ÜÇ DİLLİ FPAZEOLOJİ LÜĞƏTİN YARADILMASININ YENİ (İNOVASİYASI) BAXIŞI

ÜÇ DİLLİ FPAZEOLOJİ LÜĞƏTİN YARADILMASININ YENİ                                     (İNOVASİYASI) BAXIŞI (ƏKS-SƏDA- RESENZİYA)

Müəllifi istedadlı, gənc tədqiqatçısı xanım filologiya elmləri doktoru, professor Nigar Çingiz qızı Vəliyevanın skrupulozik leksikoqrafik, 60X90 1/8 formatlı əsər olan iki cildlik «Azərbaycan, ingilis və rus dillərinin müqayisəli frazelolji lüğəti» qarşımızdadır.


Bu tədqiqatçını tanımayanlar üçün bir neçə kəlmə ilə qısaca olaraq xatırlatmaq istəyirəm ki, o, bakılıdır. O, Bakı şəhərində 189 saylı ümumi təhsil orta məktəbini bitirən kimi Azərbaycan Dövlət Dillər universitetinə qəbul olunmuşdur.
1992-ci ildə Dillər Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1992-1995-ci illərdə aspiranturada təhsil alandan sonra Nigar Vəliyeva 1996-cı ildə «Nitq və təfəkkür felləri ilə formalaşan frazeoloji vahidlər (müasir ingilis, Azərbaycan və rus dillərinin materialları əsasında)» mövzusunda namizədlik, 2004-cü ildə isə -(«Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili (müasir ingilis, Azərbaycan və rus dillərinin materialları əsasında)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildən isə o, ingilis dili kafedrasının professorudur. Böyük fərəhlə qeyd etmək istəyirik ki, elmi-pedaqoji iş bir qadın olaraq onun üçün heç də çətin olmayıb, əksinə, o, Bakı Dövlət Dillər Universitetində eyni bir vaxtda bu günə qədər «Dil və Ədəbiyyat» beynəlxalq elmi-nəzəri jurnala həmrəhbərlik edir, baş redaktor müavinidir. Eyni zamanda həmin jurnalın «Qərb filologiyası» bölməsinin məsul katibidir. Vətən üçün iki oğul böyüdən və gözəl, nəcib, həmfikir həyat yoldaşı olan xanım N.Vəliyeva həm də elmi məqalələrinin bolluğu ilə də fərqlənir. Yüksək səviyyədə 150-dən artıq əsər, o cümlədən 5 monoqrafiiya, bir neçə dərslik, iri həcmli lüğətlər, elimi məqalələr yazıb nəşr etdirib. Məlum olduğu kimi, bu heç də adi iş deyildr. On beş ildən sox müddətdə ADU, ADDU, ADPU-nun, AİEA-nın elmi nəşrlərində dərc edilmiş onlarla elmi məqaləsi ciddi tədqiqat işləri sayıla bilər.Onun qətiyyəti ölkənin və maarifləndirmə məqsədləri rakursundan heyrətdoğurucudur. Onu da qeyd etmək lazımdır ki, onun əsərləri barədə xaricdə: Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə də bilirlər.
Nigar Vəliyeva eyni zamanda böyük peşəkardır da; o linqvistik tədqiqat ilə yanaşı elmi və ictimai fəaliyyətində də özünü uğurla doğruldur. 6 namizədlik dissertasiyasının elmi rəhbəri, dəfələrlə disertantın oponenti, 26 dəfə doktorluq əsərinin rəyçisi olub.

Bütün bu yuxarıda deyilənlərdən sonra onun tərəfindən 2010-cu ildə yekunlaşdırılması və mərhələ leksoqrafiya əsərinin hazırlaması və (A-4 formati ilə) hər iki cildin qalınlığı-həcmi də 2000( iki min) səhifədən artıq olan) iki kitab şəklində nəşr edilməsi sizi təəccübləndirməsin.
«Azərbaycan, ingilis və rus dillərinin müqayiəsəli frazeoloji lüğəti» təkcə həcmi ilə deyil, eləcə də tədqiqatının dəriniliyi, əhatəliyi və ona səmərəli şəkildə yanaşılması ilə, geniş imkanları ilə və miqyasları ilə insanda xoş təəssürat yaradır. Demək olaraq ki, heç bir fraza-struktur-frazeoloji vahid- dervatik, sintaqmatik, ekomprozitik-tədqiqatçının diqqətindən kənarda qalmamışdır.

Kitabda ön söz-giriş, istifadə olunan lüğətlərin siyahısı, abreviatur sözlərin qısaldılmış forması, istifadə olunan elmi ədəbiyyatın və mənbələrin geniş siyahısı (Azərbaycan, rus, ingilis, kanadalı, amerikan, gürcü – tədqiqatçılarının ) verilmişdir. Kitabın geniş formatı hər bir frazeoloji vahidini gözə çapdırır. Frazeoloji vahidlərdən birinin müvafiq xarici dillərinin göstəriciləri ilə də elə burada tamamilə tanış oluruq: Alma almaya bənzər- – Like farher like son. / Like mother like daughter./ Look the very picture of his (/her) father (/mother). – Əbloko ot əbloni nedaleko padaet. Sr. Kakov oteü, takov i sın. Gürcücə müqayiə et.- «ras mamaa, is şviliya» («Atası nədirsə, balası da odur»); və yaxud : «Deda naxe, mama naxe, şvili ise qamonaxe», («Anasına bax, atasına bax, uşağını elə seç» ) və yaxud «Rats alxana, is çalxana», («Atıcı atar, tayını tapar»)» və ya da «Ali-kvali mamamisiya»( «Atasına elə oxşayır Biz burada gürcücəni müvafiq ekvivalentlər üçün təsadüfən göstərməmişik. Gürcü dilində də, azərbaycan və türk dilində olduğu kimi, bu cür bir çox frazeoloji deyim-idiomatik ifadə vardır ki, onları da cəmləçdirmək-yekunlaşdırmaq, elmi şəkildə öyrənmək, sözlərin alınmasının və istərsə də köçürülməsinin müəyyən olunması.., bir neçə linqvomədəni faktı üzərə çıxardacaqdır. Azərbaycanlı həmkarlar, o cümlədən bizim rəy yazdığımız lüğət əsəri müəllifinin istəyimizi nəzərə almasını arzu edərdik. Bu da ki, linqvistik əlaqlərin, bu halda azərbaycan-gürcü etnolinqvistik və linqvomədəni birliyinin dürüst müəyyən olunmasına və öyrənilməsinə imkanlar yarada bilər. Frazeologiya da ki, mədəni, tarixi hadisələri bir növ özündə birləşdirir...Bununla da gürcü və azərbaycan xalqlarının çox əsrlik birgəyaşayış yollarında gələcək nəsillər üçün daha bir böyük iş görmək olar.
Bu məsələ doğrudan da diqqət çəkən və elmi maraqlar oyadan məsələdir. Bunun üçün bir faktı nümunə olaraq gətirmək istəyirik: Gürcü dilində eləcə də gürcü dilinin ( acar şivəsinə və türk dilinə qonşuluq edən) quriyalı şivəsində alaydan keçirmək kəlməsi bu gün də işlədilən idiomatik ifadədir ki, bunun kökləri çox-çox qədimlərə gedib çıxır. Mənbə isə, göründüyü kimi, türk dilidir:
Alaydan keçirmək- xəcalət vermək, utandırmaq, açıq şəkildə təhqir etmək, adını batırmaq, lağa qoymaqdır. Alay türkcə dəstə, komanda, cərgə, sıra deməkdir. (eləcə də: zarafat, utandırmaq, tabe etmək). Görünür, bu türk adətini Qərbi Gürcüstanın gürcüləri də qəbul ediblər. Məğlub olanları alaydan keçirirdilər, buradan da frazeologizmə çevrilən məcazi mənası əmələ gəlib.
Qeyd: Əgər Türkiyə və Gürcüstanda əsir əsgəri alaydan keçirirdilərsə, İranda əsir düşmüş əsgərlərin gözlərinin çıxardılmasını da həyata keçirirdilər. Məsələn: Məşhur fars yazısıçı və tədqiqatçısı Sadiq Hidayətin hekayəsinin qəhrəmanı 80 yaşını keçmiş qoca, 8 arvadlı Hacı ağa öz atasının işi ilə qürur hissi keçirir. «Mərhum atam böyük ağa nəslinə mənsub idi. Qəndəhar döyüşündə əsirlərin gözlərinin çıxarılması barəsində sərəncam verdi, həm də elə ki, bütün gözünü deyil, yalnız gözünün bir hissəsini, dörddə birini. Evə qayıdarkən zəfər çalan atamı Hacı Mirzə ağa bağrına basdı, onu fəxri orden və rübtbə ilə təltif etdi. Atam əvvəlki şahın cilovdarı hesab olunurdu. Özü ilə həmişə ova aparırdı»... Bax Sadiq Hidayət. «Hacı ağa» (hekayə) M. M. Mamatsaşvilinin ön sözü, elə onun fars dilindən tərcüməsi, Gürcüstan Yazıçılar İttifaqının «Literatura və Xelovneba» ( «Ədəbiyyat və İncəsənət» nəşriyyatı, Tbilisi, 1963, səh. 13, gürcü dilində).
«Alaydan keçirimək qədim Gürcüstanda adi hal imiş. Bununla xüsusi gürcüşünaslıq ədəbiyyatı bizi tanış edir, burada da ki, frazeologizmin məğzi açıq şəkildə görünür: «Tüfənglər altından keçirmək, sən demə, o vaxtlar alay adlanırmış- Guya da ki, alaydan keçirdilər»( Eqnate Ninoşvili); «Alay quruli- imerelicədir, iki cərgəyə düzülmüş insanların arasındakı yer. Alaydan keçirmək əvvəllər insanların iki cərgəyə bölünmüş, dəstəyələrə ayrılmış qoşun arasında çubuqla, ağacla və ya matrax ilə döyərək keçirilməsi demək idi. İndi açıq şəkildə utandırmaq mənasını verir» (İlya Çkoniya);
Bu baxımdan Azərbaycan dilinin frazeoloji göstəriciləri də maraqlı ifadə verir. O cümlədən qarşıdakı rəy yazılmış kitabın birinci cildində oxuyuruq: «Ala-başına, kül başına (necə gəldi etmək) – to do smth. half-heartedly (anyhow) / in a slipshod manner (way) / to do smth. caralesly / all done at one blow / to do smth. by halves / Cf/ let things slide / let things go hang (to do smt. negligently) --təp-ləp / çerez pen kolodu/ s pətoqo na desətoe / spustə rukava (delatğ çto-libo ploxo, besporədoçno, nebrejno, koe-kak, naspex)~ (141).
Göründüyü kimi, etimoloji uyarlıq hər üç dildə ( türk-azərbaycan- gürcü) hiss olunur. Belə düşünürük ki, birgə linqvistik-etimoloji axtarış, nəhayət, bu ifadənin türk-azərbaycan-gürcü frazeoloji birgə əmələ gəlmə və yaranması tarixinin və yayılmasının dil- şivə yollarını müəyyən edəcək.
Azərbaycan və gürcü dilləri arasında bu cür frazeoloji paralellərin axtarılması əminəm ki, yüzlərcə olacaqdır. Buna elə kitabın iki cildliiyi və ingilis-rus müvafiq idiomatik ortaq sözəlrinin ağlabatanlığı, yerinə düşməsi əmin edir.
Gördüyümüz kimi, fədakarlıqla yaradılmış, daxili, eləcə də xarici və elmi meydanın olduğu kimi tamamilə günün tələblərinə cavab verən əsər- üç dilli frazeoloji lüğət qarşımızdadır. İnamla demək olar ki, xarici ölkələrin diplomatları və səfirliklər, qeyri-hökumət təşkilatları, linqvistlər, tərcüməçilər və mədəniyyət xadimləri bu kitabla böyük maraqla tanış olacaqlar. Bu, faktiki olaraq üç dilli frazeoloji lüğətin yaradılmasının yeni islahatçı və novator baxışının nümayiş olunmasıdır.
Diqqətə layiq filoloq, pedaqoq və gənc, istedadlı və məhsuldar tədqiqatçı Nigar Çingiz qızı Vəliyevanın əsaslı leksoqrafik əsəri azərbaycan (təkcə azərbaycan deyil...) fiolologiyasında yeni sözdür. Onunla müxtəlif ölkələrin mütəxəssisləri böyük maraqla tanış olacaqlar. Biz isə öz növbəmizdə, bu gözəl xanıma ölkə və Azərbaycan -Qafqaz mədənyyətinin rifahı naminə uğurlar arzulayırıq.
Azərbaycan dilində belə bir deyim var: «Kök üstə özü bitər əsli nə isə, yovşan bəsləməklə çəmənzar olmaz».
Nigar xanım gürcü xalqının da sevdiyi Azərbaycan peşəkar vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatsıçı, xalq artisti Bülbülün (Murtuza Məmmədovun) nəvəsi, xalq rəssamı İbrahim Zeynalovun bacısı qızı, Polad Bülbüloğlunun qardaşı qızı olduğunu bakılı həmkarlarımdan eşitmişəm. Belə bir ailənin, belə bir mühitin də Nigar xanımın istedadlı bir alim kimi, öz xalqı, vətəni üçün layiqli övlad kimi yetişməsində mühüm rol oynadığını inamla demək olar.

Badri Sxadadze
Gürcüstan Texniki Universitetinin professoru,
dilşünas, filologiya elmləri doktoru,
Qafqaz Xalqları Elmlər Akademiyasının üzvü,
universitetin azərbaycanlı tələbələr qrupunun
hazırlıq şöbəsinin müəllimi, universitetin yeni
linqvoşünaslıq sahəsi dərsliyinin müəllifi.

Gürcü dilindən tərcümə edəni: Mirzə Məmmədoğlu

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yorulmaz tədqiqatçı alim NƏRİMAN SEYİDƏLİYEV

Yorulmaz tədqiqatçı alim NƏRİMAN SEYİDƏLİYEV

Humanitar elmlər
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Humanitar elmlər, Elmi Məqalələr
Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Elmi Məqalələr, ADPU
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması ü ...

AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması ü ...

Qarabağ, Borçalı
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU
Gürcü və İngilis dili fənnlərindən ödənişsiz kurslara start verilir

Gürcü və İngilis dili fənnlərindən ödənişsiz kurslara start verilir

Borçalı, Bolus, Elanlar, QHT
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

Humanitar elmlər
Rəy yazın: