ÇOX HÖRMƏTLİ ZİYALIMIZ MƏLEYKƏ XANIM ABBASZADƏ, YUBİLEYİNİZ MÜBARƏK!..

ÇOX HÖRMƏTLİ ZİYALIMIZ MƏLEYKƏ XANIM ABBASZADƏ, YUBİLEYİNİZ MÜBARƏK!.. Bu gün çox hörmətli ziyalımız - Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadənin
Ad günüdür!..

Daha doğrusu, yubleyidir.

Məleykə xanım Abbaszadəni ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da şəxsi həyatında, eləcə də çətin və şərəfli dövlət vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..




Məleykə xanım Abbaszadə - 1953-cü il fevral ayının 23-də Bakı şəhərində, Azərbaycanda tanınmış meşə təsərrufatının görkəmli təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayevin ailəsində anadan olub.

1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dovlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakultəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyası Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şobəsində
tədqiqatcı-stajor işləyib, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası
Kibernetika İnstitutunda elmi işci vəzifəsində calışıb. 1988-ci ildə Kiyev şəhərində
Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik
dissertasiyası mudafi ə edərək texnika elmləri namizədi, alimlik dərəcəsini
alıb. 1987-1989-cu illərdə Bakı Muəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama
tex nikası və informatika tədrisi metodikası şobəsinin mudiri vəzifəsində, 1989-cu
ildən M.Əzizbəyov adına Azərbaycan Neft -Kimya İnstitutunda (indiki Azərbaycan
Dovlət Neft Akademiyası) aparıcı elmi işci vəzifəsində calışıb. 1990-cı ildə Azərbaycan
“İstedad” assosiasiyası sədrinin birinci muavini secilərək 1994-cu ilin avqust
ayına qədər həmin vəzifədə işləyib. Bu illər ərzində Assosiasiya tərəfi ndən
respublikada istedadlı uşaq və gənclərin aşkara cıxarılması ucun zəruri olan elmimetodiki əsaslar muəyyən edilib, bu sahədə ən son beynəlxalq təcrubənin tətbiqi
ucun yeni tədris metodlarının hazırlanması həyata kecirilib. Assosiasiyanın təşəbbusu və təşkilatcılığı ilə Bakı Avropa Liseyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin muvafiq fərmanları ilə M.Abbaszadə
1994-cu ilin avqust ayında Tələbə Qəbulu uzrə Dovlət Komissiyası sədrinin birinci
muavini, 2000-ci ilin oktyabr ayından - 12 aprel 2016-cı ilə kimi TQDK-nın sədri,
12 aprel 2016-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
əmri ilə yaradılmış Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.
M.Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesi acıq sosio-texniki sistem
kimi fəaliyyət gostərməyə başlayıb. Sistemin acıqlığı, imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək,
butun mərhələlərdə təmin olunub. M.Abbaszadənin rəhbərliyi və bilavasitə iştirakı
ilə 1994-cu ildə fənnlər uzrə daimi fəaliyyət gostərən, butun pedaqoji ictimaiyyətə
acıq olan elmi-metodiki seminarlar təşkil edilib, sonrakı il butun fənlər uzrə ekspert
şuraları və testlər bankı yaradılıb, tələbə qəbulunun elmi-statistik təhlilinin
aparılması və araşdırmanın nəticələrinin nəşr edilib ictimaiyyətə catdırılması, imtahanların nəticələrinin hər il olkənin ayrı-ayrı bolgələrində kecirilən konfranslarda
pedaqoji kollektivlərlə birlikdə muzakirə edilməsi ənənə şəklini alıb. TQDK-nın
nəzdində abituriyentlərə komək məqsədilə hazırlıq kursları təşkil edilib. Azərbaycanda İKT-ni (İnformasiya-Kommunikasiya Texnologiyaları) tələbə qəbulu kimi
kutləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilat olan TQDK-da M. Abbaszadənin təşəbbusu ilə xususi proqram-aparat vasitələrindən ibarət, insan
faktorunu mumkun qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dovrələr
yaradılıb, butun daxili proseslər avtomatlaşdırılıb, sistemin hər hansı xarici
mudaxiləni istisna edən intellektual mudafiəsi qurulub.
1996-cı ildə test bankının idarə edilməsi, bankdan testlərin secilməsi və imtahan
ucun formalaşdırılması prosesi avtomatlaşdırılıb, Komissiya dovlət qurumları
arasında ilk dəfə olaraq geniş auditoriyanı əhatə edən prosesləri (sənəd qəbulu,
imtahanla bağlı olan məlumatların əldə olunması və s.) internet vasitəsilə həyata
kecirməyə başlayıb.
M.Abbaszadənin rəhbərliyi altında bu gun ən kutləvi tirajla dərc olunan nəşrlərdən
biri – “Abituriyent” jurnalı təsis edilib. Redaksiya şurasının uzvu olduğu jurnalda
dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə
iştirakı ilə hazırlanır.
O, 1994-cu ildən başlayaraq jurnalın qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan 12-ci nomrəsində dərc edilən silsilə məqalələrin muəllifi , jurnala əlavələr kimi nəşr edilən 100-ə yaxın adda muxtəlif dərs və metodiki vəsaitlərin həmmuəllifidir.
Əhalinin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbusu ilə respublikanın 8 bölgəsində TQDK-nın regional mərkəzləri acılmış, qəbul imtahanlarının
Bakı və Naxcıvanla bərabər, Sumqayıt, Gəncə, Ağcabədi, Şirvan, Goycay,
Xacmaz, Şəki, Lənkəran şəhərlərində də kecirilməsinə başlanılıb.
M.Abbaszadənin TQDK-ya rəhbərlik etdiyi dovr ərzində Komissiya bir sıra muhum, dovlət əhəmiyyətli layihələrin icracı təşkilatı olub. 1999-2000-ci illərdə M.Abbaszadənin rəhbərlik etdiyi Komissiyaya “2000-ci il problemi”nin həlli uzrə Milli Qurum sta tusu verilib, problem Qurum tərəfi ndən uğurla həll edilib.
2000-ci ildə M.Abbaszadənin Milli Koordinatorluğu ilə Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı (BMT İP) və Azərbaycan hokumətinin birgə layihəsi
cərcivəsində “Seckilər” Dovlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılıb,
Sistem 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə
kecirilmiş seckilərdə tətbiq olunub və həmin Sistem indiyədək respublikada kecirilən
seckilər muddətində fəaliyyət gostərir. M.Abbaszadə 2002-ci ildə imzalanmış
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Azərbaycan hoku mətinin birgə
layihəsi – “Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının
inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi
layihəsi”nin Milli Koordinatoru secilib, layihə cərcivəsində İKT uzrə Milli
Strategiya hazırlanaraq təsdiq edilib, siyasi sənəd olan Milli Strategiyanın həyata
kecirilməsi ucun 2004-2012-ci illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib
hazırlanıb, plan cərcivəsində bir necə layihə həyata kecirilib.
M.Abbaszadə 25-dək regional və beynəlxalq konfransların, o cumlədən 2003-cu
ildə Cenevrədə dovlət başcıları səviyyəsində kecirilən informasiya cəmiyyəti problemlərinə həsr olunan Umumdunya Sammitinin iştirakcısı, 2003-cu ilin noyabrında
Bakı şəhərində “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və elektron
idarəetmə” movzusunda Beynəlxalq forumun təşkilatcısı olub. M.Abbaszadə Təhsilin
Qiymətləndirilməsi uzrə Beynəlxalq Assosiasiyanın (İAEA: İnternational
Association for Educational Assessment) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı
şəhərində “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı”
movzusundakı 33-cu Beynəlxalq Konfransının təşkilatcısı olub, 2008-ci ildə
İAEA-nın İcraiyyə Komitəsinin uzvu secilib. M.Abbaszadə İAEA və UNESCO-nun
2005-ci ildə birgə elan etdiyi Təhsildə Qiymətləndirmə uzrə beynəlxalq ekspertlərin
siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral
2013-cü il tarixli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan
Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir
texnologiyaların səmərəli tətbiqinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Məleykə xanım 60-dək elmi məqalənin, ali məktəblər ucun iki dərs vəsaitinin
muəllifidir.
Məleykə xanım Abbaszadənin iki övladı, dörd nəvəsi var.

Məleykə xanım Abbaszadəni bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
bundan sonra da şəxsi həyatında və eləcə də çətin dövlət vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..



Hörmətlə,
Dr. Müşfiq BORÇALI,
ZiM.Az-ın, "Ziya" və"Şərqin səsi"
qəzetlərinin Baş redaktoru,


Əlləz Vəliyev (Ormeşənli),
Azərbaycan Yazıçılar Birliyinin və 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 
“Şərqin səsi“ qəzetinin şöbə müdiri.

23. 02. 2018, Bakı şəhəri.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: