Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI

REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI Sovet idealogiyası tərəfindən ictimai-siyasi fəaliyyətləri
və ədəbi-bədii yaradıcılıqları qadağan olunan,
unudulmaları və yaddaşlardan silinmələri üçün
qəsdən kölgələrdə və arxivlərin qaranlıq künclərində
gizlədilən, neçə-neçə görkəmli Azərbaycan övladının
üzə çıxarılmasında, yenidən xalqımıza qaytarılmasında,
tanınmış ədəbiyyatşünas alim - filologiya elmləri doktoru,
professor, Azərbaycan Respublikasının I və II çağırış
Milli Məclisinin deputatı olmuş çox hörmətli Millət vəkili
Şamil Dünyamalıoğlu Qurbanovun əməyi böyükdür.


O, Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış,
indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan
şəxsiyyətləri üzə çıxarmışdır.

Hüseyn Minasazov, Ömər Faiq Ne’manzadə, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı,
eləcə də, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə
və başqaları kimi dəyərli ziyalılarımız haqqında bir-birindən qiymətli tədqiqat əsərlərinin müəllifi olan professor Şamil Qurbanovun ən böyük ədəbi-elmi və ictimai xidməti Şeyx Cəmaləddin Əfqani Nəriman Nərimanov haqqında tədqiqatlarıdır.

Əslində isə biz, bu günlərdə bəzi "siyasətçi"lər tərəfindən yenidən yersiz hücumlara məruz qaldığını nəzərə alaraq, xüsusi olaraq vurğulamaq istəyirik ki, Azərbaycanın böyük dövlət xadimi, görkəmli yazıçı və dramaturq, tanın­mış publisist və həkim Nəriman Nərimanovun irsinin tədqiqinə həsr etdiyi əsərləri professor Şamil Qurbanovun elmi yaradıcılığının zirvəsi hesab edirik.

Şamil Qurbanov 1991-2001-ci illərdə dövri mətbuatda dərc etdirdiyi məqalə və müsahibələrini toplayıb “Nəriman Nərimanov dünyası” (2001) kitabında toplu halda nəşr etdirmişdir. Bu kitab N.Nərimanov irsini təftiş edən səbatsızların tənqid və ifşasına həsr olunmuşdur.


Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI Ədəbiyyatşünas alim Şamil Qurbanovun bu mövzuda “Nəriman Nərimanov: ömrünün son illəri” adlı ikinci kitabı 2003-cü ildə işıq üzü görmüşdür.
Müəllif “Azərbaycan” nəşriyyatında kütləvi tirajla buraxılan bu kitabında Nəriman Nərimanovun siyasi xadim kimi böhranlı illərdə keçirdiyi iztirab və faciənin mahiyyətini açmağa çalışmış və öz istəyinə nail olmuşdır.

Xalqımızın görkəmli siyasi xadimi, ədibi, maarifçisi, millətinin gələcəyini işıqlı görmək istəyən Nəriman Nərimanovun əvəzsiz xidmətlərinin geniş kütləyə doğru-düzgün çatdırılmasında böyük əhəmiyyət kəsb edən kitabda Leninə, Stalinə, Orconikidzeyə və başqa şəxslərə yazdığı məktubların verilməsi Nəriman Nərimanovun mübarizliyini, böyüklüyünü, vətəndaşlığını olduqca aydın şəkildə göstərir.

Kitaba “Nəriman Nərimanovun son vuruşu və qəti qələbəsi”, “Atatürk və Nərimanov”, “Nəriman Nərimanov və Məmmədəmin Rəsulzadə”, “Heydər Əliyev və Nəriman Nərimanov” kimi bölmələr, müsahibələr, radio və televiziya verilişləri əlavə edilmişdir.

Əsərin sonunda verilmiş əlavələr Nərimanovun ömrünün sonlarında apardığı mübarizənin nə qədər ciddi olduğunu əyani səkildə göstərir və oxucuların gözləri qarşısında canlandırır.

Kitaba həmçinin müəllifin 2001-ci ildə işıqüzü görmüş və oxucular tərəfindən böyük maraqla qarşılanmış "Nəriman Nərimanovun dünyası" kitabı haqqında respublika daxilində və xaricində müxtəlif mətbuat orqanlarında dərc olunmuş rəylərin bir neçəsi də daxil edilmişdir.

Təvazökarlıqdan uzaq olsa da, böyük fərəh və qürur hissi ilə qeyd etmək istəyirik ki, bizim ”Şərqin səsi” qəzetində (N 15-16(55-56), sentyabr, 2001) dərc olunmuş rəyimiz də məhz həmin rəylərin arasında yer almışdır. Aşağıda həmin rəyi bir daha dəyərli oxucularımıza təqdim edirik.

Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI
Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI


















LAYİQLİ CAVAB Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI

Böyük dövlət xadimi, görkəmli yazıçı və dramaturq, tanın­mış publisist və həkim Nəriman Nərimanov Azərbaycan xalqının mənəvi dayağı, gücü və qüv­vətidir. O, Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür.
Nəriman Nərimanov sadəcə bir siyasətçi, sadəcə Azərbaycan İnqilab Komitəsinin sədri, yaxud Komissarlar Sovetinin rəhbəri, yaxud da SSRİ Nazirlər Sovetinin 4 sədrindən biri deyildi.
O, həm də böyük mütəffəkkir, görkəmli ədib, istedadlı yazıçı, savadlı həkim və ən əsası, xalqını və millətini sonsuz dərəcədə sevən böyük vətəndaş idi!..
Nəriman Nərimanov kimi böyük, daha doğrusu, dahi şəxsiyyətlər hər yüz ildə bir yox, heç min ildə də bir döğulmurlar!..
Biz həmişə və hər zaman onu belə tanımışıq, belə tanıyırıq və gənc nəsillərə də məhz belə tanıtmalıyıq!..
Zaman-zaman N.Nəri­manovun seçil­miş əsərləri çap olunmuş, tədqiqatçıların diqqətini cəlb etmiş, onun haqqında çoxlu əsərlər, qalın-qalın kitablar yazılmış, filmlər çəkilmiş, əbədi yaşayacaq tunc heykəli Bakının mərkəzində ucaldılmış və bu gün də onun heykəli bütün şəhərə nur çiləyir...
Sözsüz ki, dahi Nəriman Nərimanovun ən böyük heykəli bizlərin - bütün Azərbaycan xalqının - qədirbilən insanların qəlbindədir!..


Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI Təəssüflər olsun ki, son zamanlar bəzi “demokratik ziyal­lılar” insafsız­casına Nəriman Nərimanova “hücumlar” edir, ona böhtanlar atır və bu günkü gəncləri çaşdırmağa çalışırlar. Lakin nə yaxşı ki, belə "demok­ratlar"a tutarlı cavab verən alim­ləri­miz də var! Bu mənada tanınmış alim və ictimai xadim, Millət vəkili, BDU-nun professoru, filologiya elmləri doktoru Şamil Qurba­novun təzəcə “Azərnəşr” tərəfindən çapdan çıxmış “Nəriman Nərimanov dünyası” adlı kitabı təqdirəlayiqdir.

Kitabda son vaxtlar Nəriman Nərimanovu haqsız yerə təftiş və tənqid edənlərin fikirləri təkzib olunur, “həmin demok­ratların” səhv olduqları faktlar əsasında sübut olunur.

Kitab müəllifin ön sözü ilə açılır.
İlk məqalə “Nəriman Nərimanovu təftiş etmək heç kəsə baş ucalığı gətirməz” adlanır. Burada müəllif öz fikirlərini “N.Nərimanov: Mən millətimi sevi­rəm, çünki anamı sevirəm”, “N.Nərimanov mən bircə gün də qoymaram Qarabağ erməni tapdağı altında qalsın”, “Nərimanovun şəxsiyyəti ziddiyyətli olmayıb”, “N.Nərimanov “kommunizm ilə islamiyyəti barışdırmaq istəyirdi” sərlövhəli başlıqlar altında aydın və ətraflı açıqlayır.

Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI Bəli, həyatda səhvsiz adam olmamamışdır. N.Nərimanovun səhvləri özündən doğmurdu, mühitdən, şəraitdən və təklikdən irəli gəlirdi. Müəllif “N.Nərimanov zəmanəsinin övladı idi” sərlövhəli məqaləsində bu fikirləri bir daha təsdiq edir və Aydın Balayevə, Həmid Əliyə, Nəsiman Yaqubluya və başqalarına layiqli cavab verir: N.Nərimanovun ünvanına deyilən hər bir əsassız söz xalqın üstünə tökülən çirkab, qara ləkə əsası olmayan bir iftira kimi qəbul olunmalıdır.
“N.Nərimanov Borçalını heç kəsə hədiyyə etməmişdir”adlı məqalə isə kitabının məziyyətlərini daha da artırır.
Kitabda oxuyuruq:

“...Borçalı Azərbaycanın ən müqəddəs və sağlam yerlərin­dən biridir. Burada böyük və görkəmli yazıçılar, dövlət xadim­ləri yetişmişdir. 1918-ci ildən 1988-ilə qədər, 70 ildə Borçalı Azərbaycana dörd dövlət rəhbəri ver­mişdir. Bunlar son dərəcə möhkəm əqidəli, beynəlmiləlçi və alovlu vətən­pərvər idilər. Bun­ların haqqında nə qədər ürək açıqlığı ilə danışmaq və yaz­maq olar! Heç biri haqqında zərrə qədər fakt tapmaq olmaz ki, onların barəsində sabitləşmiş fikri dəyişsin. Bunlar Əlimər­dan bəy Top­çubaşov, Nəriman Nərimanov, Həsən Se­yi­dov, Həsən Həsənov kimi xas poladdan tökülmüş insanlardır. Xas polad­dan tökülmüş ona görə deyirəm ki, şəxsiy­yətləri və ideyaları ilə ən sağlam adam­lardır, üstəlik “Aza qayıl, çoxda gözü olmayan” liderlərdir. Xalqına, vətə­ninə min bir tellə bağlı olan şəxsiy­yətlərdir.
Bəzən Nərimanovu tənqid edənlər Bor­çalını da onun ayağına yazır, qeyri-elmi fikir söyləyirlər. Onlara elə gəlir ki, arxiv materiallarını heç kəs oxumayıb və heç kəsin də bu işlərdən xəbəri yoxdur!...

Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI ...Borçalı vaxtı ilə Nadir şah tərəfindən gürcü knyazlığına verilmişdir. O vaxtdan çox keçmişdir. Borçalı məsələsi ilk dəfə 1918-ci ildə qaldı­rıl­dı. Bu məsələ o vaxt pıçıltı ilə deyilirdi. Mübahisəli zona adla­nırdı. Mən 80-ci illərdə Ömər Faiq Nemanzadə haqqında tədqiqat apa­randa Borçalı haqqındakı dövlət qərarını tapıb həm monoqrafiyaya, həm də rusca və azərbaycanca onun əsərlərinin tam külliyatına daxil etdim ki, gələcək tədqiqatçılar ondan öyrən­sinlər. Axı Ömər Faiq Gürcüstan İnqilab Komitəsinin üzvü idi. “Ba­kinskiy ra­bo­çi” qəzetinin 1921-ci il 21 fevral tarixli nömrəsində Ömər Faiq daxil olmaq­la Gürcüs­tan İnqilab Komitə­sinin 10 nəfər üzvünün imzaladığı bəyannamədə deyilirdi: “Azərbaycan, Abxaziyanın və Osetiyanın qardaş xalqları öz talelərini özləri həll edə­cəkdir. Amma üsyana qalxmış Borçalının zəhmətkeş insanları 3 res­pub­likadan birinə - Azərbaycana, Gürcüsta­na, Ermənistana birləşdir­məklə məsələni öz istədikləri kimi həll edəcəklər.”
Borçalının əhalisi hiss etdi ki, qardaşlıq dünyası qurulur, onlara mərkəz lazımdır, buradan 500 kilometr Bakıya getmək­dənsə, Tiflis qulağının di­bindədir. Ona görə də qaldı Gürcüs­tanın tərkibində. Bu, bəyəm hədiyyə­dir? Axı, danışanda bir gərək insafla danışasan. Digər tərəfdən o vaxtı elə ha­disələr vardı ki, onları mütləq nəzərə almaq lazımdır. Borçalının Dağ Borçalısı vardır. Ermənistanın bir hissəsini tuturdu. Dağın o üzündə Çavaxe­tiyada Axısqa türkləri idi, bunları nəzərə almadan danışmaq düzgün olmaz...”

Kitaba müəllifin 1991-ci ildən 2001-ci ilədək Nəriman Nərimanovu müdafiə edən məqalə və müsahibələri də daxil etmişdir.

Nəhayət, biz də Millət vəkili, çox hörmətli professor Şamil Qurbanovu yeni, həm də olduqca dəyərli, vaxtında yazılmış bir kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI.

Bax:
”Şərqin səsi” qəzeti,
N: 15-16 (55-56), sentyabr, 2001.

“Borçalı ensiklopediyası”, 4-cü cild,
Bakı, "Azərbaycan" nəşriyyatı, 2002, səh. 17-20.



P.S. :
Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI Xatırladırıq ki, Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir.
1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Müdafiədən sonra o, "Bakı" "Baku" qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir. 1989-cu ildə həmin kafedranın müdiri seçilmişdir.
1975-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Şamil Qurbanov Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan şəxsiyyətləri üzə çıxarmışdır. Şeyx Cəmaləddin Əfqani, Ömər Faiq Ne’manzadə, Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı. Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Nəriman Nərimanov və b. haqqında dəyərli tədqiqat əsərləri vardır.
1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran,. Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir.
Şamil Qurbanov 1980-cu ildən ömrünün sonuna - 2004-cü ilədək BDU-nun professoru olmuşdur.
22 kitabın, 300-dən çox məqalənin müəllifidir.
Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur.
1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisideputat seçilmişdir.
O, Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiri olmuş və millət vəkili kimi respublika Parlamentində fəal iştirak etmiş, istər dəyərli alim-pedaqoq, istərsə də ləyaqətli Millət vəkili kimi böyük hörmət və nüfuz qazanmışdır.

Professor Şamil Qurbanov 2004-cü ilin yanvar ayında Bakı şəhərində vəfat etmiş və II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Allah rəhmət eləsin...


P.S:... P.S :
Əziz və unudulmaz Şamil müəllim!
Öz xalqını, millətini və müəllimlərini sevən və bu barədə nəinki məqa­lələr, hətta, ayrıca və bir-birindən sanballı kitablar yazan bir şəxsi - görkəmli alimi və ictimai xadimi və sözün əsl mənasında,
Müəllimlər Müəllimini unutmaq olarmı?
Əsla yox!!!
Hörmətli Şamil müəllim!
Siz bütün Sizi sevənlərin - bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqsınız!
Ruhunuz şad olsun!..


Həmişə, daima, hər vaxt, hər zaman özünü Sizin tələbəniz hesab edən
Müşfiq BORÇALI,
"Şərqin səsi" qəzeti,

10.02.2004.




ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şamil QURBANOV (1934-2004)

Şamil QURBANOV (1934-2004)

Milli Məclis, BDU, "XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
Nəriman Nərimanov Gürcüstanda niyə yadlaşıb?

Nəriman Nərimanov Gürcüstanda niyə yadlaşıb?

Tv, Borçalı
“Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın...

“Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın...

Tiflis, Borçalı, Köşə yazılar
MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN  ...

MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN ...

Dünya, Arxiv
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
FAXRALI KƏNDİ - 2

FAXRALI KƏNDİ - 2

"XXI əsrin Ziyalıları", Bolus
Bəhram Mehdi: Nəriman Nərimanovun Tiflisdəki Ev muzeyini xalqa qaytarın!

Bəhram Mehdi: Nəriman Nərimanovun Tiflisdəki Ev muzeyini xalqa qaytarın!

Tv, Tiflis
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
ABBAS HACIYEV - 90

ABBAS HACIYEV - 90

ADPU, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Yorulmaz tədqiqatçı alim NƏRİMAN SEYİDƏLİYEV

Yorulmaz tədqiqatçı alim NƏRİMAN SEYİDƏLİYEV

Humanitar elmlər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ

NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ

Humanitar elmlər, Elmi Məqalələr
Vətəndaş, alim, jurnalist - Teymur Əhmədov - 85

Vətəndaş, alim, jurnalist - Teymur Əhmədov - 85

MEDİA, Ədəbiyyatşunaslıq
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Rəy yazın: