QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR Poeziya, Müsabiqə 13 октября 2023 913 100 1 2 3 4 5 Addım-addım irəliləyən duyğulu poeziya aləmində öz ədəbi imzalarını yazılarında əks etdirən istedadlı gənclərin sənət yolu hər zaman müasir ədəbiyyatda diqqət çəkibdir. Bu isde-dadlı gənc yazarlardan biri də Dəniz Rüzgar imzası ilə tanınan gənc yazar Xanım Rasim qızı Şirinovadır. Onun poeziya tumurcuqları "İlk Məhəbbətim" adlı ilk şeirini məktəb illərində qələmə aldığı şeirlə başlayır. Daha sonra gənc şairə qələmlə sirr yoldaşlığı edir, şeirlərinin əvvəlində ürəyi ilə sirdaş olub dərdləşir, umur-küsür üsyan edir.Çox küsmüşəm bu dünyanın özündənSu içmərəm taleyimin gözündənNə olar ki, dönük çıxma sözündənÖlüncə sinəmdə döyün ürəyim."Dənizin səsi" adlanan ilk kitabını 2019-cu ildə, "Sevginin yeddi rəngi" adlı ikinci kitabını 2023-cü ildə oxucularının ixtiyarına verən gənc şairənin şeirlərində sadə və səmimi bir dil vardır ki oxucu tərəfindən tez anlaşılan və rəvan olan. Sevgi duyğuları, yalnızlıq, sənsizlik, səssizlik gənc şairənin şeirlərinin ilk nuba-rıdır. Gəncliyinə hicran odunu ələyən duyğularına "sənsizlik" deyir və küsən kimi olur özü-özündən. Əslində bu bir ədəbiyyat ərköyünlüyüdür. Dəniz Rüzgar həm də istedadlı bədii qiraətçidir. Vətənpərvərliyi ilə göz önündə olan, qəhraman ogulları öz yazılarında, çıxışlarında hər zaman canlandıran gənc yazar öz yazılarına, eləcə də müxtəlif yazarların qələmə aldığı yazılara öz səsi ilə daha da bir ahəng qatır. Gənc yazarların "Şeirin Günü" lahiyəsinin rəhbəri, Zefer-tv.az rəsmi xəbər saytının təsisçisi və baş redaktoru olan Dəniz Rüzgar bir çox titulların və fəxri adların da sahibidir. “Heydər "Əliyev” Fəxri media və "Qızıl qələm" mükafatları laureatıdır. “Xurşidbanu Natavan” medalı ilə təltif olunub. Türkiyənin "Al-tın Mutluluk Sevgi media", "İmaj magazin 24 illik sanat", "Yer Yüzü Onur" ödülleri, eləcə də, “İlin qazeteçi yazarı”, “İlin gənc xanım yazarı” (2019, “Bizim media”) və s. fəxri mükafatlarla təltif olunub.Ədəbiyyat haqqında tez-tez işlənən bir ifadə var: "Ədəbiyyat canlı orqanizmdir". Dünya ədəbiyyatını canlı bir orqanizmə bənzətsək, onda Azərbaycan ədəbiyyatıda dünya ədəbiyyatının bir hissəsidir. Dəniz Rüzgarın da şeirleri, qələmə aldığı yazıları yaşadığı müddətcə canlanacaq, böyüyəcək, inkişaf edəcək və əminik ki, gələcəkdə bu əbədi aləmə bir işıq, bir nur saçaçaqdır. Biz də aşağıda Dəniz Rüzgarın bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik, ona yeni-yeni yaradıcılıq uğurları, yazarlıq həyatında daha da işıqlı yeni bir ədəbiyyat yolu, eləcə də, şəxsi həyatında və əmək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Raziyə KAMİLQIZI,AYB və AJB-nin üzvüZiM.Az BURDA BİR OĞUL YATİRŞəhid Nurlan Məmişovunəziz xatirəsinəQönçə ömrun açılmayan xəzandıGünahkarı bəxti qara yazandıDedilər ki qəza sənin qəzandıBoğ hirsini al qisası səsi batırBurda bir oğul yatır.Canın verdi xalqın haqq savaşındaQəhraman tək qaldı el yaddaşındaO şəhid oldu tam iyirmi yaşındaAllah hüzurunda zirvəyə qalxırBurda bir oğul yatır.Baş daşı hüzünlü bir qəm heykəliBoğur ailəsini qəmli dərd seliDaha qalxmayacaq silahlı əliGör neçə ürəkdə ocaqlar yanırBurda bir oğul yatır.Düşmənin bağrına od qoyub yaranKöçdün öz yurdundan ay igid Nurlanİndi səndən geriyə xatirə qalanMəzar daşındakı şəkilin baxırBurda bir oğul yatır.Xəyalları puç olan qəlbi arzuyla doluİgid qəhraman xalqımın vuran qoluBiraz dayan ayaq saxla el oğluGözünü aç başın yuxarı qaldırBurda bir oğul yatır. MƏNİM ÖLMƏYƏNŞƏHİD QARDAŞIMŞəhid Vaqif Vüqar oğlu İsmayılzadəninəziz xatirəsinə Sən vətən harayına çatdın qəhramanAx yurdundan didərgin salmışdı zamanCəbrayılda doğulub Füzulidə can qoyanƏbədi tarixlərdə qalan qardaşımMənim ölməyən şəhid qardaşım. Qanınla azadlığa yüksəldi millətÇəkildi üstümüzdən bu qara zillətSəsini her yanda dünyaya dinlətGörsünlər qorunur torpağım daşımMənim ölməyən şəhid qardaşım. Övlad candı iki candan keçmisənOnlar üçün azad həyat seçmisənŞəhadət şərbətin vaxtsız içmisənİki körpən əmanətim yadigarımMənim ölməyən şəhid qardaşım. Ana qucagını isti doğma saymayanVətəni sevməkdən sevib doymayanÖzü üçün bircə ağ gün qoymayanKəsdiyim çörəyim yediyim aşımMənim ölməyən şəhid qardaşım. Sevinclə getdiyin yoldan qayıtdınDüşman fitnəsilə əbədi yatdınQəfil bir yuxudan bizi oyatdınGəldin üzərimdə şanlı bayragımMənim ölməyən şəhid qardaşım. AĞLAMA ANAM Cəbrayıl sevdalısıŞəhid Emin İsmayilovunəziz xatirəsinəBir sevgiyə çatmır ömrümVaxtlı-vaxtsız çatır ölümVətən darda necə gülümHaqsızlıq deşir sinəmiAğlama anam ağlama məni. Dogulsaydım yenidən mənİlk kəliməm olar vətənBeşiyimdə keşik çəkənQoruyardım qeyrətimiAğlama anam, ağlama məni. Sən böyütdün mərdi mərdanəMən baş əymərəm axı düşmənəÖlüm olsa keşikçiyəm vətənəArxamca boylanıb gəzmə izimiAğlama anam, ağlama məni. Bükülüb bayrağa son kəs gəlmişəmƏn uca zirvəni qalxıb seçmişəmGedərkən qarşında səcdə etmişəm,Başını uca tut yaşat Emini,Ağlama anam, ağlama məni. Dəniz RÜZGAR,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.