Şair AĞACAN (1886 - 1951)

Şair AĞACAN (1886 - 1951) Ağacan Cabbar oğlu Cabbarlı - 1876-cı ildə qədim Dağ Borçalının Gümrü bölgəsinə daxil olan Şo­ra­yıl maha­lının səfalı dağ kəndi olan Qaraisə (bəzi mənbələrdə: Qa­rakilsə) kəndində dünyaya gəlib. (İndi oralar Er­mənistanın tərki­bin­dədir). Ara-sıra şeirlər ya­zan Cabbar kişi oğlu Ağacanı da ya­zıb-oxu­yan gör­­mək is­təyyirdi. Elə bu məqsədlə də onu molla yanına şa­ğird qoymuşdur. Ağacan burada dərin dini təhsil almaqla yanaşı, həm də ərəb, fars dillərini yaxşı öy­rənmişdir.
Bu, sonralar Ağa­canın şeir­lərində də özünü göstərmişdir. Doğrudur, erkən yaşlarından söz qoşmağa baş­layıb, çox gənckən Azər­baycanda, Türki­yədə, İranda və Gürcüstanın Borçalı mahalında məş­hurlaşan, qısa bir vaxtda aşıq-şair kimi böyük hörmət və şöhrət qazanan Şair Ağa­canın ilk qələm məhsulları gənclik ruhu ilə yazılmış alovlu mə­həb­bət şerləri olmuşdur.

Belə rəvayət edirlər ki, Ağacan neçə müddət kölgə kimi izlə­diyi qızı günlərin birində bulaq başında təklikdə görür. Ona yaxınlaşıb su istəyir. Qız bir qab su verib üzünü yana çevirir. Su içməyə yanğısı olmasa da, onu mə­həbbət alovu yandırırdı. Ora­da­ca qıza "A Cey­ranım" rədifli bir qoşma deyir. Həmin şerin sonluğu belədir:

Mən dözmədim, sən də dözmə,
Bircə söz de, çəkim nəzmə.
İndən belə ağa gəzmə,
Ağacanam, a Ceyranım.


Məhəbbət həsrəti gənc aşiqi gündən-günə saraldır. Həssas ata qəlbi bunu duymaya bilməzdi.
Odur ki, Cabbar kişi şair oğlunu şer dili ilə dindirmək qərarına gəlir:

Söylə görüm, nə bəlaya uğradın,
Gəzirdin qarşımda salamat, oğul!
Nə söylərsən elə divanə kimi,
Açırsan başıma əlamət, oğul!

Yaxşı oğul düşmənindən bac alar,
Hər yerdə adlanar, adı ucalar,
Yəqin bil ki, atan vaxtsız qocalar,
Dönüb olsan əgər bədövlət, oğul!

Cabbar deyər, gəl danışaq yazanı,
Dövr eləyib bu dünyanı gəzəni,
Oğul gərək malı özü qazanı,
Atadan oğula nə dövlət, oğul?!

Çox erkən anasını itirmiş, uşaqlıq illəri ağır keçmiş, ilk mə­həbbəti olan Gülzarla qovuşa bilməmiş Ağacan üçün atasının nə demək istədiyi aydın idi...
Ağacan 19 yaşında ailə qurur, Gülxanım adlı bir qızla evlənir. Bir ildən sonra qızı Zəhra dünyaya gəlir.
Körpənin ayağı sayalı olur, gəlin gənc ərini iki oğulla sevindirir. Lakin...

Ağacan ailə sevincindən doymamış, erməni quldurları başı min bəla çək­­miş xalqı öz doğma el-obasından pərən-pərən salır. 1906-cı ildən də Ağa­canın ailəsi Gümrüdən çıxmalı olur, çıxmalı olur yox, didərgin düşür, ailə üzvləri də bir-birindən xəbərsiz. Cəlladların törətdiyi vəhşiliklər çalın-çarpaz dağ çəkir Ağacanın ürəyinə; ömür-gün yoldaşından və üç körpə­sin­dən xəbərsiz Borçalı mahalının Quşçu kəndinə pənah gətirir. Uzun ax­tarış­lardan, əziyytlərdən sonra ailəsi­nin və qohumlarının İranda və Türki­yənin İstambul şəhərində məs­kən saldıqlarını öyrənə bilir. Ürəyində övlad nis­gili qalan şair bir də onu öyrənə bilir ki, böyük oğlu Qəmbər əzab-əziy­yətlərə dözə bilməyib, dünyasını dəyişib. Dərd üstün­dən dərd yüklənir şairə...

Uşaqlıq illəri чох ağır keçib. 1906-cı ildə erməni-müsəl­man qarşı­dur­ması nəticəsi olaraq ailəsi ilə birgə Şorayıldan çıxır, ailə üzvləri pərən-pərən dü­şür.
Ağacan özü Borçalının Quşçu kəndinə pənah gətirir, ömür-gün yoldaşı və üç körpəsinin sorağını Türkiyədən alır.

Şair Ağacanən həyatı Borçalıda da ağır keçib. O, Quşçu kəndində də uzun müddət yaşaya bilməyib və məcburiyyət qarşısında qalıb Qaçağana köçüb və burada məskunlaşıb.

Şair Ağacan 1917-ci ildə ikinci dəfə öz əmisi qızı Zəhra ilə ev­lənir və öm­rünün sonuna qədər onunla yaşayır. İki oğlu-Ənvərlə, Şəmistan və iki qızı - Tərlanla Göyçək dünyaya gəlir... Lakin... Ağa­can Quşçu kən­dində də çox yaşaya bilmir. O, ərəb və fars dillərini kamil bildiyin­dən kəndin naşı mol­lalarının savadsız­lığını sübut edib, onların yalanlarını xalqa başa saldı­ğın­dan, camaatın gözündən düşən "molla"lar yaxınlıqdan keçən arxın suyunu açıb, gecəynən Ağacanın evinə doldururlar. Elə o vaxt­dan ailəsi ilə birlikdə qonşu Qaçağan kəndinə köçür. Həmin ha­disədən təsirlənən şairin qaynar si­nəsindən ana südü qədər təmiz, dağ çeş­məsi kimi şəffaf şerlər axmağa baş­layır.
Şair Ağacan Qaçağan kəndində də yersiz təqiblərə məruz qalıb. Də­fələr­lə qandallanıb, lakin günahsız olduğundan azad edilib. Lakin kin-küdurət daş qəlblərdən silinməyib.
1943-cü ildə Şair Ağacanı günahı olmadan yenə həbs edirlər. O, həbs­xanadan xalq şairi Səməd Vurğuna üz tutub belə bir məktub yazır:

Şair dura bilmir, hazırdı hazır,
Səməd Vurğunluya salamlar yazır.
Eşidin, dostunuz azadmı gəzir,
İndi düşüb qazamatda saxlanır.

S.Vurğun məktubu alan kimi Borçalıya gəlir və Ağacanı azad etdirir. Başıbəlalı şair"çiçəklənən ölkəmiz"də belə "ağ günlər" görür. Sinninin o vaxtında əziyyətlər qatlaşır, əzablar, aclıq-susuzluq çəkir, soyuq üzlər görür, soyuq qışlar keçirir. Çox keçmir ki, Ağacan daha bir hökmlə, həm də qəti qərarla "tuşlaşır".
O, 1949-cu ildə ailəsi ilə birlikdə Rusiyanın Tomsk vila­yətinə sürgün edilir.

Şair Ağacanın 86 yaşlı qızı Zəhrə nənə 1992-ci ildə söhbət za­manı o günləri nəmli gözlə, qırıq-qırıq sözlərlə belə xatırlayırdı:
"Üzünə gün doğmadı atamın. Yurddan-yurda, eldən-elə düşdü, bir kü­mədə isinməmiş, ayağını qatlayıb rahatlanmamış başqa yerə köçürüldü. Ən zül­mətli də axırıncı sürgün oldu. Uzaq, kimsəsiz, yad el, yad xalq, özgə mil­lət, yad təbiət qoynunda məskən saldıq. Dözənmirdi sinninin qoca vaxtında, yaşının ötkəm çağında, deyərdi "balaların yanında günahsız günaha batıram, xoşbəxt etməyim bir yana qalsın, rahatlığa da möhtac qoydum balalarımı".
Uzaq eldə, yad torpaqda etibarlı, sədaqətli, vəfalı, qeyrətinə, hünərinə bələd olan ömür-gün yoldaşından şair Ağacanın bircə diləyi olub:
"Zəhra, Vətənə qayıdası olsanız, sümüyüm çöllərdə qalmasın. Bu dünyam Vətən həsrətli keçdi, o dünyam Vətənsiz qalmasın".
Ömrü boyu həyatı qarlı-boranlı keçən şair ömrünü də qışda övladlarına bağışladı.
1951-ci ilin yanvar ayının 26-da yadlar ara­sında, qərib, sinəsi dolu, sözlü-söhbətli bir şair əbədiyyətə qovuş­du.
Soyuq qış gecəsində, soyuq sifətlər içində qərib bir şair həyatdan köçdü. Ömrü çətinliklə keçən şairin qəbri də çətinliklə qazıldı.
Beləcə buz bağlamış torpaqda uyuyur bir müddət şair Ağacan. Sonra isə mürvətli qadını sürgündən azad ediləndə Ağacanın sümük­lərini qərib torpaqda qoymur. Çətinliklə də olsa, qəbri qazır, sümükləri bir sandığa yığıb özü ilə Qaçağana gətirir. İllərlə heç kəsə bu barədə heç bir şey deməyir. 1958-ci ildə oğlu Ənvər vəfat edəndə süfrə üçün qənd axtararkən Ağacanın sümüklərini tapırlar. Ona görə də Ağacanın ikinci dəfni Ənvərlə bir gündə oldu. O, el adətilə müqəddəs torpağa tapşırıldı. Ağacanın sümük­ləri indi sə­daqətli həyat yoldaşı Zəhra ilə bir başdaşı altında, Qaçağan kəndinin qə­birstanlı­ğında uyuyur. Ruhları şad olsun!..

...Bəli, Ağacan Cabbar oğlu bu dünyaya gələndən-gedənə kimi dərd dağarcığı ürəyindən asılı yaşayıb. Onun üzü gülməyib əsla. Fəqət nə dərdə təslim olub, nə qəmə baş əyib. Bu aləmə kişi kimi gəlib, kişi kimi də gedib. İlk təhsilini mollaxanada alan şair dinə son dərəcə etiqadlı olub və öm­­rü boyu mollalıq eləyib. Ərəb, fars və türk dünyasına dərindən bələd olub. On üç-on dörd yaşlarından bədahətən şer deyən Agacan bu haqq ver­gisinin işığı altında son nəfəsinədək söz qoşub və dilinə qadağa eləməyib. Bütün haqsızlıqları qamçılayıb. Cəza üstən cəza olsa da, de­diyindən dön­mə­yib. Bu yerdə şairin öz şerini xatırlamaq yerinə düşər­di:

Daha sənə çox ixtiyar vermərəm,
Durmursan yerində farağat, dilim,
Danışanda ziyanını çəkirəm,
Açırsan başıma əlamət, dilim.

Nə desələr, cavabında hazırsan,
Cismi-cəsədinə qəbir qazırsan.
Hərdən toxunmalı şer yazırsan,
Hər yetənnən olmaz zarafat, dilim.

Şair Ağacanın "Gəlmədi" sərlövhəli şeri də oxunaqlıdır və burada şairin öz həyatı əksini tapmışdır:

Nə müddətdir göz dikmişəm yollara,
Necə oldu ala gözlüm, gəlmədi.
O qüdrət qaşları qələm yaxılı,
Bulud altda qəmər üzlüm gəlmədi.

Əslim Borçalıdı- Vətənim, yurdum,
Özümü dəryadan ümmana vurdum,
Neçə ildi bir tərlana tor qurdum,
Ovçuları yola düzdüm, gəlmədi.

Şair Ağacana badə veribdi,
Deyirlər, ilqarı yada veribdi,
Özü bir həftəyə vədə veribdi,
Ay da keçdi, ilə dözdüm, gəlmədi.

Onu da qeyd edək ki, Ağacan sənətinin xəzinəsini ustad sənət­karın öz şağirdi, dünya işığından məhrum olan Aşıq Göyçə Məm­mədov düz yarım əsrdən çox, Qaçağanda sinəsində qoruyub saxlayıb. (Təəssüflər olsun ki, Aşıq Göyçə də 1996-cı il martın 1-də 66 yaşında dünyasını dəyişib; hazırda Şair Ağacanla bir qəbirstanlıqda uyuyur. Allah hər ikisinə rəhmət eləsin! - Müəllif- M.Ç.)

Və yeri gəlmişkən, qeyd edək ki, Ağacan irsindən örnəklər hələ 1920-30-cu llərdə Salman Müm­tazın "El şairləri", Hümmət Əlizadənin "Аzər­bay­can aşıqları" toplu­larında çap olun­muş­du. Şairin zəngin irsi Aşıq Göyçənin sinə dəftə­rində qorunmuşduр. Sonralar isə tanınmış qələm sahib­lə­rin­dən Sü­ley­man Əfən­di, Osman Osmanlı, Xətayə Rüstəmova, Pər­viz Ka­zımoğ­lu və b. Aşıq Ağacanın həyat və yara­dıcılığından mət­buat­da söhbət açmış, onun sənət irsini üzə çıxarmışlar. (Son illərdə isə Şair Ağacanın ədəbi irsinin təbliğində bu sətirlərin müəllifi olan Müşfiq Borçalı ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Borçalıda yaşayıb-yaradan tanınmış tədqiqatçı-alim Mahmud Kamaloğlu, eləcə də şairin yaxın qohumu Şakir Qurban və başqaları böyük əmək sərf edirlər. - M.Ç.)
Qədirbilən oxu­cular adından onların hamısına təşəkkür edir, öz min­nət­darlığımızı bildi­rir,
ustad Şair Ağacana isə Allahdan rəhmət diləyir, "Ruhun şad olsun!" - deyir və aşağıda
onun bir neşə şeirini oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
1994



(Bax: Müşfiq Çobanlı. "Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 44-48.)



Onda

Sənə dedim çıxma dağlar başına,
Tipi boran olar, qar olar onda.
Əlini uzatma sən hər yuvaya,
Şahmar ilan olar, mar olar onda.

İşin nədi bu Rüstəmi Zalınan,
Girmisən meydana qeylü-qalınan.
Dananı qoşsalar qoca kalınan
Görərsən hansına, zor olar onda.

Gör nələr var bu ustanın canında,
Hünərin varsa da dur meydanında.
Əlli il qalsan Ağacanın yanında,
Anlamazsan nə cürə tor olar onda.


Gəlir

Gəlirəm düşməynən xam xiyallara,
Tozlama meydanı pəhlivan gəlir.
Gumbultu sallbdır çöl, biyabana,
Şir kimi nərildər bir aslan gəlir.

Budur gəlir xəsim eləməyə cəng,
Məgər tuş olmamış qarşına pələng.
Morj verir dəryalar, qıjıldar ləhəng,
Dalğalanıb gör ki, bir tufan gəlir.

Yaxşı dinlə bu sözləri dərindən,
Duman getməz Ağacanın sərindən.
Elə bil ki, dağ oynayıb yerindən,
Alıbdlr, başına bir duman gəlir.


O daşa

Əzəl Allah, Məhəmməd, Əli,
Beş kimsələr həkk olunub o daşa.
Naşı sərraf bilməz onun qiymətin,
Arif olan qiymət qoyar o daşa.

Mərd igidin mən olaram qurbanı,
Verə urfanı, kəsə qurbanı.
Urafələr bir yol kəsər qurbanı,
İslam olan üzün sürtər o daşa.

Yazıq Ağacanam bağrı yaralı,
Xeyli qəmzə bağrım başı yaralı.
Kamandarsan yaxşı gözlə baranı,
Kəlləsindən təkərlənmiş o daşa.


Şair Ağacanın "Cahangir" dastanından
bir qıfılbənd:


Gəşt eyləyib bu cahanı gəzərkən ustad,
Rast oldum ənbiyalar beşinə.
İyirmi kəlmə yazılıb bir varaq üsdə,
On Firudin, on Siludin, beşi nə?

Oxumuşam bu urfatı mən başdan,
Kimə səda gəldi dağınan, daşdan.
Usda xəbərin varmı, on beşdən?
Beş mələkdir, beş kitabdır, beşi nə?

Cagangirəm, sayı edirdim ona,
Geyindim, keçindim bir ayrı dona.
Əfdida kim iydi gəldi cahana.
Beşi pəncərə əl aba, beşi nə?

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ  (1924-2008)

QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1924-2008)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı, Müşfiq Borçalı
NAKAM TALELİ VERGİLİ ŞAİR HÜSEYN SARAÇLI (1917-1937)

NAKAM TALELİ VERGİLİ ŞAİR HÜSEYN SARAÇLI (1917-1937)

Borçalı
Deputat Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib

Deputat Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib

Məktəblər
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Şair Kazım Qaçağanlı vəfat edib

Şair Kazım Qaçağanlı vəfat edib

Borçalı, Nekroloqlar
VƏLİ TOMAYEV (1923-1964)

VƏLİ TOMAYEV (1923-1964)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Borçalı
ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!..

ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!..

Tv, Folklor, Borçalı, Nekroloqlar, Müşfiq Borçalı
Şair Sadaxlı İsmixan Cəfərov dünyasını dəyişib

Şair Sadaxlı İsmixan Cəfərov dünyasını dəyişib

Nekroloqlar
Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Bolus
Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Rustavi, Qarayazı, Nekroloqlar
QASIM ABBASƏLİ (1944)

QASIM ABBASƏLİ (1944)

"SAZLI-SÖZLÜ BORÇALI", UNUTSAQ, UNUDULARIQ!....
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
ƏLƏSGƏR XUDAYEV (1932-1971)

ƏLƏSGƏR XUDAYEV (1932-1971)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ

Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ

Ədəbi tənqid, Borçalı, Bolus, Müşfiq Borçalı
Rəy yazın: