Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV Asəf Dağbəyi oğlu Zamanov - 10 may 1957-ci ildə Şahbuzda ziyalı ailəsində anadan olmuşdur.
1974-cü ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin fakültəni bitirmişdir. 1978-1979-cu tədris ilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir.
1983-1986-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında əyani təhsil almışdır.

Əmək fəaliyyəti:

1979-1994-cü illərdə Riyaziyyat və Mexanika İnstitutunda böyük laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi.
1994-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi katibi.
1997-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm İdarəsinin rəisi.
2000-2001-ci illərdə, həmçinin Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru.
2007-2016-cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun) rektoru.
2015-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru v.i.e..
18 mart 2016-cı il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi işlər üzrə prorektoru.
İctimai əsaslarla apardığı vəzifələr

1986-cı ildə «Устойчивостъ полых цилиндрических тел под одновременном действии «мертвых» и «следящих» нагрузок» mövzusunda dissertasiya müadafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 2003-cü ildə “Собственные и вынужденные колебания пластин из композитного материала с искривленными структурами” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə, 2009-cu ildə professor elmi adına layiq görülmüşdür.

Riyaziyyatçıdır, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssisdir. 100-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın (“Колебания пластин из композитного материала с искривленными структурами”, Баку, Элм, 2011, 190 стр.), ali məktəblər üçün Riyaziyyat, Sosial işin əsasları dərsliklərinin, 6 dərs vəsaitinin və s. müəllifidir. Əsərlərinin xeyli hissəsi xarici ölkələrin nüfuzlu elmi jurnallarında (Mechanics of Composite Materials, İnternational Applied Mechanics, European Journal of Mechanics A/Solids və s.) çap olunmuşdur. Rusiyada, Ukraynada, Özbəkistanda, Latviyada, Almaniyada, Fransada, Macarıstanda, ABŞ-da, İtaliyada, İspaniyada, İsveçdə, Türkiyədə, İranda, Gürcüstanda elm və təhsil sahəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi bölmələrə rəhbərlik etmiş, Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir.
12 beynəlxalq elmi konfransın Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Elmi rəhbərliyi ilə 7 namizədlik dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.

2005-2014-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur.

1997-ci ildən Beynəlxalq Elmlər Akademiyaları Hesablama Riyaziyyatı üzrə Koordinasiya Komitəsinin üzvüdür. ABŞ-da (ingilis dilində) və Latviyada (rus dilində) nəşr edilən impact-faktor göstəricili “Mechanics of Composite Materials” Beynəlxalq elmi jurnalının Beynəlxalq redaksiya heyətinin üzvü, “Beynəlxalq Mexanika-Maşınqayırma” elmi jurnalının baş redaktorunun müavini, “Nəzəri və tətbiqi mexanika”, ”Gənc istedad”elmi jurnallarının baş redaktorunun müavini, Azərbaycan məktəbi, Təhsildə İKT elmi jurnallarının redaksiya heyətinin üzvüdür. YUNESKO-nun “Elmi Biliklərin və Texnologiyaların Etikası” Azərbaycan Komitəsinin, Riyaziyyat Mexanika İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının, fasiləsiz Pedaqoji Təhsil üzrə Respublika Koordinasiya Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elmin və təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, 2007-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Yubiley medalı”, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, dörd övladı var.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Dəmirli ŞAKİR YUSUBOV (1959)

Dəmirli ŞAKİR YUSUBOV (1959)

"XXI əsrin Ziyalıları", Bolus, Darvaz
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50

BDU, "Elm və Təhsil", Bolus, Təbriklər
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Digər bölmələr
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCL ...

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCL ...

Digər bölmələr
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU  ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Digər bölmələr
Musayev İlham Hümbət oğlu

Musayev İlham Hümbət oğlu

"XXI əsrin Ziyalıları", Bolus, Təbriklər
AzTU-nun professoru Eldar Qocayev  vəfat edib

AzTU-nun professoru Eldar Qocayev vəfat edib

AzTU, Nekroloqlar
TƏBRİK EDİRİK!.. Professor Misir MƏRDANOV - 70!..

TƏBRİK EDİRİK!.. Professor Misir MƏRDANOV - 70!..

Elm, Digər bölmələr, Təbriklər
Rəy yazın: