TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ HƏSƏN HƏSƏNOV

TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ HƏSƏN HƏSƏNOV REDAKSİYADAN:
BU GÜN HAMIMIZIN YAXŞI TANIDIĞIMIZ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİMİN - Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, yazıçı, diplomat, alim, tarix elmləri doktoru (2006), Azərbaycan Respublikasının 1-ci Baş naziri (7 fevral 1991 — 4 aprel 1992), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993-1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990-1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə Katibi (1981-1983), Tikinti məsələləri üzrə katibi (1983-1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988-1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü,
Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Partiya Komitəsinin Birincici Katibi (1979 — 1981); Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992-1993), Azərbaycan Respublikasının Macarıstan (2004-2010) və Polşada (2010- h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri
HƏSƏN ƏZİZ OĞLU HƏSƏNOVun AD GÜNÜDÜR!..
DAHA DÖĞRUSU YUBİLEYİDİR! ANADAN OLMASININ 75 illik YUBİLEYİ!..

BİZ DƏ HƏSƏN MÜƏLLİMİ YUBİLEYİ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINDA, DİPLOMATİK FƏALİYYƏTİNDƏ, ELƏCƏ DƏ ELMİ VƏ BƏDİİ YARADICILIĞINDA YENİ-YENİ UĞURLAR ARZULAYIRIQ!...

AŞAĞIDA İSƏ VAQİF TANRIVERDİYEVİN DÜZ 5 İL ƏVVƏL YAZIB MƏTBUATDA ÇAP ETDİRDİYİ "TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ HƏSƏN HƏSƏNOV" SƏRLÖVHƏLİ MƏQALƏSİNİ OXUCULARIMIZA TƏQDİM EDİRİK..
.

Müşfiq BORÇALI,
Zim.Az


"TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ HƏSƏN HƏSƏNOV"

Hər yazıya başlayanda sərlövhə üzərində çox fikirləşirəm. Özümdə belə bir qənaət yaratmışam ki, uğurlu sərlövhə yaxşı yazı deməkdir. Yenə fikirliyəm. Yazmaq qərarı verdiyim məqalənin sərlövhəsində ilişib qalmışam. Şeirlərdən sətir yadıma düşür, atalar sözlərinə üz tuturam. Yaxşı bildiyim, dərin məna axtardığım sözlər düyümlənib qalır, ürəyimə yatmır.
Belə narahatlığım təkcə yazının taleyi ilə bağlı deyil, narahatlıq haqqında yazmaq istədiyim Həsən Həsənovun bələd olduğum həyat və fəaliyyətini, insan-vətəndaş kimi milli təəssübkeşlik hissini daha dəqiq ifadə etmək istəyimdən doğurdu. O insanın mənim xatirimdəki obrazı, milli mənəmlik naminə etdiyi fədakarlıqlar ipə-sapa düzdüyüm sözlərdən daha yüksək, daha əlçatmaz idi. Bu yazıda həm də öz taleyimlə bağlı maraqlı məqamları ifadə etmək istəyirəm. Birlikdə işlədiyimiz, öz aləmimizdə tanıdığımız partiya rəhbəri Həsən Həsənov var idi, bir də milli məsələlərlə bağlı söhbətlərdə, tədbirlərdə o vaxt Gəncədə yaşayan erməni millətçilərinə qarşı çox ustalıqla siyasət yeridən və millətə xidmət etmək istəyinə ( bəlkə də fədakarlığına) tam bələd olmadığımız, sözün yaxşı mənasında millətçi kimi tam tanımadığımız Həsən Əzizoğlu. İndi o vaxtdan çox keçib, Gəncədə həyata keçirilən içtimai-siyasi tədbirləri, tarixə, xüsusilə də məscidlər yerləşmiş qədim tarixi tikililərə münasibətini göz önünə gətirirəm. Çox mətləbləri çox sonralar dərk etdim. Görünür tanıdığımız və tanımadığımız Həsən Həsənovla birlikdə işləmişik. Yazının sərlövhəsi də bu hisslərdən doğdu. Həsən Həsənovla şəxsi tanışlığım 1979-cu ilin mart ayının 3-nə təsadüf edir. Yəqin oxucu üçün həmin tarixi belə dəqiq xatırlamağım bir az qəribə gəlir. Amma qeydlərlə tanışlıq təəccübünüzə aydınlıq gətirəcək. Həsən Həsənovun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 10 yanvar plenumunda Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi seçilməsi şəhərdə bir qədər laqeyd qarşılandı. O vaxt Həsən müəllimi bu şəhərdə demək olar ki, partiya rəhbəri kimi heç kim yaxından tanımırdı. Düzdür az vaxt ərzində Sumqayıt şəhər partiya komitəsinin birinci katibi kimi gördüyü işlər barədə eşitmişdik, amma bu da azlıq edirdi. Yeni katibin iş üslubu, qədim şəhərin tarixinə nəvazişkar münasibəti, hər görüşdən sonra insanlarda yaranan təəsurat ona münasibəti tədricən dəytişməyə, yaxınlaşdırmağa başladı. Az vaxt ərzində gəncəlilərin qarşılaşdığı partiya işçisi obrazı, narahat xarakteri ( bu narahatlığın səbəbi ayrıca bir yazının mövzusudur), insanlarla münasibəti o vaxtkı məlum birinci katib obrazlarından çox fərqlənirdi. Onu hərtərəfli təhlil etməyə gücüm çatmaz, təəsuratlarımı yeni katibin fəaliyyətinin o vaxtkı "Kirovabad kommunisti" qəzeti redaksiyasında yaratdığı təlatüm və gərginlik fonunda bölüşəcəm. Şəhər partiya komitəsi tərəfindən şəhər qəzeti redaksiyanın vəzifəsi konkret qoyulmuşdu: Şəhər partiya komitəsinin həyata keçirdiyi tədbirlər barədə yazıları birinci katib özü oxumalı idi. İlk baxışda çox maraqlı görünürdü, hər bir yazını şəxsən birinci katibin özü oxuyacaqdı. Bu müxbirləri bir qədər sevindirdi də... Amma bu o oxunuşdan olmadı. Həsən müəllimin redaktə qabiliyyəti, faktlara əsl jurnalist gözü ilə baxa bilməsi, məqalələrdə haqlı olaraq əkdiyi "şum" (bu qənaətə sonralar gəldim) qəzetçilərin gününü qara elədi. Hər yazı 5-6 dəfə yenidən işlənmək üçün qaytarılırdı. Özü də iradlar elə konkret qoyulurdu ki... Mənim Həsən müəllimlə şəxsi tanışlığım da həmin gərgin anlarda oldu. 1979-cu il mart ayının 3-ü səhər tezdən redaktor Sabir Hacıyev məni çağırıb:
- Get bunu da sən yaz, görək nə olur...- dedi. Səsin tonu tapşırıqdan daha çox get-gəllərdən yorulmuş redaktorun xahişi təsiri bağışlayırdı. Bu tapşırıq mənim üçün 1976-cı ildə Azərbaycan Dövlət Universiutetinin jurnalistika fakultəsini bitirərək Gəncəyə təyinat alan və boş yer olmadığı üçün redaksiyada xadimədən başqa bütün texniki işlərdə çalışmış gənc jurnalist üçün isə göydəndüşmə bir fürsət idi. Gəncənin Quru Qobu adlanan, illərdir zibilliyə çevrilmiş ərazisində yeni park salınması ideyası həyata keçirilirdi. Katib təşəbbüsün Heydər Əliyev tərəfindən irəli sürüldüyünü bildirirdi. Mən isə ilk ağacı əkiləcək Xatirə parkından reportaj hazırlamaq tapşırığı almışdım. Böyük həvəslə əraziyə gəldim. Bütün şəhər bu ideyanının həyata keçirilməsini alqışlayırdı. Təkcə qeyd götürüb, müsahibə almadım, niyyətin aydınlığıdan, əməlin saflığından ləzzət alan insan axınına qoşuldum, ağac əkdim, yer qazdım. Tələsdiyim üçün bağışlayın, indi hər səhərimi həmin bağda açıram, o vaxt əkdiyim ağaclardan aldığım xoş duyğuları qələmlə təsvir etmək mümkün deyildir. Bu hissləri təkcə mən yaşamıram , "Həsən bağı" ömrünün bir parçasına çevrilmiş gəncəlilərin minnətdarlıq duyğularının ifadəsidir. Nə isə, yazı hazır oldu. Redaktor "öz düzəlişlərini" etdikdən sonra katibin "hüzuruna" yollandı. Bir müddət keçdikdən sonra aşağıdan gələn xəbər redaksiyada top kimi açıldı. Məni katib özü çağırırdı. Böyük kabinetə daxil oldum. Həsən müəllim kresloda özünəməxsus tərzdə oturmuşdu. Qəbulda başqa adamlar da var idi. Sabir müəllim ayaq üstə əmrə müntəzir əsgər kimi dayanmışdı. Katib nəsə axtarırmış kimi yazını bir də vərəqlədi. Eynəyini əli ilə düzəltdikdən sonra (indi də Həsən müəllim haqqında xatirələr danışanda onun həmin hərəkətini xoş duyğularla təkrar edirlər), mənə müraciət etdi: Qəbuldakı adamların diqqəti mənə yönəldi. Elə bil onların probleminin həlli də mənim cavabımdan asılı idi. Çünki onlar yavaş-yavaş tanımağa başladıqları katibin suallarına cavab verməyin nə olduğunu bilirdilər. Bilirdilər ki, Həsənov nə soruşduğunu gözəl bilir və onu laqeyd, başdansovdu cavabla aldatmaq olmaz. Hər an vəzifə ilə xüdahafisləşə bilərlər. Amma onu da deyim ki, bu cür abı-havaya baxmayaraq Həsən müəllim bir nəfəri də vəzifədən qovmadı, rəhbərliyi altında işləyən insanlar bütün keyfiyyətlərini dərindən öyrənib bələd oldu, qabiliyyətlərini üzə çıxarıb, onları özünəməxsus çevik icra mexanizminin bir parçasına çevirdi. Bu hər pariya işçisinə xas olan xüsusiyyət deyildi. Güclü səfərbəredici potensiala malik rəhbərdir. Bəzən zarafatla deyirdik ki, min nəfər düşməninin yığıldığı salonda danışmaq imkanı verilsə, Həsən müıllim 15 dəqiqədən sonra onları özünə əl çalmağa vadar edər.
- Bəli, mən yazmışam - sakitcə cavab verdim.
- Yazında bilirsən nə çatmır - səsində çox güclə sezilən nəvaziş hissi duydum. Nədənsə o vaxt mənə elə gəldi ki, katib gənc müxbirə öz qayğısını hiss etdirmək istədi. Bu mülayimlik qəbuldakıların da diqqətindən yayınmadı. Sifətlərə xəfif təbəssüm qondu.
- Nə çatmır ki ?
- Bir az cəsarətləndim. Belə cavabım yenicə hərəkətlənən qəbuldakıların üzərinə yenidən kölgə saldı.
- Yazıda tarix çatışmır. Qəzet məqaləsi günün salnaməsi, zamanın tarixidir. Gərək 50-100 ildən sonra da bu qəzetin "padşibkasını" vərəqləyəndə bilinsin ki, Xatirə parkının ilk ağacı hansı gün, hansı ay, hansı il əkilib.
İrad çox dəqiq idi, məni o qədər tutdu ki, qeyri-adi, özümdən asılı olmadan tələsik cavab verdim:
- Düz deyirsiniz.
-Get, tarixi də əlavə elə, göndər mətbəəyə...
Sevincimin həddi-hüdudu yox idi. Redaksiyada da qəribə ab-hava yaranmışdı. Katib ilk oxunuşdan sonra yazının mətbəəyə göndərilməsinə icazə vermişdi. Həmin məqamdan sonra şəhər partiya komitəsinin tədbirlərini əsasən mən işıqlandırmağa başladım. Xoşbəxt bir jurnalist taleyi yaşadım. O vaxt çoxlarının həsədlə baxdığı tanınmış insanlarla - Fikrət Əmirov, İsmayıl Şıxlı, Anar, Cəmil Əlibəyov, Cabir Novruz, Hüseyn Abbaszadə, Tofiq Bayram, Nəriman Həsənzadə, Toğrul Nərimanbəyov, Əzizə Cəfərzadə... bu siyahını hələ çox uzatmaq olar - söhbətlərimiz oldu, müsahuibə və məqalələr qəzet səhifəsinə çıxarıldı. Bu yazılara görə istənilən respublika qəzeti bizə həsəd apara bilərdi. Rusiyanın görkəmli yazıçısı Yuri Arakçeyev və aktrisa Natalya Qvozdikova, belorus şair-tərcüməçi İosif Senejenov, ukraynalı İvan Draç, türkiyəli dramaturq Bilginer və daha kimlər... kimlər gəlmədi bu şəhərə. Onların ürək sözləri əslində milli mədəni tariximizə verilən yüksək qiymət idi. Yuri Arakçeyev o vaxt analoqu olayan Nizami Poeziya Teatrının tamaşasına baxdıqdan sonra təəssüratlarını "İzvestiya" qəzetinin oxucuları ilə bölüşmüşdü. O, açıq səma altında oynanan tamaşa haqqında yazırdı: "Ay səmadan boylandı ki, dahi şairin obrazlarına tamaşa etsin. Bu heç nə ilə əvəz olunmayacaq bir mənzərə idi". O az vaxt ərzində Gəncəyə kimlər gəlmədi. Məqsəd də aydın idi. Qonaqlarla görüşər, şəhərimiz haqqında, burada həyata keçirilən işlər barədə rəylərini öyrənir və tarix üçün yazıb, saxlayırdıq. O vaxt qonaqlar tərəfindən elə qiymətli fikirlər söylənirdi ki, onlar milli mənəmlik tariximizin ən parlaq səhifəsini təşkil edir. İştirak etdiyim görüşlərdin ikisindən aldığım təəssüratı sizinlə bölüşmək istəyirəm. Rəhmətlik Tofiq Bayram Nizami poeziya günlərində iştirakından aldığı təəssüratdan elə coşmuşdu ki, söhbət zamanı səbri dözmədi, qeyd dəftərçəmi alıb bədahətən yazdı:

Səninlə nurlanıb şerin səhəri,
Sənət günəşisən bütün cahanın.
Bakı inciməsin. Gəncə şəhəri,
Şeir paytaxtıdır Azərbaycanın
.


Dəfdərçəmdə şair Abbas Abdullanın da qeydləri durur: " XIX yüzilliyin sonunda bu şəhərdə yaşayan tanınmış Ukrayna ədibi Mikola Qulak Gəncəni torpağımızın sərhəddində Şərqin, Azərbaycanın ən möhkəm, ən etibarlı dayağı adlandırıb. Sevinirəm ki, qədim Gəncə, bu günkü sosialist Kirovabadı şəhər partiya komitəsinin, onun birinci katibi Həsən Əziz oğlu Həsənov yoldaşın şəxsi təşəbbüsü və iştirakı ilə, gəncəlilərin gərgin əməyi sayəsində doğma Azərbaycanımızın indi daha möhkəm, etibarlı dayaqlarından birinə çevrilib." Bu sözləri yazdıqdan sonra nəzakətlə xahiş etdi ki, fikrini olduğu kimi saxlayın. Nə isə... Həsən müəllimlə ilk tanışlığım və mənim qəzetçi taleyimə yönüm verən ilk təəssüratlarım belə yadımda qalıb. Həsən müəllim haqqında yazmaq, onun xarakterini, qabiliyyətini, partiyanın tuğyan etdiyi illərdə tapa bildiyi imkan daxilində, ustalıqla ifadə etdiyi milli siyasi gedişləri qələmə almaq hər adamın işi deyil, o dərinliyə baş vurmağa mən də ehtiyat edirəm.
İndi Həsən müəllimin 70 yaşı tamam olur. Bunu bilirdim. Köhnə tanışların bu münasibətlə təəssüratlarını yazdıqlarını mənə memar dostum Lətif Kərimov verdi. Amma bu bir həqiqətdir ki, o insan haqqında, onun özünün xoşu gələcəyi bir yazı yazmağa həmişə arzulamışam, həmişə də ehtiyat etmişəm. O kişini daha dərindən tanıyanlar məni başa düşərlər. Bəli, 70 yaş. Bilmədim xeyir xəbər kimi sevinim, yoxsa həmişə şəxsiyyətinə qibtə hissi keçirdiyim, milləti üçün çalışmaq etirasına yaşın kölgə salacağı kədər hissinə qapılım. Böyük insan haqqında bu kiçik qeydləri yazdım, 70 yaşın gətirdiyi sevincə az da olsa kölgə sala biləcək xiffət hissini ünütdum. Yaş milləti, xalqı üçün yaşamaq etirası ilə yanan insanlara yaraşıqdır. 71 yaşa xoş gəldin, Həsən Əzizoğlu, ömrünün yeni daxil olduğu səkkizinci onilliyin mübarək.

Vaqif TANRIVERDİYEV
Ədalət.- 2010.- 19 oktyabr.- S. 4.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

İctimai elmlər, Tarix, Avropa
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Həsən Həsənov Poznan Universitetində məruzə edib

Həsən Həsənov Poznan Universitetində məruzə edib

Diaspora, Dünya
MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN  ...

MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN ...

Dünya, Arxiv
Həsən Seyidovun 85 illik yubileyi qeyd olunub

Həsən Seyidovun 85 illik yubileyi qeyd olunub

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

Təbriklər
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Allah rəhmət eləsin, ƏLİ HƏSƏNOV!..

Allah rəhmət eləsin, ƏLİ HƏSƏNOV!..

Nekroloqlar

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
Bəkir DƏMİRÇƏLOV (1952)

Bəkir DƏMİRÇƏLOV (1952)

"XXI əsrin Ziyalıları", Borçalı
Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Mədəniyyət, Tv, Bolus
Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Regionlar, Məktəblər
Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Azərbaycan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

---
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZAHİD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZAHİD MÜƏLLİM!..

Borçalı, Təbriklər
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Rəy yazın: