Qədim SARAÇLI kəndi

Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Qədim SARAÇLI kəndi Fiziki-coğrafi mövqeyi:
Qədim Borçalı mahalının böyük ellərindən olan SARACLI kəndi - Qədim Bağ Borçalısının Güney tərəfindəki dağların ətəyində - Bolulus bölgəsində (indiki Bolnisi rayonunda) rayon mərkəzi Bolnisi şəhərindən 22 km Şərqdə, Gürcüstanın paytaxtı Tiflis şəhərindən isə 60 km cənubda, dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Ehram (Xrami) çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində, əsasən də sağ sahilində yerləşir.

Saraçlı qonşu kəndlər –Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km məsafədədir.
Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur.
İnzibati ərazisi - 25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur.
Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir.

Toponimi:

Bu oykonim mənbələrin verdiyi məlumata görə, Qıpçaq-qazax qarapapaqların Qazax elinə məxsus olan Saraclı elinin adını daşıyır. «Saraclı» tayfa adı əsasında təşəkkül tapıb. (Bax: Mədəd Çobanov, Müşfiq Borçalı. Borçalı toponimləri. Bakı, 2012, 356 səh.)

Orta əsrlərdə Osmanlıda tayfalardan biri Saraclı olub.

Həmçinin, Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində də Saraclı adlı kənd olub.

Gündoğar səmtdə erkən tunc dövrünə aid arxeoloji məskəndə saxsıdan qara pardaqlı, əzmə naxışlı, göy cisimləri təsvirli qablar tapılıb. Yaxında VI-VIII əsrlərə aid salon formalı kilsə aşkarlanıb.

Gürcüstan hökumətinin qeyri-tarixi və qeyri-milli siyasəti nəticəsində 1992-ci ildə Saraclı kəndinin adı dəyişdirilib - gürcü dilində «Mamxuti» adlandırılıb.


Tarixi:

Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar.
Deməli, gürcü tarixi qaynaqları hələ XVII əsrin sonlarından Saraçlını oturaq kənd hesab etmişlər.

Saraçlılar XVIII əsrin sonuna qədər Kür çayının sol sahilində Dəmirçihəsənli nahiyəsində (indiki Qardabani rayonu ərazisində) yaşayırdılar.
Əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olsa da, əkinçiliklə (daha çox taxılçılıqla) məşğul olanlar da az deyildi.
Saraçlılar payız və qış aylarını Qarayazı qışlaqlarında keçirir, yazın sonu və yayda isə Dağ Borçalıdakı dədə-baba yaylaqlarına qalxırdılar.
1785-ci ilin sentyabrında dağıstanlı Ümmə (Ömər) xan böyük bir qoşunla Qanıx çayını keçib Gürcüstan ərazisinə soxuldu.
Xanın əsas məqsədi Rusiyanın himayəsinə sığınmış çar İraklini və gürcüləri cəzalandırmaq olsa da, bu amansız hücumun ilk hədəfi yaylaqdan təzəcə qayıtmış Dəmirçihəsənli kəndləri oldu. Gözlənilməz qətl-qarətlə üzləşən əhali, sözün həqiqi mənasında, pərən-pərən olub dağıldı.
Borçalının və ümumən bütün Cənub-Şərqi Gürcüstanın o ağır günlərində dağlıların anlaşılmaz qəddarlığından canını və malını qurtarmaq istəyən bir çox kəndlər kimi saraçlıların bir hissəsi də İrəvan və Qarabağ xanlıqlarına üz tutdu.
Borçalıda – dədə-baba yurdunda qalmaq istəyənlər isə xilas yolunu İmircala adlanan yerdə, Arpa qobusunun ayağında gizlənməkdə gördülər.
Bir ildən artıq davam edən qətl-qarət rusların köməyi ilə sakitləşdikdən sonra əhali bir daha xaraba qalmış köhnə yurda – Dəmirçihəsənliyə qayıtmadı.

Yeni yurdda da uzun müddət yaşamaq mümkün olmadı. 1795-ci ilin sentyabrında İran şahı Qacarın Tiflisə hücumu ərəfəsində calanın ağcaqanad və mığmığasından, qara suyun yaratdığı xəstəliklərdən əziyyət çəkən əhali adi bir təsadüf nəticəsində indiki yerinə – Sağsağanlı dərəsinin ətrafına köçüb Qaraqayanın ətəyindəki bulağın və onun suyu ilə yaranmış kiçik gölün ətrafında məskunlaşdı.

İraklinin ikinci arvadı Dariyadan olan və qardaşı Georgi ilə taxt savaşında Borçalıların dəstəyinə arxalanan Aleksandr Mirzəyə məxsus təmiz havası və suyu ilə fərqlənən bu səfalı yerlər 1801-ci ildə rəsmən saraçlılara verildi. Əldə olan tarixi sənədlər, Gürcüstan Rusiyaya ilhaq edildikdən sonra, Saraçlı torpaqlarının böyük bir hissəsinin milliyyətcə osetin olan kavaler asessoru İsaq Qamazovun mülkiyyətinə verildiyini göstərir. Lakin XIX əsrin ortalarından başlayaraq saraçlılar bu torpaqları onun özündən və sonralar oğlu Artyomdan satın almağa başladılar. Beləliklə, XX əsrin əvvəllərində Qamazovların əlində yalnız Ağalıq bağ deyilən kiçik bir sahə qalmışdı.
Bolşeviklər Saraçlıya 1921-ci il fevralın sonunda ayaq basdılar.
Aşağı Qoşakilsə, Yuxarı Qoşakilsə və Molla Əhmədli kəndlərinin də daxil olduğu Saraçlı kənd icmasının əvəzinə Saraçlı kənd sovetliyi yaradıldı.
1931-ci ilin əvvəllərində isə kənddə kolxoz quruluşuna keçildi.


Əhalisi:
Əhalisinin əksəriyəti Azərbaycan türkü olan Saraçlıda 1870-ci ildə 161 ailədə 1079 nəfər, 1886-cı ildə 143 ailədə 1026 nəfər, 1926-cı ildə 316 ailədə 1438 nəfər, 2002-ci ildə 758 ailədə 2841 nəfər, 2006-cı ildə 728 ailədə 2217 nəfər yaşayıb. Hazırda əhalisi 3841 nəfərdir.

Etnik Azərbaycan türkü olan saraçlılar tarixi qaynaqlara və tədqiqatçıların yekdil rəyinə görə soykök etibarilə qıpçaqların qazaxlı tayfasının qarapapaqlardan sonra ən böyük tirəsidir.

Qədim SARAÇLI kəndi Saraçlıda bizə məlum olan ilk siyahıyaalma 1727-ci ildə Cənubi Qafqazı tutmuş Osmanlı imperiyasının vergi dəftərdarları tərəfindən aparılmışdır. O zaman saraçlılar Dəmirçihəsənli nahiyəsində yaşayırdılar. "Dəftəri-müfəssəli-əyaləti-Tiflis" adlanan və İstanbul Başbakanlıq Osmanlı Arxivində saxlanan bu vergi dəftərində yalnız kişi cinsindən olan sakinlər siyahıya alındığından (№№441,442) kənd əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyil.
2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə isə Saraçlı kəndinin əhalisi 2841 nəfər olmuşdur ki, onların 48,9%-i kişilər, 51,1%-i qadınlardır.

Hazırda əhalisinin sayına görə Saraçlı, rayonun Bolus Kəpənəkçisi, Faxralı, ArıxlıDarbaz kəndlərindən sonra 5-ci ən iri kəndidir.

Elmə, savada böyük marağı ilə fərqlənən Saraçlı uşaqları 1919-cu ilədək kənddəki molla məktəblərində təhsil alırdı.

Həmin il Saraçlıda Azərbaycan dilində ilk dünyəvi məktəb açılıb. Bu dördillik məktəb sovet hakimiyyəti illərində əvvəlcə yeddiillik məktəbə,
1956-cı ildə isə orta məktəbə çevrilib. İndi orta məktəbinin kollektivi məktəbin 100 illik Yubileyinə hazırlaşır.

Saraçlı məktəbinin yetirmələri arasında 60-dan artıq alim, yüzlərlə müəllim, mühəndis, həkim, hərbçi, dövlət qulluqçusu var.
Onlar Gürcüstan və Azərbaycanla yanaşı Türkiyə, Rusiya və başqa ölkələrdə də çalışırlar.

Akademik Zahid Xəlilov, professorlar Abdulla və Həmdulla Mehrabovlar, Yaşar Nazıyev, Əflatun Saraclı (Məmmədov), Binəli və Zülümxan Musayevlər, Biləndər Allahverdiyev, Yadigar Hüseynov, Gürcüstanın Əməkdar hüquqşünası Nəsib Hacıyev, məşhur ustad aşıq Hüseyn Saraclı, şairlər Nizami Saraclı, Taiyel Qəribli, İntizam, Tofiq Qaraqaya, Dilsuz Musayev, Dəyanət Osmanlı, ictimaiyyətçilər Mahmud, Məmməd və Nəbi Nəbizadələr, Süleyman Çobanov, Fikrət Süleymanoğlu, Azadxan Mirzəyev, Kərəm Bədəlov, Əmək Qəhrəmanları Gülxanım Mirzəyeva, Omar Orucov, Yaşar Nazıyev, Məhəmməd Abdullayev, Paşa Hüseynov, müharibə qəhrəmanları İsa Hüseynov, Məmməd Səfərov, Məhəmməd Mirzəyev, pəhləvan Söhrab Bayramov və b. bu kəndin yetirmələridir.



Qədim SARAÇLI kəndi SARACLİ KƏNDİ HAQQINDA ŞERLƏR

Tariyel QƏRİBLİ

SARAÇLI

Sığınıb dağların yaşıl qoynuna,
Yenə gülüstana döndü Saraçlı.
Yayılıb sədası bütün cahana,
Dillərdə söylənir indi, Saraçlı.

Qədim adətidir qonağa hörmət,
Yoldaşa sədaqət, dosta məhəbbət,
Şadlıq bəxş eyləyib ona təbiət,
Yarandığı gündən şəndi, Saraçlı.

Bilirəm dünyada yaxşılıq itməz,
Namərdin bağında tikan da bitməz,
Ömründə heç kəsə xəyanət etməz,
Xətadan, bəladan gendi, Saraçlı.

Bu eldən güc alıb neçə sənətkar,
Aşıq Hüseyni var, Əflatunu var,
Hər yerdə tanınır Zahidlə, Yaşar,
Elmdə, hünərdə öndü, Saraçlı.

Bülbülə gülşəni, gülü şirindir,
Övladları məğrur, dili şirindir,
Hər kəsə öz yurdu eli şirindir,
Tariyel Qəribliyə kəndi, Saraçlı.

ANA QORXUSU

Göydə gurultu salıb
təyyrələr uçanda
Diktor yad ölkələrdən
Efirdə söz açanda
Təlaş keçirib yaman
Narahat olur anam
Deyirəm ki anacan
Nədəndir Söylə görək
Səndə bu vahimələr
Narahatlıq
Həyacan
O deyir kövrələrək
Nə bilim ay bala mən
Dilim ağzım qurusun
Deyirəm yenə birdən
Boşaldıb ürəyini
söhbəti bitirmir o
MÜHARİBƏ sözünü
dəhşətli ən ağır
acı bir kəlmə kimi
Dilinə gətirmir o...

Qədim SARAÇLI kəndi HƏDSİZLİK

Elə yerindəyəm təbiətin mən
Gözəllik içində itib batmışam
Yapışıb buludun ətəklərindən
Dağın zirvəsinə gedib çatmışam
Buradan aydınca görünür hər yan
Sağ tərəf meşədi sol tərəf dərə
Aşagı baxıram sankin bir zaman
Gül çiçəək yığıbdır çəmənliklərə
Görürəm dərənin düzün həddi var
Sığır bu ölçüyə həm meşə həm dağ
Görürəm hər şeyin bir sərhəddi var
Yoxdur gözəlliyin sərhədi ancaq...

BU NƏ İŞDİ DƏDƏ QORQUD

Ölçüb biçdin hər kəlməni
Danıçanda havayı sən
Ad qoymaqda yanılmadın
Dördcə sözdən savayı sən
Qaranlığa zülmət dedin işığa nur
Seçdin sən öz vədəsində
Yaxşı odur
Yaman budur
Adı kimi uca tutub
MƏRD çağırdın ərənləri
NAMƏRD deyə damğaladın
ər oğluna yaraşmayan
nahaq bir iş görənləri
ulu kimi soy söylədin
ulu kimi boy boyladın
Nəyi gördün bu aləmdə
Nə ad verdin
Yaraşdırdın
Tək dördünün adı ilə
Mənasını qarışdırdın
O zamanlar
Sən cəmisi dördcə sözün
adını düz deməmişdin DƏDƏ QORQUD
Amma indi
...AĞI qara
Qaranı ağ eyləyən var
Düzə əyri
əyriyə düz söyləyən var
Bu nə işdi DƏDƏ QORQUD?...

Allah rəhmət eyləsin, Tariyel müəllim!...

(SARAÇLI RENAR EMİNOV, 30.06.2013.)



Qədim SARAÇLI kəndi P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya
digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə
TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

Bolus
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

Başkeçid
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

Borçalı
AYORTA kəndi:

AYORTA kəndi:

Bolus
«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU:

«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU:

Ağbulaq
BOLUS (BOLNİSİ) RAYONU  - 02

BOLUS (BOLNİSİ) RAYONU - 02

Elmi Məqalələr, Bolus, Müşfiq Borçalı
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU):

QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU):

Qaraçöp
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
DƏMİRLİ KƏNDİ

DƏMİRLİ KƏNDİ

Bolus
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Rəy yazın: