Leyla VƏKİLQIZI (1971): "Yurdum Gəyliyəndi, elim Borçalı..." "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid 29 июня 2020 TANIŞ OLUN:LEYLA VƏKİL qızı ABDULLAYEVA (İSMAYILOVA) - 1971-ci il sentyabrın 13-də qədim Borçalı mahalının əsrarəngiz Başkeçid elində,indiki Gürcüstanın Dmanisi rayonundakı Gəyliyən kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1992-ci ildə Bakı Tibb Texnikumunu bitirib.Elə həmin ildən də Bakı şəhəri TTYS-nın 2 saylı bölməsində tibb bacısı işləyir.Ailəlidir, bir övladı var.Leyla Abdullayevanın şeirləri ilk dəfə 2017-ci ildə "ZiM.Az" və "Zirve.İnfo" saytlarında dərc olunub.Daha sonra Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" kitabında (2017), 5 cildlik "Zirvə" (II nəşr, I cild, 2018) poeziya antologiyasında,"Sazlı-sözlü Borçalı" (N: 2, 2018) və "Canım Azərbaycanım" (N: 1, 2, 2020) ədəbi məcmuələrində,eləcə də "Şərqin səsi" və "Elm və Təhsil" qəzetlərində (2018-2020) işıq üzü görüb.2019-cu ildə isə Leyla Vəkilqızının "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." adlı ilk şeirlər kitabı "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Beynəlxalq Mətbuat Mərkəzində kitabın təntənəli təqdimat mərasimi keçirilib. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və ədəbi tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.Biz də bu münasibətlə hörmətli Leyla xanımı bir daha ürəkdən təbrik etməklə yanaşı, aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirvə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Zemfira BORÇALI,ZiM.Az AZƏRBAYCANDərdin aşıb daşır Kürdən, Arazdan,Məğrur dur, dik dayan, düsmə tarazdan,Qaranlıq sovuşar, keçər birazdan,Boğular zülmətin dan Azərbaycan,Qızıl günəş doğar can Azərbaycan!Dalğalar süst düşüb coşmayır Xəzər,Elə bil ölkəyə dəyibdi nəzər,İnsanlar tinlərdə gizlincə gəzər,Yaşadıq bir tarix, an, Azərbaycan,Dözmür bu dərdinə can Azərbaycan!Bu elə bəladır dünya savaşır,Sağlamlıq uğrunda hamı çalışır,Birincilik, zəfər sənə yaraşır,Yol vermə tökülsün qan, Azərbaycan!Azad et milyonla can Azərbaycan!.. BORÇALIM Adı tarixlərdə qədimdən-qədim,Yenilməz mahaldı, eldi Borçalım.İgid oğullara, şux gözəllərə,Şərəfli ünvandı, eldi Borçalım.Başkeçid yaylaqlı məşhur cahandı,Torpağı ləl-cöfhər, suyu dərmandı.Həmişə xalqına şöhrətdi-şandı,Güllü-gülüstandı, eldi Borçalım.Ulu Zəlimxanı cuşa gətirən,Xan Kamandar, Dədə Əmrah yetirən.Buta nəğməsindən sevinc götürən,Cağlayan ümmandı, eldi Borçalım.Əzəl gündən oba-elə bağlıyam,Özüm Gəyliyənli, Leyla dağlıyam,Şair övladıyam, dağ vüqarlıyam,Mənə son məkandı, eldi Borçalım!Yurdum GƏYLİYƏNdi, elim BORÇALI... Arif olan kəslər anlayar məni, O şair Vəkilin balasıyam mən.Qardaşım Ramindi, balam Arazdı,Vüqarlı bir əsgər anasıyam mən.Babam Mustafadı, əmim Bəkirdi,Dərdim tapılmayıb çətin bir sirdi,Anam Qələmzərdi - saflıqda birdi,Həkimdi qeydinə qalasıyam mən.Nə vaxtdır getmirəm dağlara sarı,Könlüm çox darıxıb edir qübarı,Yurdum Gəyliyəndi, elim Borçalı,O dağlar yurdunun Leylasıyam mən.ELOĞLU(Müşfiq Borçalıya) Tərənnüm edirsən bizi - elmizi,Səninlə bölürük dərdi-sərmizi.Hələ tanımırıq biz bir-birmizi,Sən Allah incimə, məndən eloğlu.Elmə, sənətinə elə baglısan,Üzə ağ olmaram, bəli, haqlısan.Qələm sahibisən, çox savadlisan Çox sirlər öyrəndim səndən eloğlu.Daralıb Leylanın dolub hikkəsi,Dərin hörməti var, yoxdu şübhəsiDağlar balasıdır kimi kimsəsi,İlhamı dağlardan çəndən, eloğlu. Mən ŞAİR VƏKİLin ilk MURAZIyam... Ay eloğlu, oxudum mən kəlməni,Qoy var olsun, dəstəkləyir El məni,Könlüm açdı, dünya sandım cümləni,Bəli, bu fikrinlə mən çox razıyam,Dillərdə dastan kişinin qızıyam.Çox gözlədim neçə qışı, baharı,Getdi, gəlməz oldu, itdi qatarı,Yazılmamış qaldı çox söz axarı,Yazdığı misranın kaman, sazıyam,Dillərdə dastan kişinin qızıyam.O getdi, ömrümə zəhər qatıldı,Leylanın naləsi ərşə çatıldı,Şairlik atamdan mənə atıldı,Allahdan mən onun ilk murazıyam,Dillərdə dastan kişinin qızıyam.ŞAİRÖz hikmətli sözləriylə,Bu dünyanı bəzər şair.Yaltaqlıqla işi olmaz,Düz dolanar gəzər şair.Xeyir işdə öndə olar,Yalanlardan gendə durar,Öz-özünə xəyal qurar,Qəm gölündə üzər şair.Sevər xoş camal görəndə,Təbə gələr saz dinəndə,Nəğməli mağar görəndə,Söz çələngi düzər şair.Yaxından görər uzağı,Seçər qaradan hər ağı,Şux gözəli, nər qocagı,Oğrun-oğrun süzər şair.Sərt yağışdan çovğun olmaz,Leyla təki yorğun olmaz,Hər yazardan Vurğun olmaz,Bülbül olar yazar şair.ŞAİRİNSözdən söz anlayar, gözə dik baxar,Sərrast bir ovçudur gözü sairin.Savaş meydanında sözlə yarışar,Qılıncdan itidir sözü şairin.Qəlbində köç edər haylı, haraylı,Dərin düşüncəli, çılğın xəyallı,Qəmə, məhəbbətə vurğun zavallı,Özünü yandırar közü sairin.Ariflər yanında çəkilər başa,Çəkinməz kimsədən heç baxmaz yaşa,Düzü düz, əyrini deyər birbaşa,Çıxmaz ağ yalana düzü şairin.Leyladan cavanlıq dünəndən keçib,Canına şairlik qanından keçib,Allah vergisidir Qurandan keçib,Dünyanı güldürən üzü şairin.ÇAL, AŞIQ...Çal, aşıq, könlümün qəmgin vaxtıdır,Yanıq Kərəminə ağlayım bir az.Vətən acısından təbim də sönüb,Bəlkə dəstək olsan çağlayım bir az.Yay günündə əl-ayağım buz kimi,Əriyirəm günü-gündən duz kimi,Yaşat, ruh ver parlayım ulduz kimiKönlümün köksünü dağlayım bir az.Bülbül tək qəfəsdə bağlı qalmışıq,Nə günə varmışıq ağlı almışıqTorpağı yaralı, dağlı salmışıq,Dağlı yaraları bağlayım bir az.Vur aşıq mizrabı, vur dərdin alım,Yaman kövrəlmişəm, ağlayım bir az.OYNASIN Aşıq qardaş, bir hava çal,Qoy ruhum-canım oynasın.Xoş avazla zala səs sal,Damarda qanım oynasın.Məclisimiz bir tamaşa,Vur bu başdan, çıx o başa.Köklə sazı sən şabaşa,Gələn mehmanım oynasın.Gəlnimiz gül butası,Leyladan xeyir-duası.Sevinsin bəyin anası,Bəy, gəlin xanım oynasın.ƏSGƏR BALAM (Əsgəri xidmətdə olan oğlum Araza)Uşaqlıq çağının zamanı bitdi,Əsgəri xidmətin vaxtı yetişdi.Könlündən Vətəni qorumaq keçdi,Get sənə yaxşı yol, ay əsgər balam,Vətəni qoru gəl, ay əsgər balam.Nigaran qalma sən ata-anadan,Get görüş əminlə, Ramin dayınnan,Ağbirçək nənəndən, Tahar babannan,Xeyr-duanı al, ay əsgər balam.Vətəni qoru gəl, ay əsgər balam.Çətinliklərə döz, zamanla barış,Millətin yolunda, el üçün çalış,Vətən torpağını sən qarış-qarış,Layiqincə qoru, ay əsgər balam,Vətəni qoru gəl, ay əsgər balam.Gecə-gündüz durum mən namaz üstə,Yağmasın güllələr keşiyin üstə,Köməyi ay Araz, Allahdan istə,Düşmənə baş əymə, ay əsgər balam,Vətəni qoru gəl, ay əsgər balam.Vətən sənə, sən Tanrıya əmanət,Hünər göstər, səndə vardır cəsarət,Azərbaycan elin desin, nahayət,Yaşa, var ol səni, a əsgər balam,Vətəni qoru gəl, ay əsgər balam.Zaqatala elin, o Car kəndində.Qurbanın kəsəcəm balam gələndə,Sənə doğma olan o, Gəyliyəndə,Anam yol gözləyir, ay əsgər balam,Vətəni qoru gəl, ay əsgər balam.Leyla sözü çıxmaz yəqin yadından,Qoyma ermənilər çıxsın qınından.Qarabağ bizimdir, bəlli adından,Torpaqdan pay olmaz, a əsgər balam,Vətəni qoru gəl, ay əsgər balam.VƏTƏN SƏNİ SƏSLƏYİR (Qardaş oğlu Rauf balaya)Bu odlar diyarı ana yurdumun,Koroğlu qeyrətli hər bir oğlumun.Yenilməz, qüdrətli çevik ordumun,Nərəsindən yer kürəsi titrəyir,Rauf balam, Vətən səni səsləyir.Andiçmə anında silah sinəndə,Bayrağa baş əyib dizə çökəndə.Anam Vətən deyib haray çəkəndə,Sevincindən Tofiq baban kükrəyir,Rauf balam, Vətən səni səsləyir.Vətənin nər oğlu, şərəf-şanısan,Anamın Tanrıdan nəvə payısan.Sən mənim atamın qanı-canısan,Leyla maman sənə nəğmə bəsləyir,Rauf balam, Vətən səni səsləyir.BALA Çox qəmli yaşadım ömür payımı,Qəlbim fəryad edir, dardadır bala.Namərddən uzaq ol, mərdə tərəf durDünyanın tufanı daldadır bala.Ümid yoxdur hər açılan sabaha,Şər-böhtan eyləyib, batma günaha.İtaət eylə tək Qadir Allaha,Qiyamətin günü gordadır bala.Yaxşını yamanı seçən, duyan yox,Söz gəzdirən, ara qatan, şeytan çox.Qalmayıb tamahı, gözü, könlü tox,Tamahkarın gözü vardadır bala.Hər üzə gülənə dost demə gəl sən,Dost gərək dar günə şərik ola tən.Leyladan deməkdir anlamaq səndən,Ömrümün işığı səndədir bala.YANIRBizim şəhərmi xəstə,Bu nə yığın, nə dəstə,Qoşma yazmışam bəstəAğrıdan başım yanır.Ürəyimə dağ çəkir,Düzümüzə bağ çəkir,Üçüncüdür yol çəkirTorpağım, daşım yanır.Yaranıbdı gözdə çaş,Əlim tutmur; karandaş;,Süzülübdür qələm qaşGözümdə yaşım yanır.Laçında taxıl biçir,Turşsuyundan su içir,Şuşamızda Xan seçirQəbrim, gor daşım yanır.Vəziyyətimiz kəskin,Bir-birimizdən küskün,Nə qədər qaçqın, köçkünBacım qardaşım yanır.08.06.2020.ZƏRBƏDİİnsan olan, insanlığı uca tut,Laf söyləmə, lafın dilə zərbədi.Haqqı danış, din-imanı uca tut,Şər-böhtan danışma dinə zərbədir.Dost-qardaşa çətin gündə dayaq ol,Kasıba, fağıra əl tut, kömək ol.Haram qatma duz-çörəyə halal ol,İtirərsən varı, sənə zərbədi.Leylayam düşmərəm kimsə toruna,Baş əymərəm bu dünyanın varına.Sadiqəm yarımın düz ilqarına,Ar-ismət gedərsə mənə zərbədi.SORUŞElimin-yurdumun mərd oğlu, qızı,Vurğunu Qazaxın özündən soruş.Yanıq Kərəmini külə döndərən,Dədə Ədaləti sazından soruş.Oxuyun, dinləyin, bilin qədrini,İsmayıl Şıxlını, Sarıvəllini.Hüseyn Arifin yaman dərdini,Yazdığı misranı yüzündən soruş.Uca Göyəzənin bilinmir yaşı,Qədimdən çox çəkib bəlalar başı.O çöllər qızını qovanda naşı,Ceyranı Muğanın düzündən soruş.Atamın tək qızı, ilk murazıyam,Arazın anası, həm tək bacıyam.Gəyliyən yurdunun sərvinazıyam,Leylanı elinin özündən soruş.SİZİBakıdakı 2 saylı təcili tibbi yardım stansiyasının işçilərinəVətəndaş öyünər vuqarı ilə,Sülhə nail olar hünəri ilə,Bir bayraq altında; şüarı iləVətən birləşməyə çağırır sızı.İşinə yanaşan məmnuniyyətlə,Gələr öhdəsindən çox qətiyyətlə,Əl-ələ xoş niyyət səmimiyyətlə,Vətən çalışmağa çağırır sizi.Sirri tapılmayan elmi kəşf edin,Tapın dərmanını dərdə qəsd edin,Sıraya qatılın sız də cəhd edinVətən yarışmağa çağırır sizi.11.04.2020.BİLMİŞƏMHeç bilməzdim qəriblik nə deməkdir,Qürbət eldə yaşayanda bilmişəm.Gözəlliyin, cavanlığın qədrini,Düz qamətim büküləndə bilmişəm.Gəzmişəm dağların çəmən-düzünü,Üzmüşəm çiçəyin-gülün yüzünü.Dağlara hay salan selin gücünü,Sel qayanı qoparanda bilmişəm.Leylayam çəkərəm ana cəfası,Xoş sorağım olsun bala sədası.Hamıdan çox olub yarın vəfası,Heyif ki, mən qocalanda bilmişəm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.