Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pedaqoji-müəllim və şagird kollektivlərinə (xüsusilə də III pillədə təhsil alan – yəni X, XI və XII sinif şagirdlərinə və onların müəllimlərinə) MÜRACİƏT Fond, Elm, Təhsil, Məktəblər, Diaspora, Gürcüstan, Tiflis, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qaracalar, Ağbulaq, Zalqa, TDPİ-nin Azərbaycan bölməsi, Elanlar, Mədəd Çobanov 25 апреля 2024 3268 0 1 2 3 4 5 Hörmətli, dəyərli pedaqoji müəllim kollektivləri!Əziz və sevimli şagirdlər!Dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə mövcud olan millətlərin tərəqqisi - elmi nailiyyətlərin əldə edilməsi, hər bir millətin özünün kimliyinin, ana dilinin, tarixinin, mədəniyyətinin daha dərindən, daha geniş öyrənilməsi, inkişaf etdirilməsi cəmiyyətimizin - həyatımızın ən aktual gündəmində olan tələbi, ən vacib məsələlərdən ən öncəsidir.Azərbaycan millətinin - qədim zamanlardan üzü bəri müxtəlif millətlər içərsində böyük və tarixi yol keçməsi hər bir azərbaycanlıya məlumdur. Millətmizin ana dilinin, mədəniyyətinin zənginliyini daha da artırmaq, inkişaf etdirmək, müasir gənclərmizə dəstək olmaq və milli xəzinələrimizi gələcək nəsillərə şərəf və ləyaqətlə çatdırmaq üçün biz hər birimiz əlimizdən gələni əsirgəməməliyik.Elə buna görə də, biz “Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək, Vətənimiz Gürcüstanda şagirdlərimiz arasında daha bir yeni və davamlı layihəni (ildə bir dəfə) həyata keçirməyi qərara almışıq:May ayının 1-dən etibarən yeni bir yarışmaya - unudulmaz soydaşımız, görkəmli türkoloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsinə start veririk.Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gürcüstanda - Bolnisi rayonunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləyaqətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, dilçiliyə dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.Müsabiqəni keçirməkdə məqsədimiz, böyük alim, mərhum akademik Mədəd Çobanovun adını və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz arasında ana dilimizə olan sevgini, onların elm və təhsilə olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə çalışmaqdır.“Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək Müsabiqəni keçirmək üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaratdığını bəyan edir:1. Ələddin Qarabağlı – “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnalqəzetin baş redaktoru (Qardabani);2. Mahmud Kamaloğlu – professor (Marneuli);3. Sərdar Yusubov – təhsil məsələləri üzrə elmlər doktoru (Marneuli);4. Əli Abbas – “Şərəf” ordenli yazıçı, floklorşünas (Marneuli);5. Kazax Abdullayev – Gürüstanın Əməkdar müəllimi (Saqareco);6. İslam Məmmədov – Gürüstanın Əməkdar müəllimi (Dmanisi);7. Abayat Qurbanova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Tbilisi);8. Fatma Əliyeva – Azərbaycan dili və ədəbiyyatı müəllimı (Bolnisi);9. Növrəstə Həsənova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Qardabani).Layihə davamlı olmaqla ildə bir dəfə - hər bir tədris ilinin aprel-may aylarında 2 mərhələdə keçiriləcək. Müsabiqə iştirakçıları Birinci mərhələdə X, XI və XII sinif şagirdləri aşağıdakı mövzulardan birini seçərək, (A4 ölçülü vərəqdə, yuxarı və aşağı hissədən 2.0 sm, vərəqin sol tərəfindən 3.0 sm, sağ tərəfindən 1,5 sm yer ayrımaqla), 12-lik şriftlə normal intervalda ən azı 4 səhifə olmaqla, yazdıqları inşanı 2024-cü il may ayının 18-i saat 18.00-adək təhsil aldıları ictimai məktəblərin və eləcə də “Maarif” təşkilatının elektron ünvanlafrına - e-maillərinə ([email protected]) göndərməlidirlər.İnşanın sonunda müsabiqə iştirakçısı olan şagird öz adını, soy adını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi, mobil telefon nömrəsini və fənn müəlliminin adını və soy adını da yazmalıdır. İnşa mövzuları:1. Ana dilimiz - varlığımızdır!..2. Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri.3. Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tiflis dövrü.4. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu.5. Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (Yer-yurd adlarımızın tarixi, onomastikası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)Göndərilən inşa yazılar işgüzar layihə icraçıları - təcrübəli dil-ədəbiyyat müəllimləri tərəfindən yoxlandıqdan sonra, onlar arasından seçilmiş şagirdlər ikinci mərhələyə buraxılacaqlar.Musabiqənin ikinci mərhələsi Marneuli şəhərindəki “Azərbaycan evi”ndə keçiriləcək və Kütləvi İnformasiya Vasitələri tərəfindən ictimailəşdiriləcək. Musabiqənin ikinci mərhələsinə dəvət olunmuş şagirdlər əyani şəkildə müəllimlərin və ictimaiyyət nümayəndələrini gözü qarşısında müsabiqəyə təqdim olunmuş 5 mövzudan birini şagird dəftərinin ən azı 4 səhifəsi həcmində ənənəvi üsulda qələmlə yazacaqlar. Onların yazdıqları inşalar elə həmin gün Müsabiqənin təşkilatçıları tərəfindən yoxlanılacaq və qaliblər müəyyənləşəcək.Müsabiqənin ikinci mərhələsinin qalibləri elə həmin gün aşağıdakı qaydada mükafatlandırılacaqlar.1. 1-ci yer - 1 nəfər - 100 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).2. 2-ci yer – 2 nəfər – hər biri 75 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).3. 3-cü yer – 3 nəfər - hər biri 50 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).4. 4-cü yer - 4 nəfər - hər biri 25 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).5. Həvəsləndirici mükafat – 5 nəfər - hər biri 20 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).Nəzərinizə çatdırırıq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin müəllimləri də mükafatlandırılacaq. Müsabiqədə seçilmiş inşalar ayrıca kitab şəklində çap olunaraq həmin şagirdlərə və Gürcüstandakı Azərbaycandilli məktəblərə hədiyyə olunacaq, eyni zamanda, ictimaiyyət arasında paylanacaq. Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayır və əvvəlcədən təşəkkür edirik! Layihənin adı: Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsi.Layihənin icraçısı: Ələddin Qarabağlı,“Maarif” təşkilatı – “Maarif” jurnal qəzetinBaş redaktoruსაქართველო. გარდაბნის რაიონი. ინდექსი: 1305. აღთაქლია; ტელ: (+995 593) 69-46-49Georgia. Gardabani region. Index: 1305. Agtaklia. Tel: (+995 593) 69-46-49Грузия. Гардабанский район. индекс: 1305. Агтагля. тел: (+995 593) 69-46-49 EE-mail: [email protected]ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.