BƏYTƏKƏR KƏNDİ

BƏYTƏKƏR KƏNDİ BƏYTƏKƏR KƏNDİ BƏYTƏKƏR KƏNDİ BƏYTƏKƏR KƏNDİ BƏYTƏKƏR - Qədim Borçalı mahalının
Bolus (indiki Gürcüstanın Kvemo-Kartli Quberniyasının Bolnisi) ra­yonundakı dağ kənd­lərindən birinin adıdır.

Gü­man ki, bu kəndin adı özündə Sakların, Bulqarların tirəsi Təkə tayfasının, Qıpçaqlardakı Tək tayfasının adını əks etdirir və eyni zamanda, hələ Də­də Qorqud dün­ya­sında qə­bilə, qövm və tayfa mə­na­sında işlədilən «boy» (yaxud «bəy») və həmin sözün nisbi sinonimi mənasında iş­lə­dilən «təkə» sözü ilə bağlıdır.

«Kor­oğlu» das­tanının «Ey­vazın Çənlibelə gətiril­məsi» qolunda belə bir epizod vardır:

«Ey­vazın əldən getməyi bir tərəfdən də Koroğlunun Çən­libeldən gəlib Təkə Türk­manda belə iş görməyi Ərəb Rey­ha­na çox ağır gəldi.»

Göründüyü kimi, qədim dilimiz üçün sə­ciyyəvi olan «boy»«təkə» sözləri birləşib Boytəkə oykonimini əmələ gətirmişdir.

Hazır­da həmin oykonim Gür­cüstanın Azər­bay­can-türk mət­buatında Bey­­təkər şəklində sa­bit­ləş­miş­dir.

Yəni, «o» səsi «e» səsi ki­mi işlənmiş, «r» sə­­si isə artı­rıl­mışdır.

Də­niz səviyyəsindən 810 m yüksəklikdə yerləşən Bəytəkər kəndində 1870-ci ildə 8 ailədə 54 nəfər, 1886-cı ildə 9 ailədə 79 nəfər, 2002-ci ildə 65 ailədə 289 nəfər, 2006-cı ildə 59 ailədə 300 nəfər soydaşımız yaşayıb.

Hazırda bu kənddə 300 nəfərdən çox
soydaşımız yaşayır.

Bəytəkər kəndində 1937-ci ildən Azərbaycan məktəbi fəaliyyət göstərir.

Hazırda Məmmədov İdris İsmayıl oğlunun rəhbərlik etdiyi Bəytəkər Baza məktəbində
9 sinifdə 56 nəfər şagird
təhsil alır.

Bəytəkər kəndinin yetirmələrindən
XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI, son illərdə isə özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdan QÜDRƏT xanım KAZIMOVA,
tanınmış təhsil işçiləri Qarayeva Çiyala Xəlil qizi, Şamxəlil Allahverdiyev
və başqalarının adlarını qeyd edə bilərik...





BƏYTƏKƏR KƏNDİ P.S.:


ƏZİZ OXUCULARIMIZ!..

ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..

ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,

MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: