ŞAİR GÖYLƏR CƏBRAYIL (1962)

ŞAİR GÖYLƏR CƏBRAYIL (1962) Cəbrayılov Göylər Ağabala oğlu - 20 noyabr 1962-ci ildə anadan olub.
1970-ci ildə Ağsu rayonunun İlxıçı kəndində birinci sinfə gedib.
Sonra təh­silini Vol­qo­qraddakı 14 nömrəli məktəbdə davam etdirib.
1978-ci ildə 8 illik təhsilini başa vurub, Ağsu ra­yo­nundakı 118 nömrəli peşə mək­tə­binə daxil olub.
1980-ci ildə həmin mək­­təbi qırmızı diplomla bitirib. Dəfələrlə aktyor­luq sənətinə yiyələnmək istəsə də, incəsənət institutuna qəbul edilməyib. 1981-ci ildə hərbi hazırlığa çağırılıb. 1983-cü ildə hərbidən təhriyyə edilib. 1983-ci ildən “Birlik” və “İrəli” qəzet­lə­rinin re­dak­siyasında ştatdankənar müxbir kimi çalışıb.
Hələ orta məktəbdə oxuduğu illərdən onun şeirə və ədə­biy­yata böyük marağı olub.
1974-ci ildən etibarən şeirləri “Azər­baycan pioneri” qəzetində və “Pioner” jurnalında dərc edi­lib.
Sonradan müxtəlif qəzet və jurnallarda şeir və məqalələri işıq­üzü görüb, radioda səsləndirilib.
Təxəllüsü Şair Göylər Cəb­ra­yıldı. Hazırda şeirləri müntəzəm olaraq müxtəlif mətbuat orqan­larında çap edilir.
AJB-nin üz­vü­dür. “Şərqin səsi” qəzetinin şöbə müdiridir.
“Qızıl qələm” mü­ka­fatı laureatldır. “İlin vətən­pərvər şairi” fəxri diplomu ilə təltif olunub.
“Dağıl, a dūnya dağıl” adlı şeirlər kitabının müəl­lifidir.
“Omur yollarında”, “Gö­züm yolda, könlüm səsdə”, “Dolub bo­şaldı dünya” kitab­larının yaradıcı heyətinin üzvüdür.

Biz də Göylər Cəbrayıla yeni-yeni yaradıcılıq uğurları arzu­layır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



Azərbaycan

Azərbaycan deyəndə mən,
Yaxınlaş bir gözümə bax .
Torpağımı görəndə mən,
Çöhrə vurmuş üžümə bax.

Vətənin hər qarışıqdan,
İstisindən,yağişindan
Ğöldə bitən qamişindan
Yazanda gəl sözümə bax.

Vətənsiz doğransam belə
Ölüm sözü gəlməz dilə,
Doğransam mən tike_tikə
Məndə olan dözümə bax.

Vətənsiz olsam. yanaram,
Səhralarda dolaşaram,
Alovlanıb alışaram
Vətən üçün közümə bax.


Şuşaya qayıtdıq

Nə gözəl bir səhər açıldı bu gün,
İlahi röyamı, dəli olmuşam.
Bayrağım Şuşaya sancıldı bu gün,
Sevincdən kövrəlib yaman dolmuşam

İyirmi səkkiz illik həsrət yox oldu,
Sevinclə getdiyim, Şuşaya yoldu
Kədəri Komandam arxada qoydu
Bu illər ərzində neçə solmuşam
Sevincdən Allahım yaman dolmuşam.

Şuşa yad ayaqdan azadsan,azad,
Azərbaycan xalqı sevincek həm şad.
Xarı bülbüllərə dəyməyəcək yad
Düşmənin gözünü vurub oymuşam
Sevincdən Allahım yaman dolmuşam.

Sevinc göz yaşlarım axır gözümdən,
Ruhum Şuşadadi,çıxıb özümdən
Komandana verdim,mən pay sözümdən
Tarixdə adını, cəsur qoymuşam.
Sevincdən Allahım yaman dolmuşam.


Vətənimi tanıyıram

Vətənimin hər elindən,
Tər,təravətli gülünden,
Nəmli,yağışlı iyindən,
Vətənimi tanıyıram.

Vətənin hər qarışından,
Ceyran, cüyür, yarışından.
Çöldə bitən qamışından,
Vətənimi tanıyıram.

Sonaların süzməyindən.
Dırnaqların üzməyindən
Uşaqların gülməyindən
Vətənimi tanıyıram.

Daşda göyərmiş mamirdan,
Göm göy uzanan çayırdan,
Küləyindən soyuğundan
Vətənimi tanıyıram.

Xeyirxahlıq əməlindən
Mentalitet təməlindən,
Baş komandan əməyindən
Vətənimi tanıyıram.

Qonaqpərvər görüşündən
Ordumuzun yerişindən
Şairlərin deyişindən
Vətənimi tanıyıram.


Azərbaycan min yaşa

Məğrur əsgər silahlanıb hücumlar çək düşmənə,
Qoyma doğma vətənində, xain qalsın bir dənə,
Çək titəyi,vətən üçün, qoy hamı desin sənə
Yaşa əsgər,yaşa vətən, Azərbaycan min yaşa
Mərd oğullar, bu döyüşü qələbəylə,vur başa.

Əlindəki bayrağını möhkəm saxla qanındi
Ana vətən, Azərbaycan, təməlindi canindi
Vətənin hər qarışını, qorumaq,saf andindi
Yaşa əsgər, yaşa vətən, Azərbaycan min yaşa,
Mərd oğullar,bu döyüşü qələbəylə vur başa.

Hücumlar cək düşmən üstə, bir an belə dayanma
Düz nişan al düşmənini, nişangahdan yayinma,
Od sal qatıl düşməninin ,murdar, çirkin,canına,
Yaşa əsgər, yaşa vətən, Azərbaycan mın yaşa
Mərd oğullar,bu döyüşü qələbəylə vur başa.

Vətənini xilas etmək,şüar olsun əlində
Vətənimin çörək,suyu,haqqi durub belində
İlham kimi komandamız dayanibdir önündə
Yaşa əsgər, yaşa vətən, Azərbaycan mın yaşa,
Mərd oğullar bu döyüşü qələbəylə vur başa.


Bosaltsinlar vətənimi

Nər igidlər,bir hay vurun,
Dağlar oynasın səsindən
Düsmənlərin gözün oyun
Od ələnsin nəfəsindən.
Ayagini elə vur kı,
Düşmənlərçün bir ar olsun
Səmalarda hər bir zaman,
Bayrağimiz dalğalansin.
Qarabağım,ana yurdum
Azad edəcəyik seni,
Başlamışıq qova_qova
Yox etməyə düşmənləri.
Gücləndikcə hər gün savaş
Dala qaçır düşmənlərim
Yavaş,yavaş
Neçə ilin həzrətləri sona yetir,
Kədərlərin,həsrətlərin sonu bitir.
Həsrət dolu baxışlardan,
Qəlb ağrıdan yaralardan
Dağıdılmış qalalardan
Qatıl düşmənlərim itir.
Mərd ordumuz təmizləyir düşmənləri
Vətənimi xain gözlə görənləri
Düşmənlərə xaram ölsün
.vətənimin çörəkləri
Onlar yalnız məqsəd güdür.
İçdikləri, digalarin, xaram süddür,
Tamahindan qan ağlayır neçə gündür,
Baş tutmadı,
Tutmayacaq diğalarin kələkləri.
Arzu kama yetməyəcək,
İyrənc,arzu diləkləri.
Daha bəsdir nazlariiyla çox oynadıq
Neçə illər biz dözərək, günü saydıq
İçimizdə alovlanıb,içdə yandiq
Yetər artıq,ya torpağı boşaltsinlar,
Ya ordumun əllərində,
Ölüb,qoy gorda yansınlar !


Savaş

Gecenin sükutu pozulur bir an,
Tozlara,dumana bürünür hər yan,
Səngərdə, əlvida deyərək bir can,
Vidalaşıb gedir hey yavaş yavaş,
Zəhrimar dönsün bu mənfur savaş.

Torpaq da bezibdir,bu qan,qadadan,
Hey axir torpağa,al qan yaradan,
Bu bəla,bu təlaş,gəldi haradan?!
Səngərdə hər bir kəs,düşübdur çaş baş,
Zəhrima donsün bu mənfur savaş.

Yarali hər saat çoxalib gedir,
Səngərdə bir əsgər,vəsiyyət edir,
Ey Tanrım,bu gəncin günahı nədir?!
Heç kimdə qalmayıb,nə qorxu,təlaş,
Zəhrimara donsün bu mənfur savaş.

Gullələr,baş üstdən,yağış tək yağır,
Kimsə qışqırır ki,həkimi çağir,
Komandir nəfəsin çox alir ağır,
Tökülür dostlarin gözlərindən yaş,
Zəhrimara donsün, bu mənfur savaş.

Dayanmir,susmayir pulamyot səsi,
Qorxutmur,mərmilər inan heç kəsi,
Hər kəsin qəlbində,vətən həvəsi
Bilirlər doğmadır, bu torpaq, bu daş,
Zəhrimara donsün, bu mənfur savaş.

Kimi atəş açır, kimi zariyir,
Kimsə qan içində,dostun arıyır.
Kimsə yaralinin başın sarıyır
Al qana boyanıb,həm sifət,həm qaş
Zəhrimara donsün, bu mənfur savaş.

Səngərdə gör neçə şəhid olan var,
Bir ömür həyatdan,gənctək solan var,
Əbədi şərəfli,adsan qoyan var,
Ruhları hay vurur,durmadan dalaş,
Zəhrimara donsün bu mənfur savaş.

Şəhid zirvəsinə ucalır biri,
Ölməyib ömürlük qalacaq diri,
Cənnətlik, gül, çiçək olacaq yeri,
Bax Allah olubdur,şəhidə sırdaş,
Zəhrimara donsün, bu mənfur savaş.



***


ANA

Səni fikirləşib heç yatmıram mən,
Sənə istəsəm də hey çatmıram mən,
Layladan bir şirin mey tapmıram mən.
De saçların nə tez ağardı ana.

Kaş torpaq olaydim ayağin altda,
Gəzəydin üstümdə mən olan qatda,
Əzəydin bağrimi gəzərək atda.
De saçların nə tez ağardı ana.

Bir daha duyaydim sənin ətrini,
Görəydim can bala yazan xəttini,
Kaş mənə verəydin sən öz səbrini,
De saçların nə tez ağardı ana.

Məni çox istədin sən öz canından,
Mənə pay vermisən halal qanından
Dönmədin heç zaman, ana andindan
De saçların nə tez, ağardı ana.

Kaş yenə uşaqliq vaxtim olaydı,
Anam ayaqyalın məni qovaydi,
Bu Şair Göylərin könlün alaydi
De saçların nə tez, ağardı ana.


VƏTƏNİMİ TANIYIRAM

Vətənimin hər elindən,
Tər-təravətli gülündən,
Nəmli, yağışlı iyindən,
Vətənimi tanıyıram.

Vətənin hər qarışıqdan,
Ceyran, cüyür yarışından,
Göldə bitən qamışından,
Vətənimi tanıyıram.

Sonaların süzməyindən,
Durnalarin üzməyindən,
Uşaqlarım gülməyindən,
Vətənimi tanıyıram.

Daşda göyərmiş mamirdsn,
Göm-göy uzanan çayırdan,
Küləyindən, soyuğundan,
Vətənimi tanıyıram.

Xeyirxahlıq əməlindən,
Mentalitet təməlindən,
Baş Komandan zəhmətindən,
Vətənimi tanıyıram.

Qonaqpərvər görüşündən,
Ordumuzun yerişindən,
Şairlərin deyişindən,
Vətənimi tanıyıram.


İLHAMDIR İLHAM

Necə mərd, həm igid, həm də ki, cəsur,
Adını eşitcək düşmənlər əsir,
Sözü xainləri qilinctək kəsir,
Dahi rəhbərimiz İlhamdır İlham!

Bütün xalq, ordumuz inanir ona,
Hamı bir nəfərtək dayaqdir ona,
Döyüşü zəfərlə yetirən sona,
Dahi rəhbərimiz İlhamdır İlham!

Hər vaxt öz xalqının qeydinə qalan,
Döyüşdə durmadan zəfərlər çalan,
Düşməni vahimə, təlaşa salan,
Dahi rəhbərimiz İlhamdır İlham!

Düşmən dərisini soyacağiq biz,
Deyir düşmən gözün oyacağıq biz,
İti qovan kimi qovacağiq biz,
Ali baş komandan, mərd sərkərdəmiz,
Dahi rəhbərimiz İlhamdır İlham!


MƏHƏBBƏT NAĞILI DANIŞ

Əziz dostlar.
Bu günlərdə şairə Vüsalə İsmayılovanın yazdığı,
bir bənd şeirini oxudum.
Doğrusu bu şeir mənim çox xoşuma gəldi.
Odur ki, bu şeirə nəzirə yazmağı qərara aldım.
Buyurun sizdə oxuyun.


"Mənə bir məhəbbət nağılı danış,
Amma nağıldan çox, həqiqət olsun."
Mənə bir məhəbbət nağılı danış,
Bütün dünya, aləm, çiçəklə dolsun.

Mənə bir məhəbbət nağılı danış,
Bulaqlar qaynasin, sevgi səsindən,
Korlar göz açsinlar, Lallar danışsın,
Küslülülər barışsın şuh həvəsindən.

Mənə bir məhəbbət nağılı danış,
Güzgüyə baxanda mən səni görüm,
Boynuna qisqanib incə telini,
Tez yığım əlimə, saçını hörüm.

Mənə bir məhəbbət nağılı danış,
Amma elə de kı, hamı eşitsin,
Dənizlər çağlasın, küləklər əssin.
Bülbüllər utanıb cəh-cəhin kəssin.

Mənə bir məhəbbət nağılı danış,
Leyli, Məcnun baxıb, həsəd aparsın,
Nazli yerişindən,şuh həvəsindən,
Günəş,ay utanıb, nalə qoparsın.

Mənə bir məhəbbət nağılı danış,
Dünyadan buzlaqliar ərisin bir an,
Nənəmin dediyi şirin nağıl tək,
Laləzara dönsün bu zalim zaman.
Mənə bir məhəbbət nağılı danış.


ŞAİR GÖYLƏR CƏBRAYIL (1962)MƏNİMÇÜN

Bu dünya əzəldən belə yaranıb,
Bir açılan səhər, vaxtsiz qaralib
Ən yaşıl yarpaqlar belə saralıb,
Yanımdan ötərək getmə mənimçün.

Əcəlin gələndə baxmir yaşına,
Yazaraq möhürü vurur qaşına.
Bir ölüm havası gəlir başına,
Əzrail gəlişin güdmə mənimçün.

Bir gün öz ömrümü vuracam başa,
Özünə zülm edib düşmə təlaşa,
Əyilmə mən üçün dosta,qardaşa,
Ruhunu pərişan etmə mənimçün.

Ağlamaq, sizlamaq axı nə verər?
Fələk qəhqəhəylə baxaraq gülər
Bu Şair Göylər də, bax bir gün ölər,
Məzarda göz yaşı tökmə mənimçün.


HARA GEDİM

Görən haralara üz tutub gedim?!
Orda düzgünlüklə, həqiqət olsun,
Düzgünlük toxumun səpim ətrafa,
Güllər pöhrə vursun, qanqallar solsun.

Görən haralara üz tutub gedim?!
Tankın süngüsundə quş yuva salsın,
Həyatda yaşayan bütün uşaqlar,
Ata, anasından böyük zövq alsin.

Görən haralara üz tutub gedim?!
Döyüş sözlərini bilən olmasin,
Bütün silahları yığıb bir yerə,
İnsanlar gedərək, muzeydə baxsın.

Görən haralara üz tutub gedim?!
Orda nə bir sərhəd, çəpər görməyim,
Quşlartək sərhədrin nə olduğunu,
Nə qədər gəzsəm də, heç vaxt bilməyim.

Görən haralara üz tutub gedim?!
Ne aclar tanınsın, nə də ki,toxlar,
Var sözü işlənsin hər yerdə hər an,
Yox olsun əbədi, yalançı yoxlar.

Görən haralara üz tutub gedim?!
Nə açar tanıyım, nə də ki,qifil,
Yalnız həqiqətlər hökm etsin orda,
Yalan, böhtan,şərlər, olsunlar sıfır.

Görən haralara üz tutub gedim?!
Tər-təmiz görünsün bulaniq sular,
Yox olsun günəşin bir an üzündən,
Zəhrimar dönmüş, qara buludlar.
Görən haralara üz tutub gedim?!.


PULUN OLSA

Nə qədər pulun var, nə qədər nax(i)şin,
Dost tanış yanında ucalar başın,
Göyərər atdığın lap qara daşın,
Hörmət edəcəklər daşına sənin.

Hər kəs səni görsə, başın əyəcək,
Toyda yaltaqlanib tostlar deyəcək,
Arxanca söyəcək, üzə güləcək,
Dost, tanış dolanar başina sənin.

Şan, şöhrət, artacaq dostlar yanında,
Qızlar verəcəklər pulçun canin da,
Arvad xoruzlanar öz sarayinda,
Qoymazlar tük qonsun, qaşına sənin.

Qulluqçun canını fəda edəcək,
Üzünə tüpürsən, gülümsəyəcək.
Uşağın altında xammer sürəcək,
Bal, şərbət tökərlər aşina sənin.

Sözün dəyişəcək,bəy olacaqsan,
Kasibi insantək saymayacaqsan,
Səhərlər araqsiz qalmayacaqsan,
Kanyaki süzürlər xaşina sənin.

Katibən firladar sənlə həndəsə,
Sənə çay gətirər, yan əsə-əsə,
Yarıçılpaq gəzər baxmaz bir kəsə,
Baxmaz yaşlı olsan, yaşına sənin.


NƏ VAXT DÜNYA

Bu dünyanın buzlaqları,
Əriyəcək nə vaxt dünya?!
Bar verməyən sərv bağları
Seviləcək nə vaxt dünya?!

Ömür, günü verən bada,
Başqasına verən qada,
Nadan özün bir aynada,
De görəcək nə vaxt dünya?!

Qarğa, quzğun, əməlindən,
Canı iyrənc təməlindən,
Bəzi məmurlar əlindən,
Qurtaracaq nə vaxt dünya?!

İndi aslan olub tazi,
Yolurlar dirikən qazi,
Deyin görüm bir qanmazi
Qandiracaq nə vaxt dünya?!

Şair Göylər çana döyüb,
Onu zaman yaman yörub,
Gülər üzlə şamı qoyub
Yandıracaq nə vaxt dünya?!


TƏŞVİŞƏ DÜŞƏRƏK AĞLAYACAQDIR

Bir soyuq yanaşma, bir soyuq ürək,
Nəyimə gərəkdir ət, yoxsa çörək?!
Qorxaqda olarsa ən güclü bilək,
Gücsüz bir biləyə uduzacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.

Milyonçu pulların tez tez gizlədər,
Özü nişan verib, özün izlədər.
Pulu,mülkü üçün özün bizlədər
Sonda pulsuz,mülksüz o qalacaqdır
Təşvişə düşərək ağlayacaqdir.

Nə qədər ucalsa göylərə ağac,
Bəzəyib başına qoysanda bir tac,
Onu gözləyəcək sonda qara sac,
Mütləq sac altinda o yanacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.

Min aslan çəksə də tülkü qoruğun,
Yemə eşidəcək çaqqal buyruğun,
Bir çaqqaldan qorxub, qisar quyruğun.
Özünü tülkü tək o sanacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.

Ay Göylər Cəbrayıl çox da qəm yemə,
Kim nə deyir desin,ağa boz demə,
Yarpaği çay bilib, qoysan da dəmə,
Ovulub, sökülüb, dağilacaqdir,
Təşvişə düşərək ağlayacaqdir.


ÖMRÜMÜN AXIRI ÇATIR

Əziz dostlar, bir neçə gün ağır xəstə yatdım.
Həmin ərəfələrdə yarızarafat,yarigerçək
bu şeiri yazdım. Buyurun sizdə oxuyun.


Pərişan,pərişan baxma üzümə,
Yalançı gümanlar demə sözümə,
Dəyməsin göz yaşın mənim gözumə,
Göz yaşın qəlbimə tıkan tək batır,
Deyəsən ömrümün axiri çatır.

Neynim halsizliğim qurtarmır bir an,
Elə bil cismimi tərk edəcək can,
Başına döndüyüm ay həkim,loğman,
Bu dərman, iynələr başımı qatır,
Deyəsən ömrümün axiri çatır.

Vallah aman yoxdu daha canımda,
Donur, laxtalanir qan damarımda,
Limonsuz axmayir axan qanım da,
Evdə uşaqlarım baxib ağlayır,
Deyəsən ömrümün axirı çatır.

Nədən tez gəlmişdir Əzrail görən?
Çoxdur arxam ilə saatla hürən,
Hər şeyi ey Tanrım, tək sənsən bilən,
Bu acı şərbəti hər bir kəs dadır,
Deyəsən ömrümün axirı çatır.

Nə olar əzabsiz sən məni götür,
Kişitək gəlmişəm kişitək öldür,
Göylər Cəbrayılın vurğunu göldür,
Məni bax o gölün yaninda basdır,
Deyəsən ömrümün axirı çatır.

ZiM.Az

.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: