Şəhla Xəlilqızı Bayramova

Şəhla Xəlilqızı Bayramova Şəhla Xəlilqızı Bayramova - 1968-ci ildə Qəbələ rayonunun
Yeni Dızaxlı kəndində dünyaya gəlib.
Məktəb illərindən şeirə, ədəbiyyata böyük həvəsi olub.
9-cu sinifdə oxuyandan şeir yazmağa başlayıb.
İlk şeiri 1990-cı ildə “Qəbələ” rayon qəzetində işıqüzü görüb.
2003-cü ildə “Millətin xilaskarı”, 2007-ci ildə “Qəbələ könül dünyamız” toplusunda şeirləri çap olunmuşdur.
2018-ci ildə Şəhla xanımın “Getmə amandı” adlı ilk şeirlər kitabı oxucuların ixtiyarına verilib.
Bir sıra qəzet, jurnal, antoloğiya və almanaxlarda şeir və hekayələri dərc olunub.
“Qəbələnin səsi” ictimai birliyinin rəhbəridir.
Şeirləri vaxtaşırı olaraq almanaxlarda və mətbuat orqanlarında yer almaqdadır.
Ailəlidir. Bir övladı var.

Biz də hörmətli həmkarımız Şəhla xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..


ZiM.Az


QƏBƏLƏ GENERALLARI
İsmayıl bəy Qutqaşınlı və Geberal-mayor Polad Həşimovun əziz xatirəsinə


Yazılmayır hər kəsin öz bəxtinə,
İgid gərək layiq olsun təxtinə,
Hər döyüşdə gələ düşməmə sinə,
Şah dağımdan dəli dolu o, selə,
Generallar vətənidir Qəbələ.
***
Generallar yetişdirən torpağı,
Əzəmətli dağ vüqarlı şah dağı,
Köksünə sıxdığı vətən bulağı,
Ucalıq gətirməz vətənə-elə.
Generallar vətənisən Qəbələ
***
İsmayıl bəy tarixlərin izidir,
Haqq həqiqət o, mərdliyin özüdür
Vətənin sönməyən sönməz közüdür.
Səs-sədası düşdü dillərdən dilə,
Generallar vətənisən Qəbələ.
***
Polad kimi oğul keçdi bu yolu,
O, gözlərdə qələbəyə yaş dolu,
Ordumuzun olmuş igid sağ qolu.
Qurban etdi öz ömrünü o, elə,
Generallar vətənisən Qəbələ.
***
Qəbələdə şəhidlərin məzarı,
Bürüyübdür gül çiçəkli baharı,
Uyuyur məzarda xoş artzuları,
Yayıldı cahana qələbə şüarı,
Qisas oduyla dönürük külə,
Generallar vətənisən Qəbələ.


Şəhla Xəlilqızı Bayramova QƏBƏLƏ ŞƏHİD VERDİ, VƏTƏN SAĞ OLSUN
Vətənə qurban getdi


Anaların fəryadı,
Qarabağı boyadı.
Oğlun şəhid oldu,
Qəbələnin igidi,
Vətənə qurban getdi.
***
Elin igid Poladı,
Ölməzliklə yaşadı.
Şəhid tək uca adı,
Zəfər ilə yeridi,
Vətənə qurban getdi
***
Örnək oldun çoxuna,
Vətən güvən oğluna.
Qilinc girməz qınına,
Damla-damla əridi,
Vətənə qurban getdi.
***
Sən böyüdün Vəndamda,
Böyük məna adında.
Türkün özü qanında,
Yurd eşqilə göynədi,
Vətənə qurbab grtdı
***
Acın bitməz, tükənməz,
Andımız qəti dönməz,
Azərbaycanım ölməz,
Babam bizə qeyrətli,
“Zəfərimiz dəyərdi,
Sinəsin çılpaq etdi,
Vətənə qurban getdi”

Qeyrətli ata
Jurnalist dostum Daşdəmir Tağıyevin atası Əjdər Tağıyevin 90 illik yubileyinə ithaf olunub.
O gün olsun ki, yüz yaşın işığına yığışaq. Amin.


Ata bu dünyanın müqəddəs varı,
Qeyrəti, isməti, namusu, arı,
Tükənməz nemətdir baxçası, barı,
Arzuya, amala istəyə çata,
Hər zaman ucasan, qeyrətli ata.

Övlad fəxr edə ata adıyla.
İsinər hər azman isti oduyla,
Hörmət qazanar yaxın yadıyla,
Dost tanış yığılsın o xoş busata,
Hər zaman ucasan, qeyrətli ata.

Öpəcək qabarlı o gül əlini,
Oxşayar ağarmış dərdli telini.
Dür kimi saf olan o xoş dilini,
Sevincə fərəhə xoş ovqat qata,
Hər zaman ucasan, qeyrətli ata.

Bu həyat yolları həm şirin, həm acı
Atadır-anadır övlad əlacı,
Hər zaman var ona bil ehtiyacı,
Yazılsın xoş anlar hər an saata
Hər zaman ucasan, qeyrətli ata.

Daşdəmir kimi var igid övladın,
Ucaldır elində hər zaman adın,
Saxlayır hörməti yaxının, yadın,
Görmədik dostluqda yox ona çata
Hər zaman ucasan, qeyrətli ata.

Hər kəsin yaxınmı ey Əjdər dayı,
Qəbul et Şəhlanın kiçik söz payı,
Ata gözəl neymət olmayır tayı
Qəlbi dür olanlar arzuya çata,
Hər zaman ucasan qeyrətli ata.


Y U S İ F
Ata ocağının oğul nəvəsi Yusif balamıza bibisindən xoş xatirələr:


Ata ocağının oğul nəvəsi,
Nəsilin nübarı isti nəfəsi.
Hər kəsin evindən qoy körpə səsi
Sən ata ocağın çırağı Yusif.

Şirinsən hər kəsə xoş əməlində
Böyü dünyamızda sən dülə-gülə,
Layiq ol vətənə, doğma elinə,
Gözəl bacıların dayağı Yusif.

Bahar çiçəyi tək təravətlisən,
Əməlin möcüzə, sanki sirlisən,
Deyirəm bal kimi şirin dillisən,
Kişidə heç olmaz bayağı Yusif.

Şəhlayam, deyirəm Yusifim sənə,
Layiq ol yurduna, doğma elinə.
Kişi tək gələsən mərdliklə sinə,
Gəlsin ucalardan sorağın Yusif,
Ata ocağının çırağı Yusif.


Şəhla Xəlilqızı Bayramova Məhəbbət

İstər bahar olsiun, istərsə də qış,
Hər zaman gələcək inan qəmə tuş.
Necə qanad çalar, qəfəsdəki quş,
Göyləri fəth edən ruhdur məhəbbət.

*
Sevən ürək eşq üçün çağlayar,
Qəm acısı bir sir kimi saxlayar.
Sevə-sevə düyün kimi bağlayar,
Kim deyir dünyada pisdir məhəbbət.

*
Sevgi bir ürəkdə qanadlı quşdur,
Sevgisiz bir köğnül soyuq bir qışdır.
Sevənə xəyanət o, da qarğışdır,
Yaşatmayan qəlbdə daşdı məhəbbət.

*
Çəkərsə intizar könül qəm saxlar
Deyəcək bu eşqə acı ağılar,
Bənövşə yoxdusa, o yurd dağılar,
Sevməyən ürəkdə qışdır məhəbbət.

*
Şəhlayam, yazıram inan ki, qəmdən,
Yazılan ilk misram olacaq mərddən,
Yazacam sevgidən, sınıq bir dərddən,
Sərhədsiz dünyada quşdur məhəbbət...

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: