Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir

Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Türkoloqların
Ümumittifaq konfransında


1986-cı ilin oktyabrında Qırğızıstan SSR-in paytaxtı Frunzedə türk onomastikası üzrə I Ümumittifaq konfrans keçirilmişdir.

Konfransda ölkəmizin 40-a yaxın şəhərindən və türkoloji mərkəzindən 180-ə yaxın mütəxəssis, habelə sosialist ölkələrinin, o cümlədən Bolqarıstan və Macarıstanın nümayəndəlri iştirak etmişdir.


“I Ümumittifaq türk ono­masti­kası” konfransını giriş sözü ilə Təşkilat Komitəsinin sədri Qırğızıstan SSR EA-nın akademiki B.O.Oruzbayeva açmış, nüfuzlu məclisin çağırılması zərurətindən, türkologiyanın müasir problemlərindən, həmçinin onun son onilliklərdə təşəkkül tapmış onomalogiya sahəsindən bəhs etmişdir.

Konfransın ilk plenar iclasında Lenin və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Qırğızıstanın xalq yazıçısı, akademik Çingiz Aytmatov geniş nitq söyləmişdir. O, qeyd etmişdir ki, hər bir xüsusi ad, o cümlədən də toponim /yer adları/ xalqın tarixi təfəkkürünün məhsuludur. Hər bir toponimdə xalqın tarixi, dili, mədəniyyəti və mənşəyi öz əksini tapmışdır. Bu mə'nada toponimə ümumxalq təfəkkürünün məhsulu kimi yanaşılmalı, tarixin dərinliklərindən bu günə gəlib çıxan istər makro, istərsə də mikro toponimlər qorunub saxlanmalıdır. Çünki toponimlər xalqın mə'nəvi varlığıdır, onları heç bir yerdə, heç bir vaxt təhrif etmək və dəyişdirmək olmaz. Onlar yarandığı kimi də tarixən qorunub saxlanmalıdır. Ona görə ki, hər bir xalqın ilk ünvanı toponimlərdən başlayır. Ünvanı isə təhrif etmək, yaxud dəyişdirmək gələcək nəslin yolunu çaşmasına və tarixin dolaşıqlığına səbəb ola bilər. Bu mə'nada toponimlər nəsilləri növbə ilə yola salan tarixin ölməz müşaiyətçisidir. Odur ki, tarixin müşaiyətçisi toxunulmaz qalmalıdır.
Bu sözlər, demək olar ki, hamının ürəyindən xəbər verirdi...

Sonra Moskva alimlərindən E.M.Murzayev türk etnonimlərindən, V.A.Nikonov marksist-leninçi onomalogiyanın prinsiplərindən, Qazaxıstan alimi T.C.Canuzakov türk onomastikasının inkişaf perspektivləri və tədqiqinin vəziyyətindən ətraflı bəhs etmişlər.

Konfransın bütün bölmələrində /etnonimiya, antroponimiya, toponimiya, kosmonimiya, zoonimiya, teonimiya, onomastikanın ümumi məsələləri, bədii əsərlərdə xüsusi adların işlənməsi/ türk onomastikasının coğrafiyası, tarixi, mənşəyi və s. problemlərlə bağlı mə'ruzələr dinlənilib müzakirə olunmuşdur.

Həmişə olduğu kimi, bu konfransda da Azərbaycan böyük bir nümayəndə qrupu ilə təmsil olunurdu. Azərbaycan alimləri, demək olar ki, konfransın bütün bölmələrində öz dərin məzmunlu mə'ruzələri ilə çıxış etdilər. Onların tədqiqləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirildi. Konfrans nümayəndələri arasında Y.Yusifov, Ş.Sə'diyev, V.Mərdanov, T.Əhmədov, H.Əliyev, L.Quliyeva, M.Abbasova, C.Mirzəzadə və başqaları da vardı.

Türkoloqların məclisində, bu sətirlərin müəllifi də (Mədəd Çobanov - Redaktor) respublikamızı (Gürcüstanı - Redaktor) təmsil etmiş və "Toponimiya" bölməsində "Borçalıda (Aşağı Kartlidə) türk mənşəli oykonimlər" mövzusunda mə'ruzə etmişdir. Mə'ruzədə qədim türk mənşəli tayfaların, o cümlədən azərbaycanlıların ulu babalarının Aşağı Kartlidə /Şərqi Gürcüstanda/ məskunlaşması və bu regionda türk mənşəli oykonimlərin formalaşması tarixi və təşəkkülü öz geniş elmi şərhini tapmışdır.

Türkoloqların üç gün davam edən məclisinin plenar iclaslarında və səkkiz bölməsində türk onomastikasının müxtəlif sahələrinə həsr olunmuş 140-a yaxın maraqlı mə'ruzə dinlənilib, elmi-nəzəri süzgəcdən keçirilmişdir. Bu mə'ruzələr türk onomastikasının gələcək perspektivlərini işıqlandırmağa mühüm kömək göstərmişdir.

Konfrans Sovet Türkologiya Komitəsinin nəzdində xüsusi Türk Onomastikası bürosunun yaradılması və növbəti II Ümumittifaq türk onomastikası konfransının 1988-ci ildə çağırılması haqqında qərar qəbul edilmişdir.

Mədəd ÇOBANOV,
filologiya elmləri namizədi, dosent.

("Sovet Gürcüstanı" qəzeti,
23 oktyabr 1986-ci il)

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RAMİZ BƏKİROV:

RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Elm, "Zirvə", Turan
AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU, Turan
Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

AzTU, Turan
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Daşlaşmış tariximiz

Daşlaşmış tariximiz

Gürcüstan, Borçalı, Bolus

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
ADPU-nun professoru beynəlxalq konfransda

ADPU-nun professoru beynəlxalq konfransda

ADPU

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Digər bölmələr, Qarayazı
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

"Zirvə"
Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Arxiv
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: