Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ CİNAYƏT

Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ CİNAYƏT SSRİ-nin məşhur inqilabçısı, Dövlət Təhlükəsizlik Komissarlığının baş komissarı, Sovet İttifaqı marşalı Lavrentiy Beriyanı düşmənləri və dostları soyuqqanlı şəxs kimi xarakterizə etsələr də, o emosiyalarına heç də həmişə hakim ola bilmirdi. Hətta bəzi vaxtlar o, qızığın pələngi xatırladırdı. Belə vaxtlarda ondan hər şey gözləmək mümkün idi.

Tarixçi İosif Aqafanov Beriyanın Zaqafqaziya Birləşmiş Respublikalarının rəhbəri olmasının Stalinin ideyası olduğunu yazırdı. Qafqaz ölkələri Stalini narahat edirdi. Çünki hər üç respublika çox inadçı idi. Beriyanın təyinatı isə bu ölkələrin ram edilməsi ilə nəticələnəcəkdi.

Beriya Qafqazın 16 milyonluq əhalisinin arasında hörmət və sevgidən istifadə edirdi. Onun yalançı yumşaqlığı var idi və Ermənistanın Mərkəzi Komitəsinin birinci katibi Ağasi Xandjyan məhz bu yumşaqlığa aldanmağın qurbanı oldu.

Təcrübəli erməni bolşevik Tiflisdə Beriyanın kabinetinə daxil olur. Onunla birlikdə üç nəfər də gəlmişdi. Onların əlində qədim fars xalçası var idi. Gələnlər xalçanı kabinetdə qoyaraq getdilər.

Beriya xalçaya baxaraq Xandjyandan soruşdu:

- Bu nədir? Hətta üç nəfərin belə gücü çatmır.

- Bu qədim fars xalçasıdır və erməni xalqı bütün qəlbilə bunu sizə təqdim edir – Xandjyan hiylə ilə cavab verdi. O, bilərəkdən bütün ermənilərin adından danışırdı.

- Yəqin, o, çox bahalıdır?

Xandjyan acı-acı gülümsündü və cavab verdi:

- Dostluq qiymətsizdir, yoldaş Beriya.

- Siz haqlısınız, yoldaş Ağasi. Bu hədiyyə bizim xalqlarımızın qarşılıqlı dostluğunun əlaməti kimi Dövlət Muzeyinə veriləcək.

O, bununla hiyləgər erməniyə başa salmaq istəyirdi ki, rüşvətxor deyil. Daha sonra Ermənistandakı proseslər haqqında ondan soruşdu. Xandjyan Beriyaya hər şeyi danışdı və söhbət əsnasında Gürcüstan və Ermənistan arasındakı dostluq məsələsinə yenidən qayıtdı.

Beriya anladı ki, erməni bolşevik ciddi məsələyə toxunmaq istəyir, bahalı xalçanı da məhz buna görə gətirib.

Söhbətin ortasında birdən Xandjyan ərazilər məsələsinə toxundu və dedi:

- Yoldaş Beriya, ermənilərdə ərazilər çox kiçikdir və məhsuldar deyil. Bütün xalq adından xahiş edirik ki, siz yoldaş Stalinlə aramızda vasitəçi olasınız. O, Cavaxetiyanı bizə versin.

Bu sözlərin deyildiyi vaxt Serqo Qoqoladze kabinetə daxil oldu. Hansı ki, o, başqalarından fərqli olaraq Beriyanın kabinetinə qapını döymədən girmək hüququna malik idi. Sonralar o, Beriyanın məhkəmə işi üzrə ifadə verərkən, yazacaqdı:

“Lavrentiy qızardı və qəzəbdən titrəməyə başladı. Sonra o, Xandjyanın üstünə qışqırdı:

- Əclaf, sən gürcülərin torpağını istəyirsən və bunu mənim vasitəmlə Stalindən almaq istəyirsən?

Xandjyanın rəngi soldu və tərlədi. Tərin damcıları onun paltarından döşəməyə tökülürdü. Lavrentiy ona nifrətlə nəzər saldı və birdən o, yazı qutusundan qara rəngli tapançasını çıxartdı. Tapançanı Xandjyana tuşladı və onun başına iki güllə vurdu: “İt kimi, gəbər...”. Sonra fağır üzlə mənə baxaraq dedi:

- Serqo, bunun cəsədini gətirdiyi xalçaya bükün və qaranlıqda şəhərətrafı qəsəbədə bir çuxurda basdırın.

Mən və mənim tabeçiliyimdəki adamlar göstərişi dəqiqliklə yerinə yetirdik”.

Qoqoladzenin sözlərinə görə, Xandjyanla Tiflisə gələn üç nəfər izsiz yox oldular. Onlar mehmanxanada rəhbərlərini gözləyirdi, lakin gürcü “çekist”lər tərəfindən aradan götürüldülər.

Tarix arxivlərində “Xandjyan işi”nin Kremldə Stalinlə razılaşdırılmış şəkildə ört-basdır edildiyi göstərilir. Bir neçə gün sonra Ermənistana yeni rəhbər təyin olundu və Xandjyan xalq düşməni olaraq tanındı.

Tarixçilərə görə
, Beriya Xandjyan məsələsini qətlsiz də həll edə bilərdi. Lakin o, ekstremal emosiyaları ilə bacarmırdı və gürcü torpağını istəyən şəxsi öz əlləri ilə öldürdü.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
İftixar:  Canavar dişi (2 hissəli dram) 2-ci hissənin davamı

İftixar: Canavar dişi (2 hissəli dram) 2-ci hissənin davamı

Dramaturgiya
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib

İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib

İsrail, Diaspora
Aynur Nəbili - Urus dili (Hekayə)

Aynur Nəbili - Urus dili (Hekayə)

"Şərqin səsi", Nəsr, Müsabiqə
Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Azərbaycan
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Fatma Yıldırım:

Fatma Yıldırım: "Prezidentin Xankəndidə Novruz tonqalını alovlandırması ta ...

Milli Məclis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Sirəcəddin Əfəndiyev (1894-1944)

Sirəcəddin Əfəndiyev (1894-1944)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Şarl de Qollun Bakı səfəri, yaxud bir azərbaycanlı iki dövləti necə yaxınla ...

Şarl de Qollun Bakı səfəri, yaxud bir azərbaycanlı iki dövləti necə yaxınla ...

Azərbaycan, Dünya
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Azərbaycan, Qarabağ, Köşə yazılar
Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixi - YADDAŞ

Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixi - YADDAŞ

Tarix, Turan
ELNURƏ AĞAZADƏ:   ÖLÜMƏ GEDƏN YOL (Hekayə)

ELNURƏ AĞAZADƏ: ÖLÜMƏ GEDƏN YOL (Hekayə)

Nəsr, Müsabiqə
Xalq Cümhuriyyəti parlamentinin ən gənc deputatı

Xalq Cümhuriyyəti parlamentinin ən gənc deputatı

Gürcüstan, Tarix
Rəy yazın: