Qoşakilsəli Şəhid İbrahim Firudin oğlu Əliyev (1959-1994)

Qoşakilsəli Şəhid İbrahim Firudin oğlu Əliyev (1959-1994)
“Təsəlli istəyirəm”

Bu günlərdə “Azərbaycan ordusu” qəzetinin redaksiyasına bir məktub daxil oldu.
Həmin məktubda diqqətimizi
aşağıdaki sətirlər cəlb etdi:

“Hörmətli prezident, şəxsən mən və İbrahimin doğulduğu kəndin bütün sakinləri sizdən artıq dərəçədə xahiş edirik ki, oğlum Əliyev İbrahim Firudun oğlunun Gürcüstan Respublikasının Bolinisi rayonundaki Yuxarı Qosakilsə kəndində təhsil aldığı məktəbin onun adı ilə adlandırılmasına köməkliyinizi əsirgəməyəsiniz.
Ümidvarıq ki, müraciətimiz yüksək nəticə ilə yerinə yetiriləcək.
Hörmətlə, şəhid atası
Əliyev Firudin İsmayıl oğlu”.

Məktubda şəhidin ailəsinin hazırda
Bakıda yaşadığı ünvan da göstərilmişdi.
Çox çətinliklə də olsa, həmin ünvanı tapdıq...
Öyrəndik ki, ...


...canını, ailə səadətini, xoşbəxtliyini Vətəni Azərbaycanın müstəqiliyyi, azadlığı, suverenliyi uğrunda qurban vermiş, onu yadelli tapdağından qorumaq üçün başqa Respublikadan - Gürcustandan buraya gələrək sinəsini düşmən qarşısında sipərə çevirmiş şəhid Əliyev İbrahim Firudin oğlu 1959-cu il Fevral ayının 18-də qədim Borçalı mahalında - indiki Gürcustan Respublikasının Bolinisi rayonundaki Yuxarı Qoşakilsə kəndində dünyaya gəlmişdir. Zəhmətkeş ailədə böyüyüb, boya-başa çatmış, tərbiyə aldığı ailədə güclü Vətən təəssübkeşliyi “məktəbi” keçmişdir.
Orta təhsilini başa vurduqdan sonra hərbi xidmıtə çağrılmışdır.
1985-ci ildə Marina adlı bir Azərbaycanlı qızla ailə həyatı qurmuşdur.
1986-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) inşaat fakültəsini bitirərək, yenidən Gürcüstana qayıdıb, Tbilisidəki “N” saylı hərbi hissədə inşaatçı kimi qulluq etməyə başlayıb.
Lakin Azərbaycanın başın üstünü qara buludlar alanda İbrahim doğma torpaqlar uğrunda müdafiəyə atılmamağı qeyrətinə sığışdırmadı. Erməni faşizminin ərazimizdə törətdiyi vəhşilikləri eşitdikdə qəzəbi birəmin artdı. Və qəti qərara gəldi: Azğın düşmənə qarşı yalnız silaha sarılmalı. 1991-ci ildə ərizə verərək Azərbaycanda yenicə yaranmaqda olan könüllü özünümüdafiə batalyonlarına daxil oldu. Xidməti ilə əlaqadar ailəsini də Bakıya gətirdi. Nümunəvi xidmətinə görə baş leytinant rütbəsinə layiq görüldü. iki gülüzlü qızı döyüşçü atasının məktubunu müxtəlif ünvanlardan - Şuşadan, Laçından, Ağdamdan və başqa döyüş bölgələrindən alırdı. Gürcüstan Respublikasında yaşayan atası Firudin dayı, anası Zeynəb xala isə hər gecəni bir il hesablayırdılar, səhəri necə deyərlər, dirigözlü açırdılar. Hər an, hər dəqiqə od-alov içərisində olan övladlarını düşünürdülər.

Qorxmaz, cəsur Vətən oğlu İbrahim isə “Öldü var, döndü yoxdur!” - deyib savaşın cənginə girdi. Öz silahı ilə neçə-neçə düşmən məntəqəsini susdurdu. Düşündü ki, arxaya yol yoxdur. Arxadaki qızları, həyat yoldaşıdır. Qeytət “qalxanı”na, namus “qılınc”ına çevrildi. Ağır döyüşlərdə, mühüm əhəmiyyətli əməliyyatlarda öndə gedənlərdən oldu. Qorxmazlığı, cəsurluğu, igidliyi ilə döyüşçü dostları arasında yüksək nüfüz qazandı. Yenicə birinci sinfə gedən qızları məktəbli dostları arasında fəxrlə atası İbrahimin sətirlərə düzülmüş döyüş səhnələrindən danışdı. Günlər sanki bir-birini qovurdu. İbrahimin cəbhədəki uğurları dildən-dilə düşürdü. Yüksək döyüşçü bacarığını görərək ona etimad göstərdilər. Xidmət etdiyi hissədə bölmə kamandiri vəzifəsinə təyin etdilər. Bundan ruhlanan Azərbaycan ordusunun zabiti var qüvvəsini yenicə yaranmaqda olan ordumuzun sıralarının məhkəmlənməsinə yönəltdi. Lakin...

... Lakin bu xoşbəxt günlər uzun sürmədi. 1994-cü il yanvar ayının 3-də Ağdam rayonunun Qərvənd kəndi uğründa gedən döyüşlərin birində düşmənin atdığı güllə İbrahimin ömür kitabına qanla sonluq yazdı. Qəlbi Vətə eşqi ilə döyünən daha bir igidimizin ürəyi əbədi olaraq ritmindən qaldı.

Müharibənin bəxş etdiyi acı paydan Əliyevlər ailəsinin də qismətinə düşdü. Gürcüstan Republikasının Bolinisi rayonundaki Yuxarı Qoşakilsə kəndində onu tanıyanlar, kənd adamları, dostları, tanışları, yaxın-uzaq qohumlar inanmadılar İbrahimin yoxluğuna, həyat yoldaşı Marina kimi. Gözlər yenə də yolda, qulaqlar səsdə qaldı. Axı İbrahim gedəndə demişdi ki, Gürcüstana doğma kəndimizə qələbə xəbərini mən gətirəcəyəm... Ömür vəfa etməsə də, gözləyirlər bu günü.

İndi İbrahim Əliyevin qızları da, ömür-gün yoldaşı Marina da onları yarı yolda qoyan İbrahimin yoxluğuna bu gün də inanmasalar da, bu yoxluq ailəni qayğılı günlərinmizin burulğanına salıb. Lakin 153 saylı orta məktəbdə müəllim işləyən Marina xanım ona verdiyim sualın: -Hansı problemlərlə üzləşirsiniz? - cavabında belə dedi:
- Problem çoxdur. Evimiz binanın küncündə yerləşdiyi üçün özüm də, qızlarım da tez-tez rütubətdən xəstələnirik, iqdisadi çətinliklərimiz də çox olur. Lakin bunlara birtəhər dözürük. Bizim də, qayınatamgilin də yeganə arzusu İbrahimin təhsil aldığı Bolinisi rayonundakı Qoşakilsə kəndindəki məktəbə onun adının verilməsidir. Bu bizim mənəvi “aclığımıza” bəlkə də son qoyar, ən böyük təsəlli olar.

Ayrılarkən məni bir şey düşündürdü: doğrudanmı alın yazısı adlı inam var həyatda?
Axı, bir zamanlar Gürcüstan Respublikasının ən ucqar kəndində dünyaya göz açan İbrahim nə biləydi ki, Azərbaycan torpaqları uğrunda şəhid olacaq.
Bəli, yaxşı olardı ki, İbrahimin təhsil aldığı kənd məktəbi onun adını daşısın.
Canını Azərbaycan torpaqları uğrunda fəda etmiş Əliyev İbrahim Firudin oğlunun adı doğma respublikamızda da əbədiləşdirilsin: Küçə, məktəb və s. onun adı ilə adlandırılsın. Bu olmalıdır. Unutsaq, unudularıq!...


Şəfiqə MƏMMƏDOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan, Bolus, Nekroloqlar
UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

Məktəblər, Darvaz, İdman
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
MUROV QARTALI - Əkbər Pənahov

MUROV QARTALI - Əkbər Pənahov

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: