi, dərdlər köynədi,Didərgin ruhuma oxşayıram mən,Bir şair ömrünü yaşayıram mən.Üfürə-üfürə içdim suyumu,Mənim ürəyimdə sevgi uyumur,Heç vaxt itirmədim,hissi,duyumuDahilər önündə baş əyirəm mən.Bir şair ömrünü yaşayıram mən.KÜSMƏDİMSalxım-salxım arzularla yaşaram,Dözə-dözə dərd içimdə daşaram,Coşa-coşa şeirləri qoşaram,Tanrı yazan taleyimdən küsmədim.Ləçək-ləçək ümidlərim solanda,Damla-damla gözümə yaş dolanda,Neçə-neçə istəklərim qalanda,Tanrı yazan taleyimdən küsmədim.Gülə-gülə,gilə-gilə ağladım,Bilə-bilə, ürəyimi dağladım,Bölə-bölə sevincimi, çağladım,Tanrı yazan taleyimdən küsmədim.Əsə-əsə yaşamadım ömrümü,Küsə-küsə yaşamaq da ömürmü?Qorxa-qorxa heç demədim sözümü,Tanrı yazan taleyimdən küsmədim. A DÜNYAAltun gəncliyimi, aldın apardın,Aldadıb toruna saldın,a dünya!Şirin dillər ilə ruhumu sardın,Elə bilirdim ki, baldın, a dünya!Gözümün içinə danışdın yalan,Tamam varlığımı eylədin talan.Ögey balan oldum,mən ögey balan,Sevinci əlimdən aldın, a dünya!Daş üstə qoymadın yurdun daşını,Əzaba,zillətə qatdın başımı.Sel kimi axıtdın gözüm yaşını,Haqqımı daşlara çaldın,a dünya!Əydin, kaman kimi əydin qəddimi,Çox erkən tanıtdın mənə həddimi.Bu bir taledimi,bir qismətdimi?Özün də məəttəl qaldın, a dünya! BU DAĞLARDADIRYolları dolanbac, hündür qayalı,Sıldırım zirvəli, halal mayalı,Dədəmin söy-kökü,eli,əyalı,Nənəmin nəğməsi bu dağlardadır.Meşəsi yamyaşıl xalı naxışlı,Dumanı sürünən, çəni yağışlı,Baharı gülərüz, ülvi baxışlı,Babamın nəfəsi bu dağlardadır.Çobanın örüşü oyadan səsi.Yaşamaq həvəsi, qurmaq həvəsi.Seyidin segahı, Xan zənguləsi.Həyat möcüzəsi bu dağlardadır.Behruzun, Məzgərin barlı meşəsi,Yurdumun eşq dolu cənnət guşəsi,Sevən ürəklərin qəmi,nəşəsi,Ruhumun haqq səsi bu dağlardadır.Ulular yurdunun sönməz ocağı,Vətənin əbədi, isti qucağı,Şair Mübarizin eşqi,sorağı,Şirin zümzüməsi bu dağlardadır.ŞAİRLƏRƏ Söz üstündə əsməyi Buyurub Tanrı bizə.Düzü sapa düzməyi Yazıb qismətimizə. Nədənsə göz yumuruqHərdən bu həqiqətə.Millətdən nə umuruq-Biz gərəyik millətə!Şair yazmasa düzü,Ona şair deyilməz.Tərəzidir el gözü,Şair olan əyilməz. Çalışın qorxmayın siz,Ay qardaşlar, ölümdən.Şair, şair olarsa,Od qalanar külündən!GƏLDostum, bizim tərəflərəBənövşələr açanda gəl.Bələnəndə sular zərə,Göylər işıq saçanda gəl.Bürünəndə dumana dağ,Gözəlliyə doyunca baxÜzümüzə güləndə baxt,Dərd-qəmimiz qaçanda gəl.Çay dənizə tələsəndə,Bu yerlərə tələs sən də,Baxçada güllər əsəndə,Göydə quşlar uçanda gəl.Dadmağa sübhün mehini,Duymağa çəmən şehini,Circırama zirehini,Yarpaq üstə sancanda gəl.Yamacların gül bəniziYada salanda dənizi,Görmək üçün Mübarizi,Həsrət səni qucanda gəl. YAZ YAĞIŞIMən ki bir yaz yağışıyam,Çölə çıxsan görəcəksən,Bir aşiqin baxışıyam,Baxışımdan biləcəksən.Hər damlası gözlərində,İndi yazdı-yağış dəmi,Sevənlərin üzlərində,Yaz yağışı nur aləmi.Yuya bilər yaz yağışıÇöhrəndəki günahları,Yanımdasan,bu gün yaxşı,Gəl gözləyək sabahları.Ömrümüzə bahar gəlib,Yaz yağışı müjdəçidir,Bu sevdalı dünyamızınYaz yağışı gül səsidir. BİLMİRƏMƏynimdə bir yırtıq çuxa,Gəlləm yoxuş çıxa-çıxa.Dünya adlı alaçığa,Mən sahib ola bilmirəm.Gördüm dostu, kirvəni də,Badalağı, zərbəni də...Mən lap uca zirvəni də,Alınmaz qala billmirəm.Ömrüm-günüm döyüş, cəngdir,Ruhum göydə çərpələngdir.Mənimki şirdir, pələngdir,Mən tazı, tula bilmirəmUlayıram bir qurd kimi,Qocalıram Qorqud kimi,Hərdən qara bulud kimi,Boşallam, dola bilmirəm,Dərddir o yanım, bu yanım,Yoxdur həyanım, duyanımMən özümü bu dünyanın,Yadına sala bilmirəm.HƏSRƏT Mən bir az gec qayıtsam,Darıx nəfəsim üçün,Gözlə məni hər gecə,Qəhərlən səsim üçünQoyarammı mələyim,Yollara göz dikəsən,Qıyarammı çiçəyim,Sən intizar çəkəsən.Gözlərində mən sənin,Nəmi görsəm üzülləm,Solmuş gültək inan ki,Kol dibində büzülləm.Darıxanda mənimçün,Sən ruhumdan sor məni.Boylananda yollara,Çalış qoyma kor məni.Tənha qalan zamanda,De kim bildi halımı.Yağışda, sərt dumanda,Bildinmi əhvalımı?Məndən yoxsa bir xəbər,Soruş əsən küləkdən,Bilirəm narahatsan,Səni sevən ürəkdənUnutma qayıdacamGözlə məni hər gecə.Eşqinlə alışacam,Bil, səninəm ölüncə.TALELƏR DÜŞÜR TILSİMƏYumruq boyda ürəyiminAğrısını mən bilirəm.Ömür boyu çəkdiyimiÜrəyimə yükləyirəm.Dilləri susdurmaq olarÜrəyisə mümkün deyil.Nadanlara, naqislərəÜrək qoymaz salım meyil.Dağ boyda dağlar daşıyan,Sinəmdəki ürəyə bax.Yüz ayıq baş çəkə bilməz,Onun bir dərdini heç vaxt.Xatirəyə dönür hər an,Ömür keçir bir səhnədən.Talemi, baxtmı unudan,Özümüzdən küsək nədən?Üzüdönük zalım fələk,Toxunanda sarı simə.Dərdə dözmür göydə mələkTalelər düşür tilsimə.Mübariz Ağaxan oğlu Süleymanlı,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.