TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965)

TAMİLLA İSRAFİL qızı ƏLİYEVA  (1965)TAMİLLA İSRAFİL qızı ƏLİYEVA

(1965)

Tamilla İsrafil qızı Əliyeva
1965-ci il yanvarın 3-də qədim Borçalı mahalının Baş­­­­keçid (indiki Gürcüstanın Dmanisi) şəhə­rində anadan olmuşdur.
Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1972-ci ildə Dmanisi şə­hər orta mək­­­­təbinin birinci sin­finə getmiş, 1983-cü ildə həmin məktəbi bitir­mişdir.
Orta məktəbi bi­tir­dikdən sonra, 1984-cü ildə M.F.Axun­dov adına Azər­baycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Uni­ver­siteti) daxil olmuş və 1989-cu ildə həmin institutu fərq­lənmə dip­lomu ilə bitir­mişdir.
1991-1994-cü il­lərdə həmin insti­tu­tun əyani aspiran­turasında oxu­muş, 1994-cü ildən hə­min insti­tu­tun ədə­biyyat nəzəriyyəsi ka­fed­rasında əmək fəaliy­yətinə baş­la­mışdır. O, eyni zamanda, 2005-2009-cu illərdə Qərb Uni­versitetində, 2009-2010-cu il­lər­də Xəzər Univer­sitetində müəllim, 2012-ci ildə Azərbaycan Turizm İnstitu­tunda “Tu­rizmin Linqvistik təminatı” kafedrasının dosenti, rus dili müəl­limi, 2014-2015-ci illərdə isə Ardahan Üniver­sitesində Rus Dili və Ədəbiyyatı ögrətmən görəvi vəzi­fə­sində də çalış­mışdır.
Tamilla Əliyeva 1997-ci ildə namizədlik dis­sertasiyası mü­­­­dafiə et­miş, 1999-cu ildə Azərbaycan Respub­likası Ali At­­testasiya Komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi, 2012-ci ildə isə dosent elmi adı ve­rilmişdir.
O, 2009-2010-cı ildə Avropa proqrammı ilə Qrand qa­zan­mış və Bolgarıstanın Russe şəhərində, Angel Kın­çev adına Universitetdə 01.04.2010-30.09.2010-ci ilə ki­mi elmi fəaliy­yətini davam etdirmişdir.
12.09.2012-ci il tarixinli 1475 saylı əmr ilə 2013-cü il üçün BSU-nun “Ədəbiyyat nəzə­riyyəsi” kafedrasınına - ədə­biy­yat nəzəriyyəsi, ədəbi təhlil və tənqid 5715.01 ixtisası üz­rə Elmlər doktoru proqramları üzrə doktoranturaya ayrılmış qəbul pla­­nına əsasən əyani dok­toranturaya qəbul olunub. Dis­sertasiyasının mövzusu - «XX əsrin sonu - XXI əsrin əvvəllərində rus və Azərbaycan nəsrində pos­mo­der­niz».
16 may 2013-cü ildə Azərbaycan Respublikası Mə­də­niy­yət və Turizm Nazirliyi Turizm Bələdçilərinin və Tər­cüməçi-gidlərin Attestasiya Komissiyası Turizm Bələd­çisinin şəha­dətnaməsi verilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Tamilla İstafil qızı Əliyeva 2015-ci ilin aprelindən isə Polşada, Kra­kov Unıver­sı­tetındə «XX əs­­rin sonu - XXI əsrin əvvəl­lə­rin­də rus, gerb və Azərbay­can nəs­rində posmoderniz» haq­qında araş­dırmalar aparır.

2019-cu ildə isə Xəzər Universitetinin nəşriyyatında onun “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyası çapdan çıxıb.

Biz də, Tamilla xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir
və ona yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



Tamilla İstafil qızı Əliyevanın Əsərləri:
1. Y.Səmədoğlunun “Qətl günü” romanında modernizm axtarışları. Elmi əsərlər.Dil və ədəbiyyat seriyası. Bakı-2009, №1
2. M.F.Axundovun komediyalarında gadın surətləri. Elmi xəbərlər. Bakı-2009,№1,
3. Трикстер в фольклорных сюжетах Европы и Азии. University of Ruse. Proceedings, volume 49, book 6.3, Linquistics and Theory Literature, Ruse 2010.
4. Отражение культуры и народной психологии в эпосах стран Восточной Европы и Закавказья. University of Ruse. Proceedings, volume 49, book 6.3, Linquistics and Theory Literature, Ruse 2010.
5. Ədəbiyyatşünaslığa giriş. Bakalavrlar üçün program. Baki, 2010.
6. Проблема художественного метода. Программа для магис­тран­тов 2-го года обучения. Баку, 2010
7. Bədii metod problemi. İİ kurs magistrantları üçün proqram. Baki,2010
8. İ.Hüseynov yaradıcılığında insan problemi. Beynalxaq Simpozium. Azərbaycan Araş­­dır­maları jurnalı. Xazar Universiteti, 2009
9. Поэты - метафизики: От Джона Донна до Гамлета Исахан­лы. Beynalxaq Simpozium. Azərbaycan Araşdırmaları jurnalı. Xazar Universiteti, 2011.
10. Ədəbi metod, istiqamət və cərəyanlar. Metodik vəsait. Bakı,2011.
11. Божество, дух человека, или антропоморфное живот­ное? Azərbaycan Dillər Universitəsi. Baki-2011,№1,
12. Riyaziyatcı, filosof, şair. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu.Filologiya Məsələləri.”Elm vətəhsil”.Baki.2011.
13. Метафизическая поэзия как непосредственная мудрость. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya Məsələləri.”Elm və təhsil”. Baki,2011.
14. От постмодерна к постмодернизму. Научне Трудове На Ру­сенcки Университет. Болгария, Русенcки Университет, 2013
15. Энтропия как проекция времени глобальной трансформации культурных кодов. Материалы Международной конференции в БСУ. Bakı, Mütərcim, 2013
16. Ədəbi-tənqidin müasir texnalogiyası. Maqistır pilləsi üçün proq­ram. Bakı, Kitab aləmi, 2013
17. Ədəbi metod və cərəyanlar. Klassisizm, sentimentalizm, roman­tizm, realizm, naturalizm, posmadernizm. Bakı, Kitab aləmi, 2013.
18. Modernden Postmodernizme. Karadeniz. Uluslararası Sosiyal Bi­limler Dergisi. 2014.
19. Kültürel kodların küresel dönüşümünde entropi unsur olarak. Ka­radeniz. Uluslararası Sosiyal Bilimler Dergisi. 2015.
20. Qafqaz müharibəsi rus ədəbiyyatında. Xəzər Universiteti, Bakı, 2019.

(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.270-272;
II nəşr, 2020, səh.270-272).




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: