“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU
PƏRİXANIM MİKAYILQIZI,
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı,
dövlət qulluğunun baş müşaviri,
“Xarı Bülbül” və "Xurşidbanu Natəvan" medalı,
bir çox media mükafatları laueratı



Cənab Prezident İlham Əliyevin 7 may 2021-ci ildə imzaladığı sərəncama əsasən ŞUŞA - Azərbaycanın “Mədəniyyət Paytaxtı” elan edildi. Bu sərəncama görə Şuşada hər il keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında “Vaqif Poeziya Günləri” və “Xarıbülbül”, “Beynəlxalq Kulinariya” festivallarının keçirilməsi də nəzərdə tutulubdur.

Bildiyimiz kimi 2021-ci il mayın 12-13-də düşmən işğalından azad olunmuş Şuşada ilk olaraq “Xarıbülbül” festivalı keçirildi. Elan olunan bu tarixi gün, otuz il düşmən işğalında qalan torpaqlarımızın Ali baş Komandan cənab İlham Əliyev və rəşadətli Milli Ordumuz tərəfindən azad edilərək, 2020-ci ilin 8 noyabr tarixində yaşadığımız “Zəfər Günü” sevincini bizə bir daha yaşatdı.


Cənab Prezidentin 44 günlük müharibənin başa çatmasından sonra işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən təmir-tikinti, yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsinə şəxsən nəzarət etməsi bir daha onu göstərir ki, Qarabağ öz həyatına qayıdır.
Bundan əlavə, cənab Prezidentin 5 yanvar 2022-ci ildə imzaladığı sərəncama görə hər il ölkəmizdə “Şuşa ili” qeyd olunacaq və bu bir tarixi hadisə olaraq tariximizə yazılacaqdır.


2023-cü ildə isə “Şuşa ili”nin bir illiyi qeyd olunacaqdır. Artıq bu şərəfli günə hazırlıqlar başlayıbdır. Ölkəmizin hər yerində bu tədbir qürurla, fəxrlə qeyd edilir.
Çox sevindirici haldır ki, bu gün bütün məktəblərdə, ali və orta ixtisas təhsil ocaqlarında, idarə və müəssiələrdə II Vətən müharibəsi ilə bağlı keçirilən silsilə tədbirlərin sırasına “Şuşa ili” tədbiri də əlavə olundu.
Bu ilin mayın 5-dən 8-dək ilk dəfə olaraq Şuşada birinci “Beynəlxalq Kulinariya Festivalı” keçirildi. Dünyanın bir çox ölkələrindən bu festivalda yüzlərlə qonaqlar iştirak etdi. Bu festivalın keçirilməsi bizim uğurlarımızdan biridir. Mənfur düşmənin tapdağı altında otuz il inləyən Qarabağ torpağı, eləcə də Şuşa bu günlərdə əsl bayram əhvalı ruhiyyəsini yaşamaqdadır.
“Xarıbülbül” musiqi festivalı isə torpaqlarımızın düşmən tərəfindən işğal olunduğu müddətə qədər ilk dəfə 1989-cu ildə məşhur xanəndə Seyid Şuşinskinin 100 illiyi ilə əlaqədar, dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə keçirilmişdir. Qarabağ torpaqlarımızın, eləcə də Şuşanın işğalından sonra bu festival demək olar ki keçirilmədi. İkinci dəfə 1991-1992-ci illərin may ayında yığcam şəkildə Ağdam da, üçüncü dəfə Bərdə də, daha sonra isə Mingəçevirdə qeyd olunmuşdu.
Bundan sonra demək olar ki, hər il işğaldan azad olunmuş Şuşada və digər torpaqlarımızda bu tədbirlər silsilə şəklində keçiriləcəkdir.
“Şuşa ili” tədbirlərində Şuşadan olan mədəniyyət və incəsənət adamlarının yaradıcılığından söhbət açılacaq, müxtəlif illərdə(hətta sovetlər birliyinin tərkibində olduğumuz vaxtlarda da) Azərbaycan bəstəkarlarının, şair və yazıçılarının, rəssamlarının Şuşa haqqında meydana gətirdiyi əsərlərindən nümunələr göstəriləcək, sərgilər nümayiş ediləcək, böyük konsert proqramları təşkil ediləcəkdir.
Bu gün Şuşada himnimizin, musiqimizin, eləcə də azanımızın səslənməsi təkcə bizə xoş ovqat gətirmir, ilk növbədə 1987-ci ildən Qarabağda başlanan, qətlə yetirilən günahsız insanların, eləcə də hər iki müharibədə şəhid olanların ruhunu sevindirir. Şəhidlərimizin ruhu həm də ona görə şaddır ki, onlar düşməndən öz ata-babalarının da intiqamını aldılar.
Araşdırmaçısı olduğum Firidun bəy Köçərlinin haqqında “Şuşa ili” ərəfəsində qısaca olaraq aşağıdakıları oxucuların nəzərinə çatdırmaq istəyirəm.
Azərbaycan mədəniyyətinin nadir simalarından olan Firidun bəy Köçərli ilk olaraq bizim ədəbiyyatdan tanıdığımız şair və yazıçıların həyat və yaradıcılığını araşdıraraq,“Azərbaycan ədəbiyyatı” kimi dəyərli kitabı bizim ixtiyarımıza verdi.
F.b. Köçərli 1863-cü ilin 26 yanvarında Şuşada anadan olmuş, ilk təhsilini əvvəl Şuşada, sonra isə Qori Müəllimlər Seminariyasında alan ziyalılarımızdandır. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi əsl pedaqoq, gözəl ədəbiyyatşünas, folklorşünas, tənqidçi və publisist olan Firidun bəy Köçərli ədəbiyyat tariximizə imzasını yazdırmağı bacardı.
Firidun bəy Köçərlinin elmə, ədəbiyyata olan böyük həvəsi ona atası Əhmədağa kişidən keçmişdir. Əhmədağa kişi Şuşanın tanınmış, nüfuzlu şəxslərindən olubdur. O Firidun bəyi lap kiçik yaşlarından özü ilə Şuşada təşkil olunan şeir məclislərinə aparar, əzbər bildiyi Firdovsinin, Nizaminin, Füzulinin əsərləri ilə Firidun bəyi də tanış edərdi. Elə o vaxtlardan Firidun bəyin ədəbiyyata olan məhəbbəti yaranır. Firidun bəyin atası onun mükəmməltəhsil almasını arzulayırdı. Yaxşı vəzifələrdə çalışmaq üçün isə mütləq rus dilini bilmək lazım idi. Buna görə ibtidai təhsilini Şuşada alan Firidun bəyi, atası təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına göndərməli olur. Firidun bəy Müəllimlər Seminariyasını bitirdikdən sonra on ilə qədər İrəvan gimnaziyasında, sonra isə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində müəllimlik edir.
1918-ci ildə inqilab dalğaları bütün Rusiyada başlayanda, təbiidir ki, bizdən də yan keçmədi. Bu qarışıqlıqdan istifadə edən Firidun bəy gürcü dostlarının köməkliyi ilə seminariyanın Azərbaycan şöbəsini kitabxanası və arxivi ilə birlikdə çox çətinliklə də olsa Azərbaycanın Qazax rayonuna köçürə bilir. Qazaxın nüfuzlu şəxslərindən olan Məmməd koxa özünün on yeddi otaqdan ibarət Qazaxın mərkəzində yerləşən evini seminariya üçün Firidun bəyə verir, özü isə kəndə köçür. F.b. Köçərli Qazaxı ikinci vətəni hesab edirdi. Onun ömür-gün yoldaşı Badisəba xanım Vəkilova Firidun bəyin tələbə yoldaşları olmuş Məhəmməd və İsmayılın bacısı idi.
Qazax seminariyasının direktoru təyin edilən Firidun bəy, azərbaycanlı uşaqların təhsilə daha çox cəlb edilməsi yolunda gərgin iş aparırdı. Lakin, həmişə təqib və təzyiqlərə məruz qalan F.b.Köçərlini Qazaxda da rahat buraxmırlar. Azərbaycanlılara olan nifrətini gizlədə bilməyən murdar erməni siyasəti orada yenidən hərəkətə keçir. Onu həbs edirlər və aldadaraq Gəncəyə gətirir və elə oradakı qırmızı kərpicli, çay kənarında yerləşən bir məktəbin həyətində güllələyirlər.
Çox təəssüf lə qeyd etmək istəyirəm ki, Firidun bəyin övladı olmadığı üçün onun heç bir nişanəsi qalmayıbdır. Hətta, onu gizlin güllələdikləri üçün heç qəbrinin də yeri məlum deyildir. Firidun bəyə məxsus olan arxivi də düşmənlər tərəfindən yandırılaraq məhv edilmişdir. Bu gün Şuşa ilinin keçirilməsi ərəfəsində Firidun bəy haqqında söhbət açmağımın əsas səbəbi məhz onun Şuşadan olması ilə bağlıdır.
Biz bilirik ki, Qarabağ torpağı, xüsusilə də Şuşa dahilər məkanıdır. Şuşa ili ilə bağlı belə tanınmış şəxslər haqqında xatırlamalar bir ziyalı kimi bizim öhdəmizə düşür.
Bu gün bütün şəhidlərimizlə bərabər dahilərimizin, eləcə də Firidun bəy Köçərlinin ruhu şaddır.
Şuşa başdan-başa sənətkarlar diyarıdır desəm, yanılmaram. Şuşanın təməlini 1732-ci ildə qoymuş Pənahəli xandan tutmuş, bu günümüzə kimi adları tarixləşən şəxsiyyətlər olmuşdur ki, bunlardan Qasımbəy Zakir, Ağabəyim Ağa, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Qəmər bəyim Şeyda, F.b.Köçərli, Ə.b.Agaoğlu, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları(Ağcabədi-Şuşa qəzası), Şəmsi Bədəlbəyli, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Süleyman Ələsgərov və digərlərini misal göstərə bilərik. Lakin, bu nüfuzlu və tanınmış şəxslərin adlarını sadalasaq uzun bir siyahı alınar.
Zəfər qazanmış dövlət olaraq işğaldan azad edilmiş torpaqlarımızda belə gözəl bayramlar keçirmək bizim mənəvi haqqımızdır. Məlumdur ki, otuz il işğalda qalan torpaqlarımızın azad olunmadığı illərdə bir millət kimi başımızı dik tuta bilmirdik. Bu gün isə artıq bütün dünyaya necə bir millət olduğumuzu və necə güclü bir orduya sahib olduğumuzu göstərə bildik.
Torpaqlarımız uğurunda canlarından keçən I Qarabağ müharibəsi və II Vətən müharibəsi şəhidlərinin, eləcə də 2016-cı il “Aprel şəhidlərinin” və 2020-ci ilin “Tovuz hadisələri” şəhidlərinin qarşısında baş əyirik. Allahdan rəhmət diləyirik.
Dövlət birlik olduqda güclü olur. Biz bunun bariz şahidi olduq. 2020-ci ilin 27 sentyabr tarixində başlanan müharibənin 44 günə bitməsi bizim kimliyimizi göstərdi.
Bu gün cənab Prezidentin söylədiyi “Dəmir Yumruq” “Qarabağ Azərbaycandır” sözləri şüar olaraq dillər əzbərinə çevrilmişdir.
2020-ci ilin 8 noyabrında cənab Ali Baş Komandan İlham Əliyevin televiziyada çıxışında Şuşanın işğaldan azad olunmasını necə fərəhlə, ürək çırpıntısı gözləri sevincdən dolaraq elan etməsini heç kim unutmayıbdır.


“ƏZİZ ŞUŞA, SƏN AZADSAN, BİZ SƏNƏ GƏLDİK, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK”.

ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GÖRKƏMLİ  PEDAQOQ  FİRİDUN BƏY  KÖÇƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNAR ...

GÖRKƏMLİ PEDAQOQ FİRİDUN BƏY KÖÇƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNAR ...

Regionlar, "Şərqin səsi"
Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

"Elm və Təhsil"
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Məktəblər
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN POEZİYA İNCİSİ

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN POEZİYA İNCİSİ

"Elm və Təhsil"
“Zəfərin mübarək, Azərbaycan!”

“Zəfərin mübarək, Azərbaycan!”

Bakı
HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

"Elm və Təhsil", Müşfiq Borçalı, Köşə yazılar
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

YAP, AzTU
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

"Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Yeni nəşrlər, Qarabağ, Gəncə, Təbriklər
MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

Qarabağ, Tv
Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Qarabağ, Məktəblər, Müsabiqə
Botanika İnstitutuinda

Botanika İnstitutuinda "8 noyabr - Zəfər günü"nə həsr olunmuş tədbir keç ...

Biologiya və tibb elmləri

"OT ÖZ KÖKÜ ÜSTƏ BİTƏR"

Köşə yazılar
Rəy yazın: