Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası Bu günlərdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır.
Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilmişdir. Elmi yeniliyi və əhəmiyyəti nəzərə alınaraq, tədqiqat işi çap olunmamışdan qabaq AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasında və Beynəlxalq Türk Akademiyasının (Nur-Sultan) iclaslarında geniş müzakirə olunmuşdur.



Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindin Gülnar Səma ZiM.Az-a məlumat verib ki,
kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilib təhlil olunmuşdur. Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirməsi zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından çıxış edilərək aşağıdakı prinsiplərə əsaslanmaq faydalı hesab olunmuşdur:
1. Azərbaycançılıq məfkurəsi; 2. Sivilizasiya faktoru; 3.Azərbaycanda ədəbi cərəyanlar. 4. Ədəbi-tarixi prosesin reallıqları;
Kitabda Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilmiş və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılmışdır.
1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan-eposadək (ən qədim dövrlərdən VII əsrə qədər)
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)
6. Azərbaycan ədəbiyyatında maarifçi realizm mərhələsi (XIX əsr)
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək)
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər)
9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər)
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)

Həcm etibarilə 450 səhifədən ibarət olan monoqrafiyada Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna dair hər bir mərhələsinin şərhi verilmiş, elmi cəhətdən və ədəbiyyatdan gələn nümunələrlə əsaslandırılmışdır.

Akademik İsa Həbibbəylinin «Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri» monoqrafiyasında milli ədəbiyyat tariximiz mərhələlər üzrə dövrləşdirilərkən uzun illər ərzində əsas meyar kimi qəbul edilmiş marksist ictimai formasiyalar nəzəriyyəsinin tətbiqindən imtina olunmuşdur.
Hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin, qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmamışdır.
Ciddi elmi-nəzəri əhəmiyyətə malik olan «Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri» monoqrafiyasının elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ertəgin Salamzadə, məsul redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərlidir.
Kitab tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələri üçün faydalı mənbə ola bilər.


Aygül ÇOBANOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

Yeni nəşrlər, Milli Məclis, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Yeni nəşrlər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Rəy yazın: