Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqındaHələ, ümumtəhsil məktəbində oxuyarkən məndə toponimika elminə böyük maraq oyanmışdır. Sonralar ali məktəbin tarix fakültəsində təhsil alarkən bu elm haqqında müfəssəl biliklərə yiyələndim. Qeyd edim ki toponimika üç elmin - tarix, coğrafiya və dilçiliyin sintezindən yara­na­raq yer adlarından bəhs edən elmdir. Ali məktəbdə toponi­mika fənnini bizə res­publikamızın tanınmış toponimistlərindən biri tarix elmləri doktoru, professor mərhum Yusif Yusifov tədris edirdi. Toponimlərlə bağlı yazılmış kitab və məqalələri böyük həvəslə oxuyuram. Heç də təsadüfi deyil­dir ki “Lənkəran toponimləri” kitabım və toponimlərlə bağlı dövrü mət­buatda çoxlu sayda məqalələrim çap edilmişdir. “Kredo” qəzetinin səhifə­lərində müəllifləri professor Mədəd Çobanov filoloq-tədqiqatçı Müş­fiq Bor­ça­lı olan “Borçalı toponimləri” kitabından verilmiş yazıları oxuduqdan sonra həmin kitabı əldə etmək üçün hörmətli Müşfiq Borçalıya məktubla müraciət etdim. Müşfiq müəllim məktubumu aldıqdan sonra zəng edərək təşəkkürünü bildirdi və eyni zamanda adı qeyd olunan kitabın yenidən nəşrə hazırlandığını və çap olunduqdan sonra mənə göndərəcəyini söylədi. “Kredo” qəzetinin 28 yan­var 2012-ci il tarixli sayında AJB-nin üzvü Rəna İmanovanın “Elmin qapı­sında” başlıqlı məqaləsini oxuduqdan sonra məlum oldu ki, sonradan Borçalı adını özünə təxəllüs götürmüş Müşfiq müəllim tələbəlik illə­rindən çox yaxşı tanı­dığım Müşfiq Çobanlıdır.
Biz eyni vaxtda, 1990-1992-ci illərdə ADPU-da təh­sil almışıq. Mən tarix, o isə filologiya fakültəsində oxuyur­duq. Müşfiq müəl­­lim eyni zamanda universitetimizin mət­buu orqanı olan “Gənc müəllim qəzetinin əməkdaşı idi. O, “Gənc müəllim” qəzetində Müşfiq Mə­dədoğluMüşfiq Çobanlı imzaları ilə maraqlı yazılarla çıxış edirdi. Onun “Ellər, Bor­çalıdan muğayat olun!” başlıqlı yazısı hələ də yaddaşımdan silin­məyib. Ali məktəbdə eyni vaxtda oxuduğumuz üçün onunla tez-tez uni­versi­tetin dəhlizində və “Gənc müəllim” qəzetinin redaksiyasında rastlaşırdım. Rəna İmanovanın “Elmin qapı­sında” məqaləsini oxuduqdan sonra Müşfiq müəllimə zəng edib, ona “köhnə tanış” olduğumuzu bildirdim. Dərin təşəkkür hissi ilə bildirmək istəyirəm ki Müşfiq müəllim verdiyi sözə əməl edərək təkrar nəşr edilən “Bor­çalı topo­nimləri” kitabını mənə göndərmişdir.
Müəllifi M.Çobanov və M.Ço­banlı olan “Borçalı topo­nimlər” kitabı 2012-ci ildə Bakıda “Borçalı” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabın əlavələr olunmaqla və yenidən işlənmiş 4-cü nəş­ridir. 2500 tirajla yüksək poliqrafik şəkildə çap olunan kitabın elmi redaktorları filo­logiya elmləri doktoru, professorlar mərhum Tofiq Əhmədov, Buludxan XəlilovŞurəddin Məmmədlidir.
340 səhifəlik “Borçalı toponimləri” kitabı ön söz və üç hissədən ibarətdir.
I hissə “Gürcüstanda (qədim Borçalıda) Türk-Azərbaycan köklü qəbilə və tayfa­ların məskunlaşması tarixinə dair”;
II hissə “Borçalı toponimlərinin ensiklo­pedik lüğəti”;
III hissə isə Əlavələr adlanır.
Kitabın I hissəsində Borçalı toponiminin mənşəyi (müəlliflərin fikrincə Bor­çalı toponimi eramızdan əvvəl I minillikdə yaşamış türk mənşəli “Borçalı” tayfa­sının adı ilə bağlıdır-İ.Ş) və Gürcüstanda olan türk köklü qədim, müasir və hibrid oykonimlərdən bəhs olunur. II hissədə isə müəlliflər tərəfindən Gürcüstanda, o cümlədən, Borçalıda olan Azərbaycan-türk mənşəli toponimlər haqqında ensiklopedik məlumat verilir. Kitabı oxuduqdan sonra məlum olur ki, Gürcüstan Respublikasında 350 minə yaxın azərbaycanlı, ölkənin 18 şəhər və rayonunda, konkret olaraq Kvemo-Kartli, Kaxet, Şida Kartli və Msxet-Mitianet diyarlarında, həmçinin Tbilisi və Kutaisi şəhərlərində yığcam halda yaşayırlar. Gürcüstanda azərbaycanlıların yaşadıqları Sadaxlı, Qaracalar, Kəpənəkçi, Faxralı, Arıxlı, Darvaz, Saraçlı, Qızılhacılı, Ləmbəli, Soğanlıq, Kosalı, Nazarlı və digər kəndlər nəinki, bölgə­nin ümumiyyətlə, respublikanın ən iri yaşayış məntəqələrindən hesab olu­nur. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Gürcüstanda olan Azərbaycan mənşəli toponimlərin əksəriyyətinin adı zaman-zaman dəyiş­dirilərək gürcüləş­dirilmişdir.

Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında “Borçalı toponimləri” kitabını toponimlərlə bağlı yazılmış diğər kitablardan fərqləndirən başlıca cəhət odur ki, burada müəlliflər Gürcüstan, o cümlədən Borçalıda olan Azərbaycan mənşəli toponimlərin mənşəyi, etimologiyası və izahı ilə yanaşı eyni zamanda, yaşayış məntəqələrinin yerləşdiyi coğrafi möv­qe, onların əhalisinin ümumi sayı, əhalisinin milli tərkibi, orada fəaliyyət gös­tərən Azərbaycan məktəblərinin yaranma tarixi, həmin yaşayış məntə­qələrin­dən çıxmış tanınmış elm, mədəniyyət, incəsənət, din, ictimai-siyasi xadimlər, idmançılar, yüksək rütbəli hərbçi və polislər haqqında və eyni zamanda ölkənin paytaxtı Tbilisi(Tiflis) şəhərinin tarixi və ədəbi mühiti haqqında da məlumat verirlər. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Borçalı topo­nimləri” kitabı toponimika elminə dəyərli töhfədir.
İldırım ŞÜKÜRZADƏ,
Müəllim-tədqiqatçı,
AJB-in üzvü,
04.01.2013.
“Söz” qəzeti,
yanvar, 2013-cü il.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ  NECƏ YARANMIŞDIR?...

Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?...

Borçalı, Bolus, Darvaz, Digər, Arxiv, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti, Köşə yazılar
HƏYATI “13” RƏQƏMİ İLƏ ƏLAMƏTDAR OLAN ALİM - Qiyasəddin Qeybullayev

HƏYATI “13” RƏQƏMİ İLƏ ƏLAMƏTDAR OLAN ALİM - Qiyasəddin Qeybullayev

İctimai elmlər, "Şərqin səsi"
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ  ALİM

SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ ALİM

Regionlar, Məktəblər
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək ...

Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək ...

Humanitar elmlər, Borçalı, Bolus, Darvaz
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

Fond, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
Rəy yazın: