ALƏMZƏR ƏLİZADƏ (1950)

ALƏMZƏR ƏLİZADƏ  (1950) Aləmzər Əlizadə - 4 sentyabr 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədən-kənar buraxılıb.
1989-cu ildən bu günədək AYB Gəncə bölməsində məsləhətçi işləyir.
Əsərləri müxtəlif mətbuat orqanlarında, antalogiya, almanax və ədəbi məcmuələrdə işıqüzü görüb. Moskvada çıxan “1993-cü il” təqvimində şeirləri dərc olunub.
16 kitabı nəşr olunub. Yeni kitabları nəşrə hazırlanır.
7 pyesi Gəncə Kukla Teatrında tamaşaya qoyulub. «Günah torbası» və «Nəğmə qapısı» pyesləri mərkəzi televiziya ilə nümayiş etdirilib, birinci tamaşa televiziyanın «Qızıl fondu»nda saxlanılır.
2009-cu ildə Azərbaycan Tele-film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub.
Biz də aşağıda Aləmzər xanımın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
ZiM.Az



BAKI DURUR

20 yanvar 1990-cı il faciəsinə həsr olunur


Bakını güllələdi,
Gecə sovet ordusu.
Dinc xalqa zülm elədi,
Gecə sovet ordusu.
Radio, televizor,
İşləmədi neçə gün.
Qəm , kədər içindəydi
Azərbaycan büsbütün.
Televizor ilk dəfə,
Verlişini verəndə.
Təlaşlı , həyəcanlı,
Bakını göstərəndə,
Ramil sevindi yaman.
Ramil çığırdı - Ay can !
Elə bil ki, dünyanı
Bağışladılar ona.
- Bakı durur , ay ata !
-Bakı durur , ay ana !
Yaxşı - yaxşı baxın siz.
Gedir , gəlir adamlar.
Nə yaxşı ölməyiblər,
Nə yaxşı sağdı onlar!


ERMƏNİYƏ

Yaranandan bu yana,
Tör-töküntü yeyirsən.
Ayağın dəyən yerə,
Mənimkidir deyirsən.

Qarabağ Azərbaycan
Bizə paydır Allahdan
Baxıb-baxıb ölkəmə
Paxıllıqdan yanırsan.
Qəzəbindən kinindən,
Nəslini də danırsan.

Qarabağ mənim deyən
Sözün ağzında qalsın
Burada məskan salmaq
Arzun gözündə qalsın.

Əlin çatmayan yerdən
Hirsin başını yesin
Öl,canımız qurtarsın,
İtlər leşini yesin.

Dünyada heç bir dövlət,
Yetişməsin hayına .
Vodkadan vura-vura
Rus otursun vayına

Yolsun saçın başını
Üstündə ağı desin:
Ay-nankor, alçaq dığa
Unut, QARABAĞI desin.


KÖHNƏ QƏLBİN TƏZƏ HALI

Gəldin, dünyam işıqlandı,
İşıqlansın dünyan sənin.
Ürəyimə eşq ələndi,
Zərif, kövrək duyam səni.

Gözəl - gözəl işlərə bax,
Yuva quran quşlara bax.
Sevgili tay - tuşlara bax,
Sevəm səni, öyəm səni.

Ömrümüz getməsin hədər,
Xoş gətirsin qəza - qədər.
İncimərəm ki, gül qədər
Günahını yuyam sənin.

Qəlbimdə izin itməyə
Arzu - murazım bitməyə.
Əl çatmayan , ün yetməyən,
Zirvələrdə sayam səni.

İstərəm möcüzə görüm ,
Günəşdən şəfəqlər dərim.
Yerdən, göydən xəbər verim.
O yan sənin , bu yan sənin.

Tufan ola, külək ola ,
Kaş ürəyim gələ yola.
Qısqanmayam , ah , nə olar ,
Dağ başına qoyam səni.

Şərəfləndirsin əhvalı,
Köhnə qəlbin təzə halı.
Aləmzərin ərzi - halın
Qoy eyləyim bəyan, səni!


COX İSTƏYİRƏM

Səni hökmlə məndən Əzrayıl aldı,
Solub avazıdı bətin bənizin.
Son anın ilişib gözümdə qaldı,
Bu şeiri yazmağa verərsən izin.

O necə təbəssüm, necə gülüşdü?
Açmışdı üzündə bir çiçək kimi.
Axı nə məsələ, axı nə işdi?
Uyuyurdun sanki bir gerçək kimi.

Bəlkə xatırladın ilk görüşü sən,
Mənə bir hədiyyə qələm almışdın.
Xəfifcə, astaca danışırdıq biz.
Qələmsə əlində donub qalmışdı.

İkimiz də qəfil susduq, dayandıq,
Baxışlar yönəldi həmin qələmə.
Qəribə həvəslə, qəribə şövqlə,
Sanki qələm uçub qondu əlimə.

Bəlkə Ülviyyənin ata sözünü
Eşitdiyin ilk gün düşdü yadına?
Bəlkə oğlumuzun öpüb üzünü,
- Ramil, sən demişdin, qovuş adına.

Xanım qızımızın götürüb çanta,
Məktəbə getməsi toy bayram idi.
Sevinclə qayıdıb, ata, ay ata,
Özüm də müəllim olacam dedi.

Elə o anları anmısan yəqin,
Yəqinim də yəqin ola bilərmi?
Mənim xatirəmdən silinən o gün,
Sənin yaddaşında qala bilərmi?

Səni hamıdan çox istəyirəm mən,
Sözlərim xoşuna gəlirdi, bəli.
Yəqin ki, bu sözlər keçib qəlbindən,
Hara getdiyini bilirdin, bəli!

Səni hamıdan çox istəyirəm mən,
İndi bu sözlərim sözümdə qalıb.
Səni hamıdan çox istəyirəm mən,
Son anın ilişib gözümdə qalıb.


YAXŞI YALVARA BİLMƏDİM

Sirrə düşdüm, sehrə düşdüm,
Səddləri qıra bilmədim.
Bu könüldən o könülə,
Əlaqə qura bilmədim.

Aydan oldu, ildən oldu,
Əsdi, qara yeldən oldu.
Ölümü qəfildən oldu,
Səbəbi sora bilmədim.

İstəyim təkcə onadı,
Qırıldı qolum, qanadım.
Gah yeri-göyü qınadım,
Bir yönə vara bilmədim.

Vardımı arzu-murazı,
Arxasınca qaldı gözü?
Mənə deyəcəyi sözü,
Neynim, bu ara bilmədim.

Düşməmişdim gen ALLAHA.
Çevirmişdim yön ALLAHA.
Xəcalətəm, mən ALLAHA
Yaxşı yalvara bilmədim,
Onu saxlaya bilmədim.


RUHLAR

Yer üzündə istəyi,
Sevgisi talan ruhlar.
Nakam məhəbbətinin,
Gülzarı solan ruhlar.

Məni də özünüzə,
Qoşa bilərsinizmi?
Bir eşqin Tur dağını,
Aşa bilərsinizmi?

Eh...Siz də mənim kimi,
Başsız, sərgədansınız.
Yiyəsi tərk eləmiş,
Qəmi abadansınız.

Yenə ağlım sürüşüb,
Yenə ağlım qaçıbdı.
Ürəyimə od düşüb,
Könlüm ilğım acıbdı

Halıma dərdlənməyin,
Halı qarışıq ruhlar.
Yerlə göy arasında
Yolu qarışıq ruhlar.

Azad uçun, şad uçun,
Əzabınız olmasın.
Məni boş verin, keçin,
Qəzəbiniz olmasın.

Mən ki, sizi narahat
Elədim, inciməyin.
Bu ALƏMZƏR belədi,
Belədi, inciməyin!


İMZAM

Heç yadımdan çıxmısan ki...
Mən də səni yada salım?
Sən evimi yıxmısan ki...
Durum təzə bir ev alım?

Soruşmuram niyə getdin,
Yerə getdin, göyə getdin?
Məndən küsdün deyə getdin?
Eybi yoxdur, tənha qalım.

Eləmirəm təşviş, təlaş,
Qurumasın gözümdə yaş,
Allahım, yalvarıram, kaş,
Sönən bir ulduzun olum.

Çoxdan tükənib taqətim,
Bar verməyir bağ-bağatım.
İstəmirəm ki, tağ atım,
Dalana dirənsin yolum.

Yaylamadım, qışlamadım,
Şikayətə başlamadım.
Məzarını xoşlamadım,
Ay sənin qadanı alım.

Sənsiz ömrüm-günüm qəza.
Haqdı alacağım cəza.
Dünyadan silinsin imzam,
Çiçəklənsin sağım solum.


BİR LALƏ

Yenə çiskinləyib hava bozarıb,
Bir lalə açıbdı qəbrinin üstə.
Elə həyalanıb, elə qızarıb,
Sanki köz basılıb səbrinin üstə.

Bu lalə cənnəti buranı seçib,
Nə xoş cücərib o, nə xoş bitib o.
Gözəl pardaqlanıb, gözəl də açıb,
Vüsala çatıb o, əhdə yetib o.

Qəlbimin qəlbinlə əlaqəsini,
Bu lalə ləçəyi kəsə bilərmi?
Könlümün kədərli, qəmli səsini,
Ruhun duymuş olub küsə bilərmi?

Bir lalə açıbdı, neynək qoy açsın,
Yağışa, küləyə sinə gəribdi.
Sozalıb solmasın, elə hey açsın
Gözünü açandan səni görübdü.

Elə yanılmışam, elə çaşmışam,
Özümdə, sözümdə deyiləm axı...
Sən Allah bağışla, həddi aşmışam,
Mən daha gözündə deyiləm axı...

Gəldi dözümümün sonu beləcə,
Qəlbini, könlunu ala bilmədim.
Hər gün əzizlədim, səni beləcə,
Ancaq ki, mən lalə ola bilmədim.


MƏN

Ah, nə ola, nə ola,
Qarşısına çıxam mən!..
Ona görə var idim,
Ona görə yoxam mən.

Yalvaram günə, aya,
Eşqim getməsin zaya.
Dönüb də selə, suya,
Torpağına axam mən.

Yenə tənha, yenə tək,
Ürəyimdi dinən, tək.
Bu dünyada ona tək,
Etibarlı, yaxın mən.

Neçə payız, yaz oldu,
Yuxum heçə yozuldu.
Əhdim, andım pozuldu,
Xəcalətə sığan mən.

İtmir ayrılıq izi,
Varmı yalanı düzü?..
Heç bilmirəm ki, üzü
Qarayam mən, ağam mən.

Kəpənək çiçək gəzər,
Arayar, tək tək gəzər.
Bu hiss qəlbimi üzər,
Elə bilsə sağam mən.


GECİKMƏ

Həyat axarından qalmayıb geri,
Sən yoxsan, sən yoxsan, əzizim, yoxsan.
Əhvalımı görüb, halımı görüb,
Məni də ölmüş bil, məni də yox san.

Ürəyim sızlayıb düşsə təpərdən,
Beynimi, ağlımı çatladıb hərdən,
Sənli günlərimdən, xatirələrdən,
Axtarıb tapmıram tək bircə nöqsan.

Dünya çıxmayıb ki, öz məhvərindən,
Göy də yerindədi, yer də yerində.
Nə ola, nə ola günün birində,
Bir çiçək gözündən könlümə baxsan.

Elə qəribsəyib, elə təklənib,
Ürəyimdi, bilə bilə təklənib.
Yağışa təklənib, yelə təklənib,
Qorxma, üşümərəm qar kimi yağsan.

Xeyrini, şərini bilirsə hər kim,
Elə bu qədərdi mənim də dərkim.
Tükənib, qurtarıb, bitsə də ərkim,
Yenə bir yoxla sən, yenə bir bax sən.

Cənnət sahibinə dil açıb söylə,
Sorğu sual eylə, məşvərət eylə.
Ruhun azaddırsa işarət eylə,
Gəldiyim yollarda səddləri yıx sən.

Məni tanıyanım, məni bilənim,
İmkan vermə qorxum, vahimələnim.
Qaranlığa, ya da, nura bələnim,
Ləngimə, gecikmə, qarşıma çıx sən.
Ləngimə, gecikmə qarşıma çıx sən.


EYLƏYİRSƏN

Qəlbimin qəlbindən ayrılmağı yox,
Duyğumda, hissimdə gecələyirsən.
Şirin röyaların qürub çağında,
Sübhün dan üzünü heç eyləyirsən.

Yenilməz könlümü yenər istəyin,
Közərər, alışar, yanar istəyim.
Mən səndən bir çınqı, bir qor istəyən,
Sən isə oduma su çiləyirsən...

Necə də bilməzdim səhralar bitər,
Necə də bilməzdim dəryalar itər.
Necə də bilməzdim betərdən betər,
Günahsız eşqimə suç ələyirsən.

Əhdə həsrət yazılıb ayrılmışıq,
Yerdən, göydən üzülüb ayrılmışıq.
Çöhrəndə təbəssüm, gözündə işıq,
Könlümə nə yaman güc eyləyirsən?!

Eh... Yozumum qəti, anda əmindim,
Sovuşub gəlirəm hicran qəmindən.
Enirəm, enirəm vüsal dəmindən,
Sən tale, sən qismət höccələyirsən.

Mənə inan, güvən, ürək elə, gəl!
Nə olar, nə olmaz, görək.. elə gəl,
Görüş məqamını gərək elə, gəl,
Vaxt ötür, bəs niyə gec eyləyirsən!

Aləmzar Əlizadə,
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: