MAYIL DOSTU (1949) Müsabiqə, Turan 3 мая 164 0 1 2 3 4 5 1949 -cu il aprel ayinin 1-də Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. BDU-nun filologiya fakultəsini bitirib. Fəlsəfə doktorudur. Orta məktəbdə və ali məktəbdə müəllim işləyib. Çoxlu sayda elmi-pedaqoji, publisist yazıların müəllifidir. 2000-2016-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. Hazırda təqaüdçüdür. 5 övladı, 8 nəvəsi var.NƏYİN QALDI Kİ...Arzular tükəndi, ümid bitdisə,Namus ayaqlandı, qeyrət itdisə,Adamlıq puç oldu, həya getdisə,Qardaş, öyünməyə nəyin qaldi ki?Həqiqət ac qalır, köpük qusursa,Ədalət gizlənir, zalım pusursa,Vicdan ürəyindi, o da susursa,Qardaş, döyünməyə nəyin qaldı ki?Əyri yolu seçdin, harama batdın,Mayanı korladın, qəflətdə yatdın,Qüruru soyundun, papağı atdın,Qardaş, geyinməyə nəyin qaldı ki?Sıfırı şişirdib yekə on etdik,Səbri tərifləyib neçə ton etdik,Dözümü üyüdüb narın un etdik,Qardaş, üyünməyə nəyin qaldı ki?Nağıla inandın, mifi xoşladın,Düşmənə əl verdin,dostu daşladın,Sən, mənə demə ki,yenə başladın,Qardaş, deyinməyə nəyin qaldı ki...VƏTƏN OĞULLARI(Şükürlər olsun, İGİD oğullarımız müqəddəs arzumuzu qanları bahasına çin etdilər)Vətən oğulları, başınız uca,Üzünüz bəxtiyar,daim ağ olsun.Vətənim yaşasın dünya durduqca,Millətim salamat,Vətən sağ olsun.Vətənə arxasız, dövlətə dayaq,Gəlin, bu dözümdən usanaq, doyaq,Yağıya "toy" tutaq, əlacsız qoyaq,Həmləniz düşmənə, çarpaz dağ olsun.Vaxtdır, pasın açın silah, yarağın.Sizdən alaq, böyük zəfər sorağın,Cənnətə döndərin vətən torpağın,Vətən başdan-başa bağça-bağ olsun.Cavanlar,ömrünüz açsın tər çiçəkÖzünüz yüz yaşan,bəxtiniz göyçək,Azad edin, doğma yurdlara köçək,Qürür,and yerimiz, Qarabağ olsun.25. 04. 2018V Ə T Ə NQəribliyə düşmə, yükün əyməsin,Şan-şöhrət yaraşır, adına Vətən.Qara daşına da xətər dəyməsin,Bal da çata bilməz,dadına Vətən.Atəşi Günəşdən, Aydan almısan,İşıqla mehriban sirdaş olmusan,Meylini od saçan nura salmısan,Heyranıq nuruna, oduna Vətən.Bəxtiyar olasan sonsuza qədər,Üzün gülsün, görməyəsən qəm,kədər,Sənə xain baxan, əvəzin ödər,Yetər oğulların dadına, Vətən.Namərdlik düşmənin,atıb-silənsən,Zəfərə sevinən, qəlbdən gülənsən,Etibar güvənin, qədir bilənsən,Mayılı salarsan yadına, Vətən.02. 05. 2022V A X T I D IGəl çıxaq dağlara, düşək cənnətə,Dağların sevinən, gülən vaxtıdı.Qucaqla çəməni, bax təbiətə,Şaxtanın diz çökən, ölən vaxtıdı.*Əlini uzatsan göylərə çatar,Buludlar uzanıb zirvədə yatar,Xəstə də bu yerdə azarın atar,Dağların dərdləri bilən vaxtıdı.*Yamaclar naxışlı xalıya dönüb,Elə bil ulduzlar çəmənə enib,Duyğular atlanıb ağ ata minib,Sevincin kədəri bölən vaxtıdı.*Dar qobular cərgə-cərgə düzülür,Daş altından saf çeşmələr süzülür,Ayaqlar burada yerdən üzülür,Arzuların, göydən gələn vaxtıdı.*Mayılam, dağlardan aralı düşdüm,Səhrada dolaşdım, aranda bişdim,Gözəlliyi, boz çöllərə dəyişdim,Kədərin öfkəmi dələn vaxtıdı.M İ L L Ə T İ MƏziz adın şəkər dadır dilimdə,Sevgin ürəyimdə, haqqın belimdə,Qəlbimə nur verdin, odun əlimdə,Əzizsən, böyüksən ulu millətim.Doğruya tapındın, mərdliyi seçdin,Yaxşıya pir dedin, yamanı keçdin,Ədalət hayqırıb, haqsızı biçdin,Haqqın, ədalətin qulu millətim.Sən od nəfəslisən, ocağın sönməz,Diləyin haq səsli, gerçəkdən dönməz,Qürurun dartılar, heç vədə enməz,Ürəyi atəşlə dolu millətim.Tarix qurdun, yalan tarix yazmadın,Gerçəyi anlatdın, əyri yozmadın,Kor dumana düşdün, fəqət azmadın,Azma heç vaxt dürüst yolu, millətim!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.