İsıqlı adamın çəkilməmiş portreti

İsıqlı adamın çəkilməmiş portreti VİLAYƏT RÜSTƏMZADƏ - 80

Onunla ilk dəfə necə tanış olmağımız tam dəqiqliyi ilə yadımda deyil. Amma təxmini bilirəm ki,ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəli idi. Mən təyyarə ilə Moskvadan Bakıya qayıdırdım. Təyyarədə mənimlə yanaşı bir oğlan düşmüşdü.Orta boylu, gülərüz bir oğlan idi. Həmişə üzü-gözü gülürdü. E1ə bil daxili gözündə, üz cizgilərində əks olunmuşdu. Bir rəssam kimi mənim üçün maraqlı natura obyekti idi. Mənə elə gəlirdi ki, mən onu birinci dəfə yox, lap çoxdan tanıyıram. Buna da səbəb onun olduğu kimi görünməyi idi.

Təyyarə yerdən səmaya qalxana qədər ikimiz də susduq. Bir qədər gedəndən sonra gördüm o çox darıxır, mənimlə söhbətə əlverişli məqam axtarır. Onu intizardan qurtarmaq üçün mən sükutu pozmalı oldum:
– Cavan oğlan,Moskavada oxuyursunuz?
Elə bil, üstündən ağır yük götürüldü . Gülə – gülə dilləndi:
– Toğrul müəllim,əvvəllər oxumuşam. Bir vaxtlar Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun tələbəsi olmuşam.Sonra Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışam. Hazırda Bakıda işləyirəm. Məni tanıdığı, adımı dediyi üçün ismini soruşdum. Cavabı belə oldu: – Vilayət Rüstəmzadə ... Sonra qələm – kağız çıxardı, ev və iş telefonlarını yazıb mənə verdi və bundan sonra aramızda xoş ünsiyyət yarandı. Ədəbiyyatdan, incəsənətdən, xalq yaradıcılığından, aşıqdan, sazdan o qədər maraqlı söhbətlər etdi ki, mənzil başına nə vaxt çatdığımızı hiss etmədik. Fikirləri olduqca orijinal və düşünülmüş idi. Arqumentləri, məntiqi güclü olduğu üçün ilk anda həmsöhbətində özünə maraq yaradırdı. Elə canlı danişırdı ki, hətta bir qədər çevik rəssam onun danışdıqlarının konturlarını, rəsmlərini çəkə bilərdi.

İsıqlı adamın çəkilməmiş portreti Açığını deyim, Vilayət Rüstəmzadə ilə təyyarədə olan bu təsadüfu görüşümüz bizim sonraki dostluğumuz üçün bir körpü oldu. Mən onu tez – tez o vaxtlar Flarmoniya ilə üz-üzə olan emalatxanama dəvət edib, saatlarla oturub söhbətlər edirdik.O,çox mütərəqqi meyilli, mübariz bir insan idi.Yüksək intellektli olması ona hər şeyi öncə görməyə kömək edirdi. O,həm ədəbiyyatşunas, həm şair, həm tərcüməçi, həm də gözəl naşir idi. Hiss edirdim ki, passionar şəxslər kimi özünə sığmır, özünü tam realizə edə bilmədiyi üçün əsəbiləşir.

Yadımdadır,” Azərnəşr”də işlədiyi dövrlərdə çalışırdı ki, mən bəzi kitablara illüstrasiyalar çəkim. Mən isə belə işlərdən qaçırdım. Axır məni dilə tutub inandırdı ki, milliliklə bəşəriliyin hormoniyasının üstadı olan Toğrul Nərimanbəyov nağıllarımıza, dastanlarımıza illüstrasiya çəkməyəndə, bəs kim çəkəcək?! Gərək sən çəkib örnək olasan ki, o birilər də sənə baxıb bu işi davam etdirsinlər...
Nə isə, Vilayətin təkidi ilə bir neçə nağıl və dastan kitablarına illüstrasiyalar çəkdim. Çox maraqla qarşılandı. Mən onun öz portretini də çəkmək fikrindəydim. Hətta bu portiretin adını da müəyyənləşdirmişdim: “İşıqlı adam”. Amma, obyektiv səbəblər üzündən bu baş tutmadı. Mən 1987-ci ildə ABŞ-da, sonra Lüksemburqda, daha sonra Parisdə yaşamaq zorunda qaldım.

Mənim Filarmoniya ilə üzbəüz olan emalatxanamın divarında qalın rənglə Vilayət Rüstəmzadənin ev telefon nömrəsi yazılıb. Bir dəfə Parisdən Bakıya gələndə götürüb ona zəng etdim. Kədərli bir qadın səsi eşitdim: –Vilayət bir neçə ildir ki, dünyasını dəyişib...

Elə bil telefonun dəstəyi əlimdə ağır bir qantelə döndü. Mən inana bilmədim ki, bu nikbin, üzügülər, içi, çölü işıqla dolu olan insan nə vaxtsa dünyasını dəyişə bilər.

Toğrul Nərimanbəyov
SSRİ-nin və Azərbaycan Respublikasının xalq rəssamı,
SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı

20.02.2010

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

UNUTSAQ, UNUDULARIQ!...., Elanlar
İşıqlı adam

İşıqlı adam

UNUTSAQ, UNUDULARIQ!....
ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

Publisistika, Başkeçid
Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Bədii Tərcümə, Tiflis
İstanbuldan Bakıya uçan rus təyyarəsi

İstanbuldan Bakıya uçan rus təyyarəsi

MEDİA, Köşə yazılar
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

Darvaz
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Sadiq GÖZƏLOV:

Sadiq GÖZƏLOV: "Hüquq və filologiya fakültələri qaldı bir kənarda, jurnali ...

Hüquq
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə

Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə

Təbriklər
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
AzTU-nun rektoru Vilayət Vəliyevə ağır itki üz verib

AzTU-nun rektoru Vilayət Vəliyevə ağır itki üz verib

AzTU, Nekroloqlar
SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru iş ...

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru iş ...

Azərbaycan
AZƏRBAYCAN RƏSSAMLIĞININ MİKELANCELLOSU

AZƏRBAYCAN RƏSSAMLIĞININ MİKELANCELLOSU

Mədəniyyət, Gürcüstan, Qarayazı
GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ  ZƏNGİNLƏŞDİRƏN USTAD

GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ ZƏNGİNLƏŞDİRƏN USTAD

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Başkeçid
Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Bakı, MEDİA, Tarix, Rusiya
Zəng eyləmə...  (Mənsur şeir)

Zəng eyləmə... (Mənsur şeir)

Regionlar
Rəy yazın: