ƏHMƏD HƏKİM

ƏHMƏD HƏKİM Oxucularımıza təqdim etdiyimiz Əhməd Qorxmaz oglu Suleymanov - 2000-ciI ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. 2006-cı ildə duğma kəndlərindəki orta məktəbin 1-ci sinifinə gedib. Elə həmin ildən həm də Yunan-Roma güləşi üzrə idmanla da məşğul olmağa başlayıb. Əvvəlcə məktəb, daha sonra rayon yarışlarında uğurla iştirak edib. Daha sonralar isə bir bir neçə dəfə rayonlar-arası yarislardan qələbə qazanıb. 2016-2017-ci illərdə 2 dəfə Respublika çempionu olub. 2017-ci ildə orta məktəbi bitirib. 2018-ci ildə musiqi mektebinə qəbul olub, forte-piano uzrə oxumağa başlayıb. 2020-ci ildə karona virusu səbəbindən təhsilini yarımçıq qoyub. 2021-ci il Moskvaya gedib, bir müddət orada çalışıb. 2022-ci ildə vətənə qayıdıb, Tibb kollecində təhsil alıb, tibb qardaşı və əczaçı ixtisaslarına yiyələnib.

ƏHMƏD HƏKİM Əhməd Suleymanov hazırda tanınmış iş adamı, el ağsaqqalı, “Viləş” Futbol Klubunun keçmiş prezidenti, Masallı rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, xeyirxah insan Hacı İldırım Allahyarovun rəhbərlik etdiyi Masallı "İsti-su" sanatoriya və istirahət mərkəzində Baş həkimin köməkçisi vəzifəsində çalışır.

Əhməd Qorxmaz oğlu qısa bir müddətdə sanatoriyanın işçiləri arasında böyük hörmət və nüfuz qazanıb.
Hamı onu ilkin təcili tibbi yardımçı kimi tanıyır.
O, həm də, tez bir zamanda sanatoriyaya dincəlməyə gələnlərin də sevimlisinə çevrilir.
Məktəb illərində yaxşı idmançı olduğu üçün hamı onu Əhməd Zərbə” deyə çağırırdı.
ƏHMƏD HƏKİM İndi isə İsti-su sanatoriyasında hamı ona “Əhməd həkim” deyə müraciət edir.
Elə buna görə də, biz də onu oxucularımıza elə “Əhməd həkim” kimi təqdim edir, ona yeni-yeni uğurlar arzulayırıq!..
Və sonda AYB-nin və AJB-nin üzvü, “Yurd” nəşriyyatının və “Yurd.İnfo.Az” saytının Baş redaktoru MƏLAHƏT SAHİBQIZInın Əhməd Süleymanova həsr etdiyi bir şeiri dəyərli oxucularımızın ixtiyarına veririk.


ƏHMƏD HƏKİMƏ

Qədəm basıb iş yerinə gələndə,
Xəstələri dindirəndə, güləndə.
İnsanların şəfasını verəndə,
Ürək açır əməllərin, ay Əhməd.

Şirin sözlər ələndikcə dilindən,
Xəstə olan qalxıb, gəzir yerindən,
Şəfa tapır sənin sirli əlindən
Ümidlərin üzməyirlər, ay Əhməd!..

Üzündən nur yağır hər zaman sənin,
Şəfasın verirsən hər bir xəstənin.
Qeyrətli oğlusan gözəl Vətənin,
Unutmarıq əməyini, ay Əhməd.

Doğmasan hamıya öz yaxının tək,
Edirsən onlara hər zaman kömək.
İstəyirsən, sağlam olsunlar gərək,
Bütün igid gənclərimiz, ay Əhməd.

Safdır əməllərin, safdı diləyin,
Qayğısın çəkirsən hər bir xəstənin.
Sağlam canı olsun bura gələnin,
Ən böyük arzundu sənin, ay Əhməd!..

Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdşüsü

23.08.2024


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yaşar Əhməd oğlu Azadəliyev (01.01.1961-03.07.2023)

Yaşar Əhməd oğlu Azadəliyev (01.01.1961-03.07.2023)

Qərbi Azərbaycan, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU
AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Əsas xəbər, AzTU
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
ŞƏHİDLİK ZİRVƏSİ -  Əhməd Əhmədli

ŞƏHİDLİK ZİRVƏSİ - Əhməd Əhmədli

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Nazirlik, Digər ali məktəblər
TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

Borçalı, Siyasət
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

Elm, "Zirvə", Turan
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Əsas xəbər, Siyasət
Əhməd İlhamoğlu: BAŞKEÇİD

Əhməd İlhamoğlu: BAŞKEÇİD

Poeziya, Müsabiqə, Başkeçid
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Rəy yazın: