YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!.. TƏBRİK EDİRİK!..

2022-ci il Yanvarın 1-i
dəyərli ziyalımız, tanınmış alım,
vətənpərvər, yursevər və xeyirxah insan,
Azərbaycan Texniki Universitetinin
Avtomatika və idarəetmə kafedrasının müdiri,
texnika elimləri namizədi, dosent
Vahid Qara oğlu Fərhadovun
doğum günüdür!..

Daha dəqiq desək, yubileyidir!..

Anadan olmasının
60 illik Yubileyi!..

Bu münasibətlə
AzTU Həmkarlar İttifaqı
Komitəsinin sədri,
iqtisad elmləri doktoru,
professor İlham Aslanzadə
yubilyarı -
Vahid Qara oğlu Fərhadovu
FƏXRİ FƏRMANla
təltif etmişdir.

Biz də "ZiM.Az" saytının
və "Ziya" qəzetinin
bütün yaradıcı heyəti adından
çox hörmətli Vahid müəllimi
qarşıdan gələn yubileyi,
eyni zamanda,
fürsətdən istifadə edərək,
31 - dekabr Dünya Azərbaycanlılarının
həmrəylik günü və
Yeni il bayramı münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığ
və yeni-yeni uğurlar
arzulayırıq!..

ZiM.Az



VAHİD QARA OĞLU FƏRHADOV

(1962)


YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!.. Vahid Qara oğlu Fərhadov
1962-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şin­dilər kəndində müəllim ailə­sin­­də anadan olmuşdur.
O, 1979-cu il­də doğma kəndindəki orta mək­tə­bi əla qiymətlərlə bitirmiş və həmin il Ç.İldırım adı­na Azər­­baycan Politexnik İnstitutunun (indiki Azərbaycan Döv­lət Texniki Universiteti) «Avtomatika və hesablama tex­nikası» fakültəsinin «Maşınqayırmanın avtomatlaşdırıl­ması və kompleks mexanikləşdirilməsi» ixtisasına daxil ol­muş, 1984-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bi­tirmiş və gənc mütəxəssis kimi «İslahat proseslərinin av­tomatlaş­dırılması» kafedrasında saxlanılmışdır.

1988-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Poli­texnik İnstitutunun aspirantı olmuşdur.
2008-ci ildə 05.13.05- Hesablama texnikası və idarə­et­mə sis­temlərinin element və qurğuları ixtisası üzrə «Sferik koor­dinatı sənaye robotunun tədqiqi və optimal idarə edil­məsi» mövzusunda dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
O, kafedrada 1992-1997-ci illərdə assistent, 1997-2010-cu illərdə baş müəllim, 2006-cı ildən kafedra mü­di­rinin müavini işləmiş, 2010-cu ildən hal-hazıra qədər dosent vəzifəsində çalışır.
V.Q.Fərhadov işlədiyi müddətdə Universitetin və kafedranın ictimai həyatında böyük fəallıq göstərir.
O, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin fakültə Şurasının üzvüdür.
Dosent Vahid Fərhadov 2011-ci ildə isə «Avtomatika və idarə­etmə» ka­fed­rasının müdiri vəzifəsinə seçilmişdir.
2017-ci ildə müsabiqə yolu ilə yenidən həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.

Hazırda «Qey­ri müəy­yənlik şəraitində robast opti­mal idarəetmə sis­tem­lə­ri­nin sintezi» mövzüsunda doktorluq dissertasiyası üzə­rində iş­lə­yir.

2002-ci, 2007-ci və 2012-ci illərdə TEMPUS proq­­ramı çərçivəsində Alma­niyanın Köln Tətbiqi Elmlər Uni­versitetində, 2014-cü ildə isə Avstriyanın Texniki Universi­tetlərində elmi ezamiyyətlərdə olmuşdur.

O, 70-dən çox elmi əsərlərin, o cümlədən 8 dərs vəsaitinin, 15 metodik göstərişin müəllifidir, bir çox Beynəlxalq və Respublika elmi-texniki konfranslarda məruzələrlə çıxışlar etmişdir.
O, Milli Elmlər Akademiyasının İnformasiya Texnolo­gi­yaları İnstitutunda Dis­sertasiya Şurasının elmi Semina­rı­nın üzvüdür.

V.Q.Fərhadov pedaqoji fəaliyyəti dövründə özünü tə­ləb­­kar və intizamlı pedaqoq müəl­lim kimi göstərmiş, fa­kül­­tənin müəllim və tələbə kollektivinin nüfuzunu qazan­mışdır.

Vahid müəllimə biz də yeni-yeni uğurlar arzulayırıq!..

(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.258-259).

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, Təbriklər
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

AzTU, "Elm və Təhsil", Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Professor BAYRAM İBRAHİMOV

Professor BAYRAM İBRAHİMOV

AzTU, "XXI əsrin Ziyalıları"
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Rəy yazın: