«QIRMIZI KİTAB»IN MÜƏLLİFİ OLAN QARİBİ KİMDİR ?..

«QIRMIZI KİTAB»IN MÜƏLLİFİ OLAN QARİBİ KİMDİR ?.. Gürcüstanda, eləcə də Azərbaycanda Qaribi təxəllüsü ilə tanınan Petre Geleişvilinin «Qırmızı kitab» əsəri vaxtilə böyük əks-sədaya səbəb olmuşdur. Əldə edilməsi çətin olan bu kitabın müəllifi barəsində heç də hamının məlumatı yoxdur. Odur ki, Revaz Kverençxiladzenin 120-ə qədər gürcü yazıçısının, ədəbiyyatçısının, Gürcüstan Yazıçılar İttifaqı rəhbərlərinin siyasi represiyalarının qorxulu olaylarını əks etdirən «İşgəncə yolu» (Güllələnmə, sürgün, təqib) əsərinin ikinci kitabından (Tbilisi, 2005-ci il) Petre Geleişvili (Qaribi) barəsində kiçik yazını və Petre Geleişvilinin 1905-ci ildə çap olunmuş «Qırmızı kitab»ından gürcü-erməni müharibəsi fəslinin tərcüməsini «Qarapapaq» dərgisinin oxucularının nəzərinə çatdırmağı lazım hesab edirəm. Ümidvaram ki, onların böyük marağına səbəb olacaq.
Mirzə Məmmədoğlu


Tənqidçi, publisist, jurnalist Petre Geleişvili (Qaribi) (1870-1037-ci illər) inqilabi fəaliyyətin zəngin stajına malik olmuşdur. 1902-ci ildə Metex həbsxanasında oturmuş, lakin bolşeviklər XIX əsrin sonundan onun fəhlə hərəkatı haqqında məqalələr yazmağına da qiymət verməmişlər. Sosial-Demokratlar azlığı ( menşeviklər) qanadına meyl göstərməsini də bağışlamamışlar. 1917-ci il inqilabından sonra Zaqafqaziya Seyminin üzvü, Gürcüstanın ilk müstəqil Respublikasında (1918-1921) kənd təsərrüfatı nazirinin köməkçisi və Təsisat iclasının üzvü olmuşdur.
Bolşeviklərin qələbəsindən sonra onlara xoş gəlmək üçün menşeviklərə qarşı çıxmışdır. («Net sila bolşe molçat!», 1925) rus, alman və fransız dillərində çap olunmuşdur, lakin bununla da bolşeviklərin etimadını qazana bilməmişdir.
İlya Çavçavadzeyə qarşı mübarizəsinə də ( «İ. Çavçavadze bir şair və puplisist kimi», 1914) nə də yeni dövrdə İlyanın ölüm hallarının ( «Yaxın keçmişdən», «Axali qza», 1928, № 16, №17) Sosial-demokratların və nə də bolşeviklərin bu tərəddüdlü işdə əli olmadığını bir təhər sübut edərək təsvir etdiyinə də qiymət vermədilər.
Müasiri olan yazıçıları ( məsələn: Q. Robakidze) təhqir etməklə, söyməklə proletar yazıçıların dəyirmanına su tökdüyünü də nəzərə almadılar.
Fəqət, bir dəfə hər halda onun bu «xidmətlərini» nəzərə aldılar: 1926-1933-cü illər İnqilabi muzeydə, sonra isə (1933-1937-ci illər) SSRİ Elmlər Akademiyasının filialında elmi işçi idi.
Lakin 1937-ci ildə bu 67 yaşında olan qocaya qıyaraq onu yox etdilər. Həbsdən sonra tezliklə 1938-ci ilin martında müstəntiqin otağında qətlə yetirildiyini ailə bilirdi. Sonralar arayış alınmışdır: 1940-cı ildə ciyər iltihabından vəfat etmişdir. Biz belə saxta arayışların tərtib olunması texnologiyasını yaxşı bilirik.


ERMƏNİ-GÜRCÜ MÜHARİBƏSİ

Belə bir Gürcüstan erməni xalqının liderləri üçün qəbul edilməz oldu. Bu dövlətin yaradılması onlar üçün nəsə bir qorxu yaratdı.
Zaqafqaziyanın ayrı-ayrı müstəqil respublikalarının parçalanmasının ilk vaxtlarından Ermənistan hakim dairələri Avropa mətbuatında Gürcüstana qarşı başlanmış təbliğatını gücləndirərək ona qarşı yürüş etməyə hazırlaşdı.
Bunun səbəblərini izah etməyə başlayacağıq.
Erməni xalqının liderləri Türkiyə ilə müharibədə öz xidmətləri barədə bütün dünyaya car çəkdilər. Onlar hər yerdə və hər zaman türk ordusuna qalib gələn öz könüllü drujinalarının xidmətləri barədə danışmaqla hamının zəhləsini apardılar.
Qəflətən belə bir gözlənilməz hadisə.
Erməni silahlı qüvvələri və onun qüdrəti mif oldu.
Hələ bir düşməni görməmiş bu silahlı qüvvə döyüş meydanından Eolanın üzündə qorxudan tük yox olan kimi yoxa çəkildilər.
Rus ordusunun cəbhədən getməsindən sonra cəbhənin müdafiəsi təbii ki, erməninin əlinə düşdü. Birincisi, ona görə ki, cəbhə Ermənistanın ərazisində idi və erməni fiziki olaraq onun müdafiə olunmasında maraqlı idi. İkincisi, Zaqafqaziyanın bütün xalqları arasında ermənilər yeganə xalq idi ki, rus mütləqiyyətinin mərhəmətindən istifadə edərək özlərinə çoxsaylı silahlı qüvvə yaratdılar. Hər halda kağız üzərində.
Erməni xalqı ondan müdafiə olunmasını tələb edəndə, bu silahlı qüvvə öz xalqını türk işğalçılarının ixtiyarına buraxaraq qaçdı.
Ermənistan ölümə məhkum bir vəziyyətə düşdü. Müharibənin başlandığı andan müharibənin bütün dəhşətləri ona qismət oldu. Lakin hələlik rus süngüsü onun mənafeyini qoruyurdu. Onun hələ ki, xoş gələcəyə nəsə bir ümidi var idi.
Lakin rus süngüsü olmadı. Dinc erməni əhalisini türk və kürdə qarşı mənasız olaraq qızışdıran erməni liderlərinin fəaliyyətlərinə görə cavab vermək vaxtı yetişdi və əmin-amanlıq dövründə onların sülh şəraitində birgə yaşayışını mümkünsüz etdi. Erməni xalqının başında duran Daşnaksyütun partiyasının cavab vermək vaxtı gəldi. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazım idi. İndi onun özü öz hərəkətlərinin acı bəhrəsini gördü. O, açıq -aydın əmin oldu ki, öz xalqının xilas edilməsi üçün rus süngüsünə, Avropa diplomatiyasının vədinə və təminatına ümid etmək, müharibənin dəyişkən taleyinə arxalanmaq olmazdı. Daşnakçılar yalnız bircə dəfə başa düşdülər ki, Türkiyə Ermənistanı üçün türk ilə və kürd ilə mehriban qonşuluq münasibələrini yaralmaq çox vacib idi...
Artıq gec idi. Tətik çəkilmişdi, gülləni isə geri qaytarmaq mümkün deyildi.
Lakin əgər xalqı vəziyyətdən çıxartmaq mümkün deyilsə, hər halda öz partiya vəziyyətini xilas etmək lazımdır. .. Müqəssiri tapmaq və günahı kiminsə üstünə atmaq lazım idi.
Sən demə, erməni xalqının bütün bu bədbəxtliklərinə səbəb gürcülər imiş.
Lakin gürcülərin günahı nədə imiş. Belə ki, gürcülər də türk ordusunun təzyiqinə tab gətirə bilməmiş və Batumi vilayətini Batumi ilə birlikdə ona qoyub getmişlər.
Yox, gürcülər bizi satmışdır! Əgər Zaqafqaziya Seyminin sülh nümayəndə heyətinin başçısı A. İ. Çxenkeli türklər ilə xəyanətkar müqaviləni imzalamasa idi, əgər o Türkiyəyə bizim istehkamımız olan Qars qalasını güzəştə getməsə idi, onda biz silahlı qüvvələrimiz ilə düşməni Ermənistan sərhədinə yaxın buraxmazdıq.
Türkiyə erməniləri və ümumiyyətlə, müxalifət tərəfindən günahın onların üstünə atılmasına cavab olaraq daşnak liderləri özlərini belə doğruldurdular. Günahkarı tapıb onu erməni xalqının mühakiməsinə verirdilərsə, onda bu xalqa ittihamnaməni də təqdim etmək lazım idi.
Budur, Daşnaksyütunun liderləri gürcülərə qarşı üç ən ağır ittiham irəli sürmüşlər:
1) Satqınlıq,
2) Erməni qaçqınlarının gürcü hökuməti tərəfindən məqsədyönlü şəkildə məhv edilməsi və
3) Dövlət sərhədləri barəsi məsələ.
Bütün bu ittihamlar Gürcüstan Demokratik Respublikasının elə yarandığı ilk günlərdən ardıcıl olaraq Gürcüstana qarşı və onun hökumətinə qarşı irəli sürülmüşdür.
Bütün bu ittihamları elə qoyulduğu ardıcıllıqla izah edək.

1. GÜRCÜLƏRİN SATQINLIĞI

Bizə deyirlər:
- Əgər Çxenkeli Brest-Litovski müqaviləsinə razı olmasa idi və Ermənistanı türklərə verməsə idi, bizə əldə silah düşməndən müdafiə olunmağa imkan versə idi, öz silahlı qüvvələrimiz ilə onu asanca Ermənistan hüdudlarından uzaqlara qova bilərdik.
Əgər bu doğrudursa, əgər ermənilərin özlərini müdafiə etmək üçün kifayət qədər qüvvələri var idisə, Seymin sülh nümayəndə heyətinin başçısı A. İ. Çxenkeli diplomatik yolla Errmənistan istehkamını türkə vermişdirsə, əlbət də onu tarix mühakimə etməlidir.
Məgər bu belədirmi: Doğrudanmı, ermənilər hər hansı silahlı qüvvəyə malik idilər? Bu silahlı qüvvə öz-özlüyündə nəyi təmsil edirdi?
Bizim danılmaz faktlara, nüfuzlu şahidlərin ifadələrinə əsaslanaraq cavab vermək istədiyimiz suallar budur.
General Gerasimovun komissiyasının müharibə tarixində heç bir döyüş olmadan güclü şəkildə miöhkəmlənmiş türk hərbi hissəsinin Ərzurumun civarlarında görünməsindən az qala iki gün əvvəl tərk olunmuş Ərzurum qalasınının başlı-başına buraxıldığı zaman baş verən nadir qalmağalın səbəbinin izah olunduğu işi bizim sərəncamımızdadır.
Artıq bizim dediyimiz kimi, rus ordusu cəbhəni tərk edən zaman onun müdafiəsi ermənilərin üzərinə düşmüşdür. Ümumi rəhbərlik işi erməni xalqı və əsgəri arasında populyar olan erməni mətbuatının çoxdan «Erməni xalqının gözəl əfsanəsi» adlandırdığı general Andranikin üzərinə düşmüşdü.
Sözügedən komissiyanın işində başqa sənədlər arasında general Andranikin geniş ifadəsi də vardır.
General Andranik ordu başına keçib güclü olaraq möhkəmlənmiş Ərzurumda 1918-ci ilin noyabrın 17-də göründü. Burada bəlli oldu ki, tərifli erməni silahlı qüvvələlərinin ağzı pozulduğundan müdafiəsiz türk əhalisinin talan edilməsi və qətli ilə məşğul idi.
Budur, general Andranikin türk əsgərinin görünməsindən çox əvvəl şəhərdən çıxan, orada olan nüfuzlu hərbi xidmətçilərinin göstərdiyinə görə, ümumi sayı 2 min 500 əsgərdən artıq olmayan erməni ordusunun Ərzurumu tərk etmələri barədə gercək hekayəti.
«Tezliklə mənim Ərzuruma gəlişimlə Türküstan diviziyasının arxa cəbhəsindən gedən erməni əsgərlərinin nümayəndə heyəti evə buraxılma xahişi ilə yanıma gəldilər. Mən 10 gündən sonra, general Nazarbayev və general Ordışevin komandanlığı altında hərbi yardım gəldiyi vaxt onları evə buraxmağa söz verdim. İki saatdan sonra elə həmin türküstanlılardan ibarət 8 nəfərlik nümayəndə heyəti yenə elə həmin xahişlə mənim yanıma gəldi.
4-cü erməni alayının əsgərləri ön mövqedən şəhərə getməyə başladılar. Mən onları mövqeyə qaytarmaq üçün tədbir görməli oldum( əsgərlərdən birini sıyrılmış qılıncla da vurdum).
Əksəriyyəti Rusiya erməniləri olan 1-ci erməni alayının zabitləri özbaşına arxa cəbhəyə getməyə başladılar. Bu alayın əsgərləri İlic altındakı mövqedən getməyə başladılar. Mən şəxsən mövqeyə getdim və onlara mövqeyi tərk etməmələrini əmin etdim. Lakin əsgərlər cavab olaraq havaya atəş açdılar, iki nəfər əsgər isə tüfəngdərini düz sinəmə dirədilər. .. Bu atışmanın qonşu hissədə həyəcana səbəb olmaması üçün mən hər yana telefonla məlumat verdim ki, bu atəşlər mənim gəlişimlə əlaqədardır...
Mən polkovnik Bejambekə 1-ci alayı öz komandası altına almağı və İlic ilə Təkə dərəsi arasında mövqeyi tutmağı əmr etdim. Sonuncu əmri polkovnik Morelə də verdim, lakin bu əmr yerinə yetirilmədi...
Fevralın 26- səhər polkovnik Bejambek mənə məlumat çatdırdı ki, birinci alay Bəzzadan Trapezund qapısı yaxınlığında tikanlı məftil hasarların arxasına tərəf geri çəkilmişdir. Eləcə də süvari geri çəkilmişdir. Belə ki, Bəzza artıq türklər tərəfindən tutulmuşdu.
Birinci alay əsgərlərinin məni güllələmək hədəsinə baxmayaraq həmin an gedərək şəxsən Bəzzəyə hücuma keçdim. Türklər zəncir kimi düzülmüşdülər, bizə silahdan və pulemyotdan atəş açırdılar. Bizim əsgərlər pozulmağa başdadılar ( silahı çiyinlərinə aldılar və yaxud da süngünü yerə endirdilər, hələ bir əsgərlərdən biri də təsadüfən süngü ilə mənim ayağımı yaraladı) sonra başlarını qarda gizlətdiyindən və yaxud geri getdiyindən hücum alınmadı...
Fevralın 22-də və yaxud 23-də rus artileriyaçı zabitlərinin xahişi ilə mən polkovnik Morel ilə, Zenkeviç ilə, doktor Zavriyev ilə və iki nəfər ingilis zabiti ilə qala artileriyasında polkovnik Tverdoxlebovun sədrliyi ilə zabitlər iclasına getdim. Burada zabitlər bildiridilər ki, mən gələnə kimi Ərzurumda ermənilər tərəfindən dinc türklər ilə asayişin pozulması halları baş vermişdir ki, bunu da onlar yolverilməz hal kimi hesab edirlər.
Fevralın 26-da türklər hücuma geçməyə başladılar... Bizim aramızda çaxnaşma əmələ gəldi və tikanlı məftildən geri çəkilmələr oldu. Sonra isə şəhərdə, fevralın 27-nin gecəsi isə əsgərlər özbaşına Ərzurumdan getməyə başladılar...
Mən dincəlməyə gəldim, üç saatdan sonra mənə məlumat verdilər ki, əmrim ilə fevalın 27-də gecə heç kimi şəhərə buraxmamaq, Ərzurumdan çıxmamaq və onları yola gətirmək üçün Kars qapısında qoyulmuş karaulu əsgərlər yarıb keçmişlər. ..
Mən qapıya gələnə kimi artıq təxminən 4 min əsgər Ərzurumdan çıxa bilmişdir. Xeyli vaxt keçəndən sonra qapı önündə yenə atışma başladı. Əsgərlər yenə də karaulu yararaq şəhərdən getməyə başladılar. Fevralın 2-də səhər saat 5-ə yaxın radələrdə mən Qars qapısından bulağa kimi piyada getdim və orada yük maşınına minərək şosse ilə Ərzurumdan 4 verst aralı düzənliyə kimi irəlilədim. Burada mən Qars şossesi ilə Axal qalası arasında yerləşdirilmiş batareyanın hərəkətinə baxmaq istəyirdim. Bəlli oldu ki, bu batareya atəş açmamışdır. Bu zaman şosse ilə bütün əsgərlər gedirdilər. Elə orada polkovnik Bejambek də gedirdi... Mən avtomobil ilə Dəvəboyuna getdim. Orada avtomobil xarab oldu. Mən piyada getməyi davam etdirdim. Lakin sonra mənim yerlim olan bir əsgər mənə at verdi və Həsən qalaya kimi getdim. Yolda mən təxminən 8 min əsgəri ötüb keçdim. Onlar arasında zabitlər də var idi. Belə ki, öz batareyaları ilə polkovnik Doluxanov, kapitan Camqotsov və kapitan Campoladov». (Bax: 1918-ci il. «General Gerasimov tərəfindən həyata keçirilən Ərzurumun təmizlənməsi işinin təhqiqi» işinə).
Beləcə, general Andranik Ərzurumdan erməni ordusunun biabırçı şəkildə qaçmasını təsvir edir. Onun erməni qaçqınları ilə bu quldur dəstənin necə davrandığı barədə hekayətinə qulaq asaq.
«Həsənqalada, Körpü köy və Xorasanda qaçqınlar üçün, qadınlar və uşaqlar üçün dəmiryolunda yeni qatar var idi. Lakin aralarında zabitlərin də olduğu təxminən 4 min əsgər vaqondan qaçqınları tökərək özləri qatarla getdilər. Mən Xorasana çatanda öyrəndim ki, onları qatar Xorasana gətirir. Mən özümün etirbarlı on nəfər əsgərimlə qatara çıxdım və onlara əmr edərək 4 saat ərzində qatardan əsgərləri və zabitləri yerə endirdim. Bunun üçün hələ bir neçə əsgəri də döyməli oldum». (Elə orada).
Biz erməni hərbi hissəsinin Ərzurumun möhkəmlənmiş rayonunda onların bura gəldiyi elə ilk günlərdən necə özlərini aparmaları məsələsini izah etmək üçün zəngin materialı gələcək tarixçilərin ixtiryarına veririk. Erməni publisistəri bu materiallarda öz milli hissiyatları üçün xoşagəlməz çoxlu halları, ələlxüsus «dinc silahsız əhaliyə qarşı mübarizə aparan orduya gələcəkdə gəlişi ilə rus zabitinin adını bir daha xarab etmək niyyətində olmadığını yekdilliklə bəyan edən rus zabitinin ifadələrində tapacaqlar».
Bu halda bizi erməni qoşununun təhlükəsizliyi məsələsi maraqlandırır. Belə ki, bu materiallar əsasında tam aydınlığı ilə belə bir təsəvvür yaranır ki, bu tərifli qoşun türk qüvvəsinin gəlişi barədə məlumatı alan kimi rus və gürcülərdən olan zabitlərin döyüş mövqeyini buraxaraq öz komandirləri ilə birlikdə çox dəhşətli qorxu içində qaçmışdır... General Andranikin özü də heç geri çəkilmək barəsində əmr vermədən öz ordusunun arxasınca qaçmışdır. Həqiqət onu da deməyi tələb edir ki, Ərzurumun rus və gürcü zabit müdafiəçiləri arasında yeganə erməni zabiti Akopyan qalmışdı. ..
Bu zabitlər son imkanlarına kimi mübarizə aparmışlar. Lakin əsgərlərsiz onlar nə edə bilərdilər. Piyada mühafizə dəstəsinin, silah xidmətçilərinin tərk etdiyi artileriyaçı zabitlər düşmənin hücumunu dəf edərək özləri mərmini topun lüləsinə qoyaraq» atəşi davam etdirmişlər.
Bu mətanətli zabitlər kim idi?
Bunlar polkovnik Aleksandrov, qərargah kapitanı Mikulin və bir neçə rus zabiti və dörd nəfər gürcü: Mdivani, Xutsiev, Zuxbaya və Xutsiyev idi. Onlar qalanın əsas divarının müdafiə olunmasını qarşılarına məqsəd qoydular. Axırıncı gülləyə kimi onlar öz mövqelərində qaldılar, sonra silahı yararsız hala salaraq getdilər.
Bu zaman təkcə əsgərlər deyil, başda erməni artileriyasının müfəttişi polkovnik Doluxanov olmaqla erməni zabitləri də artıq çoxdan Ərzurumdan qaçıb getmişdilər.
Erməni zabitləri əsgərlər ilə birlikdə vaqonlardan erməni qaçqınlarını, qocaları, qadın və uşaqları yerə tökərək qatara minib axralarına da baxmadan sivişib getdikləri bir vaxtlarda rus zabitləri qanlarını axıdırdılar.
General Gerasimovun komissiyasına ifadə verən bir çox zabitlərin nəql etdiyi kimi, dəhşətli bir qorxu içində, dəlilik dərəcəsinə düşərək düşmən ordusundan sayça çox olan ( 2 min yarıma qarşı 15 min) ordu heç arxasına da baxmadan elə qaçmışdır.
Bu dəhşətli qorxunun izahını yenə də erməni xalqının liderlərinin fəaliyyətində tapmaq lazımdır. Şifahi və yazılı, nəzmdə və nəsrdə onlar bir çox illər öz xalqında kürdlərə və tatarlara qarşı nifrət hissi aşılayırdılar.
Biz yuxarıda bu moizənin Türkiyə Ermənistanında hansı nəticələri verdiyini gördük. Bu moizələrin təsiri altında kürd və ermənilərin mehriban qonşuluq münasibətlərinin qarşılıqlı nifrət və barışmazlıqla əvəz olunduğunu biz gördük. Bu xalqlar kürdü və ermənini öldürməyin Tanrının əmri olduğu əminliyinə qəti inanmışdılar. Onlar bir-birlərini öldürməklə elə bil qəhrəmanlıq cöstərirdilər. Lakin onlar artıq cavab vermək vaxtı qorxmağa başladılar. Əsgər müharibədə hökmən ölməsini hesab etmir. Ən pis məqamda ona qalib gələnin rəhmini qazanaraq əsir düşür. Erməni və yaxud kürd əsgəri üçün bu imkan tükənmişdir. Onun atasını, anasını, qardaşını, qonşusunu və yaxud həmyerlisini açıb-kəsən düşmənə rəhm etməklə necə razılaşa bilər. Elə buradan düşmənin göründüyü andaca dəhşətli qorxu əmələ gəlir.
Ərzurumun başlı-başına buraxılması üzrə işi tədqiq edən General Gerasimov bu biabırçı qaçışı dəqiq olaraq beləcə izah edir.
Öz tədqiqatının xülasəsində deyir: «Mən düşünürəm ki, bu, əsrlər boyu erməni ilə türk arasında, xüsusi olaraq ermənilərə əsir düşərək heç bir rəhm edilməyən, xüsusən ermənilər tərəfindən türklərə və kürdlərə qarşı asayişin pozulması hallarından sonra kürdlər ilə tayfa düşmənçiliyinin nəticəsi olaraq qorxulu şəkildə əsir düşmək kimi izah olunur». ( Elə orada).
Silahlı qaçqınlar dalğası kor təbii şəkildə Həsənqalaya kimi teylənəndən sonra Sarıqamışa istiqamət götürmüş və oradan da hərə bir tərəfə evlərinə dağılmışdır.
Budur, general Vışinski Qafqaz ordusunun baş komandanına 1918-ci il martın 2-də nə məlumat çatdırır: «Düşmən barədə və erməni hissələrində əhval-ruhiyyə barədə məlumat verirəm. Martın 1-də Həsənqalada düşmənin on süvarisindən başqa heç nəyi yox idi. Martın 1-də saat on radələrində düşmən barədə heç nə xatırlanmır. Görünür o, Həsənqaladan o yana hərəkət etmir. Nizami erməni hissəsi hərəsi bir tərəfə dağılmaqla müvəqqəti olaraq mövcudluğunu dayandırmışdı. Bizim arierdqard hissəmiz belə yerləşdirilmişdi: Xorasanda olan yarısı qaçmış süvari bölük, Kar-Uqanda süvari alayının eskadronu, bu istiqamətdə geri çəkilən Səfi və Muratın təxminən 100 nəfərdən ibarət olan süvavi dəstəsi Qarakilsəyə və Qarakurta getmişdir»( Elə orada, 518 №-li teleqram ).
Buradan göründüyü kimi, qaçqınların bu dalğası Qarsa kimi bir gedişlə, bir məsafədə Sarıqamışda demək olar ki, hamısı evlərinə dağılışdılar. Bu ordunun rəhbəri general Andranik hər cür silahlı qüvvədən məhrum oldu və özünün dediyi kimi, satqınlar və xəyanətkarlar əhatəsində qaldı.
İki min yarım səfilin, ac əsgərin əlindən qalada yüksək texnika ilə möhkəmlənərək dayanmış, yaxşı silahlanmış 15 min əsgərin çaxnaşaraq qaçması barədə bütün bu epopeyanın yekun akkordunu dinləyək.
«Tiflisə. Təcili. Qafqaz ordusunun baş komandanına. Mən satqın və xəyanətkarların arasında qalım. Sizin tərəfinizdən təyin olunduğum toplu erməni dəstəsinin rəisi vəzifəsindən həmişəlik olaraq azad olunmağımı xahiş edirəm. Səbəbini deməkdən tərəddüd edirəm. Sabah Sarıqamışdan çıxıram. General Andranik. Toplu erməni dəstəsinin rəis adyutantı podpolkovnik Tumanov» ( 1918-ci il 3 mart tarixli, 84365 №-li teleqram).
Erməni liderlərinin Türkiyə üzərində qələbəsini düşündüyü silahlı qüvvə, general Vışinskinin təbirincə desək, «mövculduğuna son qoydu».
Bütün bunlar Trapezundda sülh iclasının keçirildiyi zaman baş verirdi.
Bizim nümayəndə heyətinin vəziyyətinin acınacaqlılığı ondan ibarət idi ki, bu barədə hamıdan çox təbii ki, qalib avazı ilə danışan, əleyhdarlara öz şərtlərini diktə edən türklər məlumatlandırılmışdı.
İnamla demək olar ki, başda A.İ. Çxenkeli olmaqda bizim nümayəndə heyətinin belə çıxılmaz durumu kimi duruma dünya üzündə heç bir nümayəndə heyəti düşməmişdi. Uşaq da bilir ki, «Fəxri sülhü» yalnız süngüsü çox olan bağlaya bilər. Bu, az-çox məqbul olan sülhü bağlamaq üçün yeganə şərtdir.
Cənab Çxenkeli hansı qüvvələrə istinad edirdi.
Ondan başlayaq ki, onların 12 üzvdən ibarət sədrlik etdiyi nümayəndə heyəti açıq-aşkar öz tərkibinə Osmanlı orduları ilə Zaqafqaziyanın işğalı ideyasına sədaqətli olan 6 nəfəri hesablamışdı.
Onu da unutmaq lazım deyildir ki, başda qonşu dovlətlər olmaqda Zaqafqaziya Seyminin bu nümayəndə heyətinin hələlik özü Zaqafqaziya komissarlığının Osmanlı hökuməti arasında özünün ilk əlaqələrinə Rusiya Respubikasının bir hissəsi kimi özünü qələmə verməsi üçün hüquqi şəxsə malik deyildi.
Bütün bunlara silahlı qüvvələrimiz bizim tərəfimizdən cəbhədən təsvir olunan qaçışını və türk ordusunun bizim ölkənin isərilərinə doğru müzəffər yürüşünü əlavə etsəniz, onda başa düşərsiniz ki, bu zaman heç bir dövlət xadimi A.İ. Çxenkelinin yerində olmağı heç də arzu etməzdi.
Belə bir şəraitdə Sülh konfransfıın beşinci iclasında, ələlxüsus «Şərqi Anadolunun, o cümlədən Türkiyə Ermənistanının xalqları üçün türk dövlətçiliği çərçivəsində öz müqəddərətlarını müəyyən etmək» hüququna nail olduğu yekun dördüncü müddəası ilə «1914 –cu il müharibəsinin elan olunduğu məqamda Rusiya ilə Türkiyə arasında mövcud olan dövlət sərhədlərinin bərpası» barədə Zaqafqaziya Seyminin qərarını səsləndirməyə cəsarət edən bu insanın cəsarətinə və qəhrəmanlığına təəccüblənməmək olmaz.
Sülh konfransı- bu, öz aralarında mübarizə aparan dövlətlərin qüvvəsinə faktiki münasibətin yekunu idi. Cənab Çxenkeli martın 8-də Zaqafqaziya Seyminin sözügedən qərarını açıqlayanda isə bizim vəziyyət belə idi ki, türk ordusu faktiki olaraq Brest-Litovski müqaviləsi ilə onlara təqdim olunan ərazilərə artıq demək olar ki, yiyələnmişdi.
Bizim nümayəndə heyətinin Brest-Litovski müqaviləsini qəbul etmək razılığına rədd cavab verməsinə Sülh konfransının sədri Rauf bəy cavab vermişdir: «Osmanlı imperiyasının bu vilayətlərdə hüququ vardır və bu hüquq da Osmanlı imperiyasının gücünə və qüdrətinə arxalanır».
Qaliblər belə deyirlər. Bu söz dimlomatın deyil, öz ordusunun gücünə arxalanan sərkərdənindir. Bəs, cənab Çxenkeli nəyə arxalanmalıdır. Məgər, belə əleyhdar ilə inadcıl dil cavabı ilə mübarizəyəmi?
Zaqafqaziya demokratiyası adlanan qayayamı? Fəqət, belə bir birlik elə nümayəndə heyətinin özündə də yox idi. Onun yarıdan çox üzvü açıq-aşkar qarşı tərəfə yardım edirdi.
Silahlı qüvvəyəmi?
Fəqət o, silahlı qüvvə harda idi?
O, göründüyümüz kimi, cəbhəni müdafiəsiz tərk edərək və Zaqafqaziya ərazisinin mühüm hissəsini düşmənə mübahisəsiz qoyaraq tüstü kimi çəkilib yox oldu.
Faktlar belə deyir. Və bütün bu deyilənlərə yekun vuraraq biz xüsusi təkidlə təkrar edirik: Dunyada heç bir diplomat cənab Çxenkelinin düşdüyü belə bir vəziyyətə düşməmişhir və həqiqət onu deməyi tələb edir ki, o, ləyaqətlə vəziyyətdən çıxmışdır. Və biz düşünürük ki, bu vəziyyətdə xəncəri əleyhdarın sinəsinə dirədikləri zaman belə türk diplomatına məxsus nəzakət də son rolu oynamamışdır.
Biz əminik ki, almanlar, ingilislər və yaxud fransızlar da belə bir nümayəndə heyətində, lap elə yüzlərlə süngü ilə öz iradlarını müdafiə edə bilməyən hökumətin nümayəndələri olmazdılar.
Biz 1918-ci il martın 26-dan 28-dək Zaqafqaziyanın sülh nümayəndə heyəti iclasının protokolları ilə tanış olanda gürcülərin satqınlıqda ittiham olunmasının tutarsızdığını hamıdan çox biz başa düşə bilərik. Bu protokollarda aydınca yazılmışdır ki, A.İ. Çxenkeli və ümumiyyətlə, nümayəndə heyətinin üzvləri olan gürcülər azərbaycanlı və erməni nümayəndə heyətinin təkidlə bunun qəbul edilməsini tələb etdiyi bir vaxtda Brest-Litovski müqaviləsinin qəbul edilməsi barədə Türkiyənin təklifinin qəbul edilməsinə inadkarlıqla uzun müddət razılaşmamışlar. Burada bizi erməni nümayəndə heyətinin, daha çox Daşnaksyütun partiyasınıı məsuliyyətli üzvlərinin bəyanatı maraqlandırır...
R.İ. Kaçaznuni ( A.İ. Çxenkeliyə etiraz edərək): sədrin qərarına təsir etməyə ümid yoxdur, mən öz fikrimi açıqlamaq istəyirəm. Mən ən çox, ən çox ona əminəm ki, bu hazır ki, vəziyyətdə bizim Brest müqaviləsinə yönəldilmiş hərəkətlərimiz daha çox məqsədyönlü olardı. Hələ bir Türkiyə faktiki olaraq Batumu və Qars vilaylətini tutsa da belə, bu vilayətlərin öz müqəddəratını həll etmək hüququ şəklində bizim üçün gələcəkdə hələlik ehtiyat qalır.
A.İ.Xatisov: «Belə düşünürəm ki, Brest müqaviləsini qəbul etməyin bizim üçün vaxtı çatmışdır. Daşnaksyütun və Musavat partiyaları kimi iki mühüm partiya ona razılıq verir» (Bax. Zaqafqaziya sülh nümayəndə heyəti iclasının 26 mart 1918-ci il tarixli protokoluna).
Odur ki, nümayəndə heyətinin sədri martın 28-də keçirilən iclasda Ermənistan və Azərbaycan nümayəndələrinin fikirləri ilə razılaşaraq türklərin təklifinin qəbul edilməsinə razılıq verir.
A.İ. Çxenkeli: « Bizdə keçən iclasda Brest-Litovski müqaviləsinə razılıq vermişlər. Mən də bu fikrə gəlirəm ki, bu müqavilənin nöqteyi-baxımına gəlmək vacibdir».
A.İ. Kaçaznuni: «Mən türk nümayəndə heyətinə elə bu gün cavab verilməsini təklif edirəm ki, Brest müqaviləsi bazasını qəbul edərək biz danışıqlarımızı davam etdirməyə hazırıq» ( Bax, iclasın 28 mart tarixli protokoluna).
Bu gətirilənlərdən aydın olur ki, A. İ. Çxenkelinin başçılığı ilə Trapezund sülh nümayəndə heyətinin üzvləri olan gürcülər əvvəlcə turklərin ultimatumunun qəbul edilməsinin əleyhinə idi. Onlar Zaqafqaziya nümayəndə heyətinin bütün qalan üzvlərindən lap sonra çox ölçüb-biçərək onunla razılaşmışlar.
Bütün bunlardan sonra elə Xatisovun və Kaçaznuninin başçılığı ilə Ermənistan hökuməti bu işi nədən ötrü «gürcülərin xəyanəti kimi» qələmə vermiş və onu Gürcüstana qarşı silahlı münaqişə predmetinə çevirmişdir?
Və yaxud bu cənablar Zaqafqaziya sülh nümayəndə heyəti sifətində öz işlərini unutmuşlar. Əgər bu belədirsə, onda biz burada işin əsil durumunu onlara xatırladan daha bir sənədi nümunə gətirəcəyik.
Bax, budur bu sənəd.
Zaqafqaziya nümayəndə heyəti erməni fraksiyasının teleqramı
1918-ci il martın 29-da (aprelin 10-da) Trapezunddan teleqram şifrini açan.
Tiflisə, Saraya, Maliyyə naziri Karçikyana və Qeqeçqoriyə.
«Daşnaksyütun partiyasına ən ciddi diqqət yetirlməsini lazım bilirik ki, Brest-Litovski müqaviləsinin yaranmış şəraitdə qəbulunu kiçik bir bəla hesab edirik. 12 aprel №123.
Və bütün bunlardan sonra daşnak liderlərinin A.İ. Çxenkelini və gürcüləri xəyanətdə və satqınlıqda günahlandırmağa qeyrətləri çatır.
Ayrı-ayrı şəxslərin həyatında, eləcə də bütün xalqın həyatında qaçılmaz, müdhiş hallar olur ki, bunları da xatırlamamaq daha yaxşıdır. Erməni xalqının həyatında həmin hallardan biri bizim tərəfimizdən təsvir etdiklərmizdir. Nəyə görə Daşnaksyütun liderləri bu barədə xatırlamalı olmuşlar.
Belə fərz etmək lazımdır ki, erməni xalqının öz bədbəxtliyinin günahkarını dəhşətlərində axtardığı hiddət dalğasını özündən rədd etmək üçün, təbii ki, öz liderlərindən hesabat tələb etməlidir. Erməni xalqının şüurlu hissəsi ümidsiz bir halda bu cənablara bağırmışdır:
-Siz xalqi niyə məhv etdiniz! Niyə onu satdınız?
Və daşnaklar hiyləgərliyə əl atmışlar. Camaat içinə qaçan küçə cinayətkarı kimi onun arxasınca düşəni özündən aralaşdırmaq üçün qışqırır:
Oğrunu tutun, onu tutun!
Belə ki, erməni rəhbərləri hiddət dalğasını özlərindən rədd etmək üçün bədbəxt erməni xalqının günahkarlarını axtarmışlar. Onlar ona gürcü xəyanətkarlığını sırımışlar.
- Biz əlimizdən gələn hər şeyi etdik. Biz öz mənafelərimizi tam qorumaq üçün gözəl silahlı qüvvə yaratdıq. Lakin gürcülər bizi düşmənə silahlı müqavimət göstərməkdən məhrum edərək işi diplomatik yol ilə həll etmək qərarına gələndə biz nə edə bilərdik. ..
Bütün bunlara erməni liderlərinin Türkiyə tərəfindən torpaqların alınmasına görə Gürcüstan hesabına bir para ərazi təzminatı almaq barədə istəyini əlavə etsəniz, onda daşnak hökumətinin Gürcüstana qarşı müharibə elan etməyə təhrik hissini anlaya bilərsiniz.

2. QAÇQINLAR MƏSƏLƏSİ

İkinci müddəa ilə Gürcüstana və onun hökumətinə qarşı ittiham olaraq ermənilər qaçqınlar məsələsini irəli sürmüşlər.
Gürcüstan respublikası hüdudlarında bu məsələnin mahiyyəti ilə oxucunu qısaca tanış etməyə çalışacağıq.
Aydındır ki, erməni əhalisi öz qonşuları kürdlərin və türklərin qisası sayəsində digər xalqlara nisbətən çox zərər çəkmişlər. Öz yerlərindən qovulan, təqib olunan, bütün var-dövlətlərini atan ermənilər qonaqpərvər Gürcüstan hüdudlarında nicat axtarmağa başlamışlar.
Təəssüf ki, bizdə olan qaçqınların sayı, onların milli tərkibi və sair barəsində nisbətən dəqiq məlumatımız yoxdur. Lakin təxmini hesablamalara görə, onlardan Gürcüstana gələnlər 300 mini nəfəri təşkil edir ki, onun da 95 faizdən çoxu ermənidir.
Lap başdan qaçqınların taleyi ilə xüsusi komissiya- Qafqaz Cəbhəsində Qaçqınlar işinin qaydaya salınması üzrə İcraiyyə Komitəsi məşğul olmuşdur. Gürcüstanın istiqlaiyyətinin bəyan edilməsindən sonra bu iş hər halda adı çəkilən komitənin ixtiyarında qalmış, 1918-ci ilin iyun ayında Gürcüstan hökumətinə keçirilmişdir.
Bu komitəyə hələ Zaqafqaziya Seymi tərəfindən 15 milyon rubl ayrılmışdır ki, bu vəsaitdən də erməni qaçqınlarının baş komitəsinə 10. 252.000 rubl verilmişdir.
Qaçqınlar bizə doğru iki istiqamətdə: Axalkalak və Axalsixe rayonlarından, İrəvan quberniyasından və Türkiyədən istiqamət götürmüşlər. İrəvan qaçqınları Tiflisə, Axalsixe və Axalkalaki qaçqınları isə Bakuniani və onun həndəvərlərinə meyl etmişlər. Qaçqınlar arasında bütün millətdən olan insanlar: erməni, yunan, asuriyalı və başqaları var idi. Gürüstan hökuməti onlar üçün heç bir fərq qoymadı. Tiflisə təxminən 40 min qaçqın toplandı. Onlar arasında yayılan vəba və digər yoluxucu xəstəlikdən azad olmaq üçün Tiflis şəhər özünüidaretməsi onları Tiflisdən üç yüz verstlik əraziyə ( mərkəzdən 11 verst aralı) köçürmüşdür. Zira orada onların yerləşməsi üçün müqayisə olunmaz dərəcədə yaxşı şərait var idi: babat yer, su, təmiz hava. 1918-ci ilin sonlarında 300 verstlikdə 40 min qaçqından cəmisi 6 min nəfər qaldı. Qalan qismi isə Tiflisə qayıdaraq əhali ilə qaynayıb qarışdı. Belə ki, harda və necə olur olsun, onların tamamilə sərbəst şəkildə yerləşməsinə heç bir zaman maneçilik törədilməmişdir. Bakurian rayonunda onlar 80 min nəfərə qədər idi. İlin sonuna kimi orada onlardan 25 minə qədəri qaldı. Qalanların bir hissəsi məhv oldu. Bir hissəsi Surama, Borjoma və başqa yerlərə getdi( N.N. Jordaiyanın «İki il ərzində» kitabından qaçqınlar barəsində materiallar).
Qaçqınların işi demək olar ki, 1918-ci ilin sonuna kimi belə bir vəziyyətdə idi. Gürcüstan hökuməti əlindən gələni əsirgəmirdi. Ermənistan hökuməti bu durum ilə nəinki barışmış, hətta bu məsələyə heç əhəmiyyət də verməmişdir. Lakin müttəfiqlərin Almaniya üzərində qələbə çaldığı andan aydın olmuşdur ki, o bizim diyarı tərk etməli idi və bu məsələ gürcü hökumətini erməni qaçqınlarının fiziki cəhətdən məhvində günahlandıran daşnak mətbuatının çılğın çıxışlarının əsas mövzusu oldu. Daşnaksyütunun orqanı olan «Orizon» öz səhifələrində Gürcüstana və onun hökumətinə qarşı çağırışlar dərc etdiməyə başladı. Biz burada «Orizon» qəzetində «İnsanpərvərlik naminə biz tələb edirik» başlığı altında dərc olunan belə bir məqalələrin birindən bir hissəni numunə gətririk:
«Ənvər Türkiyədə erməni xalqını məhv edir. Xan Xoyski belə bir işi Azərbaycanda, N.N. Jordaniyanın hökuməti isə Demokratik Gürcüstanda həyata keçirir.
Gənc türklər, müsavatçılar və «sosialistlər» ortaq olaraq sülh və yaxd zorakılıq vasitələri ilə erməni xalqının məhv edilməsinin qanlı siyasətini yerinə yetirirlər.
Bəşəriyyətin gözü önündə bütün xalq məhv olur. Yüzlərlə, minlərlə qaçqınların qalan hissəsi məhv olur.
Gürcüsianda da belə erməni demokratiyasının qalıqlarını məhv edirlər.
Cavaxetin Gürstanın olması üçün Bakurian və Zalqa yüksəkliklərində erməni qaçqınlarını qırmaq lazımdır, budur, Ənvər-Tələtlərin üsullarının köməyi ilə onları qırıb batırırlar.
Bu qırğına son qoymaq lazımdır, biz hətta Gürcüstan hüdudlarında Ənvərsayağı cinayətə yol verə bilmərik.
Erməni hökuməti, Gürcüstanın bütün erməni əhalisi, Tiflisin bütün erməni təşkilatları və bütün erməni vətəndaşları belə qurbanlar ilə üzləşməmək üçün, Gürcüstan hökumətini dinc erməni xalqının qırğınını təcili olaraq dayandırmağa məcbur etməlidir»( «Mübarizə», №213, 8 noyabr,1918-ci il).
Elə həmin «Orizon»un səhifələrində anşlaq görünməyə başlamışdır ki, orada da iri hərflərlə erməni əhalisinə məlumat verilir ki, «Gürcüstan hökuməti erməni qaçqınlarını qırmaq niyyətindədir». Hamıya aydın idi ki, daşnaklar hökuməti qaçqınların taleyi ilə deyil, nəsə başqa şeylərlə maraqlanmışlar. Tam aydınlığı ilə məlum idi ki, erməni hökuməti Gürcüstana qarşı nəsə böyük və qeyri-adi çıxışa hazırlaşmışdır.
Kimə məlum deyildi ki, qaçqınların Gürcüstanda hər şeyi bol ola bilməzdi. Harda, hansı dövlətdə qaçqındar yaxşı və firavan yaşayır? Erməni hökuməti özü yaxşı bilirdi ki, Gürcüstan hökuməti qaçqınlar üçün hələ edə biləcəyindən də artıq etmişdir.
Və qəflətən erməni qaçqınları barədə məsələ silahlı toqquşmanın mövzusuna çevrilir. Bu da erməni hökumətinin öz qaçqınlarını geri qəbul etmək barədə bir dəfə də olsun düşünmədiyi bir zamanda baş verir. Əvvəllər İrəvana yol olmayanda bunu başa düşmək olar. Lakin yol çoxdan açılmışdı, erməni hökuməti qaçqınları öz yerlərinə yerləşdirmək imkanı əldə etdi. Lakin o bir dəfə də olsun bunu dilinə gətirməmişdir.
Gürcüstan hökuməti qaçqınlar məsələsini elə llk gündən onun öz ixtiyarına keçirilməsi üzrə qaydaya salmağa başladı. Hər şeydən əvvəl türk missiyası ilə işi sahmana salmaq lazım idi və avqustun 22-də türk ordusunun komandanı Əsəd paşaya qaçqınların Axalsixe və Axalkalak qəzalarına qaytarılmasına imkan vermək xahişi ilə müraciət etmişdir. Sentyabın 2-də Tiflisə Türkiyənin səfiri Əbdül Kərim paşa gəldi, sentyabın 6-da hökumət ona qaçqınlar barəsində nota ilə müraciət etdi. Sentyabrın 11-də Əbdül Kərim paşa Borçalı qəzasına oradan qaçmış 119 müsəlman ailəsinin qaytarılması xahişi ilə Gürcüstan hökumətinə nota ilə müraciət etdi. Hökumət bununla razılaşdı və bunun əvəzində qaçqınların Axalkalak və Axalsixe rayonları qaçqınlarının öz yerlərinə qaytarılmasını xahiş etdi.
Türkiyə hökuməti bütün bunları susmaqla qarşıladı. Gürcüstan hökuməti də Türkiyə hakimiyyətini qaçqınları öz vətəninə buraxılmasına məcbur etməsi üçün Almaniya missiyasına müraciət etməyə məcbur oldu.
Buna bir cavab olaraq oktyabın 26-da və noyabrın 6-da Əbdül Kərim paşa qaçqınların öz yurd-yuvalarına qaytarılması məsələsinin tənzim olunması üçün tərkibi iki nəfər türk zabitindən, erməni və gürcüdən bir- bir nəfər nümayəndənin olduğu xüsusi komissiyanın yaradılmasını təklif etdi.
Bütün bunların hamısı onu göstərmirmi ki, gürcü hökuməti əlini əlinin üstünə qoymayaraq qaçqınlar məsələsinin həlli üzərində işlədi. O dəfələrlə erməni hökumətinə öz qaçqınlarını geri qəbul etmək xahişilə müraciət etdi. Sonuncu belə bir müraciət noyabın 2-də olmuşdur. Belə ki, həmin müraciətdə Gürcüstan hökuməti «soyuqların düşməsinə görə, qaçqınlar məsələsinin həllini sürətləndirməyi» xahiş etdi. Həm də nəzərə almaq lazımdır ki, Gürcüstan hökuməti qaçqınların üçdə birini Armavir rayonuna göndərmlsəsini və üçdə bir hissəsini özündə saxlamağı təklif etdi.
Erməni hökuməti buna belə cavab verdi: « Ermənistan Respublikası hökumətinin qaçqınların ağır vəziyyətini başa düşməsinə baxmayaraq, bu məsələ barəsində türk hakimiyyəti ilə danışıqların bir daha başa çatdırılmasına kimi hər hansı bir miqdarda qaçqınları qəbul etmək imkanından məhrumdur» (N.N. Jordaniya, «İki il ərzində», səh. 147).
Gürcüstan çətin bir vəziyyətə düşdü. O, fələyin qovduğu qaçqınlara qapıları geniş açdı, ac camaatın belə bir kütləsini qəbul etdi və bütün marağı olan dövlətlər məsələnin tənzim olunmasında ona vəfasız çıxdılar. Türkiyə gürcü hökumətinin heç bir xahişinə və notasına baxmayaraq onları geri buraxmadı. Türk ordusu tərəfindən tutulmuş ərazinin sərhədini öz təşəbbüsü ilə keçən qaçqınlar güllələnmişdir. «Zalqa qaçqınları sərhədi keçirlər, Gürcüstan hökuməti sədrinə Borçalının baş qubernatoru general Makayev, 9 noyabr, turk ordusu onları güllələyir. Böyük bir döyüş gedir. Türklər tərəfindən artileriya atəşi açılır. Qaçqınlar əl qumbaraları ilə irəli atılmışlar. Çoxlu ölənlər vardır»( Elə orada, səh. 151).
Ermənistan hökuməti öz qaçqınlarını qəbul etməkdən ağılla yayınmışıdr...
Bütün bu deyilənlər belə bir yekun nəticə çızartmağa imkan verir ki, Gürcüstan qaçqınlar üçün əlindən gələni etdi. Gürcü hökumətini onda günahlandırmaq olar ki, o, öz vətəndaşlarının mənafeyinə toxunulması hesabına qaçqınlar üçün həddindən artıq çox işlər görmüşdür.
Burda bir şeyi xatırlamaq yerinə düşərdi ki, Birləşmiş Ştatlar və Fransa kimi böyük dövlətlər ərzaq çətniliklərinə və işsizliyə qarşı mübarizə apararaq bu dövlətlərin bazarında əcnəbi işçilərin görünməsinə qarşı qanunlar çıxartmışdır. Birləşmiş Ştatlar 5 il müddətinə, Fransa isə hədd qoymayaraq belə bir qanun qəbul etmişdir. Bunun üçün xarakterikdir ki, fransız qanununda italyan işçilərinin Fransaya buraxılmasına qarşı açıqca deyilir. Aydındır ki, ərzaq məsələlərində məlum olduğu kimi Fransa bazarına hər il 300-400 min işçini çıxardan öz müttəfiqi İtaliyanı çətin bir duruma salmaqdan çəkinməmişdir.
Və bu qanunlar heç kimi təəccübləndirməmişdir. Niyə? Ona görə ki, bunu böyük dövlətlər edir. Kiçik Gürcüstan və onun hökuməti onda günahlandırılır ki, o, qaçqınların həmişəlik özündə yerləşdirməyi istəməmiş və marağı olan dövlətdən öz bədbəxt vətəndaşlarının geri qaytarılmasını xahiş etmişdir.
Görək, qaçqınların özü Gürcüstan hökumətinin onlar barəsində qayğısını necə dəyərləndirirlər. Aşağıda gətirilən teleram aydınca onu göstərir ki, erməni qaçqınları öz hökumətlərindən qətiyyən razı deyildirlər.
... Şulaverdə və onun rayonlarında olan erməni qaçqınlarını hazırda Gürcüstan hüdudlarında saxlayırlar və cənab sədr, sizə səmimi minnətdarlıq hissini ifadə etmək vəzifəsi mənə həvalə olunmuşdur. Bütün vaxtlarda bizim Gürcüstana gəldiyimiz vaxtlar yaxşı və sıcaq qəbul üçün bizim həqiqi və dərin minnətdarlığımızı qəbul edin və onu xalqınıza da çatdırın. Anamız Ermənistan bizi, öz oğullarını çağırır, biz də gözəl Gürcüstanın bizə bəxş etdiyi təmiz ruh yüksəkliyini və düyğuları özümüzlə aparırıq. Biz öz uşaqlarımıza gözəl Gürcüstan barəsində ən yaxşı xatirələri ötürəcəyik. Bizim atəşin salamımızı qəbul edin. Səlahiyyətli Mkrtiç Tairoyants».

10. SƏRHƏDLƏR BARƏSİNDƏ MƏSƏLƏ

Erməni liderləri Gürcüstan və onun hökumətinə üçüncü maddə ittihamı ilə bütün başqa arqumentlərdən əl üzərək noyabrın sonunda xatırladıqları dövlət sərhədləri barəsində məsələni irəli sürmüşlər. Axı, erməni hökuməti hələ mayın 26-da öyrənmişdi ki, Gürcüstan Respkublikası, öz aramızdır, bütün Tiflis quberniyasını özünün alınması mümkün olmayan mülkiyyət kimi hesab edir. Bu Gürcüstanın müstəqilliyi barəsindəki aktda təntənəli şəkildə bəyan olunmuşdu. Lakin bu bəyanat o vaxtlar hər hansı bir tərəfdən heç bir etiraza səbəb olmamışdı.
Ancaq 1918-ci ilin sonunda 6 aydan çox bir vaxt keçəndən sonra erməni hökumətinə bu məsələni xatırlamaq lazım gəldi. Özü də Gürcüstan hökumətinin mübahisəli sərhədlər barəsində Zaqafqaziya Respublikaları nümayəndələrinin, əlbəttə Ermənistan Respublikası nümayəndələrinin Sülh konfransında həll ediləsi təklifindən sonra.
Bütün bunlardan görünür ki, nə Türkiyənin ultimatumuna A.İ. Çxenkelinin razılaşması məsələsi, nə qaçqınlar məsələsi, nə də mübahisəli sərhədlər məsələsi Gürcüstana qarşı hərbi əməliyyatları başlamağa bir əsas vermişdir. Demək, bəs, iki xalq üçün təhlükəli silahlı münaqişəyə səbəb hardadır.
Səbəb ondadır ki, daşnak hakimiyyəti öz nüfuzunu qorumaqdan başqa, Gürcüstan hesabına bir neçə ərazi genişliyini istədi.
Bizdən soruşa bilərlər:
- Əgər bu belədirsə, onda mayın 26-da bütün Tiflis quberniyasını və özünün ayrılmaz ərazisi barədə öz müstəqillik aktı daxil edəndə erməni hökuməti Gürcüstana qarşı niyə çıxış etmədi. A.İ. Çxenkelinin xəyanətkarlığını erməni hökuməti niyə belə gec yadına saldı?
Bu çox asanca izah olunur. Daşnakların liderləri həmişə Gürcüstnın hesabına ərazilərini genişləndirmək ideyası barədə həmişə düşünürdülər. Lakin başqa vaxtlarda, başqa vəziyyətlərdə, onlar kobud şəkildə desək, belə riskli avantüraya getməzdilər. Onlar yalnız hazırlaşırdılar və özlərinin çoxdan arzuladığı arzusunu həyata keçirmək üçün münasib vaxtı gözləyirdilər. Dünya siyasətində başgicəlləndirici dönüş əmələ gəldi; Gürcüstanın himayədarı hesab olunan Almaniya məğlubiyyətə uğrayaraq heqemonluğu müttəfiqlərə güzəştə getdi. Alman hegemonluğunun süqut etməsi gözlənilməz deyildi. Fəlakətdən ayyarım-iki ay əvvəl istənilən müşahidəçi insan Almaniyanın belə bir sonluğunu öncədən deyə bilərdi. Və dunya siyasətində belə bir dönüşü hiss edəndə erməni hökuməti bu dönüşdən olduqca daha çox xeyir əldə etməyə hazırlaşdı.
Budur, bu xoşbəxt günün intizarında erməni lideləri mətbuatda və iclaslarda anti-gürcü ideyasını populyarlaşdırmağa başladılar. Qardaş qırğını təşviqatı başlandı ki, bu da Ermənistandan tezliklə Gürcüstan hüdudları daxilinə yeridi. Hər yerdə ermənilər arasında Gürcüstana qarşı müharibənin aparılması üçün pul yığmağa başladılar. Kəndlərdə erməni əhalisi arasında, ələxüsus erməni keşişləri Gürcüstana qarşı səlib yürüşünü təbliğ etməyə cəhd göstərir, kəndlilərə and içdirməklə yanaşı onlara əldə silah gürcülərə qarşı mübarizə aparmaq əlaməti olaraq onlara xaçla birlikdə öpmək üçün xəncər də verirdilər («Ermənilərin gürcülər ilə müharibəsi dövründə Borçalı bölməsi dəstəsinin döyüş əməliyatının təsviri». General Sisiyanovun məruzəsi).
Erməni liderləri öz qüvvlərini hərbi hazırlıq vəziyyətinə gətirərək gözləməyə başladılar.
Almaniyanın məğlubiyyəti onun tutduğu ərazilərdəki kiçik xalqların durumuna da təsir göstəməyə bilməzdi. Bütün dünənki dostlar məğlub olmuş Almaniyanı tərk etdilər, hamı ondan uzaqlaşdı. Necə də uzaqlaşmaya idilər, onda Orta əsrlərdə Papa interdiktinin təsiri altına düşən dövlətlərin vəziyyətinə düşərdilər. Almaniyanın bütün düşmənləri baş qaldırdılar. Özünü Almaniya ilə dostluqla «ləkələyənlər» bu dəhşətlərdə öz taleyinin qərarını gözləyirdilər. Məlumdur ki, Papa interdikti təkcə günah etmiş kral və qrafları cəzalandırmamış, bu cəza eləcə də onların vassallarına da sirayət olunmuşdur. Belə bir vassal durumunda özünü Almaniya ilə dostluqda «ləkələyən» kisik Gürcüstan da var idi ki, ona da indi hamı, ələxüsus da erməni liderləri məhkum kimi baxmağa başladı.
Gürcüstan Respublikasının günəşi batmışdı. İngilislər və fransızlar bura gələcək və Gürcüstanın müstəqilliyi daha olmayacaq. Hər yerdə nəhs səslər eşidilirdi.
Belə ki, hamı Gürcüstan barədə belə düşünürdü. Daşnaklar isə bunların üzərində bütün öz gələcək siyasətini qurdular.
Qiyazi dəqiqliklə sübut etmək olar ki, qələbə müttəfiqlərin tərəfinə meyl edilən zaman erməni hökumətində Gürcüstana qarşı hərbi temperatur yüksəldi.
Almaniya üzərində qələbə müjdəçiləri: ingilis və fansızlar Batuma çatmamış ermənilər heç bir müharibə elanı olunmadan Gürcüstan Respublikasının sərhədlərini keçdilər.
Bu silahlı toqquşma barədə ətraflı araşdırma aparmaq bizim vəzifəmizə daxid deyildir. Lakin bir şey aydındır ki, gürcü hökuməti bu silahlı münaqişəni aradan qaldırmaq üçün əlindən gələni etdi. Erməni nizami ordusu quldur dəstələri kimi gürcü sərhəd məntəqələrini məhv edərək Gürcüstan ərazilərinə doğru hərəkət etməyə başladılar. Gürcü hökuməti hər cür vəchlə müharibə aparan Ermənistanı dilə tutmağa cəhd etmişdir. Onu xatırlamaq kifayətdir ki, dekabrın 12-də, daha doğrusu, bir aydan sonra erməni hökuməti tərəfindən Gürcüstana qarşı düşmənçiliyin başlanmasından sonra Gürcüstan hökuməti Borçalı qəzasına tərkibində Tiflis Erməni Milli şurası nümayəndələrinin daxil olduğu nümayəndə heyətini göndərmişdir. Nümayəndə heyətinin vəzifəsi münaqişəni sülh yolu ilə nizama salmaq idi. Bu zaman erməni hökuməti artıq Borçalı qəzasını Xram çayına qədər tutmağı əmr edərək öz silahlı qüvvələrini işə saldı. Bu, aşağıda göstərilən sənəddə özünü açıq şəkildə göstərir:
« Loru dəstəsinə əmr. №663. 13 dekabr 1918-ci il.
Hökumətin qərarı əsasında müdafiə naziri Xram çayına qədər Loru və Borçalı qəzasını tutmağı əmr etdi. Mənə təhkim olunan dəstəyə təcili olaraq Vorontsov və Privolnoye kəndlərinə hücuma keçmək və onu tutmaq əmri verilmişdir...
Dəstənin rəisi polkovnik Ter-Nikoqosov» (Erməni-gürcü münasibətləri tarixindən, səh. 124.).
Erməni hökumətinin erməni-gürcü silahlı münaqişəsinin əmələ gəlməsində günahını sübut etmək, hamı üçün məlum olan həqiqəti sübut etmək deməkdir. Lakin əgər inamsız Fomalar yenə varsa, onda biz onlara bu yaxınlarda Tiflisdə rus dilində nəşr olunan «1918-ci ildə erməni-gürcü münasibətləri» başlıqlı kitaba müraciət etməyi məsləhət görürük. Burda arzu edən hər bir kəs erməni hökumətinin bu münaqişəyə xəyanətkarcasına necə hazırlaşması, müttəfiqlərin nümayəndələrinin biz tərəflərdə göründüyü məqamlarda onların dəstəyini hesablayaraq Gürcüstana qarşı hərbi əməliyyata başlaması barədə təkzib olunmaz dəlili tapa bilər.
Erməni xalqının liderləri Gürcüstana qarşı özlərinin vəfasız çıxışları ilə məgər nəyə nail oldular.
Onlar bretyorların həmişə nail olduqlarına nail oldular: erməni ordusu darmadağın edilmiş və böyük itki ilə geri qovulmuşdur...
Lakin bu silahlı münaqişə maddi ziyandan başqa hər iki respublikanın mənəvi və siyasi münasibətlərinə də çoxlu ziyan yetirmişdir.
Bu, müttəfiqlərə hər iki respublikanı vətəndaş yetkinliyinə çatmaması kimi tanımağa, onlar arasında neytral zona yaratmağa və orada öz silahlı qüvvələrini yerləşdirməyə, bu iki respublikanı qəyyumluğa götürməyə imkan vermişdir.
Bu da ki, mənimlə razılaşarsınız ki, hər iki respublikanın dinc şəraitdə birgə yaşayışa malik olmayan bretyor respublika kimi tanımağa bərabərdir.
Və belə bir dövlət böyük dövlətdən öz müstəqilliyinin tanınmasını tələb etmək hüququna çətin ki, malik ola.
Belə bir tanınmaya nail olan xalqlar hər şeydən öncə özləri özlərini bu cür tanımalı, özləri dövlət həyatı üçün həddi- buluğa çatdıqlarını, yetkinləşdiklərini dünyaya sübut etməlidirlər.
Erməni liderləri bu adi həqiqəti dərk etməyincə, neytral zonasız, çəpərsiz yaşamağa alışmamış, onları əmin edə bilərik ki, heç bir Nübar paşa onlara Parisdən Ermənistanın müstəqilliyini gətirməyəcəkdir.
Biz hamımız möhkəm yadda saxlamalıyıq:
Özün özünü tərk et!

Rus dilindən tərcümə edəni
Mirzə MƏMMƏDOĞLU



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Andranik Qriqoryan:

Andranik Qriqoryan: "Nə qədər ki, gec deyil, siz də mənim kimi edin!.."

Dünya
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

UNUTSAQ, UNUDULARIQ!....
Mahirə Əsədova:

Mahirə Əsədova: "Onlar bizim harayımıza çatdı"

Bakı, Sosial, QHT

"Gürcüstanda soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problem ...

Borçalı
Qafar Əsgərzadə:

Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çe ...

Qarabağ, AzTU
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
EMİN AĞA BORÇALI (1868-1937)

EMİN AĞA BORÇALI (1868-1937)

Bolus, Tarix, "Borçalı" Cəmiyyəti
Georgi Mazniaşvili: MƏN GÜRCÜ GENERALIYAM..

Georgi Mazniaşvili: MƏN GÜRCÜ GENERALIYAM..

Bədii Tərcümə
Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Azərbaycan, Qarabağ, Köşə yazılar
Xalidə Xalid: “ Erməni sözçüsü  öz adını kimə qoymaq istəyir?”

Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?”

Azərbaycan, Köşə yazılar
Gürcüstan parlamentinin üzvü:

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Borçalı
Rəy yazın: