İMAN NAMİ (1988) Poeziya, Müsabiqə 1 августа 2024 692 100 1 2 3 4 5 Namazov İman Əli oğlu - 6 sentyabr 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Ailənin ilk övladıdır. 1995-ci il sentyabrın 1-də Naxçıvan şəhəri E.Sultanov adına 7 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2006-cı ildə həmin məktəbi bitirib. Həmin il Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakultəsinə "Bədən tərbiyəsi və idman müəllimi" ixtisası üzrə qəbul olub. 2010-cu ildə Universiteti bitirib. Naxçıvan Şəhər Hərbi Komissarlığının çağırışı ilə iyul ayının 29-u Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə qoşunlarının N saylı hərbi hissəsində yanğınsöndürən, radio-telefonçu əsgər kimi hərbi xidmətə başlayıb və 2 iyul 2011-ci ildə təxris olunub. Həmin ildən də Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarında rütbəli zabit kimi bir sıra vəzifələrdə çalışıb. Hazırda da bu sahədə fəaliyyət göstərir.Ədəbiyyata marağı 1988-ci ildən yaranıb. Əruz vəzninin incə-liklərini dərindən öyrənib və bir çox gözəl qəzəllər müəllifidir. Ədəbi fəaliyyət dövründə "Qəzəllər" adlı bir kitabı çapdan çıxıb. Bir çox ədəbi məclislərdə iştirak edib, fəaliyyət göstərib. Hətta özü "İctimai ədəbi məclis "təsisçilərindən biri, "Səda yaradıcılıq ədəbi birliyi"nin yaradıcısı,"Vahid" və "Məcməi-Şüara" ədəbi məclislərinin fəal üzvü və iştirakçısı olub.Hacı Səyyar, Hacı Qəzənfər Talib, Cəsur Nari, Gülbala Fənai, Şahin Fazil, Məşədi Xalid, Xəyal Vasif, Əşrəf Pirşağalı, Ruhulla Amin, Xaqani Əmini və bir çox əruz ustadları ilə ünsiyyətdə olub onların yaradıcılığından bəhrələnmişdir.Üç övladı var.Biz Naxçıvan torpağının köksündə boy atan, özünəməxsus yaradıcı fikirləri və düşüncələri olan qəzəlxan şairimizə bol-bol yaradıcılıq uğurları diləyirik. Və onun duyğu çeşməsindən süzülən həssas, kövrək misraları ədəbiyyatsevər oxucularımıza təqdim edirik.ZiM.AzİMAN NAMİ HAQQINDA DÜŞÜNCƏLƏRİMİman Nami yaradıcılığı ilə tam dərindən maraqlanmışam. Ədə-biyyat sahəsi və İncəsənət sahəsiylə sıx bağlılığım olduğu üçün İmanın yaradıcılığının fərqinə vardım. Əruz janrı ilə əlaqədar yaradıcılığı onu qədim ənənələrə bağlayır. M.Füzuli, S.Ə.Şirvani, Ə.Vahid və digər klassiklərimizi xatırladır. Məna baxımından yeni obrazlar yaratmaq xüsusiyyəti var ki, bu da oxucuya xüsusi zövq verir. İman Nami öz üzərində eyni qayda ilə çalışsa gələcəkdə böyük şair olmaq potensialına sahib ola bilər. Çünki, qəzəllərində və Əruz şeirlərində fərqli, şablon olmayan mövzularla gündəmə gəlməyi bacarır. Müqəddəs "Qurani-Kərimdə" şairlər haqqında Şüəra sürəsində yazır:224. Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.225. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)226. və etmədikləri şeylərə aid söhbət açırlar?227. Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini mü-dafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.İman Nami adı kimi iman sahibidir və yaradıcılığında Allahı, Peyğəmbərləri və Peyğəmbərimizin Əhli-Beytini də tez-tez vəsf edir. Haqqsızlıqlara məruz qaldıqdan sonra öz bilik çərçivəsində dini müdafiə etməyi bacarır. Vətənpərvər mövzuda və Şəhidlər mövzusunda yaradıcılığı xüsusi diqqətimi çəkir. Şəhidlər hər za-man yaralı yerimiz olub və onları dəstəkləyən hər sahənin nüma-yəndələrini dəstəkləyirəm.Dünya "Ol" sözü ilə yarandığına görə sözün müqəddəsliyinin fərqinə varan bir ziyalı kimi həmişə gözəl sözün axtarışında olmuşam və İman Nami yaradıcılığında şairin bu müqəddəslik-dən məlumatlı olduğunu və bu prinsipləri qoruyub saxlamağa çalışdığını həmişə sezmişəm. Ətrafımda olan ziyalı insanlara da İman Nami ədəbiyyatını, şeirlərini təqdim edəndə,müzakirəmiz zamanı məlum olur ki, onlar da mənimlə həm fikir olurlar. Mən ona şəxsən hər zaman dəstək olmuşam. Bu səbəbdən Şairin ki-tabı çıxması təşəbbüsünü mən irəli sürəndə onun daha həvəs-lənməsini, layiq olduğu zirvəyə yüksəlməsini arzuladığım üçün özünə də lazım olan dəstəyi daha da göstərəcəyimi bildirdim. Çünki, bizim Xalqımız həqiqi sözə və şairə qiymət verən Xalqdır. Şairin yaradıcılığı ilə marağlanan oxucular da əminəm ki, eyni zövqü alacaqlar.İman Namiyə uğurlar arzulayıram.Səməd HEYDƏROVNAXÇIVANNaxçıvanın dumanlı dağlarından salam olsun,Dumduru gözyaşı bulaqlarından salam olsun, Hər daşı bir tarixi yaddaşdı mənim yurdumun,Qoç Koroğlu, Babək ocaqlarından salam olsun!Yer üzündə Cənnəti təsvir kimi tək danədir,Torpağının qızları,oğlanları mərdanədir.Dil onun acizdir gözəlliklərini ərz eyləsin,Bixəbər insanə danışsan deyər əfsanədir!Şərq qapımızdır Naxçıvan, nəqşicahan Naxçıvan,Tarixən müqəddəs olan nəqşicahan Naxçıvan,Həzrəti Nuh sinəsi üstündə yatan torpağın,Həm əshabi-kəhvə məkan nəqşicahan Naxçıvan!Araz sinəsindən axıb söz kimi süzülüb gedir,İlanlı dağdan yol Ağrı dağınacan üzülüb gedir.Yallı gedir hər iki dağ ortasındakı dağlar,Sanki durnalar qatar halındadı düzülüb gedir.Müstəqil, azadə vətən, qazi şəhid torpağı,Fəxr edirik Azərbaycandadı Cənnət bağı.Hər nəfəs aldıqca azadlıq şüarın səslənir,Dalğalanır zirvədə üçrəngli uca bayrağın!DEMİŞƏMKim nahaqqın ki tərəfdarıdı düşmən demişəm,Haqq tərəfdarına insan kimi insan demişəm.Yox gücüm zalımın üstündə zəfər çalmaq üçün,Bərqərar olsun ədalət, quzu qurban demişəm.Kim ki, torpağın azad olmağına canı verib,Allahın lütfüdür onlardakı vicdan demişəm.Vətəni mənfəətimdən yana tərifləmərəm,Mən içimdə yaşasın Azəribaycan demişəm.Gündə beş dəfə namaz yox, həmi çoxdur günahım,Özümə hansı əməllərlə müsəlman demişəm.Zalimə qarşı döyüşlərdə sözümdür silahım,Nəyi harda, necə lazım gəlib İman demişəm.MƏRDİ-MƏZARLARTək qalma sıxar qəlbini mənzildə divarlar,Boş mənzilə nisbətdə gözəl yerdi məzarlar.Təklikdən uzaq dur, o təlatümlü dənizdir,Mütləq boğar axırda səni dərdi-qubarlar.Ancaq tapılar dərdə şərab ilə təsəlli,Hər günsə içənin çürüdər canın azarlar.Heç doğmaların da qapı döyməz, səni sormaz,Paslı qıfıl üstündə də tərpənməz açarlar.Paltarı qırış, çəkməsi toz torpaq içində,Tənha yaşayanlar səfil halında olarlar.Fərz etsən əgər ismini xatırladı kimsə,Bir zərrə ümid səndə qığılcım kimi parlar.İman, kiməsə təkliyini eyləmə bəlli,Qoyma sənə rişxənd eləsin mərdi-məzarlar.BƏH-BƏHDərya kimi yarın görünən gözləri bəh-bəh,Mənalı baxışlarla süzür bizləri bəh-bəh.O, addım atan yerdə açır qönçə çiçəklər,Hər növ çiçəyin sərgisidir izləri,bəh-bəh.Hər kəs onu gördükdə deyir Huridi,görsəHeyrətlə deyər hurilərin özləri bəh-bəh.Zahid belə qarşında əyildi,yaman əydinBir vaxtı namazçün əyilən dizləri, bəh-bəh.Kiprik oxun atdın, neçə zalimləri yıxdın,Etdin tamam acizlərin acizləri, bəh-bəh.Allah yaradan möcüzədir ki, o səbəbdən,Göylərdə mələklərdi mühafizləri,bəh-bəh.Heyrətdədir aləm, sual etməkdədir aləm,Hardan tapıb İman yazır o sözləri,bəh-bəh.ƏLİNDƏNKönlüm zara gəlməkdədir hicranın əlindən,Kar oldu qulaq ah ilə əfğanın əlindən.Bir işçün əlim yatmır,o xatırlanır ancaq,Sevda alır aşiqlərin imkanın əlindən.Candan keçərəm, ömrümü qurban edərəm, taBir dəfə tuta bilsəm o cananın əlindən.Tək dərdimə dərman kimi yar busəsi bəsdir,Yox xeyri içəm dərmanı loğmanın əlindən.Yar gəlsə ömürlük ona təzim edərəm mən,Məcburidi nokər öpə sultanın əlindən.Həsrətli həyat tərzinə uyğunlaşa bilməm,Bezdim bu müsubətli güzəranın əlindən.Ol gəlmədi aləm də bezib hay-harayımdan,Qaçsın hara getsin bəşər İmanın əlindən.İNDİCanan demə, aşiq sənə həsrət deyil indi,Yad etməsə əhv et onu, fürsət deyil indi.Bir xeyli çətinliklərə məruz qalıb artıq,O gördüyün insanı tamam dərd alıb artıq.Bu ayrılığı ortaya qürbət salıb artıq,Gəlmirsə vəziyyət o vəziyyət deyil indi.Tam başqa diyar,bir də tamamən yad əhali,Məcburi didərgin hala hər kəs olub hali,Düzdür sənə dönməkdir onun məqsəd,amalı,Ancaq alınan səpgidə niyyət deyil indi.Səndən savayı yox arayan yaxşı ki, varsan,Vadar eləmə gəlməyə, gəlsə pis olarsan.Pəjmürdə hal olmuş daha, görsən tanımazsan,Surət də cavanlıqdakı surət deyil indi.Müşkildi çata eşqinə, divanədi şair,Öz əhdinə sadiq qalan əfsanədi şair.Aləm də nigarandı ki, məstanədi şair,Aludeyi-mey olmağı xəlvət, deyil indi.Bir vaxtı deyərdim o gələmmirsə özün get,Məqsəd onu görməkdisə getməklə çalış yet.Ancaq,mənə İman dedi, get yarə de, səbr etTezliklə görüşmək hələ qismət deyil indi.AÇSINGəl seyrə çıxaq ki, bu gəzinti ürək açsın,Görsün səni seyrində, təbiət çiçək açsın.Məst eyləsin ətrafı bizim sevgimiz, ey gül,Dağlarda, çəmənlərdə çiçəklər ətək açsın.Sevdamıza sevda mələyi şahid olub qoy,Göylərdə gedib söhbəti bizdən mələk açsın.Ahəstə mey əssin əsib həzzin mənə versin,Sən zülfünü yığ bir yerə əssin külək açsın.İman bu da röya idi bir anlığa gördün,Aşiq gözünü böylə yuxuynan gərək açsın.ETMƏDedim: insafsız olub eşqimi inkar etme,Dedi: eşqim sənə yoxdur, sözü təkrar etmə.Dedim: ancaq ele bil eşq var ol gözlərdə,Dedi: yazıq özünü öylə umidvar etmə.Dedim: ey dilbər axı əl çəkə bilməm səndən,Dedi: bir dəfə olar söz,çalış israr etmə.Dedim: ey gül,bu çəmənzaridə bir tək gülsən,Dedi: bundan xəbərim var, toxunub xar etmə.Dedim: aç zulfi-perişanı baxım zövqün alım,Dedi: biz dostuq əzizim belə rəftar etmə.Dedim: artiq inad etmə, mənə rəhmin gəlsin,Dedi: Get! Eşqinə biganəni dildar etmə.Dedim: aləmdə mənim çoxdur ölən dərdimdən,Dedi: heç kimsəyə İman, məni oxşar etmə.ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN▪Alo,▪Alo,▪Salam Ana▪Salam oğlum, salam əsgər,necəsən sən?▪Sənə qurban, yaxşıyam mən,Sən necəsən?▪Ay Maşaallah, sənə əhsən.Ağrılarım olur hərdən.Keçir gedir.., gedir...Əvvəlki tək çox incitmirSən özündən danış görəkƏsgərliyin hələ bitmir..?▪Nə qaldı ki.., iki ayaYaz qurtarsın üzü yayaTəxlis olub qayıdacamBir də gördün gecə gəlibYatan yerdə oyadacam.narahat zad olma, qəti, yerim rahatYeməyimiz,içməyimiz var hər saat▪︎Sabah poçtla 20 manat göndərəcəm, götürərsən,Qoy kitelin yan cibinə itirərsən.▪︎Eeee... ay ana, lazım deyil.DalaşmayaqUşaqsane, sən elə bil,Bu barədə danışmayaq.Lazım olsa istəyərəm.Bilirsən ki, utanmıramLazım olsa, mənə pul ver söylüyərəm.Nəsə ana vaxtım azdı, düzülüşdü,Növbədəyəm, bu gecənisıra üçün hamı düşdüÖpdüm səni.▪ Get bala, get,Ayıq-sayıq xidmətdə ol!Komandirin nə deyirsə sözün eşit.Diqqətli ol.Sabah mənə zəng elə ha..,Di əmanət ol,Allaha.▪Sağ ol.▪Sağ ol.▪Alo▪Alo▪Salam ana▪ Salam oğul, siz kimsiniz?▪Dünən gecə şəhid olan övladının dostuyuq biz... BİBİSəməd Heydərovun dilindən bibisi Heydərova Gözəl Səməd qızına ithaf olunur.Sən dədəmsən sözü dəhşətli darıxdırdı məni,Bibi gəl,birdə "dədəm" de,gözüm axtardı səni.Kənd həyatı yada düşdükcə ürək parçalanır,Üstəlik sən də düşürsən yada, atəş qalanır.Nur üzündən yenə bir dəfə öpəydim, bibican,Sən dualar eliyəydin eşidərdi Yaradan.Sən məni hamıdan artıq həmişə istəmisən,Bilirəm ki,yolumu sən nə qədər gözləmisən.Bibi, sən ölməmisən, sadəcə qaldın yuxulu,Aç, gözəl gözlərini,gəl yenə, cənnət qoxulu.Qayğıdan sənsiz uzaqlarda qalan vardı,bibi,Qəbrini üstə çox həsrətli olan vardı, bibi.Şah əsərsən bibi,sən xatirələr xalçasısan,Ayrı qalsaq da yenə sən canımın parçasısan.Sənin üçün darıxıb yanına tez gəldi atam,Sən muğayət ol atamdan, o da səndən şad olam.Ey gözəllər gözəli,tayfamızın baş tacı,Həmişə gəl yuxuma ,qoyma üzün möhtacıBax gedərkən də dua eyləmisən bizlərə sən,O,şirin canı fəda eyləmisən bizlərə sən .Nə biləydik ki səni böylə xəyalən görərik,Sənlə Cənnətdə görüşmək diləyiylə, Hələlik...ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.