TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!..

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!.. Bu günlərdə qardaş Türkiyədən
şad bir xəbər almışıq:

Ardahan Universitetində çalışan dəyərli söydaşımız, tanınmış şair-jurnalist, görkəmli Borçalışünas alim, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin
Mərkəzi Almanyada yerləşən "Lambert Academic Publishing" isimli Uluslararası yayınevi tərəfındən "Gürcistan Azeri Türklerinin Âşık Şiiri Gelenekleri" adlı monografik kitabı işıqüzü görmüşdür.
"Kitapda Borçalı'da ortaya çıkan ezel, özel, güzel âşık sanatı ürünleri incelenmektedir."

Biz də fürsətdən istifadə edərək, hörmətli ziyalımız, professor Şurəddin Məmmədlini
yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, bədii yaradıcılığında,
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Bakı, 14 noyabr, 2016-cı il.


* * *

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!.. Fevralın 28-i hazırda qardaş Türkiyədə,
Ardahan Universitetində çalışan
dəyərli söydaşımız, tanınmış şair-jurnalist, görkəmli Borçalışünas alim, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin anadan olmasının 60 illik Yubileyi tamam olur.

Biz də fürsətdən istifadə edərək,
hörmətli ziyalımız Şurəddin Məmmədlini
60 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
bədii yaradıcılığında,
elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayır və
hələ neçə illər öncə "Çağdaş Borçalı ədəbi məktəbi" (Bakı, 1994) və "Gürcüstanda Azərbaycan mətbuatı" (Bakı, 1998) adlı kitablarımızda
Şürəddin müəllimin yaradıcılığı haqqında çap olunmuş məqalələri aşağıda dərc edir, onları təkrarən oxucularımızın ixtiyarına verməkdən böyük məmnunluq duyuruq!...
Bakı, 27 fevral, 2016-cı il.



ŞURƏDDİN MƏMMƏDLİ (QARAPAPAQ)
(1956)

Şurəddin Bahyəddin oğlu Məmmədli (Qarapapaq) - 1956-cı il fevralın 28-də qədim Borçalı mahalının
Bolus (indiki Bolnisi) ra­yo­nunun Kolagir kəndində anadan olub.

A.S.Puşkin adına TD­Pİ-nin filologiya fakültəsinin Azərbaycan bölməsini
fərq­lənmə dip­lomu ilə bitirib.

Bir neçə il Gürcüstan Dövlət Radio və
Televi­zi­ya Komitəsinin Azər­baycan dilində veri­lişləri redak­siyasın­da işləyib.

Sonra bir müddət «Gürcüstan» qəzeti redaksi­yasında ədə­biyyat, incə­­sənət və mədəniyyət bölümünün müdiri
və­zifəsində çalışıb.

Daha sonralalr isə o, «Gürcüstan» qəzeti redaksi­yasında çalışmaqla yanaşı, eyni zamanda vaxtı ilə ali təhsil aldığı A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına)
Tbilisi Dövlət Pedaqoji İnstitutunda
pedaqoji fəaliyət göstərib.

Azərbaycan-Gürcüstan mədəni, tarixi, ədəbi əla­qə­lərinə dair məqalələrin, neçə-neçə elmi və pub­lisistik yazı­ların müəllifi kimi tanınan Şurəddin Məmmədli işgüzar bir alim­dir, bu barədə ayrıca söhbət açacağıq. (Hələlik isə təkcə onu qeyd edək ki, Şurəddin Məmmədlinin «Paralanmış Borçalı…» adlı ilk kitabı 1992-ci ildə Bakıda «Azər­nəşr» tərəfindən işıq üzü görüb və qısa bir müddətdə oxucular tərəfindən böyük rəğbət qazanıb.)

Şurəddin Qarapapaq həm də gözəl şairdir. Onun şeirləri «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı», «Dağlar dərdə düşsə…» və s. ədəbi məcmuələrdə, qəzet və jurnallarda işıq üzü görüb. Onun şeirləri ana Kürün pıçıltıları kimi lirikdir. Qədim bir elin kədər-sevinc dünya­sından söhbət açır bu pıçıltılar…

Orda - burda torpaq da bir, çay da bir,
Orda - burda qış da eyni, yay da bir,
Orda - burda haray da bir, hay da bir,
Anadan ayrılmış baladır yurdum!..

Orda - burda Kür adında sonam var,
Orda - burda Qarayazı uzanar,
Orda - burda qovuşuqdur şah dağlar,
Anadan ayrılmış baladır yurdum!

Ş.Məmmədlinin yaradıcılığının əsas mövzusunu - Ana vətən, Müqəddəs torpaq, Doğma yurd və
Əziz el-oba məhəbbəti təşkil edir.

Göz açır dünyaya insan beşikdə,
Analar laylayla durur keşikdə…
Müqəddəs beşikdir sevdiyim Vətən,
Qoynunda uyuyan bir körpəyəm mən!

Yaxud:
Bilmirəm, bu şeri necə yazardım,
Öz duyğu odumda alışmasaydım,
Yəqin kəsə yolu çoxdan azardım,
Mən yurdum naminə çalışmasaydım!

- deyən şairin «Şərq», «Babəkər», «Vətən», «Yarandım ki…», «Düşünək dünyanın taleyini biz» və s. şeirləri də bu qəbildəndir.

Borçalıda Azərbaycan - türk mənşəli yer adlarının haqsız olaraq «gür­cüləşdirilməsi» əməliyyatına qarşı həyəcan təbili çalan Şurəddin Qarapapaq yazır:

Bu torpaqda ocaq mənim,
Od mənimdir, dəymə ona!
Bu torpaqda ağac mənim,
Ot mənimdir, dəymə ona!

Kök atdığım yurddu bu yurd,
Hər qəbirdə dərd uyuyur,
Nər-nər oğullar böyüyür,
Dad mənimdir, dəymə ona!

Tanrı şahid, elat qədim,
Bu elatda qıryat qədim,
Bu kənd qədim, bu ad qədim,
Ad mənimdir, dəymə ona!

Göründüyü kimi, Ş.Qarapapağın şeirlərində sanki bir «Cəngi» ruhu var. Şair «Haqqım, hey!..» şeirində yazır:

Xalqa qəsd olardımı?
Haqqa qəsd olardımı?
Qulaqların kardımı,
Ədalət, hey!.. Haqqım, hey?!

Azadlıq! Adın şirin.
Azadlıq! Dadın şirin.
Gözündən vurub şərin
Hayqırım, hey… qalxım, hey!..

Lal olmaq çox çətindir,
Mən ac, sən tox - çətindir.
Güvəncim Qeyrətimdir,
Taleyim, hey… talxım, hey!..

Diksin, a dünya, diksin,
Səksən, a dünya, səksən
Sənsən, a dünya, sənsən
Savırım, hey… salğım, hey!..

Şəhidlərim - anddımı?
Sabahım əyandımı
Axır ki, oyandımı
Millətim, hey… xalqım hey!

Ş.Məmmədlinin «Haydı, qoç Koroğlu, haydı» sərlövhəli şeirində çağırış, ha­ray, ruh daha güclüdür:

Nəvələrin düşüb dara,
Haydı, qoç Koroğlu, haydı!
Qövr eləyir dərin yara,
Hoydu, qoç Koroğlu, hoydu!..

Çənlibeldə duman, çəndi,
Andımız Torpaq, Vətəndi,
Nər igidlər himə bənddi,
Huy de, qoç Koroğlu, huy de!

Dəliləri başına yığ,
Telli sazı köksünə sıx,
Haqqı çağır, nahaqqı yıx,
Hay de, qoç Koroğlu, hay de!
Haydı, qoç Koroğlu, haydı!

Xalqına, millətinə torpağına vurğun olan şairə öz el-oba­sına dünəni də, bü günü də, sabahı da yaxşı məlumdur. Elə buna görə də sevimli yurdda­şımız, akademik Kamal Talıbzadənin yubileyi günündə deyilmiş «Kəhkəşan» şeiri bu sözlərlə tamamlanmışdır:

Axar sular
bir də axar.
Borçalıda
körpə-körpə oğulların
hərəsi bir Nəriman,
hərəsi bir Şaiqdir,
hərəsi bir Kamaldır,
Kamal müəllim!

Bu günümüzün, sabahımızın Nərimanlarına, Şaiqlərinə, Kamallarına arxa­lanan şair «Var olacağam» şeirində gözəl deyir:

Köküm - Qarapapaq,
Köçüm - qara torpaq,
Ovqatım pakdı, pak,
Nərəm, nər olacam.

Duruşum saz üstə,
Yadam kinə, qəsdə,
Halal-hümmət dosta
Yaram, yar olacam.

Borçalı - öz yurdum,
Burda binə qurdum,
Səf-səf durur ordum,
Varam, var olacam!

Var ol, sağ ol, şair qardaşım Şurəddin! Yaşa səni! Yaşat ana Vətənimizi!
Sən Borçalısız, Borçalı sənsiz olmasın!..


Müşfiq BORÇALI.

(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.94-98.)



REDAKSİYAMIZIN ARXİVİNDƏN:
“ALIN YAZIMIZ”

Qədim saz-söz yurdu, igid ərənlər vətəni, ağır elli Borçalı mahalından bu günlərdə şad bir soraq almışıq: Filologiya elm­ləri namizədi, istedadlı jurnalist, şair-tərcüməçi Şurəd­din Bahəddin oğlu Məmmədlinin
“Alın yazımız” adlı daha bir kitabı işıq üzü görmüşdür.
(Tiflisdə fəaliyyət gös­tərən “Da­yaq” cəmiyyətinin sifarişi ilə Gürcüstanın “Sam­­şoblo” (“Və­tən”) Nəşriyyatının mətbəəsində çap olun­muş bu kitabın xüsusi redaktoru S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Uni­versitetinin Azərbaycan dili və ədəbiy­ya­tı ka­fedrasının mü­diri, professor Valeh Ha­cıye­vdir.)

Gürcüstan Respublikasının hazırda Kvemo (Aşağı) Kartli adlandırılan bölgəsinin, daha dəqiq desək, qədim Borçalı ellərimizin keçmişinə, dünəninə, bu gününə, başqa sözlə, mədəni-sosial-iqtisadi həyatına həsr olunmuş kitabı - “Əzəli qaynaqlar”, “Orta yüzillər”, “On səkkizinci yüzil”, “On doq­quzuncu yüzil”
“İyirminci yüzil” sərlövhəli 5 bölmədən iba­rət olan kütləvi-publisistik oçerki oxuduqca aydın hiss olu­nur ki, geniş oxucu kütləsinə ünvanlanmış bu əsər müəl­lifin gərgin əməyinin nəticəsidir və onun çəkdiyi zəhmət öz bəhrəsini vermişdir.

Əminik ki, təcrübəli qələm sahibi olan Şurəddin qarda­şımızın 5 il üncə “Azərnəşr” tərəfindən nəşr olunan və qısa bir müddətdə oxucuların böyük rəğbətini qazanan “Par­a­lan­mış Borçalı...” kitabı kimi bu yeni kitabı - “Alın ya­zı­mız” da oxucular və bütün borçalısevərlər tərəfindən böyük ma­raqla qarşılanacaqdır.

(Bax: Müşfiq Çobanlı. Yeni nəşrlər. “Təhsil”, №95, sentyabr,1997.)



TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!.. REDAKSİYADAN:

Ulu Borçalımızın dəyərli ziyalıları və
tanınmış qələm sahibləri arasında
öz səsi və işgüzarlığı ilə seçilən,
«Qarapapaq» təxəllüsü ilə yazdığı
neçə-neçə bir-birindən gözəl, lirik, oxunaqlı və
«Cəngi» ruhlu şeirlərin müəllifi olan,
seçmə qoşqularından ibarət
"Borçalıda sular axar..." adlı kitabı
hələ 1997-ci ildə Tiflisdə nəşr olunan və
qısa bir vaxtda oxucular tərəfindən
böyük rəğbətlə qarşılanan
Şurədddin Məmmədli istedadlı şair
olmaqla yanaşı, həm də
bacarıqlı publisist, həqiqətsevər jur­nalist
və zəhmətkeş alimdir.

Ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində
bir sıra sanballı kitabların, monoqrafiya və
məqalələrin müəllifidir. Məşhur Borçalışünasdır.

Filo­logiya elmləri doktoru, professordur, Gürcüstan Milli Ədə­biyyat Akademiyasının akademikidir.

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!.. Bir neçə ildir ki, qardaş Türkiyədə,
Ərdahan Universitetində çalışır.

Qarşıdan Şurəddin Məmmədlinin anadan olmasının 60 illik Yubileyi gəlir.

Biz də fürsətdən istifadə edərək,
hörmətli ziyalımız Şurəddin Məmmədlini
Yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı,
bədii yaradıcılığında və
elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arulayırıq!...

Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı, Turan
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər
Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Fond, Yeni nəşrlər, Tiflis, Turan
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
Zərgər Musa, üçüncü kitabın mübarək!..

Zərgər Musa, üçüncü kitabın mübarək!..

Borçalı, Qarayazı, Təbriklər
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

TDPİ-nin Azərbaycan bölməsi, Msxeta, Təbriklər
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
QASIM ABBASƏLİ (1944)

QASIM ABBASƏLİ (1944)

"SAZLI-SÖZLÜ BORÇALI", UNUTSAQ, UNUDULARIQ!....
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

BDU, Borçalı, Təbriklər
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
Rəy yazın: