Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 23 августа 2024 606 0 1 2 3 4 5 Azərbaycan Dövlət İnformasiya AgentliyiELM VƏ TƏHSİLGürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub Bakı, 21 avqust, 2024, [10.50] AZƏRTACAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində mərhum akademik Mədəd Çobanov haqqında “Ədəbi dilimiz – xalqımızın milli sərvətidir!” sərlövhəli məqalə dərc olunub.AZƏRTAC xəbər verir ki, məqalədə görkəmli elm xadimi, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun mənalı həyat yolu, zəngin elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında geniş məlumat verilir.Qeyd edək ki, 1937-ci ildə Bolnisi rayonunun Darvaz kəndində dünyaya göz açmış, ömrünün 50 ilindən çoxunu Gürcüstanda yaşamış, Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış və həmin ali məktəbdə müəllim, dosent və professor vəzifələrində çalışmış mərhum Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir. O, 80-dən çox kitabın, o cümlədən 15 monoqrafiyanın, 10-dan çox dərslik və dərs vəsaitinin, 60-dan çox elmi əsərin müəllifidir. Bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır.Professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif ölkələrdə 8 dəfə çap olunub.Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud - qəhrəmanlıq dastanı” kitabında Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunub. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə verilib.M.Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunub.Alimin əziz xatirəsi uzun illər onu tanıyanların, xüsusilə də tələbələrinin, yetirmələrinin, davamçılarının və çoxsaylı oxucularının qəlbində əbədi yaşayacaq. Burada AZƏRTACTuran.İnfo.AzZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.