Bolnisidə Gürcüstan və Azərbaycanın müstəqillik gününə həsr olunmuş “Dostluq-bilik” müsabiqəsi keçirilib Gürcüstan » Bolus 29 мая 2025 47 0 1 2 3 4 5 2025-ci il mayın 27-də soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsində Gürcüstan və Azərbaycanın müstəqillik gününə həsr olunmuş “Dostluq-bilik” müsabiqəsi keçirilmişdir.ZiM.Az-a verilən məlumata görə, Müsabiqə Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Savaneti İcma Mərkəzində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutmşdur.Müsabiqədə Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver), Kvemo Bolnisi (Kəpənəkçi), Naxiduri (Arıxlı) icma mərkəzlərindən və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzindən ümumilikdə 100-ə yaxın gənc iştirak edib.Tədbirin başlanğıcında Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilmiş, daha sonra Mərkəzin rəhbəri Rezo Həsənov hər iki ölkənin müstəqillik tarixi haqqında iştirakçılara və qonaqlara qısa məlumat vermişdir.Tədbirdə icma mərkəzlərinin müəllimləri hər iki ölkənin müstəqillik mübarizəsindən söhbət açmışlar.Mərkəzin ingilis dili müəllimi Rəqsanə Şıxıyeva bilik müsabiqəsi ilə bağlı iştirakçılara məlumat vermişdir.Dörd mərhələdən və final turundan ibarət müsabiqədə Gürcüstan və Azərbaycanın müstəqilliyi, texniki və təbiət elmləri, ingilis dili, azərbaycan dili və ümumi biliklər üzrə suallar cavablandırılmışdır.Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin və Savaneti (İmirhəsən) İcma Mərkəzinin komandaları finala vəsiqə qazanmışlar. Gərgin mübarizə şəraitində keçən final yarışmasında Savaneti İcma Mərkəzi daha dəqiq və sürətli cavabları ilə fərqlənərək qalib olmuşlar.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş, çay süfrəsi təşkil edilmiş və xatirə şəkilləri çəkilmişdir.Yarışmanın təşkili və sualların hazırlanmasında xüsusi əməyi olan Rəqsanə Şıxıyevaya, Leyla Yusifovaya və könüllülərə təşkilatçılar adından minnətdarlığ bildirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.