Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!.. Respublikamızda saylıb-seçilən qabaqcıl meşəçilərdən biri, Azəbaycan Respublikasının Əməkdar meşəçisi Bəhrəm Bəy oğlu Tarverdiyev 30 may 2015-ci ildə 81 yaşında dünyasını dəyişmişdir.
O, 1934-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.
1951-ci ildə Qalınçaq kənd orta məktəbini bitirdikdən sonra Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olmuş və 1956-ci ildə institutu əla qiymətlərlə bitirərək, təyinata əsasən İsmayıllı Meşə Təsərrüfatı Idarəsində meşə mühafizəsi müfəttişi təyin olunmuşdur. O, bu vəzifədə 1975-ci ilə kimi işləmişdir.1975-ci ildə mərhum təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə İsmayıllı rayonunda dövlət qoruğu yaradılmışdır. Bundan bir az sonra H.Əliyevin təklifi ilə İsmayıllı Meşə Təsərrüfatına rəhbərlik Bəhrəm Tarverdiyevə tapşırılmışdır. Bəhrəm Bəyoğlu bu vəzifədə 2001-ci ilin may ayına kimi işləmişdir.
2001-2011-ci illərdə İsmayıllı Meşə Təsərrüfatı İdarəsində meşə mühafizəsi mühəndisi vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə Bəhrəm Tarverdiyev təbiəti qorumağı, yeni meşə sahələri salmağı, ölkənin meşə ehtiyatlarını zənginləşdirməyi özünə vəzifə borcu saymışdır. İşlədiyi illər ərzində 3000 hektardan artıq yeni meşə və bağların salınmasında yaxından iştirak etmişdir. O cümlədən Qalınçaq meşəbəyliyində 650 hektardan çox sahədə Moskva Layihə İnstitutunun meşəçi mütəxəssislərinin planı əsasında qoz bağları salınmışdır. Hazırda bu bağlardan yerli əhali gen-bol istifadə edir
Təbiəti qorumağı vəzifə və vətəndaşlıq borcu bilən Bəhrəm kişi təbiətin sirini pillə-pillə öyrənib, 64 min hektarlıq İsmayıllı meşəsini həm piyada, həm də atla meşələrin sultanı, şahı kimi gəzib-dolaşıb, təbiətin keşiyini çəkib. Dağları, meşələri özünə arxa sanıb, dayaq bilib. Təbiət vurğunu olan bu insanın söhbətini dinlədikcə elə bil nağıllar aləminə düşürdün. Onun hər kəlməsi, hər sözü təbiətin gözəlliyi ilə başlayır, onunla da qurtarır. Bu diyarda nəsli kəsilməkdə olan ağacların qorunub saxlanılması məhz Bəhrəm kişinin adı ilə bağlıdır.
Talalarda boş qalan sahələrə minlərlə ağac əkib .Onun sayəsində meşələrin sahəsi, barı-bərəkəti də artıb. O, təkcə İsmayıllıda deyil, həm də digər bölgələrdə də ağsaqqal meşəçi Bəhrəm Bəyoğlu kimi tanınırdı.
İsmayıllı Meşə Təsərrüfatı İdarəsinə ixtisaslı meşə işçilərini cəlb etmişdir. Bəhrəm müəllim direktor işlədiyi illərdə İsmayıllı Meşə Təsərrüfatının adı on il keçmiş SSRİ-nin Meşə Komitəsində divar lövhəsində qabaqçıl meşə təsərrüfatı kimi nümayiş olunmuşdur.Onun qabaqcıl iş təcrübəsi o dövrdə Azərbaycanın meşə təsərrüfatında dəfələrlə qeyd olunmuşdur.
Bəli,tanınmış meşəçi Bəhrəm Bəy oğlu Tarverdiyev əməkdə göstərdiyi xidmətlərinə görə 1988-ci ildə “Əmək Veteranı”, 1990-ci ildə isə Azəbaycan Respublikası Prezidentinin 22 avqust tarixli fərmanı ilə Əməkdar meşəçi fəxri adlarına layiq görülmüşdür. Bəhrəm müəllimin fəaliyyətini, qabaqcıl iş təcrübəsini ayrı-ayrı illərdə, dövlət qəzet və jurnalları geniş işıqlandırmışdır. Bəli, Əməkdar meşəçi Bəhrəm Bəy oğlu Tarverdiyev respublikamızda saylıb-seçilən qabaqcıl meşəçilərdən biri idi.
O, 30 May 2015-ci ildə İsmayıllı şəhərində dünyasını dəyişmişdir.
Bəhrəm müəllimin əziz xatirəsi onu tanıyan və sevən insanların qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah ona qəni-qəni rəhmət eləsin!




ƏLLƏZ ORMEŞƏNLİ, KƏRƏM ƏSƏDOV, MAHMUD XƏLİLOV,
ƏLİ ORUCOV, ƏLƏDDİN MƏMMƏDOV, HESEYN BƏDƏLOV,
AĞABƏY HƏSƏNOV, TOFİQ BAYRAMOV, HƏMZƏ MƏLİKOV, MƏHƏMMƏDƏLİ ƏFƏNDİYEV, ARZU AXUNDOV

Bəhrəm Bəy oğlu Tarverdiyevin

vəfatından kədərləndiklərini bildirir və mərhumun bütün yaxınlarına, xüsusilə də
oğlanlarına  dərin hüznlə başsağlığı verirlər.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV

PEŞƏSİNİN VURĞUNU, MEŞƏÇİ BƏYBALA ALLAHYAROV

Regionlar
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

Regionlar
QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV

QOCAMAN MEŞƏÇİ - ƏLİ ABDULƏLİ OĞLU ORUCOV

"Şərqin səsi", "XXI əsrin Ziyalıları"
GÖRKƏMLİ  MEŞƏÇİ  ALİM  KƏRƏM  ƏSƏDOV

GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV

"Şərqin səsi"
Əlləz Vəliyev (Ormeşənli)  =  “Təbiətdə izi qalan meşəçilər”

Əlləz Vəliyev (Ormeşənli) = “Təbiətdə izi qalan meşəçilər”

Borçalı, Başkeçid
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

Biologiya və tibb elmləri
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım gü ...

Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım gü ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Digər bölmələr
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Biologiya və tibb elmləri
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

"Şərqin səsi"
Rəy yazın: