COĞRAFIYA İNSTITUTUNUN ƏMƏKDAŞI GƏNCLƏRƏ VİKİPEDİYA ÜZRƏ TƏLİM KEÇİB Regionlar, Humanitar elmlər, Digər bölmələr 3 сентября 2024 459 0 1 2 3 4 5 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, azərbaycandilli vikipediyanın patrulu Aida Aslanova gənc vikipediyaçıların Şəki şəhərində “Gənclər ilə vikipediyanı öyrənək, öyrədək və paylaşaq” adlı yay düşərgəsində təlimçi və təşkilatçı kimi iştirak edib.Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, AR Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən tədbirin məqsədi Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarının təkmilləşdirilməsi olub.Coğrafiya İnstitutunun əməkdaşı iştirakçıları Vikipediyanın tarixi, platformanın əsas prinsip və qaydaları ilə tanış edib, onlara açıq mənbəli məlumatın idarə olunması və Vikipediya platformasında effektiv redaktə metodlarını öyrədib, məqalə yaratma, redaktə etmə və mənbələrdən düzgün istifadə üzrə praktiki biliklər təqdim edib.Aida Aslanovanın dəvətilə düşərgədə Özbəkistan Respublikasından olan özbəkdilli vikipediyanın inzibatçıları, türkdilli dövlətlərin istifadəçi qrupunun sədri və üzvləri iştirak ediblər. Mütəxəssislər tərəfindən düşərgədə 2025-ci ildə Azərbaycanda keçiriləcək Türkdilli dövlətlərin zirvəgörüşü ilə bağlı məlumatlar və TURKİC-Vikimedia təlimi həyata keçirilib.4 gün müddətində vikipediyada 200 məqalə, Vikimənbədə isə 207 məqalə yerləşdirilib və Vikianbara (Commonsa) 50-dək Şəki abidələrinin foto şəkilləri yüklənib.Tədbirin sonunda Aida Aslanovaya Gənclər və İdman Nazirliyinin sertifikatı təqdim edilib.ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.