SALEH MİRŞAHİD OĞLU (1967) Poeziya, Müsabiqə 1 августа 2024 828 100 1 2 3 4 5 Seyidov Saleh Mirşahid oğlu - 1967-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 132, 48 və 98 saylı məktəblərdə alıb.Moskva şəhərində həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra iki ilə yaxın Bakı Radioquraşdırma zavodunda işləyib. Sonralar Əhməd Cavad adına Mədəni Maarif texnikumununa qəbul olub və həmin texnikumu kütləvi tədbirlər rejissoru kimi bitirib. O, az bir müddətdə qəzetlərin birində ştatdan kənar yazar kimi işə qəbul olunub və orada işləyib. 2000-ci ildən isə Maştağa Bələdiyyəsində iyirmi il müddətini vergi agenti vəzifəsində işləyib. Hazırda mühafizəçi kimi fəaliyyət göstərir.Saleh Mirşahid oğlu gənc yaşlarından həm də bədii yaradıcılıqla da məşqul olur. Biz də aşağıda Saleh Mirşahid oğlunun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir və ona yen-yeni yaradıcılıq uğurları arzulayırıq!..ZiM.AzMƏNƏ ZÜLM EDƏCƏK HƏSRƏTİN SƏNİNQoy baxım doyunca üzünə gülüm,Gözümə həkk olunsun surətin sənin.Danış ürəyində qalmasın sözün,Bir şirin nəğmədir söhbətin sənin.Sənə dərdlərimi danışım gedim,Sənin saçlarına qarışım gedim.Son dəfə səninlə barışım gedim,Qalmasın qəlbində nifrətin sənin.Bizimçün ayrılıq çətin olacaq,Sanki gül-çiçəklər vaxtsız solacaq ,Məndən xatirələr sənə qalacaq,Mənə zülm edəcək həsrətin sənin.Ömrümün baharı qışa dönəcək,Daha gülüşlərim daşa dönəcək.Ulduzlar gözümdə yaşa dönəcək,Əyəcək qəddimi möhnətin sənin.Qovuşa bilmirəm sənin tək yara,Bir təhər dözürəm bu intizara.Sevginin yolunda mən bəxti qara,Bilmədim belədir qismətin sənin.DÜNYABir bilən yox nədir qəsdi,Ayıqdırmı, yoxsa məsdi.Üzü dönsə yaman tərsdi,Can bezdirib, yoran dünya.Sərvət verib, canı aldı,Gah nurlandı, gah qaraldı.Kim deyər ki, mənə qaldı,Ey özünə qalan dünya.Bəzən haqqa zindan oldu,Qız-gəlinlər saçın yoldu.Məzarlarla üstün doldu,Məzarsızdı haran dünya?Gah bürküdü, gah ayazdı,Dağ ucaltdı, dərə qazdı.Bir yanında güllü yazdı,Bir yanında boran dünya.Hey söyülüb , qarğışlandın,Bəzənildin, naxışlandın.Bir görmədim alqışlandın,Yalan dünya, yalan dünya.QƏZƏLSənsiz gözəlim həmdəmim ancaq kədər oldu,Uğrunda nələr etdim, axırda hədər oldu.Yazdım mənə ayrılıq edən qüssə, kədərdən,Yüzdən biri toplandı necə gör əsər oldu.Gülşəndə bizi hər dəfə əğyar qoşa gördü,Zənnimcə səbəb ayrılığa bədnəzər oldu.Ayrıldıq ey sənəm, biz o gündən ki, yad olduq,Göz yaşlarımız sanki bir ümman qədər oldu.Çəkdi səni Məcnun kimi səhralara eşqin,Saleh, sənə bu hicran ölümdən betər oldu.QƏZƏLBu gözəllərdə məni hər biri bir yerə çəkir,Əqlimi başdan alır, həsrəti hicranə çəkir.İstərəm rahat olum, mən də bir asudə gəzim,Ovlayıb könlümü, lakin pərilər qanə çəkir.Sanki yaz ətri gəlir məst xumarım artır,Nə zaman ki, yar açıb, saçlarına şanə çəkir.Var ixtiyarı hər kəsin sevib-sevilmək üçün,Ağıllı insan olan əvvəl imtahanə çəkir.Saleh hər kim ki, bu dünyaya məhəbbətlə baxır,Dəf edib hər çətini, dərdini mərdanə çəkir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.