Nəcibə İLKİN: Həyatı və Yaradıcılığı Poeziya, Müsabiqə 29 декабря 3047 100 1 2 3 4 5 NƏCİBƏ İLKİN (Nəcibə Bahadur qızı Babakişiyeva) - 1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində dünyaya göz açıb. 1978-ci ildə həmin kənddə orta məktəbi bitirib. 1979-1981-ci illərdə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsində təhsil alıb. 1981-ci ildə qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olub. Ailə qurmasıyla əlaqədar olaraq institutun 3-cü kursundan sonra təhsilini davam etdirə bilməyib. 1998-ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika İnstitutunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olub, oranı əla qiymətlərlə başa vurub. Bir müddət əmtəəşünas, iqtisadçı vəzifələrində çalışıb. Hələ orta məktəbdə oxuduğu illərdən şeir yazmağa başlayan Nəcibə İlkinin 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərib və sonralar bir filoloq kimi məhz bu sahədə fəaliyyətə başlayıb.Şeirləri və publisist məqalələri “Zaman”, “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində, “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”, ”Kotoloq” jurnallarında dərc olunub.2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya“ şeirlər kitabı işıq üzü görüb. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunub. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişlər.Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatlarına, “İnam” şərəf diplomuna layiq görülüb. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılıb. Bu yaxınlarda isə təsisçisi olduğu “Azad Qələm” qəzetinin 3 yaşı münasibətilə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.AYB-nin və AJB-nin üzvüdür. 2006-cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” və "Naxış" jurnallarının təsisçisi və baş redaktorudur.Ailəlidir. İki övladı və bir nəvəsi var. Bu günlərdə isə Nəcibə İlkinin "Sözün ölçüsü və çəkisi" (fikirlər və rəylər) adlı daha bir kitabı nəfis şəkildə işıqüzü görüb. Biz də "ZİM.Az"-ın bütün Yaradıcı Heyəti adından hörmətli Nəcibə xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulamaqla yanaşı, aşağıda onun bir neçə şeirini oxucularımıza ərmağan edirik!..Müşfiq BORÇALI.Söz eləmisənSəndə nə günah var, gedən ruhumu,Qaytarıb yenidən təzələmisən.Bir az alovunla, bir az odunlaEşqimin bağına köz ələmisən.Sev məni, beləcə sevdiyin kimi,Olmuşam qəlbimin qəddar hakimi,Hər nə edirəmsə kötür ərkimi,Demə hər sözümü söz eləmisən.Dəliyəm, gözümdən uzaqlaşanda,Yaman kövrək ollam bir az coşanda,Sənə vurulmuşam desəm son anda,Axı, qış ömrümü yaz eləmisən.Özümüzə tale yazdıqÜzülməyən sevgimizin,Ürəyini niyə üzdük,Özümüz də heç bilmədən,Yolumuzu tərsə düzdük.Yol gözləyən izimizin,Dedik həsrət, kədər bizim,Şirin dadan sevgimizin,Badəsinə acı süzdük.Kim uduzub, kim nə udub,Şirin anları unudub,Fələyin əlindən tutub,Özümüzə tale yazdıq.Duyğuların qanadıyamBuz bağlayan yollarını,Nəfəsimlə əridəydim,Bu ağlayan sevdamızı,Gücüm çata, kiridəydim.Bir dünyalıq can oduyam,Duyğuların qanadıyam,Mən sevginin öz adıyam,Göydə sevib, yerə dəydim.Yaz dərdimi, yaz aramla,Nə yaşıyım bu yaramla,Vüsalımı damla-damla,Ürəyinə yeridəydim.* * *ANA DİLİM, AZƏRİ DİLİMSən mənim dünyamsan, mənim həyatım,Sən mənim varlığım, toyum-büsatım,Sən ana laylamsan, sən ilk bayatım,Mənim Ana dilim, Azəri dilim.Fizuli dünyamın sözü-söhbəti,Nizami eliminin şanı-şöhrəti,Sən Oğuz yurdumun Qorqud qeyrəti,Mənim Ana dilim, Azəri dilim.Sənsən Üzeyrimin nəğməli dili,Sənsən Babəkimin vuruşan əli,Uca dağlarımın kükrəyən seli,Mənim Ana dilim, Azəri dilim.Səndə gözəlləşir ruhumun səsi,Səndə doğmalaşır, eşqin həvəsi,Səndən ilham alır, şerin nəfəsi,Mənim Ana dilim, Azəri dilim.Bu dildə tapmışıq haqqı, salamı,Bu dildə tanıdıq şuru, muğamı,Sən ulu xalqımın müdrik kəlamı,Mənum Ana dilim, Azəri dilim.Səni qeyrətinə sığışdırmayan,Səni ülfətiylə qoşa tutmayan,Gəlsin gözlərindən süd zaman-zaman,Mənim Ana dilim, Azəri dilim.NİYƏ SEVƏMMƏDİK BİR-BİRİMİZİÖmrümə-günümə bir baxışıydın,Mən külək, sən isə gur yağışıydın,Çiçəkli bahardın, mən naxışıydım,İndisə baharın solub bənizi,Niyə sevəmmədik bir-birimizi?!Mən qumlu-qayalıq, sənsə səhraydın,Axı, sən əzəldən mənə doğmaydın,Mən coşğun bir dəniz, sənsə dalğaydın,Yuduq sahillərdən izlərimizi.Niyə sevəmmədik bir-birimizi?!Baxır əksimiz də bulaq gözündən.O vaxtdan bizləri salıb gözündən,Beləcə, qəm çəkən eşqin izində,Qarışıq salmışıq sözlərimizi.Niyə sevəmmədik bir-birimizi?!Çiçəyin rəngiydik, gülün rəngiydik,Coşan qəlbimizin eşq çələngiydik,Axı, bu yollarda niyə ləngidik?Daşamı çırpmışıq ürəyimizi?!Niyə sevəmmədik bir-birimizi?!Bir cavab tapmadıq nə sabahlara,Döndük günahlara, döndük ahlara,Ağ günlü sevgiyə geydirib qara,Həsrətə qərq etdik gözlərimizi,Niyə sevəmmədik bir-birimizi?!Neçə açılmamış sabah içində,Qovduq gecələri günah içində,Ömrümüz-günümüz min ah içində,Güldürə bilmədik taleyimizi!Niyə sevəmmədik bir-birimizi?!Bu eşqin yolunda çəkilməz dərdi,Sərdi sinəm üstə hicranlar sərdi,Nəcibə çox dedi, çox qəmlər yedi,Daha bağışlamaz bu sevgi bizi!Niyə sevəmmədik bir-birimizi?!* * *BU YAĞIŞDöyür pəncərəmi payız yağışı,Dəli sevgimizin göz yaşı kimi,Səni arzulayır kövrək baxışım,Neçə min illərin sirdaşı kimi.Elə möhtacam ki, bax bu an sənə,Qəlbimin ağrısın yağış da duyur.Səngimək bilməyə bu yağış yenəBəlkə sevgimizin günahın yuyur.Həsrət ünvanlıdı, vüsal gileyli,Mənə gizli-gizli baxan bu yağış.Baxışı Məcnundu, gedişi Leyli,Sevdalı qəlbimə axan bu yağış.Gəl tut əllərimdən ürəyimizi –Yağışın altında boşaldıb, doyaq.Gizlədək, yağışdan gileyimizi,Özümüz sevginin günahın yuyaq.MƏNƏ BİR NAĞIL DEYİNKönlüm nağıl istəyirBir məhəbbət nağılı,Mənə bir nağıl deyin.Lap nənəmin nağlı təkO nağıl ki,içində qalım yarla təkbətək…Kaş nənəm sağ olaydı…Başımı dizi üstəqoyaydım sübhə qədər.Nağıllaşan dünyamdaəriyəydi gecələr.Dinləyəydim nənəminşirin nağıllarını,Onun nağıllarında tapıryar öz yarını.Mənə sevmək öyrətdi,Nənəm nağıllarıyla,qalıbdı yaddaşımdanənəm nağılları tək,düz əhdi-ilqarıyla.Mənə bir nağıl deyin.O nağıl ki, oradagörüm özüm – özümüdeyə bilim sözümü.Gəlsin Ağ Atlı oğlanMəni alsın tərkinə,Dözsün bu məhəbbətinəzabına, ərkinə.Bağrını yara-yaraqalxsın ağ buludlara,Aparsın bu dünyadanməni çox uzaqlara.Keçək ağ buludlardanolaq ayrı aləmdə.Bax, ayılam bu dəmdə.Göydən üç alma düşə,Biri mənim, biri nənəminBiri də mənim kimisevib-sevilənlərin.ÇOX BAXACAQSANKüsmüşəm barışan deyiləm daha,Çıxıb gedəcəyəm bir qərib yerə.Sənsiz gözlərimdə doğan sabaha,Baxıb hönkürəcəm gülüm min kərə.Boylanıb qəlbimin pəncərəsindən,Dikəcəm yoluna həsrət gözümü.Diksinib qalxacam qəfil səsindən,Yenə axtaracam özüm – özümüGecələr bürünüb hicran donunaVüsal yuxumuza lay-lay çalacam.Yenə yuxularda qaçıb yanına.Yenə də bir anlıq sənin olacam.Ayılıb həsrətin qəm yuxusundan,Eh… məni o qədər axtaracaqsan.Yapışıb könlümün lal yaxasından,Mən gedən yollara çox baxacaqsan.Mən gedən yollara çox baxacaqsan.SƏN GETDİNSən getdin göynədi sinəmdə ürək,Yox olub əridi ömrün illəri.Soldu qucağımda arzularım tək,Dərib gətirdiyin sevda gülləri.Sən getdin… arxanca baxan gözlərim –Su səpdi yoluna aydınlıq üçün.Dilimdə ilişib qalan sözlərin,Bir haray salmadı, bilmədim neyçün?Sən getdin… eşqinin bahar naxışı,Min ilmə toxudu payız ömrümə.Gözümdən süzülən sevda yağışı.Sanki qılıncını çəkdi könlümə.Get gülüm, – qınama sənsiz səbrimə,Küləklər yan alar, sellər yan alar.Get barı, tez qayıt, mənim xətrimə,«Sənsizlik» dərd olub məndən can alar.EŞQİMİN QIŞ HARAYIPayız elə getdi, qış belə gəldi,Ayrılıq küləyi əsdi bir ucdan.Görüşə bilmədik, bu necə dərddi?Qar da yolumuzu kəsdi bir yandan.Sanki acıq çıxır təbiət bizdən,Görüşmək vədəmiz uzanır yaman.Həsrət də qar kimi gözlərimizdən,Yağıb sinəmizdə qoparır tufan.Bölündük sevginin fəsillərinə,Eşqimiz, baharkən, özümüz qışıq.Bəlkə ömrümüzün son illərindən,Bəxtin yollarına atılmış daşıq?!Eh… yenə səbrimin üstünə əsir,Sənin göndərdiyin şaxta, qar, boran.İnan ki, yolumu eşqimiz kəsir,Yoxsa, bu yollarda kimdi ki, duran?!Nəcibə İLKİN,“Ulduz” jurnalı, İyun 2012. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.