Şirinxanım Kərimbəylinin yeni kitabı işıqüzü görüb

Şirinxanım Kərimbəylinin yeni kitabı işıqüzü görüb Hamımızı təbrik edirik, dəyərli sairəmiz!

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır.
Sirinxanim məhz bu emosional hisslərin
ən böyük daşıyıcısı olan şairlərdən biridir.


Öz ali duyguları ilə minlərilə insanların,
məktəb şagirdlərinin sevə-sevə oxduqları
şeirlərin müəllifi olan Sirinxanım yazdığı
şeilərində vətənin xarakterini və mədəni
incilərini qoruyur, yaşadır.
O mənsub olduğu xalqın milli xüsusiyyətlərini, hissiyatını uca tutaraq milli qüruru tərənnüm edir.
Dövlətçiliyimiz, milli ideologiyamız, vətən qoruyan, can qoyan igidlərimiz Sirinxanımın şeirlərinin əsas mövzularından biridir.

Şirinxanım Kərimbəylinin yeni kitabı işıqüzü görüb Bu kitab hamımızı sevindirdi. Çünki, xalqımızın ümumi əmlakından Vətənizmidən, igidlərimizdən, Ali Baş Komandanınımızın tarixi salnaməsindən bəhz edir.
Sosial şəbəkələrdə “Yeni kitabım cıxıb təbrik edə bilərsiz məni...” yazan dəyərlimiz Şirinxanım.

Hamımızı təbrik edirik. Vətənpərvər xalqımızı.
Yaşadığımız zəfəri ədəbiyyat tarixinə yazan Siz də
bu xalqın qələmlə vuruşan qəhrəman övladısınız.

Hörmətlə Ceyhun Ağabəyov
Azərbaycan Yazıçılar Birliyinin üzvü

ZiM.Az


REDAKSİYADAN:

Biz də bu səmimi təbrikə qoşularaq çox hörmətli Şirinxanım Kərimbəylini
"Vətən səndən nə qaldı?" adlı yeni kitabının nəfis şəkildə işıqüzü görməsi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Və aşağıda müəllifin həmin kitaba yazdığı ön sözü dəyərli oxucularımıza təqdim edirik.


ÖN SÖZ

ƏBƏDİ VƏ ƏZƏLİ MÖVZU

Vətən mövzusu əbədi və əzəli mövzudur…Bu mövzudan yan qaçanlar, istər oxucular, istərsə söz adamları olsun, bir mənalı şəkildə kimliyini unudanlar və ya unutmağa cəhd göstərənlərdir.

Vətən –sığındığımız yuvadır. Udduğumuz hava qədər yaşam imkanımızı bədirləndirən məkandır. Biz ata-anamıza nə qədər gen baxımından doğmayıqsa, vətənə də genetik kodlarla bağlıyıq. O dədə-babalarımızın bizə miras saxladığı məkandır. Dünyanın harasında yaşayırsansa yaşa, sənin genetik yaddaşında əbədi iz qoyan və ölənə qədər ruhundan, canından çıxmayan bir yer var, bu VƏTƏNDİR! Onun axarlı-buxarlı dəryaları, ormanları, bulaqları adama ana laylasıtək doğmadır və bir ömür yaddaşa həkk olunub adamı izləyir. Bir də insanın doğulduğu yer var. O, yer unudulmaz, yaddaşdan silinməz ocaqdır.
Geniş oxucu əhlinin və qədir bilən, kitaba diqqət kəsilən söz adamlarının ixityarına veriləcək “Vətən səndən nə qaldı“ kitabım, ayrı-ayrı illərdə çap olunmuş, kitablarımda gedən vətən bölməsindən və yeni yazılmış, hələ kitab halında çap olunmamış şeirlərimdən cəm olan topludur. Kitab geniş oxucu kütləsi üçün, habelə, tədris ocaqlarında vətənpərvərlik hislərini aşılamaq məqsədi ilə gələcəyimiz olan gənc nəsil üçün nəzərdə tutulur. Arzu edirəm ki, mənəviyyatımızın güzgüsü olan kitaba sevgi və mərhəmətimiz azalmasın, çünki kitab insanı cilalayan, onu ali varlığa çevirən dəyər mücəssəməsidir! Kitab gözlə görünməyən işıq, nurdur. Bu nurun şəfəqləri daim qəlbimizi ziya ilə doldurur. Kaş bu ziyadan yorulmadan bəhrələnmək bütün həmvətənlərimizə nəsib olsun!
Yazımın əvvəlində qeyd etdiyim kimi insanın Vətən məfhumu geniş məfhumdur. Dünya adlandırdığımız planetimiz isə milliyyətindən, dini mənsubiyytindən asılı olmayaraq, nəinki insan-
ların, bütün canlıların sığındığı yaşam ocağıdır. Bizlər dünyanın ağrı-acılarını həm çəkənik, həm də onun qayğısına qalan və qoruyanıq. İnsansız, nə dünya olar, nə vətən…Biz bir-birimizin qeydinə qala-qala həm insanlığı, həm dünyanı, həm də vətənin müdafiəçiləriyik. Hər birimizin doğulduğu yuva var, ona kənd, qəsəbə, yurd, şəhər deyərlər, məhz öz yurd-yuva hislərimi doğulduğum Siyəzən bölgəsinin Tağay kəndinə həsir etdiyim illər öncə yazdığım “Tağayım” poemasında qələmə almışam. Doğulduğum və yaşadığım illərin, keçmiş günlərimin xatirə toplusudur bu nəzm hekayət…
“Vətən səndən nə qaldı” kitabımda Vətən ağrıları birər-birər sadalanır, iki yerə parçalanmış güneyli-qüzeyli Azərbaycan dərdini misraların fəryadına, üsyanına, harayına öc etmişəm. Ədəbi şeirin bütün formalarında vətənin dağın, düzün, meşəsin, irmağın, bol sulu çeşmələrin bədii sözün qüdrətiylə cilalamağa çalışmışam.
Kitabda iki əsr başımıza gələn faciələrin real mənzərəsini misraların, bəndlərin fəryadıyla oxucuya çatdırmağa çalışmışam…Topluda İyirmi yanvar faciəsi, Xocalı soyqırımı dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza yol gedən qan yaddaşımızdı! Bunları unutmaq olarmı?! Unutmamaq üçün İyirmi yanvar faciəsinə həsr etdiyim “Ağı-dastan”, “Xocalı soyqırımı” adlı nəzm hekayətlərimi yazdım və bu mövzulara müraciət edən qələmdaşlarım da, var olsun!
Bu yaxınlarda ədəbi saytlardan belə bir cümlə oxudum “ədəbiyyat dərsliklərindən qan iyi gəlir” mən bu deyimlə heç razı ola bilmirəm və çox təəssüflənirəm. Sual edərsiz niyə görə? Mənə ünvanlanacaq suala cavab olaraq bildirirəm ki, dünyada çox qanlı olaylar olur, bütün qanlı toqquşmaların da sonu sülhlə tamamlanır, amma bilərəkdən törədilən qırğınlar təbii hadisə deyil, bu konkret insanlar, dövlətlər tərəfindən həyata keçirilən qanlı hadisələrdir. Əgər biz dünən olanları yaddaşımızdan, kitablardan və arxivlərdən silsək, gələcək nəsillər bundan da dəhşətli qırğın və işğallara düçar olar. Necə ki, bizim nəsilə sovet dövründə keçmişi unutdurdular, 1989/90-cı illərdə yenidən qarşısı alınmaz vəhşət yaşadıq, Yuxarı Qarabağ və ətraf bölgələr işğal olundu, bu gün də o işğalın acısı ilə üz-üzəyik… Qüzey Azərbaycanımızın hər bölgəsində şəhidlər məzaristanı yarandı. Bu bizlərin dünənimizə olan unutqanlığımızdan doğuldu. Daha doğrusu, bizi totalitar rejimin tədris etdiyi məktəblərdə bu ruhda tərbiyələndirdilər, amma çox çəkmədi gəncliyimizə işğal, torpaq itgisi, əsirlik, şəhidlik ərmağan olundu. Bütün bunları yenidən yaşamamaq üçün hamılıqla bir yumruğ təki birləşib işğal boyuduruğundan xilas olmalıyıq, bu yolda Ali Baş Komandannan tutmuş hər birimizə birləşib QƏLƏBƏ sevincini dadmaq nəsib olsun! Azərbaycan Əsgəri, irəli!!!

MÜƏLLiF.
22.06.2019

ZiM.Az

.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!..

Təbriklər
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
YURD HƏSRƏTLİ MÜƏLLİM

YURD HƏSRƏTLİ MÜƏLLİM

Məktəblər
TURAL XANHÜSEYNOĞLU (1987)

TURAL XANHÜSEYNOĞLU (1987)

Poeziya, Müsabiqə
SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

Publisistika, Müsabiqə
ÖMRÜN QANADLARI

ÖMRÜN QANADLARI

Yeni nəşrlər
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

Yeni nəşrlər
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Professor Salidə ŞƏRİFOVA:

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Humanitar elmlər, Elmi Məqalələr
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

Təbriklər
ƏLƏSGƏR AĞBABALI (1962)

ƏLƏSGƏR AĞBABALI (1962)

AzTU, Turan, Qərbi Azərbaycan

"Şəhidlər ölməz, Vətən bölünməz!"

Qarabağ, "Şərqin səsi"
“Xocalı  Vətənin qan yarasıdır,  Xocalı Vətənin can yarasıdır” adlı tədbir  ...

“Xocalı Vətənin qan yarasıdır, Xocalı Vətənin can yarasıdır” adlı tədbir ...

Sumqayıt
Rəşid HACILAR (1953)

Rəşid HACILAR (1953)

Darvaz, Müşfiq Borçalı
Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb

Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb

Yeni nəşrlər, Borçalı
Rəy yazın: