Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabı Yeni nəşrlər, Qarayazı, Təbriklər 10 августа 2024 1459 100 1 2 3 4 5 Miladdan öncə səhralıq ərazidən, aclıq və səfalətin hökm etdiyi məkandan başlayan "Böyük Yalan”ın son dayanacağı nədən Qafqaz, məhz Azərbaycan oldu? Dövrünün "İŞİD”-i olaraq həmin məkanda yaradılan kaloniya sisteminə əsaslanan icma, sonradan isə məkana və zamana görə həm də xalq kimi təqdim olunan sektanın rəhbərləri hesab edir ki, dünyanı idarə etməyin tək yolu yalandan keçir. Olduqca maraqlı tarixi məlumatların və təxəyyül baxışının bədii vasitələrlə orjinal üslubda təqdim edilən, real tarixi məlumatlar əsasında əməkdar jurnalist, fəlsəfə doktoru Natiq Abdullayevin qələmə aldığı kitab məhz bu səbəbdən "Böyük Yalan” adlanır.Bədii-sənədli "film–roman” kimi oxuculara təqdim olunan kitabda hadisələr Azərbaycan tarixinin 1670-1830-cu illər dövrünü əhatə edir.Hadisələr Zəngəzurda bir alban əyan qızının başına gələnlərdən istiqamətlənərək Osmanlı şahzadəsi sandığı gəncə vurğunluğundan başlayır. Birqütüblü sevgidən qaynaqlanan nifrətin, nifrətdən doğan yanlışlıqlığınnəticədə şəxsi faciədən çıxıb böyük bir ərazidə yaşayan insanların "gününü qara etməsi” bir neçə əsrdir davam edən iddiaların "köksüz budağı” kimi mühakimə edilir. Alban əyan qızının ailəsində gizli sektanın ideoloji təsiri ilə böyüyən "psixi travmalı” gəncin Avropadan keçərək Səfəvilər dövlətində, nəhayət Rusiyada müəmma ilə sonlanan həyat hekayəsi isə tarixdən qaynaqlanır.Kitabda qeyri-adi və olduqca qiymətli "Nur dəryası” adlı brilyant daşın kimdən oğurlanaraq, hansı məqsədlə Rusiya imperatriçasına kim tərəfindən verilməsi tarixi faktı maraqlı yöntəmdən oxucuya çatdırılır.Qarabağın yerli alban və oğuz türk əhalisinə "qan udduran” erməni general Valeriyan Mədətovun əslində kim olmasına, kimlərin onu himayə edib sonradan "ortalıqada” hansı səbəbdən buraxması ilə uzun illər "zavallı rus ziyalısı” kimi təqdim olunan Aleksandr Qriboyedovunöldürülməsi əlaqəsi və motivinə ilk dəfə olaraq məntiqi baxış sərgilənir.Əfşarlar imperiyasının qurucusu Nadir Şah Əfşarın əsirlik həyatı, başına gələn hadisələr, siyasi və hərbi sahədə fəaliyyəti, onun Azərbaycanda xəzinə gizlətdiyinə dair əfsanələr, rus kəşfiyyatçıların Bakıda və Qarabağda fəaliyyəti, onlara kimlərin yardım etməsi, hakimiyyət iddiasından əl çəkə bilməyən sektanın Rusiyada müasir izləri və nəhayət indiki Ermənistanda yaşayan toplumun nədən öz zərərli ambisiyalarındn geri çəkilə bilməməsinin anatomiyası kitabda bəhs edilən dövrün hadisələri ilə maraqlı baxış bucağından təqdim edilir.Biz də dəyərli qələm dostumuz, əməkdar jurnalist, fəlsəfə doktoru Natiq Abdullayevi "Böyük Yalan” adlı yeni kitabının "Everest” nəşriyyatında müasir tərtibatda çap olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!...Müşfiq BORÇALI,“Ziya” İnformasiya Mərkəzinin,"Ziya" qəzetinin vəZiM.Az saytının baş redaktoru,AYB-nin AJB-nin üzvü,filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.